Bu gün avtomobiliniz uzun müddətli təmiz və salonun səliqəsini qoruya biləcək hiylələri diqqətinizə çatdırmaq istərdik.

Qoltuq altı kimi konteynerlərdən istifadə

Tıxaclarda qalan zamanı sürücülər bir çox vaxt nəsə atışdırmaq istəyində olurlar. Bu zaman adi altlığa sahib konteyner köməyinizə çata bilər. O, yeməklərin möhkəm saxlanmasında, hərəkət zamanı kənara dağılmamasında, nəticədə salonun təmiz qalmasında böyük rol oynayır.

Heyvan tüklərinin təmizlənməsi

Təcrübəli avto sevənlər ən güclü tozsoranın belə maşında olan heyvan tüklərinin təmizlənməsində yetərsiz olduğunu bilirlər. Adi rezin şotka bu problemin həllində daha çox yardımçı olur. Bir balaca oturacağı su ilə nəmləndirdikdən sonra, bir istiqamətə rezin şotka ilə bütün tükləri yığmaq mümkündür.

Salonun təmizliyi zamanı sodadan istifadə

Salonda olan xoşagəlməz iylərdən qurtulmaq üçün nəm təmizlik işlərindən öncə salona biraz soda səpmək məsləhət görülür. Təəcüblü olsada məhs soda birdəfəlik bütün iylərdən qurtulmağa imkan verir.

Maqnitafonu örtmək

Bəzi hallarda avtomobilinizdəki maqnitafon küçə oğrularının marağına tuş gələ bilər. Adi CD-disk qabağı ilə bu üstünlüyü gizlədə bilərsiniz.

Avto salonda zibil qabı

Salonu zibilləməmək üçün əl altında uyğun zibil qabının olması mütləq haldır. Lakin vaxt aşırı bu qabı boşaltmağı və təmizləməyi unutmayın.

Parlaq maşın işıqları

Ən bahalı maşın işıqları belə zamanla parlaqlığını itirə bilir. Diş pastası ilə vaxt aşırı silmək əvvəlki parlaqlığı asanlıqla qaytarmış olar.

Salonun təmizliyi üçün diş fırçası

Bəzən xüsusi avtomobil təmizlik vaistələri təmizlik üçün uğun və rahat olmur. Kiçik ləkələr üçün sürücüyə diş fırçası kömək edə bilər. O rahatllıqla çətin yerlərə çatır və dərindən təmizləyir.

Tozla mübarizə

Bir çoxları deflektorların qapaqlarında müəyyən qədər tozun qadığını hər zaman bilirlər. Bu hissədə təmizlik işləri aparmaq isə demək olar ki, mümkünsüz olur. Lakin adi fırça sizə bu işdə böyük yardımçı ola bilər.

Saç üçün kondisioner

Sevdiyiniz avtomobilə əvvəlki parlaqlığı. qüsursuz işıltını vermək üçün onu adi saç üçün kondisioner şampunla yuya bilərsiniz. Tərkibində yüksək miqdarda lanolin və vosk sayəsində ilk alış zamanı olan parlaqlıq təmin edilmiş olur.

WD-40

WD-40 satışda olan o qədərdə baha satılmayan spreydir. Bu sprey vaistəsi ilə bir çox kompleks problemlərdən yaxa qurtarmaq mümkündür. Misal olaraq, siz quş nəcisi nəticəsində yaranan ləkləri və ya digər qurumuş çirki tez bir zamanda təmizləyə bilərsiniz.

Tibbi spirt

Şüşə silən şotkaları tibbi spirtlə silsəniz iş prosesi zamanı özündən sonra iz qoymaz və daha rahat işləyər.

Aramatizator yaratmaq

Taxta paltar sancağını üzərinə bir balaca efir yağı əlavə etsək nəticədə ucuz aramatizator əldə etmiş olarıq.

Ananas qabığı

Ananasın özünü yedikdən sonra qabıqlarını paketə qoyub salona atsaz, salondan xoş qoxu əldə etmiş olarsınız.

Stəkan altlıqlarının təmizliyi

Stəkana adi nəm corabı keçirərək təmizliyə başlaya bilərsiniz. Bütün kiçik çirki və ləkəni təmizləmiş olarsınız.

Advertisements