Hər bir kəs fiziki aktivlik olmadan həyatı yaşamağın çətin olduğunu anlayır. Düzgün fiziki məşqlər yalnız sağlamlıq bəxş edir. Bu gün isə beş fərqli idman rekordlarını diqqətinizə çatdırmaq istərdik.

5-ci yer. Kori Lou

Basketbol şoularında məşhurlaşan oyunçu arxasını halqaya çevirərək 25 metr uzaqlıqdan topu halqadan keçirmişdir. Nəticədə yeni rekorda imza atmışdır. Əvvəlki nəticə isə 21 metrdən olmuşdur. Eyni anda onun iki dostuda bir saat ərzində atışlara cəh göstərsədə, nəticəyə yalnız o nail ola bilmişdir. Əvvəllər isə Kori halqa ilə üzbə-üz duraraq 33,5 metr məsafədən uğurla atış atmışdır.

4-cü yer. Jonni Salo

Amerikalı Jonni Salo 1929-cu ildə 5898 km məsafəni 79 günə qət etməyi ilə bağlı yeni rekorda imza atmışdır. Jonninin orta sürəti təxmini saatda 11 km-ə barabər idi. Marafon 31 mart tarixində başlamış, 17 iyun tarixində başa çatmışdır. O ümumilikdə 525 saat, 57 dəqiqə və 20 saniyyə qaçmışdır. Bu günə kimi bu rekordu yeniləyən olmamışdır.

3-cü yer. Hidekiçi Miyadzaki

Yaponyalı 100 metr məsafəni inanılmaz nəticə ilə qaça bildiyindən öz adını rekordlar kitabına yazdıra bilmişdir. Maraqlı məqam isə növbəti gün onun 105 yaşının tamam olmasında idi. O, dünyada ən sürətli və yaşlı sprinter olduğu ilə bağlı sertifikatla mükafatlandırıldı. 100 metr məsafəni Hidekiçi Miyadzaki 42,22 saniyəyə qət etmişdir. Bu bəlkədə ö qədərdə güclü nəticə deyil, lakin onun yaşı ona fərqli hörmət qazandırıb.

2-ci yer. Maykl Makkastel

Amerikalı Mayk Makkastel Ginesin yeni rekordunu müəyyənləşdirib. O maksimal sayda dartınma hərəkəti yerinə yetirmişdir. 24 saat ərzində 5804 dəfə dartınmışdır. Nəticədə, əvvəlki rekordsmen Con Beçokun 24 saat ərzində 5801 dartınma sayını üstələmişdir. Bundan o başqa kürəyindən 13 kilo ağırlığında çanta asaraq işini daha da qəlizləşdirmişdir. Lakin, rekord nəticəni əldə etdikdən sonra bir başa reanimasyaya yerləşdirilmiş və sevin hislərini paylaşa bilməmişdir.

1-ci yer. Kevin Fast

Kevin Fast dünyanın ən güclü keşişi hesab edilir. Dəfələrlə adı rekordlar kitabına salınmışdır. 12 yaşından idmana maraq göstərmiş və güc hərəkətlərinə marağı bütün dünyanı valeh etmişdir. Nəaliyyətlərdən əldə etdiyi gəlirləri xeyriyyə məqsədləri üçün istifadə edir. İlk rekordu 57 ton ağırlığında maşını 30 metr daşımaqla rəsmiləşdirmişdir. 2009-cu ildə 189 tonluq təyyarəni 9 (8,8) metr irəli dartmışdır. 2010-cu ildə isə onun xahişi ilə relslər üzərində 40 ton ağırlığında ev inşa edilmişdir ki, Kevin bu evi 12 metr məsafə boyunca dartmışdır. Yanğın söndürən maşını isə bir əli ilə 2011-ci ildə 30 sm irəli aparmışdır. Ona məşhurluq gətirən rekord isə çiyinlərinə eyni anda 22 qadını saxlaya bilməsi olmuşdur.

Advertisements