Müasir boilinqdə fərqliliklər artıq bir neçə yüz illiklər bundan əvvəl baş verməyə başlamışdır. Böyük oyunların keçirildiyi ən qədim məkan kimi alimlər tərəfindən Kair hesab edilmişdir. Bina 4000 il əvvəl tikilmişdir. Hal-hazırda fəaliyyət göstərən qədim arena isə Sautqemptonda (İngiltərə) yerləşən arena hesab edilir.

Bu arena 1299-cu ildə istifadəyə verilmişdir. Uzun illər boyunca İngiltərə kralları bu əyləncəyə maraq göstərməmişlər. Güclü cinsin nümayəndələrini onları gündəlik və vacib işlərdən ayırırdı. Daha çox ova və ox atmaya maraq böyük idi. Müasir dövrdə isə böyük ticarət mərkəzlərində boilinq zalları əyləncənin ayrılmaz tərkib hissəsi hesab edilir.

  • Uzun illər boyu ABŞ-da qadınlar və qızlar üçün boilinq qadağada olmuşdur. Bu qərarı Konqress yuxarı səviyyədə təsdiqləmişdir. Lakin, 1917-ci ildə qızlar üçün beynəlxalq boilinq konqresi açıq elan edildikdən sonra, zərif cinsin nümayəndələri də, eyni hüquqa sahib oldular.

  • İndi oyun tamami ilə mexanizasiya edilmişdir. Keqlelər xüsusi dəzgahlarla – minspotterlərlə yerləşdirilir. Keçən əsrin ortalarına qədər isə, keqlelərin yerləşdirilməsini xüsusi örgədilmiş insanlar təmin edirdilər. Bundan başqa onlar istifadə edilmiş daşları gətirir və oyun zamanı hesabı müəyyənləşdirirdilər.

  • Əvvəllər keqlelərin hazırlanmasında taxtadan istifadə edilirdi. İndi isə taxtadan yalnız keqlelərin içi hazırlanır. Üst qatı isə möhkəm plastiklə örtülür.

  • Topların istehsalı üçün uretan və poliesterdə daxil olmaqla, müxtəlif materiallardan istifadə edilmişdir. 1959-cu ilə qədər isə, kauçukdan hazırlanırdı.

  • Keqlinin aşması üçün topun 7,5 dərəcə bucaq altında əyilməsi kifayət edir.

  • Keçən əsrin ortalarında sözü gedən oyunun həvəskarları üçün Oqayo ştatında club işlədən obyekt sahiblərindən biri qeyri adi reklama başlamaq istəyir. O keqle formasında avtomobil düzəldərək küçələri gəzməyə başladı. Nəticədə işlətdiyi club böyük populyarlıq qazandı.

  • 1984-cü ildən 2010-cu ilə qədər Sent-Luisdə (ABŞ) boilinq muzeyi və mükafatlandırma mərkəzi fəaliyyət göstərirdi. 2010-cu ildə binanı Arlinqtona (Texas) köçürdülər. Məkanı ziyarət edən hər bir ziyarətçi oyunun tarixi barədə məlumatlana və suvinir əldə edə bilər.

  • Xeyli müddət ərzində boilinq adi əyləncə növü hesab edilirdi. Müasir dövrdə isə bu oyun profisional idman növü sayılır. 1982-ci ildə Erl Entoni dünyada 1 milyon dollar qazana bilən ilk oyunçu adını qazana bildi.

  • Dik Veber isə boilinq oyununda gəlir əldə edən ilk profisional oyunçudur. Lakin, Erllə müqayisədə onun gəlirlərini az hesab etmək olar. Cəmi 7672 dollar.

Advertisements