Yer kürəsinin bütün kontinentlərində, bütün xalqların mədəniyyətində futbolun elementlərini görmək mümkündür. Maya dövrünün (600-1000-ci illərində) keramik qalıqlarında belə topla olan oyunçuları görmək mümkündür. O zamanlar oyun tlaçtli adlandırılırdı. Mayalılar kauçuku emal etmə bacarığına sahib idilər. Məhs ondan top hazırlanırdı. Oyun zamanı topu başla vurmaq məsləhət görülməsədə, çiyin və baldırla vuruşlardan istifadə edilirdi. Oyunun məqsədi oyunçuların bacardıqca topu havada saxlaması və rəqib komandadın oyun sahəsinə olan üzükdən top keçirməkdən ibarət idi.

1529-cu ildə rəssam Kristof Veydis ispan ekspedisyası ilə Meksikanı səyahət edən zaman tlaçtli oyunu haqda yazırdı: “Onlar yalnız ayaqlarından istifadə etməklə oynalınan oyun oynayırlar. Oyunun predmeti isə hava ilə doldurulmuş dəri şardır.”

  • Futbolun dəqiq və ümumi qaydaları 1860-cı ildə İngiltərədə müəyyən olundu. Bu zaman oyunçular meydançanın hansı ölçülərinin daha optimal olduğunu və professinal toplar üçün hansı qapıların uyğunluğunu müəyyənləşdirdilər.

  • Futbol üzrə dünya çeçpianatını adətən ümumi olaraq “Mundial” adlandırırlar. Bu ispan mənçəli sözdür. Mənası “bütün dünyanı zəbt etmiş, bürümüş” deməkdir. Bu ifadə pərəstişkarlar və kommentatorlar tərəfindən 1982-ci ildə etibarən işlədilməyə və qəbul edilməyə başlanıldı. Bundan sonra kəlmə daha da genişlənmiş və nəticədə futbol üzrə dünya çempianatı bu cür adlandırılmışdır.

  • Futbol geyimləri 80 ildən artıqdır ki, nömrələnir. ilk dəfə rəqəmləmə 1928-ci ildə “Çelsi” ilə “Arsenal”-ın görüşündə baş vermişdir. Statistikaya uyğun olaraq london klublarının geyim nömrələri 1-dən 11-ə qədər nömrələnir. Ənənə tam olaraq 10 il sonra ümumi xarakter aldı. Bu gün isə məhs nömrələnmə oyunçuların özünü təsdiqi və dünya ulduzlarının fərqləndirilməsi üçün gərəklidir.

  • Bir dəfə iki şotland komandalarının görüşü zamanı qatı duman yaranmışdır. Nəticədə oyun boyu futboçular bir-birlərini axtarmağa çalışır, ayaqları altında topu belə görə bilmirdilər. Ehtiyyat oyunçular oturacağına qaçanları belə heç kim görmürdü. Nəticədə hakim oyunu dayandırdı və bu zaman meydançada eyni anda otuz oyunçunun oynadığı məlum oldu.

  • Oyun zamanı cərimə kimi 11 metrəliyin təyini ilk dəfə İrlandıyalı futbol eksperti Jon Penalti tərəfindən 1891-ci ildə təklif olunduğu hesab edilir. Nəticədə cərimə onun şərəfinə adlandırılmışdır.

Əslində isə, belə bir insan mövcut olmayıb. Penalti Uilyam Makkram tərəfindən təklif edilib və death penalty (ölüm cəzası) adlandırılmışdır. Bu hadisə məhs 1891-ci ilə təsadüf edir.

  • Sən demə, futbol meydançasının zolaqlı görünməsi heç də iki cür otun əkilməsi ilə bağlı deyil. Sadəcə otu biçən zaman müxtəlif tərəflərdən biçməyə başlayırlar. Ot cücərən zaman bu cür fərqli rənglər formalaşır.

  • Jimmi Teylor adlı qolkiper müasir futbol tarixinin ən bacarıqsız və qeyri-profisional futbolçusu hesab edilir. Orta hesablalara əsasən bir maç boyunca 17 top buraxmışdır. Qısa müddətli sezon zamanı onun qapsından 500-ə yaxın qol keçmişdir.

  • 1959-cu ildə alman meydançalarının birində iki oyun eyni vaxtda keçirilidi. Meydançada eyni anda dörd komanda göründü. Səbəb isə sadəcə menecerlərin səfi nəticədə oyunların eyni saata nəzərdə tutulması idi.

  • İspan şəhəri olan Fuentedə yerli komanda “Qonşa” futbol komandasını qəbul edirdi. Bir müddət sonra qonaqlar 2:0 hesabda irəli çıxan zaman gözlənilmədən meydançaya öküzlər daxil olmağa başladı. Nəticədə hakimlər və oyunçular özlərini itirərək hərə bir tərəfə qaçmağa başladı. Bu tələşa tamaşaçılarda qoşuldu. Nəticədə oyun ləğv edilidi. Araşdırmalar zamanı korida oyunları üçün nəzərdə tutulmuş öküzləri uduzan komandanın pərəstişkarının meydançaya buraxdığı və bununlada böyük hesbla məğlubiyyətdən yayınmaq istədiyi məlum olmuşdur.

  • Dünya çempiyanatının play-off oyunları zamanı Qondurusun yığma komandasının Salvadorun yığma komandasına uduzmağı 1969-cu ildə iki ölkə arasında 6 günlük müharibəyə səbəb olmuşdur.

Advertisements