Sən yəqinki “Mile High Club” haqda eşitmisən. Bu kluba təyyarədə sexlə məşğul olanlar aid edilir. Yəqinki səni fərqliliklər hər zaman maraqlandırıb və həvəsləndirib. Niyədə sexsi ayaqları yerdən üzülmüş vəziyyətdə yaşamayasan?

Amerika səyahət saytı Jetsette 1600 nəfər arasında onların neçəsinin bu kluba üzv olması barədə sorğu keçirmişdir. Nəticə 1600 nəfər arasında 15% olmuşdur. Bundan sonra Britanyanın aviareys axtarış sistemi olan Jetcost daha da irəli gedərək 700 təyyarə işçilərinin fikirlərini örgənmişdir. Onlardan 21%-i təyyarədə iş yoldaşları ilə, 14%-i isə sərnişinlərlə sexlə məşğul olduqlarını bildirmişlər. Adətən 10 km hündürlükdə baş verən sex romantik yerlərə uçuş zmanı baş verir: Las-Vegas, Maldiv, Seyşel və s.

Skyscanner aviaşirkətinin rəy sorğusuna əsasən sərnişinlərin 95%-nin arzusu “Mile High Club”-una üzv olmaqdır. Bir çoxları bu klubun varlığı ilə bağlı məlumatsızdır. Bu imkan çox az şəxsə bəxtləri gətirdiklərinə və ya çox inadkar olduqlarına görə nəsib olur. Ən azından sexlə məşğul olmaq bütün aviaşirkətlərdə qadağan edilmişdir. Klubun üzvlüyü və ya bilməyərəkdən üzv olmaq təyyarənin ən azından yerdən 1 mil hündürlükdə olduqdan sonra sexlə məşğul olmasını nəzərdə tutur. Şayələrə görə havada sexlə məşğul olduğunuz zaman keçirə biləcəyiniz hislər yerdəki hislərdən və həzdən fərqlidir. Clubun adından göründüyü kimi “Həzdən göyün yeddinci qatında olmaq”.

Əslində “Mile High Club” bir mifdir. Yəni, bu təşkilat mövcut deyil, lakin üzvləri kifayət qədərdir. Mənbələrə görə havada ilk sex həzzini 1916-cı ildə aviator Lourens Sperrinq yaşamışdır. Portnyorunun cazibəsindən həvəslənən pilot idarəetməni unutmuş, nəticədə təyyarə suya düşmüşdür. Sperrinqin bəxti gətirdi. Təyyarə sankı uçan gəmi formasında olduğundan xəsarət almadı. Gəzən söz-söhbətlərə görə məhs bu hadisə məşhur pilotu avtopilot sisteminin kəşfinə sövq etdi.

Digər “aviasexsual” insanların uçuş zamanı istəklərinin qəzalarla yekunlaşmaması üçün bir neçə ölkələrdə sınaqlar aparılmışdır. Bəzi qadınlara hətda havada sexsin təfərüatlarını araşdırmaq üçün özlərinin kosmonaft hiss etməli olduqlarını tapşırmışlar. Bunun nə qədər mürəkkəb və çətin iş olduğunu deyə bilmərik. Ancaq unutmayın ki, bir çox ölkələrin pilotları üçün bu hal yol verilməzdir. Onlar bu əyləncə səbəbindən öz lisenziyalarından məhrum ola bilərlər.

Lakin, pilotlardan fərqli olaraq, uçuş işçiləri və sərnişinlər bu məsələdə olduqca rahatdırlar. Təəcüblü deyil ki, son zamanlar psixoloqlar arasında yeni “flyrting” termini yaranmışdır. Bu termin uçuş zamanı yüksəklikdə yaranan sexsual münasibətləri tərənnüm edir. Bu hal 90% insanların maraqlandıran, 30% insanların uzun müddətli münasibətlərinin başlanğıcına səbəb, 8% insanlarda ilə ailə həyatı qurmasına rəvac verən məsələdir. Flyrting-in yaranma səbəbi müxtəlif ola bilər: salonda təzyiqin aşağı düşməsi, korpusun vibrasyası, pulsuz spirtli içki, sakit musiqi, zəif işıq və s. Uzun məsafəli uçuşlar zamı stuartesalar gənc və cazibəli olurlar. Hər zaman sərnişinlərə xüsusi diqqət göstərirlər. Eyni zamanda uçuş vaxtı sexsə qoyulmuş qadağalar insanları daha da həvəsləndirmiş olur.

İnsanlar arasında marağın çox olduğunu nəzərə alaraq “Singapore Airlines” şirkəti A380 avialaynerinin xüsusi növünü sifariş vermişdir. Təyyarə yataqlarla təchiz edilmişdir. Yataqların biri iki nəfərlik olub, təyyarənin xüsusi ayrılmış küncündə yerləşdirilərək həvəskar sərnişinlərə xidmət göstərir. Burada romantik musiqi səsləndiyindən və mini soyuducuda şampan şərabə qoyulduğundan “sevgi yuvası” adlandırılır. Lakin, yaşlı cütlük Elvud və Julii Forşo bu yeri kirayələmək istəyən zaman onlara imtina cavabı bildirilmişdir. Baş vermiş hadisə formlarda böyük-səs küyə səbəb olmuş və şirkətin rəhbərliyindən yuvanın istifadəsi qadağandırsa niyə görə yaradıldığı soruşulmuşdur.

Advertisements