Bu maşınlar ən vacibli xüsusi təyinatlı avtomobillər olsada, onları gun ərzinində yollarda tez-tez görmək mümkün olmur. Onların işi ya səhər tezdən, yada axşam saatlarına təsadüf edir. Bir çox insanlarda zibil maşınları pis qoxu və xoşagəlməz xarici görüntü ilə assosyasya olunur. Lakin, bu avtomobillərin arasında öz fərqli modelləri ilə avto sevənləri təcübləndirəcək dizaynlara da rast gəlmək olur. Ən fərqli və xoşa gəlimli görünüşə sahib zibil yığan maşınları sizə təqdim etmək istərdik.

Renault Puncher

Bu model 2004-2009-cu illər arasında istehsal edilmişdir. Lakin, Avro-5 standartlarının qüvvəyə minmə tarixindən sonra istehsal dayandırıldı. Puncherdə iki dizel quraşdırıldığından gərəkli normativlərə cavab vermirdi. Avtomobilin xarici görünüşü sanki gordüyü işin bütün ağırlığını tərənnüm edirdi.

Shelvoke & Drewry W-Type

W-Type modeli 15 il müddətində Shelvoke & Drewry (1299-1992) şirkəti tərəfindən istehsal edilmişdir. 1946-1961-ci illər arasında təxmini 3200 sayda bu kimi maşın istehsal edilmişdir. Maraqlı dizaynından başqa, önəmli məsələlərdən biri maşına yığılan zibilin ağırlıq səbəbindən sıxılma texnalogiyasına sahib olması idi. Gidravlik sayəsində avtomobilin arxa hissəsi qalxır, nəticədə zibil bütün çəkisi ilə önə doğru sıxışdırılırdı.

Mark II Litter Gulper Truck

Bu modelin prototipi 1972-ci ildə hazırlanmışdır. İstehsalçıların fikirlərinə əsasən bu maşın avtomagistralların kənarında olan zibili yığmalı idi. Avtomobilin arxa hissəsində quraşdırılan, 5,2 m uzunluğa sahib boru özü yeriyən tozsoran rolunu oynamalı idi. Yığılmış zibil yük yerinə daxil olub sıxılırdı. Lakin, maşının kütləvi istehsalı mümkün olmadı.

Ford C-750 Truxmore

Ford C seriya avtomobillər müxtəlif zibil yığan maşınlar üçün baza rolunu oynamış oldu. 1960-cı ildən 1970-ci ilə qədər 10 il müddətində Truxmore şirkətinin hazırladığı avtomobillərə silindirik formada olan konteynerlər qoşqu edilirdi. Konteynerin daxilində kəsici başlıqlar mövcutidi ki, nəticədə daxil olan zibil xırdalanırdı. Bu kimi keyfiyyətlərə görə avtomobil kənardan kosmik raketə bənzəyirdi.

Volvo FMX 460 8?4

Bu böyük həcimli maşınları yollarda görmək mümkün olmur. Adətən zibilin yığılma nöqtəsindən təkrar emal nöqtəsinə çatdırılması üçün istifadə edilir. Boughton markasının daxilində güclü hidravlik press mövcutdur. Avtomobillər Volvo şirkəti tərəfindən Böyük Britanyanın istəyinə əsasən istehsal edilmişdir.

Leach Garbage Getter

Bu Leach şirkəti tərəfindən istehsal edilmiş ilk zibil maşını hesab edilir. 1932-1949-cu illər arasında 17 il müddətində istehsal edilmişdir. Zibil qutularının qaldırılması üçün xüsusi lift mexanizmindən istifadə edilirdi. Maşının içi daxil olan zibilin hər trəfəli düzgün paylanılması üçün hesablanmışdır. Modelin sonuncu nüsxəsi reklam aksiyalarında iştirak üçün Leach mütəxəsisləri tərəfindən yenilənərək təqdim edilmişdir.

Autocar ACX Xpeditor

ACX modelinin rəsmi təqdimatı 2011-ci ildə əvvəllər “Xpeditor”modeli adlandırılan avtomobilin modernizatsiyasından sonra baş verdi. Bu maşın tam olaraq zibil daşınması üçün nəzərdə tutlmamışdır. Bir çox təyinatla işləyə bilər. 3 təkər formulası nəzərdə tutulmuşdur: 4/2, 6/4 və 8/4. Ekspeditorun motoru Cummins şirkəti, sürətlər qutusu isə Allison şirkəti tərəfindən qurulmuşdur.

QAZ 51D 93M

Maraqlı görünüşə sahib bu zibil maşını SSR zamanında, QAZ 51D-nin bazasında 1956-1970-ci illər aralığında yığılmışdır. Hər ay 90 belə maşın istehsal edilirdi. Sovet konstruktorları tərəfindən hazırlanan ilk zibil maşını hesab edilir.

Edison

Kirklis şəhərində istifadə edilən elektrik zibil maşını. Öz zibil tutumunun yandırılması hesabına enerji əldə edən avtomobildir. Hələki nadir variant hesab edilir.

Advertisements