Bilirdinizmi, müxtəlif idman oyunları ilə bağlı mərclərin təşkilinin tarixi bir neçə minilliklərə çatır. O dövrlərdə pərəstişkarların öz favorit komandaları mövcut idiki, nəticədə böyük pullar qoyularaq oyunların nəticəsini əvvəlcədən müəyyən etmək üçün cəhtlər göstərilirdi. Müasir zamanda da bukmeyker şirkətlər öz populyarlıqlarını qoruyub saxlaya bilirlər. Lakin, bu günkü yazımızda həvəsləndirici oyunlara maraq göstərən insanlar haqda əslində nələri bildiyimizi yada salmaq istərdik. Fikrimizcə ilk öncə məşhur faktlara nəzər salmaq yerinə düşər.

  • İlk olaraq qeyd edək ki, bukmeyker biznesində liderliyi Böyük Britanya özündə saxlaya bilir. Müasir bukmeyker kantorlarının analoqları bu ölkədə bir neçə əsr əvvəldən yaranmışdır. Bu sahə olduqca gəlirli olduğundan, il ərzində orta hesabla bir neçə milyard fund gəlir gətirirdi. Buna baxmayaraq, ingilislər indi olduğu kimi əsasən futbolla deyil, havanın praqnozuna və boks oyunlarına mərcin təşkilinə meyilli idilər.

  • Mistika – idman mərclərində olduqca nadir hal hesab edilsədə, tarixə nəzər saldıqda bir dəfə yol verildiyinin şahidi olmaq olar. Belə ki, adi fəhlə olan Mik Qibbs 50 sent pul qoyaraq 800 min dollar gəlir əldə edə bilmişdir. Gənc ekspress lövhədə bir dəfəyə 15 oyunu düzgün təxmin edə bilmiş və layiq olduğu mükafatı almişdır.

  • Şübhəsiz heç olmasa bir dəfə hər birimiz əsrin əvvəllərindən məşhur olan “dünyanın sonu” mövzusunu eşitmişik. Bu səbəbdəndə, bukmeykerlər yaranmış narahatlıqdan yan keçə bilməzdilər. Onlar müştərilərə ağla gəlməz nisbətlər təklif edərək 2000-ci ilin son olacağı və insanlığın məhvinin gəldiyini mərc mövzusuna çevirdilər. Lakin, mərcin düz çıxacağı halda kimin qaliblərə pul ödəyəcəyi məsələsinin cavabı qeyri müəyyən qalır.

  • Bukmeykerlər eyni zamanda məşhur insanları da unutmurlar. Misal üçün, amerika müğənnisi Britni Spirsin musiqi kompozisyası populyarlıq qazandıqdan sonra onun öz pərəstişkarlarının birindən hamilə qalacağı ilə bağlı mərc təşkil edildi və nəticədə böyük pullar yığıldı. Sonda bu hal baş verməsədə, uğur şansı 28-in 1-ə nisbəti kimi hesablanmışdır.

 

  • Bukmeyker tarixində ağlagəlməz mərc mövzuları kifayət qədər olmuşdur. Mərclərə həvəsli insanların bu sahədə fantazyaları hər zaman təəcübləndirir. Bir zamanlar Elvis Preslinin mütləq nə zamansa NLO-nu silahla vuracağı və sonra gəminin suya düşəcəyi təmin edilirdi. Əlbətdə bu halın baş verəcəyə şansı 15 milyonun 1-ə hesablansada, öz dövründə kifayət qədər maraq yarada bilmişdir.

  • Ən gözlənilməz qalibiyyətlərin biri Norveçdən olan Tomas Savirsonla bağlıdır. Onun fikrincə, uruqvaylı bombardir Luis Suares mütləq İtalya millisi ilə oyunda kimisə dişləyəcək. Ən azından furbol pərəstişkarları yəqinki Barselona liderlərindən birinin öz aqresyasını cilovlaya bilmədiyini xatırlayırlar. Zərər çəkmiş qismində olan italyalı Jorciyo Kelininin çiynində olan diş izləri uzun müddət çəkilmədi. Bir sözlə Savirsonun mərci düz çıxdığından o 6000 kron qazana bilmişdir.

  • Məlum olduğu kimi, istənilən biznesin inkişafında reklam böyük rola malikdir. Bukmeyker şirkətlərinin isə bu reklama daha çox ehtiyyacıları olur. Belə ki, ən qeyri adi reklam ideyası Sportingbet şirkətinə və futbolçu Niklas Bendtnerə aitdir. Oyunların birində futbolçu qol vurduqdan sonra alt paltarını göstərərək ordakı şirkətin loqotipinə işarə etmişdir. Marketing həmləsi yüksək səviyyədə alınsada, futbolçunu nalayiq hərəkətinə görə oyunlardan uzaqlaşdırdılar.

  • Eyni zamanda ingiltərə bukmeykerləri tərəfindən təklif olunan, həddindan artıq böyük mükafat hesab edilən 2 000 000-luq kavsentidə qeyd etməliyik. Əlbətdəki, bu kimi mərcləri udmaq şansı çox az olduğundan oyunçular nadir halda məbləğ yazdırırlar. Lakin, bir dəfə Fredi Kreqssin bəxti gətirdi. O at yarışlarında bütün təxminləri düzgün taparaq bir günün ərzində varlana bildi.

  • Daha bir at yarışlarının qalibi Ginesin rekordlar kitabına düşə bildi. Keçən əsrin ortalarında ingilis fanatı böyük kovsentlə ən zəif ata pul qoymaq qərarına gəlir. Nəticədə, onun təxmini doğru olsada, o milyonçu ola bilmir. O zamanlar ciddi maddi gəlir məhdudiyyətləri mövcut idi.

  • Sonda Böyük Britanyadan olan tələbəni yada salmaq mütləqdir. Gənc 1 milyon funt udduğundan əmin idi. Bu səbəbdən çox fərqli gecə təşkil edərək qonaqlıq verməyi belə qərarlaşdırdı. Lakin, sonda oğlanın beynində tutduğu hesabın biletə düzgün köçürmədiyi müəyyən olundu.

Advertisements