İdman – sağlamlığın açarıdır. Bir yerdə dayanmayaraq daim hərəkətdə və inkişafda olursunuz. Zamanla idman sahəsində yeni liderlər, qaliblər yaranır. Nəticədə əvvəlki rekord göstəricilər yenilənərək, dünyaya heyranlıq hissi aşılanır. Bir çox idman növləri komanda halında olmasına baxmayaraq, individual dissiplinni yanaşmadan çox şey aslı olur.

Lakin bir çoxları idman sahəsində baş vermiş maraqlı faktlarla bağlı az məlumatlıdır. Bu səbəbdən də, bəzi maraqlı faktları və hadisələri diqqətinizə çatdırmaq istərdik.

  • Buz üstündə sürüşmə Hollandiyada yaranmışdır. Dəmir altlıqla olan ayaqqabılar bu ölkədə təkmini 13-cü, 14-cü yüz illikdə yaranmışdır. Məhs bu kəşf yerli sakinləri buz üzərində çıxmağa, sürüşməyə və bir çox idman hərəkətləri nümayiş etdirməyə həvəsləndirdi.

  • 1912-ci ildə Stokholmda keçirilən olimpiya oyunlarında marafon qaçışının iştirakçısı Yaponyadan olan Siso Kanaqurinin 29 km məsafəni qətt etdikdən sonra möhkəm su içmək istəyi yarandı. O yaxınlıqdakı evin qapsını döyərək, ev sahiblərində içmək üçün su istədi. Ev sahibi idmançını evə dəvət edərək bir stəkan su üçün yan otağa keçdi. Lakin, geri dönərkən idmançının qonaq otağında 24 saat müddətinə ağır yuxuya getdiyinin şahidi olur. İdmançının 55 yaşı olanda ona qalan məsafəni qət etməyi təklif etdilər və nəticədə anti-rekord göstərici yarandı. 54 il, 8 ay, 6 gün, 8 saat, 32 dəqiqə, 20,3 saniyə.

  • Klassik güləş heç-heçə hesabla yekunlaşa biməz. Mütləq bir tərəf qalib gəlməlidir.

  • Statistikaya görə futbolçular oyun əsnasında 11 km məsafə qətt edirlər. Bu isə ortalama karyeraları boyunca 300 000 km məsafə deməkdir ki, sonda qanararın bu qədər yüksək olmasının səbəbi məlum olur.

  • Bilyard stolunda bilyard daşına vuran zaman, saniyyədən az bir müddətə daş saatda 30 km sürət toplaya bilir. Nəticədə stolla daşın arasında olan məsafədə 250 dərəcə istilik yarana bilər.

  • Formula 1 pilotları öz bolidlərinə 13 nömrəni verməməyə çalışırlar. Dünya miqyasında yalnız 5 iştirakçı bu rəqəmdən istifadə edir. Qəribə olsada, bu rəqəmi seçənlərdən biridə Pastor Maldanadodur. Lakin, o yarışlar zamanı heç vaxt böyük nəaliyyətlərə sahib ola bilməyib.

  • 19-cu əsrdə amerikalılar qəribə oyun icad etmişlər. Top vaistəsi ilə 9 keqli vurulmalı idi. Artıq təxmin etdiyiniz kimi, söhbət bütün dünyaya yayılmış və sevilmiş boulinqdən gedir. Lakin, icaddan sonra oyun bir çox ştatlarda qadağan edildi. Nəticədə oyunçular keqlilərin sayını 10-a çatdırdılar.

  • 1904-cü ildə Sent-Luisdə keçirilən 3-cü olimpiada oyunlarında Amerikalı marafonçu 14 km məsafə qətt etdikdən sonra biclik işlədərək qalan yolu maşınla gəlmək istəyində olub. Finiş xəttinə bir neçə km məsasfə qalmış maşından enərək birinci çatıb. Lakin onun işlətdiyi biclik mükafatlandırmadan sonra məlum olmuşdur.

  • İlk dəfə basketbolun prototipi Amerkada yaranmışdır. Oyunun iştirakçıları o zaman topu meyvə səbətlərinə atmalı olurdular. Onun alt hissəsi bağlı olduğundan hər top atışından sonra nərdivanla qalxaraq, topu çıxarmaq ehtiyacı yaranırdı.

  • Fred Rompelberqin velosiped sürməsi zamanı 268,83 km/saat sürət müəyyən edilmişdir. O velosipedi maşının arxasına qoşqu etmiş, və yanları hava axınının qarşısını almaq üçün müxtəlif vaistələrdən bağlamışdır.

Advertisements