“Tez-tez baş verən ehtiraslanma halları cərrahi müdaxilədən sonra ümumiyyətlə itdi. Yara tamami ilə sağaldı və xəstənin vəziyyəti yaxşılaşdı. Sexsual ehtiraslanma onu ümumiyyətlə narahat etmir.” – bu fikirləri 1865-ci ildə ginikoloq Qustav Braun öz xəstəsində klitoru və cinsi dodaqları ləğv etdikdən sonra yazmışdır. əgəgr düşünürsənsə, qadın sünəti keçmiş əsirlərdin adəti, onda icazənlə bildirək ki, yanılırsan.

Bir neçə ərslər boyu kişilər qadın sexsuallığının qarşısını almağa, öz bədənlərinə ikrah hissi ilə baxmağa, libidolarının təhlükəli, mənasız bir şey olduğuna inandırmağa çalışmışlar. Nəticədə qadınlara öz genitalyaları (cinsi orqanları) ilə bağlı utandırmağa çalışmışlar.

Tibb tarixçisi Lesli Holl XIX əsrdə yazdığqlarına görə ” lazımınca diqqətin olmaması səbəbindən tibb ədəbiyyatlarında qadın klitoru barədə çox az həkim nəsə tapa bilərdi”.

Digər tərəfdən isə tapmadıqları yaxşıdır. Məhs həmin dövrlərdə öz bədənlərini örgənmək, maksimal həzz almaq istəyində olan qadınlar çoxluq təşkil edirdi. Nəticədə qadın sexsuallığının qarşısını almaq üçün ciddi tədbirlər görülməli idi.

Kliterodektomiya. 1860-cı illərdə klitoru qadının pozğun həyat keçirmək itəklərində günahlandırmağa başladılar. Onlar həyəcansəbəbindən psixi pozuntularla rastlaşa bilərlər. Nəticədə davranışlarında ağlagəlməz hallar hiss edilə bilər. Bəli, bu dövrdə həkimlər həqiqətən klitora görə qadınların ağlagəlməz hərəkətlər edə biləcəyindən qorxurdular. Ağlagəlməz hərəkətlər deyərkən: “ailə borcundan səhlənkar yanaşmaq”, “öz ərindən uzaqlaşmaq”, “münasibətlərdə aqresya nümayiş etdirmək” kimi məsələlər nəzərdə tutulurdu.

Klitor düşməni

İsaak Beyker Braun. Məhs bu insanın yazılarında ilk dəfə klitor amputasyası barədə fikirlər yer alırdı. O, London Tibb Mərkəzinin yaradıcısı hesab edilirdi. 1812-ci ildə anadan olmuş, Cərrahiyə kollecində təhsil almışdır. 1858-ci ildə Nottinq Hilldə öz klinikasını təsis etmişdir.

1861-ci ildə Braun öz yazılarının birində vəziyyəti “hipertrofiya və klitorun qıcıqlanması” adlandırmışdır. Müasir dildə isə bu adi masturbasya kimi tərcümə olunur. Braunun fikrincə “cinsi orqanın xarici təsirdən ehtiraslanması” qadının əsəb sisteminə təsir edir və bu məsələ hətda sonsuzluğa belə səbəb ola bilər. Lakin, bu fikirlərin ardınca, bir balaca düzəliş vermək istəmiş və “klitorun qıcıqlanması və qorxunc nəticələri bir çox hallarda müalicə ediləndi” qeydini əlavə etmişdir.

O dövrdə müalicə metodlarına əsasən cinsi dodaqların xaricinə suluqlar qoyulurdu, soyuq vanna qəbulu və xüsusi pəhrizlər məsləhət görülürdü. Braun isə daha da isrəli getdi. O inanırdı ki, məsələnin çıxış yolu yalnız cərrahi müdaxilədədir. Nəticədə, bu fikir ətrafında xeyli tərəfdaş yığmış oldu.

“Pis arvaddan” müalicə həbi

Beyker Braun olduqca iddialı insan idi. O, öz metodu ilə əvvəllər sağalması mümkün olmayan xəstəliləri sağalda bildiyini bildirirdi. Metodlarını “humanist və effektiv” adlandıraraq cərrah kliterdektomiya katalepsiyadan, özündən getmələrdən, maniyadan  çıxış yoludur. Sübut kimi isə, qəbulna gələn, ərləri əvvəllər “pələng kimi üstlərinə atılmaslarından və onların bədənlərini cızmaqlarından” şikayətlənən qadınları misal göstərirdi. Klitoru kəsdikdən sonra onlar “çox gözəl həta yoldaşı”oldular.

Beyker Braunun sözlərinə görə, xarici təsirlərdən həvəslənməyən katalepsiya xəstəliyindən əziyyət çəkən 17 yaşlı qızda müalicə olunaraq sağalmışdır. Ağıldan kəm digər xəsdə isə klitor sünətindən sonra oxumağı örgənmiş, bibliyanı əzbərləmiş, kilsəni ziyarət etməyə başlamışdır.

Müalicədən imtina

Əlbətdəki, Braunun özü əməllərini vəhşilik hesab etmirdi. Əksinə, xeyirli iş gördüyündən əmin idi. Lakin, tibb aləmində bu üsuslun effektivliyinə dair şübhələr yaranmağa başladı. Eyni zanada müəyyən qədər qanun pozuntusu hesab olundu.

1866-cı ildə Beyker Braun öz hərəkətlərinə qarşı mənfi rəylər almağa başladı. Digar alimlərin gedişatda ciddi sualları yarandı. The Times jurnalında nəşr olunan məqalənin birində Beyker Braunun psixoloji xəstəliklərdən əziyyət çəkən qadınların müalicəsi ilə məşğul olunduğu bildirilmişdir. Lakin, cərrahın klinikasının müvafiq lisenziyası olmadığından, onun psixi problemlərlə məşğul olmağa ixtiyarı çatmırdı.

Eyni zamanda bir çoxlarının Braunun hərəkətlərinin qeyri etik olduğu düşüncələri mövcud idi. Adətən xəstələrin ərləri və ataları buna izin vermirdi.

Nəticədə Braun xəstələri ərlərindən gizlin müalicəsini boynuna aldı. Onun fikrincə qadınlar ona heç kimin bilməməsi və öz razılıqları ilə gəldiklərini bildirmiş, bunun bir sirr olaraq qalacağını demişlər. Bu səbəb isə digər ixtisas sahiblərini inandıra bilmədi. Braunun tezliklə klinikası bağlanılıdı və o bir qəpiksiz buraxıldı. 1873-cü ildə vəfat etdi. Sonradan, onun cərahi əməliyyatları düzgün hesab edilməsə də, ABŞ-da davam etdirildi. Yalnız 1985-ci ildə qadın sünəti rəsmi olaraq qadağan edildi.

Qadın sexsuallığı

Beyker Braunun ölümündən sonra həkimlərin qadın masturbasyasına qarşı fikirləri dəyişmədi. Ginikoloq Uilyam Ektor 1875-ci ildə öz traktatında “masturbasyanı xəstəliklər oyadan adi dözümsüzlük” adlandırmışdır. Onun fikrincə “tərbiyəli qadın nadir hallarda sexsual ehtiyaclarını ödəmək istəyində olur. O hər zaman ərinin diqqəti ilə razılaşır və onun razılığı və rahatlığı üçün əlindən gələni edir. Ərli qadın məşuqə ilə eyni sırada dayanmaq istəmir”.

Advertisements