Bizim hər birimiz nə vaxtsa başqa biri olmaq istəmişik. İnsanlar öz xarici görünüşlərini müxtəlif kosmetik vaistələr, geyimlər və aksesuarlarla dəyişdirməyə cəht göstərirlər. Dodaqda rəngli və bahalı boya ətrafdan fərqli görünməyə imkan yaradır. Bəz əgər biz başqasını dəyişmək istəsək necə? Təsəvvür edin ki, həmin insanın bizə aidiyyatı yoxdur, cinsi, yaşı, xarici görünüşü tamami ilə fərqlidir.

“Canlı gəlinciklər” (living dolls или female masking) – bu bir submədəniyyətdir. Bu yolla yaşlı kişilər maskala və lateks kostyumlar geyinməklə qadına çevrilməyə çalışırlar.

Biz geyinmək deyərkən, don və ya qadın ayaqqablarını nəzərdə tutmuruq. “Maska şou”-sunu sevənlər sanki əyinlərinə ikinci dəri geyinirlər. Dəri rəngində lateks kostyumlarından istifadə edirlər. Əlcəklər, uzun boğazlı corablar, hətda alt paltarlarını bu materialdan geyinməkdən çəkinmirlər.

Qəribə həvəsin mənasını isə, sadəcə fərqli görünmək istəyi ilə deyil, ümumiyyətlə başqa insana çevrilmək istəyi ilə əsaslandırırlar.

Henk aka Kim Netto sözü gedən submədəniyyətin yaradıcısı olaraq, dünya üzrə gəlinlik geyimini geyinmək istəyənlərin çox olduğunu bildirmişdir.

Hər şey keçən əsrin 80-cı illərində Betmen filmi üçün maska hazırlayan insanda başlamışdır. Gedişatda həmin şəxs öz əlişlərini bir çox tədbirlərdə göstərməli olduğundan sonradan diqqət çəkə bilmişdir.

Qəribə fetişin həvəskarları İngiltərədə, ABŞ-da və Almanyada çoxluq təşkil edir. İnsanları ən çox həvəsləndirən və təəcübləndirən məsələ aynaya baxarkən özlərini görməmələridir. Onlar sanki tamami ilə başqa birini görür, istədikləri obrazla rastlaşırlar.

VİCE-dan olan jurnalistin sizə bu tərzdə geyinməyin nəyi maraqlıdır sualına Henk özünə məxsus şəkildə cavab verib: “Mən yaraşıqlı olmaq istəyirəm. İdeal forma və görünüş mənim xoşuma gəlir”.

O qadın geyimlərini uşaq yaşlarından geyinməyə başlayıb. O zamanlar Henk öz bacılarının paltarlarını geyinirdi. Lakin, Henk özünü qadın hiss etmir. Kişi olduğunu dərk edir, amma maskalar ona başqası olmağa imkan verir.

Henkin fikrincə Kim qız kuklası geyimində qulluqçu kimi görünsədə, bu halda məəişət işləri, ev yığışdırmaq daha maraqlı gəlir. O güzgüyə baxan zaman yaşlı siması əvəzinə Kimi görür. Henk üçün imic dəyişikliyi hər gün edilən adi bir dəyişiklikdirsə, submədəniyyətin digər üzvləri üçün bu həmişə belə deyil. Onların bir çoxları uzun müddətdir ki, evlidir və bu səbəbdən də ikinci həyatlarını həyat yoldaşlarından gizlətməli olurlar.

Geyimlər

Ortalama gəlincik geyimlərinin qiyməti 5000 avro təşkil edir. Onu geyinmək çox qəlizdir. Lateks dəri üzərində çətinliklə dartıldığından soyunmaqda problem yaradır. Bu səbəbdən də, bir çox canlı gəlinciklər altdan pampers geyinməli olurlar.

Eyni zamanda, bəzi gəlinciklər daha çox qadın sayağı görünmək üçün altdan karsetlərdən də istifadə edirlər. Əlbətdə ki, roldan aslı olaraq qoyma döşlərin ölçüləri də dəyişik olur.

Adi insanlar üçün bəzənmədən sonra yekun görüntü qorxulu və qəribə görünə bilir. Lakin, submədəniyyətin iştirakçıları özlərini gənc və yaraşıqlı görmək istəyirlər. Bunun üçün istənilən yola əl atmağa hazırdırlar.

Advertisements