Bir çox arıqlamaq istəyən insanlar artıq çəkindən qurtulmaq üçün sehirli həblərin vaistəsi ilə, müəyyən ərzaqlar yeməklə metobolizmi sürətləndirə biləcəklərini düşünürlər. Adətən bu cür insanlar özlərinin pis genetikaya malik olduqlarını və zəif metobolizmə sahib olduqlarını düşünərlər. Məhs bu fikirlər onlara idman vaistəsi ilə bədənlərini korrektə etməyə mane olur.

Lakin, maddələr mübadiləsi orqanizimdə baş verən mürəkkəb proseslər nəticəsində baş verir. Bu proseslər özündə nəyinki qidanın kalori dəyərini, eyni zamanda fiziki hərəkətlərin yerinə yetirilməsini, ətraf mühütdə mövcud olan hərarətin dərəcəsini, insanın emosyanal vəziyyətini cəmləşdirir. Misal olaraq, stress halı orqanizimdə kortizol hormonunun artmasına səbəb olur ki, nəticədə metobolizm zəifləyir və piylənmə sürətlənir.

Metobolizm nədir?

Bioloji nöqteyi nəzərdən metobolizm (və ya maddələr mübadiləsi) – həyat üçün vacib hesab edilən enrejinin kaloriləri çevirmə formasında əldə edilməsidir. Metobolizm yemək qəbulundan və fiziki aktivlikdən başlayaraq, yuxuda qurtarır. Yuxu zamanı bədən beyinin iştirakı olmadan dogər orqanları oksigenlə təmin edir.

Bu zaman unutmaq olmazki, elmi baxımdan “metobolizmin sürətləndirilməsi” anlayışı mövcut deyil. Daha doğrusu bunu hesablamağın yolları və ölçü vahidi müəyyən edilməmişdir. Yəni, sizdə hansı metobolizm səviyyəsinin olmasını, onun yavaş, orta və ya aşağı sürətlə getməsini müəyyən etmək olmur.

Zəif metobolizm: simptomları və nəticələri

Hesab edək ki, artıq çəkili insan arıqlamaq istəyində olur. İdmana başlayır və aşağı kalorili pəhrizlər tutur. Eyni zamanda, hardansa oxuyub ki, metobolizmi sürətləndirmək üçün çoxlu su içmək, yağ yandırıcı fermentlərə sahib ananas yemək lazımdır. Lakin, nəticə maddələr mübailəsinin sürətlənməsi deyil, əksinə onun zəifləməsi olur.

Səbəb çox sadədir – bədən beyinə fiziki hərəkətlərin miqdarının gözlənilmədən artığı, daxil olan enerjiin isə azalması barədə siqnal ötürür. Nəticədə, insan nə qədər çox aktiv məşqlə məşğul olarsa və uzun müddət pəhriz saxlayarsa, orqanizmin sahibinin artıq kasıbladığını düşünər və yığılmış yağ ehtiyyatının qorunmasına çalışar.

Metobolizmi necə sürətləndirmək olar?

Metobalizmi sürətləndirməyin yeganə düzgün yolu mütamadi idmanla məşğul olub, 15-20% yemək rasionunu normallaşdıraraq kalori qəbulunu artırmaqdan ibarətdir. Məntiqlə orqanizm bədəni gözlənilərn fiziki məşqlərə hazırlayaraq kalorini ehtiyyat şəkildə yağlarda yox, əzələlərdə toplayır.

Metobalizmin əsas paradoksu maddələr mübadiləsinin sürətlənməsinin aclıq hissinin artması və ya bədənin massasının böyüməsi ilə bağlıdır. Hər hansi həblər, yağ yandırıcı vaistələr və ya xüsusi qida rasionu vaistəsi ilə metobolizmi sürətləndirmək, sonra  isə divanda uzanaraq arıqlamağı gözləmək mümkün deyil.

Düzgün arıqlama

Əgər siz arıqlamaq və artıq çəkidən qurtulmaq istəyirsinizsə, lakin, mütamadi fiziki məşqləri etmək istəmirsinizsə ən yaxşısı uyğun və ağla batan pəhrizlərə diqqət yetirməkdir. Uzun müddətli pəhriz saxlama maddələr mübadiləsinin təmin edilməsi üçün ən optimal yol hesab edilir. İlk növbədə siz şirniyyatdan, şəkərdən və yüksək glisemik indeksə malik karbohidratlardan imtina etməli olacaqsınız.

Siz həmişəlik çörəkdən, hazırlanmış çirniyyatlardan, şkoladdan imtina edə bilmirsinizsə və məşqlər vaistəsi ilə maddələr mübadiləsini artırmaq istəyirsinizsə, əksinə siz yemək həvəsinə görə artıq çəki ala bilərsiniz. Real həyatda sürətli maddələr mübadiləsi hər zaman aclıq hissinin artması ilə müşahidə olunur. Deməli, siz mübadilə prosesini sürətləndirsən və yediyiklərinizə diqqət yetirməsəniz kökəlmə sürətlənəcək.

Metobolizmin sürətlənməsi üçün yemək qaydaları:

  1. Sürətli karbohidratları sürətlə azaldın. Şəkərlə və şirniyyatlarla bağlı problemlər yalnız onların yüksək kalori miqdarı ilə bağlı deyil. Sürətli karbohidratlar eyni zamanda maddələr mübadiləsinin təbii gedişatını pozur, aclıq hissinə bənzər hislər oyadır, insanı yenidən yeməyə məcbur edir.

  2. Yemək qəbulu zamanı daha çox lifli qidalardan istifadə edin. Elmi araşdırmalar müəyyən etmişdir ki, zəngin lifli qidaların qəbulu (əsasən yaşıl tərəvəzlər) qanda çəkərin miqdarını normallaşdırır, nəticədə aclıq hissi azalır və bağırsağın fəaliyyəti yaxşılaşdığından maddələr mübadiləsi sürətlənir.

  3. Qidanızda Oeqa – 3-ün olmasına diqqət edin. Omeqa – 3 yağının xroniki çatışmamazlığı metobolizmi pozur, imuniteti zəiflədir, soyuqdəymə hallarını artırır. Bəzi ləpələr və yağlı balıq Omeqa – 3 yağı ilə zəngindir. Eyni zamanda bildirək ki, günəbaxan yağı maddələr mübadiləsini pozaraq bədənin Omeqa – 3 yağına olan təlabatı artırır.

  4. Axşam vaxtı çox yeməməyə çalışın. Gecə vaxtı, yuxudan öncə yemək qəbulu adəti metobolizmə mənfi təsir göstərərək yuxu prosesini pozur. Unutmayın ki, gecə vaxtı bədənə demək olar ki, kalori lazım deyil. Bu səbəbdən də, onların çox olması orqanizimdə yağ şəklində yığılmaya səbəb ola bilər.

Metobolizmi artıran yeməklər

Sürətli karbohidratlardan tutmuş, tərkibində transyağlar olan marqarinə qədər bir çox məhsullar metobolizmi zəiflətmiş olur. Ərzaq məhsullarının çox az hissəsi əksinə yaxşılaşdırma və sürətləndirmə effekti verir. Lakin, bu sürətləndirmə anlayışı bəzən daha şişirdilmiş variantda təqdim edilir.

Metobolizmi yaxşılaşdıran ən yaxşı ərzaq məhsulu su hesab edilir. O həm maddələr mübadiləsi üçün, həm tərləmə prosesi üçün, həm də bədəndən zərərli toksinlərin xaric edilməsi üçün vacibdir. Lakin, bədəndə su çatışmamazlığının metobolizmi zəiflətdiyi anlayışı, gündə 3-4 litr suyun metobolizmi artırdığı anlayışdan daha doğru hesab edilir.

 

Metobolizmi artıran əlavələr

Yuxarda qeyd etdiyimiz kimi, öz-özlüyünə metobolizmi sürətləndirmək mümkün olmur. Bu zaman əlavələrdə mənasız hesab edilir. Lakin, ümumilikdə fiziki aktivliyi, hərəkətliliyi, mərkəzi əsəb sisteminin işləməsini artıraraq ümumilikdə maddələr mübadiləsi prosesini yaxşılaşdırmaq olar. Bunun uçün adətən kofein və ya digər yağ yandırıcı vaistələrdən istifadə edilir.

Eyni zamanda ayrıca qeyd etməliyik ki, əlavə vaistələrin qəbulu orqanizmin normal fəaliyyətinə mənfi təsir göstərmiş olur. Yağ yandıran vaistələrin əks təsirləri əsasən təzyiqin qalxmasında, əllərin əsməsində, yuxu pozulmalarında, hətda psixaloji fobyaların əmələ gəlməsində özünü göstərir. Lakin, qablaşdırmanın üzərində bu barədə qeydlər görə bilməyəcəksiniz.

Advertisements