Bu yazı psixalogiyadan çox fiziologiya ilə bağlıdır. Yaş keçdikcə sex və sexsual funksiyalar necə dəyişir. 20 və 50 yaşda norma hansı göstərici hesab edilir. 40-dan sonra bütün kişilər sexlə bağlı maraqsız olaraq passivləşir.

Sexsual funksiya müəyyən inkişaf yolu keçməli olur.

  1. İlk etap yeniyetmələrdə hipersexsuallıq.
  2. Fizioloji ritmə düşmə. Bu daimi cinsi həyata başlamaqla yaranır.
  3. Öz sexsual potensialını maksimum inkişaf etdirmək mərhələsi.
  4. Aktivliyin tədricən enməsi.
  5. Sönmə.

Əlbətdə, mərhələlər arasında yaş həddi ortalama götürülür. Çox şey cinsi konsitusyadan, sağlamlığın ümumi vəziyyətindən, psixaloji faktorlardan aslıdır.

18 – 25 yaş

Bu, sexsual mövzuda heç bir problemin olmadığı yaş aralığı hesab edilir. Kişilər və qadınlar portnyorlarını mütamadı dəyişərək özlərini axtarırlar. Sexsin gözəlliyini keyfiyyətdə deyil, sayda görüllər. Gənclər ancaq sexsə ümüd etdikləri tədbirləri ziyarət edirlər. Pulsuz sex əldə edə bilmədikdə isə, bu işin profisionallarına müraciət edirlər. Həyatın bu yaş aralığı sexsual ekperimentlərlə dolu olur. Eksperimentlər adətən qrup sexsi, portnyorların dəyişdirilməsi, öz cinsinin nümayəndələri ilə (bu növlə daha çox qızlar məşğul olur) bağlı olur.

18 – 25 yaş dönəminə normal sayılmayan məsələlər

Müxtəlif bəhanələrlə sexdən yayınma halları. Misal olaraq, 30 yaşlı insanlar var ki, onlar hələdə sexlə məşğul olmaqdan çəkinir, lakin uşaq sahibi olmaq istəklıərindən əl çəkmirlər. Və ya bəzi hallarda real sexsin fantazyalarla və masturbasya ilə əvəzləşdirilməsi baş verir. Bu məsələ isə adətən kişilərdə müşahidə olunur.

25 – 30 yaş

Bir qayda olaraq, bir çox insanlar bu yaşa qədər artıq ailə qurmuş olurlar. Nəticədə yaşadıqları sex daimi olur. Kişilər üçün həyatlarının bu etabı sexdə fiziki ritmin individual ritmə çevrilməsi ilə nəticələnir. orqanizmin quruluşundan aslı olaraq, sex hər günlə, həfdədə bir dəfə arasında dəyişir. 25 – 30 yaş aralığında olan insanlar hansı çətinliklərlə üzləşməli olurlar? İlk növbədə çətinliklər portnyorlar arasında orqanizmdəki fərqliliklər səbəbindən baş verir. Onlardan birinin sexsə təlabatı digərinə nisbətən tez-tez yaranır. İlk problemi aradan qaldırmaq mümkün olmur. İkinci problem isə ümumilikdə sexsə yanaşma ilə bağlı olur ki,  psixoterapevtlərin və ya danışıqların köməkliyi ilə anlaşılmazlıq aradan qaldırıla bilər.

25 – 30 yaş dönəminə normal sayılmayan məsələlər

Əvvəlki yaş aralığında olan problemlər.

30 – 40 yaş

35 yaşlarında qadınlar öz sexsuallıqlarının pik həddinə çatırlar. Əgər əvvəllər onlar sexdə orqazm yaşaya bilmirdilərsə və ya hər zaman yaşamırdılarsa, indi isə hər ikinci cinsi əlaqə orqazmla yekunlaşır. Yaş onun təcrübəsini və yaşananlara dəyər vermək bacarığını artırır. O artıq bütün istəklərini bilir, eroqen nöqtələrindən məlumatlıdır, bir başa olaraq portnyoruna bu haqda bildirə bilir. Lakin, kişilərdə isə əksinə testestronun enməsi prosesi başlayır.

Bəzi cütlüklər sexsin artıq maraqsız olmasından şikayətlənə bilər. Bəzən sankı bir məcburiyyət kimi ay ərzində bir dəfə baş verir. Nəticədə isə, kənarda maraq və axtarışlar yarana bilər. 30 – 40 yaş aralığı məhs münasibətlər üzərində işlənilməli və portnyora sexsual baxımdan xoş gəlməyə çalışılmalı vaxt hesab edilir.

30 – 40 yaş dönəminə normal sayılmayan məsələlər

30-45 yaşında kişinin seksual aktının üş dəqiqədən çox çəkməsi, cinsi orqanın tam ereksiya halının baş verməməsi normal hesab edilmir. Eyni zamanda, 30 yaşından sonra kişinin ümumiyyətlə sexlə maraqlanmaması və ondan qaçması halıda norma kimi qəbul edilmir.

40 – 50 yaş

Bu yaş həddində cütlüklər adətən yuxunu sexdən üstün tuturlar. 40-yaşdan sonra kişilərdə testestronun səviyyəsi enməyə davam edir. Bu enmə hərəkətlərdə də özünü göstərir. Kişi halsız, həvəzsiz olur, passivləşir, qarın əmələ gəlməyə başlayır ki, bu da öz növbəsində ereksiyaya çətinlik yaratmış olur.

Qadınlar üçün isə əksinə, sex əvvəlki kimi önəmli yer tutur. Nəticədə paradoks yaranır. Qadına çox lazım olur, kişiyə isə əksinə az. Bəzən sexsual enerji narazılıqlara səbəb ola bilir.

40 yaşından yuxarı kişilərə sex zamanı uzun müddətli özünü saxlama ziyanlıdır. Bu hərəkət prostatda problemlərə və cinsi akt zamanı çətinliklərə səbəb ola bilər. Psixoloqlar bunu “subaylıq sindromu” adlandırırlar. 20 yaşındakı gəncin sexslə məşğul olmaması gələcəkdə ciddi problemlərə səbəb olmasada, 40 yaşında ümumiyyətlə sexdən məhrum olmaqla nəticələnə bilər. Bu səbəbdən də, işdək vəziyyətdədirsə, istifadə edib ehtiraslandırmaq lazımdır.

50 + yaş

Yuxarı yaş həddini biz bildirmək istəmirik. Qadın xəsdə deyilsə hər zaman sex yaşaya bilər. Bəzi kişilərdə də ürəkləri döyündükcə sex bacarığı qorunub saxlanılır.

Lakin, 50 yaş və ondan sonrakı dövrlərdə klimakterik dövr başlayır. Vaginanın quruluğu və sair problemlərə baxmayaraq hormonal fondan aslı olaraq qadınlar sex haqqında düşüncələrə vara bilirlər. Psixoloji olaraq libidonun menopauzundan sonra hətda sexsual hislər artada bilər. Buna səbəb hamiləlik qorxusunun olmaması ilə bağlıdır.

Kişilərdə isə əksinə, gün keçdikcə cəhdlər nəticə verməməyə başlayır. Bu səbəbdən də, sexsual funksiyanın spnməsinin qarşısını almaq lazımdır. Bunun üçün isə hər zaman istək yaranan zaman sexdən məşğul olmaq lazımdır. Uyğun zamanı güdməyə ehtiyac yoxdur. Sex orqanizmdə baş verən digər funksiyalar kimidir: ya işlədəcəksən, yada sönəcək və itəcək. Bir dəfə istəyinizi həyata keçirməyəcəksiniz, ikinci dəfə keçirməyəcəksiniz, üçüncü dəfədə isə, istəsəniz belə alınmayacaq.

Advertisements