Qarabaşağı yetişdirilməsi üçün əlavə kimyavi vaistələrə ehtiyac olmur. Bu isə o deməkdir ki, bitki bütünlüklə insan orqanizminə ziyan vermir, əksinə çox xeyirlidir. Eyni zamanda qarabaşaq heç vaxt gen dəyişikliyinə uğramayıb.

Qarabaşaq çox dəyərli məhsul olduğundan dənələri vacib mikroelementlər və vitaminlərlə zəngindir. Tərkibində acib toxumalar, gec həzm olunan karbohidratlar var ki, nəticədə qanda şəkərin miqdarına çox təsir göstərmir. Bu səbəbdən də şəkərli diabed pəhrizlərində məsləhət görülür. Tərkibindəki dəmir maddələrə əsasən digər becərilər bitkilərdən çox seçilir.

Bundan başqa məhsulun tərkibində dəyərli maddələrdən fosfor, kalsium, kobalt, yod, kalium, eyni zamanda ftor, sink və molibden mövcutdur. Vitaminlərədən isə B vityamin qrupu (B9,B2 və B1), PP və E vitaminləri kifayət qədərdir.

Qarabaşağın tərkibində xeyli miqdarda zülal olduğundan orqanizm tərəfindən tez həzm edilir, gec həzm edilən karbohidratlara görə isə aclıq hissi gec yaranır. 100 qram qarabaşaq 320 kkal kimi hesablanır.

Qarabaşaqdan alınmış bal fərqli keyfiyyətləri ilə məşhurdur. Özündə kifayət qədər minerallar cəmləşdirdiyindən açıq rənglidir. Xoroniki qastritdən, hiportaniyadan, avitaminozomdan əziyyət çəkən üçün məsləhət görülür. Eyni zamanda mədə turşuluğu yuxarı olan insanlar rahatlıqla istifadə edilir. Həkimlər tərəfdən adətən qanda radioaktiv maddələrin təmizlənməsi üçün proflaktik tədbir kimi yazılır.

Qarabaşağın xeyri

Əgər qarabaşağı digər ərzaqlarla müqayisə etsək yuxarda qeyd etdiyimiz kimi karbohidratlarla daha zəngindir. Nəticədə daha gec həzmə getdiyindən uzun müddət toxluq hissi yaranır. Bu səbəbdən də, qarabaşaq pəhriz yönümlü ərzaq hesab edilir. O əsasən kökəlmədən əziyyət çəkən insanlara məsləhət görülür. Ən əsas üstünlüyü isə qanda xolestrinin miqdarının aşağı salmasıdır. Ciyərlər toksinlərdən təmizlənir, yəni mədənin iş prosesi yaxşılaşır.

Xalq təbabətinə əsasən bu bitkinin yarpaqları və gülləri qızılca və kəskin radiasya xəstəlikləri zamanı istifadə edilir. Yuxarı tənəfüs yolları xəstəliklərinin, damarların divarlarının möhkəmlənməsində məsləhət görülür. Bitkinin bu hissəsində P vitamini və geniş xeyirli göstəricilər olduğundan mütamadi istifadəyə zəmin yaradır.

Mədə qıcqırması yaranan zaman qarabaşaq bu narahatlıqdan azad edir. Bunun üçün sadəcə bir neçə dənəni ağızda bir müddət çiynəmək kifayət edər. Mütamadi qarabaşaqdan istifadə qan dövranını sürətləndirər, əsəb sistemini sakitləşdirər, ekskretor və endokrin sistemini yaxşılaşdırar.

Dənlərindən istifadəni yuxusuzluqla mübarizə zamanı da geniş istifadə etmək mümkündür. Bunun üçün yastığın içinə dənləri əlavə edərək buna nail olmaq olar. Nəticədə rahat yuxu gətirər, möhkəm və sağlam edər.

Qarabaşaq sıyığı ürək-damar sistemində problem yaşayan insanlar mütlər qida siyahısına əlavə etməlidirlər. Tərkibində kalium olduğundan arteryal təzyiqi normallaşdırır ki, bu da öz nüvbəsində qemaroy xəstəliklərində kömək olur, tromb yaranmasının qarşısını alır. Tərkibidəki rutin sayəsində isə orqanizmdə olan artıq maye xaric olur.

Qan azlığı zamanı hər gün iki xörək qaşığı, gündə 4-5 dəfə qarabaşaq ununu yemək, üstündən isti süd içmək məsləhət görülür. ANemiya xəstəliyi zamanı isə qarabaşaq balı gün ərzində üç dəfə buyrulur. Eyni zamanda masaj zamanı dənləri bioloji aktiv hissələrə təsir etmə qabiliyyətinə malikdir.


Kişi sexsual gücünə qarabaşağın təsiri

Qarabaşağın tərkibində olan zülalların 80%-i həzm olunma qabiliyyətinə malikdir. Bu səbəbdən də idmanla məşğul olan və əzələlərinə diqqət yetirən kişilərin bir çoxu yemək zamanı qarabaşaqdan tez-tez istifadə edirlər. Eyni zamanda qarabaşaq sıyığı pəhriz məhsullarına aid edildiyindən az kalorili yemək siyahısına daxildir. Xeyirli dənlərin qəbulu bədənin həcminin (massanın) nəzarətdə saxlanılmasına yardımçı olur, dözümlülüyünü artırır, sex zamanı sexsual gücü çoxaldır.

Sehirli bitki aterosklerozun yaranma riskini azaldır, qan dövranını yaxşılaşdırır. Bu səbəbdən də, ereksiya halı yaxşılaşır. əgər intim hissədə damarların daralması halları müşahidə edilərsə, deməli cinsi orqana qan axını zəifləyər. Nəticədə ehtiraslı vəziyyətdə cinsi orqanının möhkəmlənməsinə nail ola bilməz, qarşı tərəfi təmin etməyində çətinlik yaranar.

Advertisements