80-90-cı illlər amerikan avtomobil markalarının axırı necə oldu?
1990-cı il 30 iyul tarixində General Motirs şirkətinin prezidenti Rocer Smit zavodun qapılarından Sprinq-Hill küşəsinə Saturn firmasına məxsuz ilk avtomobillə çıxmışdır. Son 30 il ərzində ABŞ-da ilk dəfə yeni avtomobil brendi yarandı. Beləliklə həmin illər ərzində bir neçə avtomobil markaları da Amerika küçələrində görünməyə başladı. Bu gün isə onları demək olar ki, heç kim xatırlamır. TOP mister olaraq “Saturn” şirkətinin uğursuzluğu haqda sizlərə məlumat vermək istərdik.
Saturn Corporation (1985-2010)
Sahibi: General Motors
Nəzərdə tutulmuşdur: ABŞ-ın avtomobil sənayesi üçün keçən əsrin 80-cı illəri uğurlu hesab olunmurdu. Yapon və avropa rəqibləri arasında şübhəli dizayn, aşağı keyfiyyət, tam əlacsızlıq “milli məhsul al” ifadəsini amerikalıların dilində daha az səslənməyinə səbəb olurdu. Yaranmış trendi məhf etmək üçün General Motors şirkətində tamami ilə yeni tip avtomobilin hazırlanması qərarlaşdırıldı. 1985-ci ildə onsuzda geniş profilə və brend adına sahib şirkət tərəfindən yeni, Saturn brendi təqdim edildi.
Nəticə: Qarşıya qoyulmuş məqsəd çox ambisyalı hesab olunurdu. Demək olar ki, mümkünsüz idi. General Motors bu brendi sıfırdan havalara qaldırıb məşhurlaşdırmalı idi. Saturn başdan konsernin növbəti davamlı avtomobil brendi olaraq “Şevrale” və “Pontiakın” personal kopyası kimi nəzərdə tutulmurdu. Hər şey dahada ciddi idi. Yeni unikal platforma, bahalı dizayn, iynəsinə kimi özündən olan istehsal prosesi, GM sistemində təcrübəsi olmayan yeni personal olmaqla “Saturn”-ı bacardıqca General Motorsun reputasiya təsirindən uzaqlaşdırmaq istəyirdilər.
Saturn S – sedan seriası – brendin ən uğurlu və tələbatlı modeli hesab edilir.
İlk başdan alınmışdı. Saturn S-seriasından olan ilk model 90-cı illərin iyul ayından buraxıldıqdan sonra cəmiyyət və mətbuat tərəfindən uğurla qarşılanmışdır. Maşının keyfiyyət səviyyəsi yüksək qiymətləndirərək, servis xidmətlərini “Tayota” ilə eyniləşdirdilər. Qiymətlər isə bu keyfiyyətin və xidmətin qarşılığında tam münasib hesab edilirdi. 90-cı illərin ortalarında kupe və unversal S- seriasının satışı il ərzində 300 minə çatmışdı. Şirkət premya və mükafatların lauriyyatına çevrilmişdir. GM istərsə yaponlardan da yaxşı biznes qura biləcəyini sübut etdi.
Ulduz vaxtı: Saturn S-seriası
Saturnun ilk modeli ən məşhur model adını qoruyub saxlaya bildi. Z -platformasında yığılan “eska” aşağı qiymətli avtomobillər arasında konstuktiv keyfiyyətinə görə seçilmişdir.  Eyni zamanda, S-seriası praktiv plastik yan kuzov panellərinə, çalalara və yüksəkliklərə çıxan zaman dözümlülüyə sahib idi. 1.9 mator gücünə sahib olduğundan amerika bazarlarında ən ekonomik avtomobil hesab edilirdi.
Alınmayan məsələlər: “Saturun”-un ilk uğurları GM şirkətinə rahat başa gəlmədi. Brendin reklamına, yeni platformanın hazırlanmasına və zavodun tikintisinə ağıla gəlməz vəsaitlər xərcləndi. Yəgin məhs buna görə General Motors 2000-ci ilin əvvəlində ekonom rejimlə çalışmağa başladı. Saturunun model çeşidləri genişlənməyə başladı. Amma bu genişlənmə artıq mövcud olan platformanın üzərində həyata keçirilirdi. Unikal pozisyalı markanın adı bec-injinirqinə dəyişməsi GM-in böyük səhfi hesab edildi. Alıcıların maraqlı sürətli şəkildə azalmağa başladı. 2010-cu il 31 oktyabr tarixində “yeni tip modellər”-in istehsalı tamamı ilə dayandırıldı.
Eagle Division (1988-1999)
Nəticə: Yaxşı heçnə alınmadı. İlk illərdə “qartal” brendi altında AMC-nin köhnə modelləri, Premier və Medallion satılmağa başlanıldı. Bir müddət sonra isə bazarda “Krayslerin” modelləri göründü. Lakin, çevriliş hissi yaradacaq dizayndan və istehsal, servis məsələləri ilə bağlı irəliləyişlərdən, keyfiyyət artımından söz belə gedə bilməzdi. Eagle mövcud olduğu bütün həyat yolunda sevilməyən brend rolunu oynayırdı. Öz fəlsəfəsindən və stilindən məhrum idi sanki.
“Qartal” brendi altında hətda maraqlı konseptlərdə meydana gəldi, misal olaraq: Eagle Jazz 1995 ilin.
Ulduz vaxtı: Eagle Talon
“Qartal”-lar içində ən uğurlu variant idman kupe “Talon” (ingilisdən tərcümədə “caynaq”) hesab edilir. Bir sözlə Mitsubishi Eclipse-nin yeni modeli hesab edilə bilər. 90-ci illərdə “Kraysler” və “Üç briliant” Şiamli Amerika bazarlarında dostluqlarını qorumuşdular. Bu səbəbdən də Diamond Star adlı müştərək müəssisə yaratmışlar.
“Talon” “Eklips” kimi gözəgəlimli dizaynı ilə seçilirdi. Yüngül idarə etməsi və dinaik olması ilə sevilirdi. Eyni zamanda qiyməti münasib idi. Yeri gəlmişkən satış həcminə görə “Qartal caynağı” qardaşı hesab edilən Plymouth Laseri belə keçə bilmişdir.
İdman tərzində olan Talon Eagle-nin ən uğurlu modeli hesab edilir.
Alınmayan məsələlər: O qədər səbəblər var idiki, əksinə nəyin alındığını sadalamaq daha rahat olardı. Chrysler rəhbərliyinin rəsmi aşıqlaması həqiqətə daha çox uyğun görünür. Ən əsası isə, yeni brend altında heç bir konsepsiya irəli sürülməmişdir. Bir plotformalı olan Chrysler Concord, Dodge Intrepid və Eagle Vision arasında seçim edən zaman, qartaaltda prinsipial olaraq heç bir fərq müəyyən etmək mümkün deyildi. Bu səbəbdən də, bazarda ilk sadalanan iki marka daha çox bəyənilirdi. Nəticədə “Qartalın” istehsalı 1997-ci ildə başa çatdı.
Geo (1989-1997)
Sahibi: General Motors
Ucuz xarici maşın markaları ilə məhs Geo rəqabət aparmaq istəyində idi. 90-cı illərdə AŞB bazarında ən uyğun və əlçatan marka kimi Suzuki, Isuzu və Toyota görünür və bazarda başçılıq edirdi.
Geo Storm adı altında Isuzu Impulse gizlənirdi.
Geo Prizm – isə Toyota Corolla/Sprinter mövzusunda təqdim edilmiş məhsu idi. Cazibəli Geo Tracker-də isə Suzuki Vitara-nı görməmək mümkün deyildi.
Nəticə: Tam olaraq ilk başlanğıcda mövcud ola biləcək brend hesab idilirdi. Əlbətdə, sürüş zamanı müxtəlif avto istehsalçıların müəyyən problemləri mövcut idi. Lakin bunların hamsı aşağı qiymət, az benzin sərfiyyatı və yüksək amerikan istehsal keyfiyyəti ilə unutdurula bilinirdi.
Ulduz vaxtı: Geo Metro
İkinci nəzil Suzuki Swift-in amerikan versiyası (istehsal adı SF) Geo satış marka adını qoruyub saxlaya bildi. Artıq brendin bağlanışından sonra belə avtomobil “Chevrolet” emblemi ilə buraxılmağa davam etdi. Rahat, problemsiz və yüngül “Metro” fenomen etibarlılığı və demək olarki, yanacaq sərf etməməsi ilə seçilirdi. Nəhayət kabrialet kuzovu ilə Geo Metro ən şirin və həyat sevər avtomobil seçildi.
Geo Metro – sadə, ucuz, ekonomik və etibarlı idi. Cabrialet versiyasında isə yaraşıqlı belə saymaq olardı.
Alınmayan məsələlər: Başlağıcdan hesablanan plana əsasən yapon maşınları Chevrolet-in qanadları altına yığılmalı idi. Lakin, GM rəhbərliyi bu qərarın Chevrolet markasının alıcıların gözündə düşməsinə səbəb olacağından ehtiyyat edirdilər. Lakin, 90-cu illərdə bu qorxunun mənasıs olduğu məlum oldu. Geo-nun bütün modelləri səssiz şəkildə emblemlərini dəyişərək, Chevrolet siyahısına qoşuldular.
Merkur
Sahibi: Ford Motor Company
Nəticə: Amerikan standartlarına adoptasya olana qədər (faralar,, bamperlər və s.) Avropa “Ford”-larına xüsusi bir ambisyalı şərtlər qoyulmurdu. Plana əsasən il ərzində 15 min “Merkur” satılmalı idi.
Pressanın yüksək səviyyədə qarşılanmağına baxmayar, məşhur avto dərgi olan “Motor Trend”-in səhfələrində Merkur XR4Ti BMW-ya qarşı gözəl dərman adlandrılmışdır. Brendin satış həcmi yalnız 1986-cı ildə 13 599-a çatmışdır. Sonra illərdə isə bu göstərici iki dəfə azalmışdır.
Ulduz vaxtı: Merkur XR4Ti
Avropa cəmiyyətində adı demək olarki eşidilməyən bu modelin altında köhnə dairələrdə yaxşı tanınan Ford Sierra XR4i gizlənirdi. Amerikan variantının əsas fərqi arxada iki seksiyalı antikrılonun olması və 2,3 litirlik turbomatora sahib olmasındadır. 170 sürəti Merkur 7 saniyəyə yığır ki, buda 80-cı illərin ikinci yarsı üçün pis nəticə deyildi.
Bizim anlayışla Sierra, amerikan variantı isə Merkur XR4Ti
Alınmayan məsələlər: Merkur avtomobilləri ən başdan ümumiyyətlə reklam olunmamaqlarından əziyyət çəkirdilər. Alıcılar və dillerlər maşın haqqında və kimlər üçün nəzərdə tutulduğu barədə məlumatsız idilər. Eyni zamanda 80-cı illərin yarsından etibarən alman markasının artımı xaricdən maşın gətirməyə sərf etmirdi. “Merkur” ştata gətirilməzdən əvvəl eyni zamanda kuzov otilyesi Ghia-ya da gətirilirdi. Yeni amerikan standartlarına əsasən avtomobillərdə təhlükəsizlik yastıqlarının quraşdırılması mütləq idi. Nəticədə avropa “Ford”-larının eksportu əhəmiyyətini itirmişdir.
Hummer (1992-2010)
Hər şey 1992-ci ildə etibarən başladı. Xüsusi texnikanın istehsalçısı olan AM General açıq bazara məşhur hərbi avtomobil olan M998-i  (daha çox Humvee adı ilə tanınırdı) çıxartdı. Dəmir körpü qiymətinə olan avtomobil qısa zamanda çox məşhurlaşdı. Onun sahibləri arasında hətda Arnold Şvasneqrda oldu. Məşhurluğunun pik nöqtəsində “Hummer” tezlikdə dünya üzrə avtomobil liderinə çevrildi. General Motors Hummer satış markasını alaraq, onun bazasında yolsuzluq avtomobil brendini yaratmağı düşündü.
Hər şey High Mobility Multipurpose Wheeled Vehicle-dən və ya “Hamvi”-dən başladı.
Nəticə: Hər şey başlanğıcda yağ kimi gedirdi.Bazar Hummer H1 variantına heyran qalmışdı. Səbirsizliklə yeni, daha əlçatan variantları gözləyirdilər. 2002-ci iləd nümayiş etdirilən H2 versiyası sankı əvəzsiz görünürdü. Təcübləndirən dizayn, komfortun daha yuxarı həddi, təhlükəsizlik, dinamik keyfiyyətlər H1-dən daha üstün idi. Bunların hamsı cəm halında təqdim olunan avtomobilin yüksək qiymətini və istehsal zamanı buraxılan səhvləri hiss etdirməyə imkan vermirdi.
Ulduz vaxtı: Hummer H3
H3 brendin yeganə məhsuludur ki, General Motorsun öz gücü hesabına meydana gəlib. H1 və H2nin yaranmasına isə AM General məsuliyyət daşıyır. Bəlkədə ona görə 3-cü versiya daha uğurlu alınmışdır. Təssüfki antihummer fikirlər pik həddə olanda yarandı və brendi qorumağı bacarmadı.
Alınmayan məsələlər: 2006-cı ildən başlayaraq “Hummer”-in satışı ciddi şəkildə azalmağa başladı. Əlbətdə ünvanına olan bütün ittihamları doğru adlandırmaq olmaz. Maraqlısı orasıdır ki, vaxtı ilə, başlanılmasına tez bir zamanda qərar verən General Motors əllərinidə brendin üzərindən eyni rahatlıqla götürmüş oldu. Səhvləri aradan götürmək, iradları dinləmək, düzəlişlər etmək əvəzinə Detroytda “Hummer”-dən qurtulmağa qərar verildi.
Lakin, son sözünü hələ deməmiş brendə müştərilərdə tapıldı. Lakin GM şirkəti əvvəlcə Mahindra&Mahindra şirkətinə, sonrada çindən olan Sichuan Tengzhong şirkətinə imtina cavabı verdi.
Deyilənlərə görə, itirmiş ziyanı bərpa etməyə ABŞ-ın ağ evindən icazə verilmədi. Hərbi sirlərin başqalarının əlinə keçməsi qorxusu yaranmışdı.
Advertisements