Çox az kişi nə geyinəcəyi ilə bağlı özünü yorar. Digər tərəfdən isə, güclü cinsin nümayəndələrinə geyim zamanı özlərini komfortlu hiss etməklə yanaşı, zövqlü geyinmək də önəmlidir. Bütün maraqları bir yerə cəmləməyə məhs minimalizm köməklik edər. Lakin, bu tərz geyim seçmək ilk baxışdan göründüyü kimi asan deyil.

Nədən başlamalı?

Minimalizmin ən əsas nüyansları nədən ibarətdir? İlk olaraq bu zövqlü tərzin əsas elementləri və şərtləri dekorların olmaması, parıltılı elementlərdən qaçmaq, ciddi kəsim, neytral rənglər hesab edilir. Lakin, sadəlik heçdə banallığın və ya ucuzluğun sinonimi mənasını verməz. Əksinə minimalizmdən olan geyimlər özündə gücün, təcrübənin və əvəzedilməzliyin vəhdətini birləşdirir. Bu tərzdə üstünlük bahalı-təbii parçalara, keyfiyyətli tikilişə verilir ki, bu da heç cür ucuz ola bilməz. Bu aksiomanı unutmayın : ucuz şeylərlə minimalizm qurulmaz – istər qdına, istərsədə kişiyə.

Məsələ 2-3 klassik, təmiz rənglərdən istifadə edərək hər zaman yerində və yaraşıqlı görünməkdən ibarətdir. Xasiyyətin bəzi tərəflərini önə çəkərik, rəngli geyimlərin arxasında gizlənmək mümkün olmur. Nəticədə özünüzü, olduğunuz kimi, əlavə təsirlər olmadan göstərmiş olursunuz.

Kifayət qədər nəzəriyyələr mövcutdur. Qarderobunuzu açın və geyimlərinizə minimalizm tərzində baxmağa çalışın. Böyük şriftli yazılarla, naxışlarla olan geyimlərimizi, rəngli köynəklərimizi, iri və seçilən düymələrlə olan paltarları bir kənara qoyuruq. Boyu uzun göstərən, eyn rəngli geyimlərimizi saxlayırıq. Misal olaraq, uzun palto, köynək, düz klassik şalvarlar.

Minimalizm qara kvadrat kimidir

Miimalizmi çox vaxt “qara kvadratla” eyniləşdirirlər. Qara rəng iti küncləri, sərhədləri, formanın sadəliyini daha dəqiq göstəriri. Lakin bu tünd rəng sadalnan keyfiyyətlərə sahib yeganə rəng deyil. Eyni zamanda ağ, qəhvəyi, bozun tonlarından, tünd-boz, pastel çalarlarından və onların uyğunluqlarından istifadə edilir. Bu rənglər bir-biriləri ilə yaxşı uyğunluq təşkil edir. Nəticədə güclü cinsin nümayəndələri seçim zamanı çox əziyyət çəkməzlər. Yeni kolleksiyala zamanı və geyim dükanlarında bu rəngli geyimlərə çox rast gəlmək olur. Nəzərə alın ki, obrazda rəng çeşidləri 1-2- dən artıq olmamalıdır.

Kişi geyimləri öz-özlüyündə minimalizm tərzindədir? Yoxsa yox?

Adətətn kişi geyimlərinin öz-özlüyündə minimalizm tərzində olduğu qəbul edilmişdir. Lakin, qarderobu incələyən zaman uyğun olmayan şeylərin çox olduğu, lakin gərəkli geyimlərin olmadığı məlum olur. Zamanla bu kimi baxışlar keçirmək ümumi obraza uyğun olan nüyansların çatışmamazlıqları haqda düşünməyə imkan verir. Nəticədə növbəti alış-veriş zamanı çatışmamazlıqları birinci növbədə düşünməli oluruq.

Siluet məsələsinə gəldikdə sadəcə eleqant görünmək, bu görünüş uçun çox əziyyət çəkməmək yetərlidir. Beləki, çiyinlər mütləq enli olmalı, bel hissəsi isə mümkün qədər incə olmalıdır. Bu səbəbdən də, asimmetriya nüyansını unutmayın.

Bu səbəbdən də ciddi yeni dizayner traktovkaları minimalizmdə vacib məsələlərdir. Misal olaraq, klassik uzun kişi şortikləri, köynəklər, pastel rənglərində olan yüngül kurtkalar (vitrovkalar) və ya dəri klassik gödəkcələr.


Biraz da aksessuarlar haqda

Obrazlarda aksesuarlar böyük rola malikdir. Bu zaman seçiminiz sadə görünüşlü olmasına diqqət yetirin. Hal hazırda bu barədə çatışmamazlıq yaşamayacaqsınız. Axtarışlarınızı Burberyy sumkalarında, lakonik saatlarda, müxtəlif dizaynerlər tərəfindən işlənən eynəklərdə cəmləyə bilərsiniz. Əsas diqqət yetirilməli məsələ bir rəngli olması və keyfiyyətli materialda olmasıdır.

Minimalizm tərzində geyinmək ciddi qaydalarla müşahət olunmur. Dəqiq və mütləq instruksiya mövcut deyildir. Sadacə məsləhətlər ola bilər bu sahə üzrə. Sadəcə  məsləhətləri dinləsəniz və ora öz fikrilərinizi əlavə etsəniz diqqət mərkəzində olmaq sizin üçün çətin olmayacaq. Özünə əmin olan, istədiklərini bilən, praktik həyat tərzi yaşayan insanlar hamı üçün maraqlı tipajdır.

Advertisements