Sizi pis şeylərə, əxlaqsız fikirlərə yönəltmık heç bizim ağlımızda belə deyil. Eyni zamanda sədaqətli olmamağın tərəfdarıda deyilik. Əksinə sevgini və sadiqliyi qoruyun deyirik. Sadəcə “sağa-sola getmədən yaşaya bilməyənlərin” həyatlarını rahatlaşdırmaq istədik. Bunun üçün tarix boyu yaşanan təcrübələri topladıq və ən çox görülən məsləhətləri diqqətinizə çatdırmaq istədik. Həmdə fikrimizcə, oxusanız əhvalınız da düzəlmiş olar.

1. İndi biraz zaman dəyişib. İşdə qalmışdım və ya dostum gildə idim ifadələri artıq o qədərdə keçərli deyil. İlk növbədə bunlar bir başa şübhə oyadır, ikinci isə yoxlamaq çox asandır. Allah etməsin, sorğu-sual vaxtı o sizin müdürünüzə, iş yoldaşınıza və ya dostunuza zəng vursun. Nəsə superoriginal bir şeylər fikirləşin. Bir şeylər ağlınıza gəlməsə açıq bildirin: “Başqa qadının yanında idim.” Əmin olun, yoldaşınız cavabında sadəcə gülümsəyərək “hər sözü zarafata salma” deyəcək və sizi yoxlamaq ağlına gəlməyəcək.

2. Birdən-birə yoldaşınıza incə hislərinizi göstərərək qulluqda durmağa çalışmayın. primitiv yaltaqlıq da sizi sata bilər. Yersiz diqqət və ya artıq kobudluq yalnız ya dərindən peşman olanda, yada qəti boşanmaq istəyəndə gərəkli olur.

3. Həyat yoldaşınıza hədiyyələr etmiyin, əgər bunu əvvəllərdə etməmisinizsə. Həmin dəqiqə siz hansısa günahınız yuyursuz deyə şübhələr yaranacaq. Eyni zamanda bu günə qədər yoldaşınızın və ya onun anasının ad gününü qeyd etməmisinizsə, indidə yada salmaq lazım deyil.

4. Özünü tam təbii aparmaq lazımdır. Qaçan gözlər, titrəyən səs insanı tez şübhələndirir.

5. Məşuqunuzla göndüzlər görüşün. Sizin gecələr evdə olmamağınız daha çox şübhə yaradır. Əgər işiniz buna imkan vermirsə, deməli işi dəyişmək haqda düşünmək lazımdır. Həyatda bir dəfə yaşayırıq.

6. Sevişdiyiniz xanımdan xahiş edin ki, ümumiyyətlə ətirlərdən istifadə etməsin. Bu yalanın açılmasına şərait yarada bilər. Düzdü, bir çox qadınlar bu cür xahişi qəbul etməzlər. Ona görə özünüz daha güclü iylərdən istifadə edərək həmin qoxunu öldürməyə çalışın. Bu araq, beniz, balıq və sairə ola bilər.

7. İkinci variant – öz sevgi yaşadığınız qadına da, yoldaşınızın istifadə etdiyi ətridən alın. Düzdü ətirdən başqa fərqli iyə malik şampunlar, gecə kremləri və digər kosmetik vaistələrdə mövcutdur. Amma yənədə, qarışdırmaq ehtimalı böyükdür.

8. Özünü yandırmağın klassik forması – köynəyin boynunda pamada ləkəsi. Siz hələdə bu qarmağa düşürsüz? O zaman tün rəngli, ən yaxşısı qara köynəklər geyinin və ya ehtiyat üçün özünüzlə daha bir köynək gəzdirin.

9. Ən ideal variant isə kənarda gizli evinizin olmasıdır. Bu sizə bir neçə qadınla görüşməyə imkan yarada bilər. Lakin, bu ev haqqında nə yoldaşınız, nə qaynananız, nə dostlarınız bilməməlidir. Ən azından dostlarınız bilsə, o zaman o ev çox gümanki, ümumi işlək məkan olacaq.

10. Çalşın şəhərdə heç kimin gözünə görünməyin. İmkan olarsa, şəhərdən kənara çıxmağa çalışın. Lakin məsafə seçəndə elə seçin ki, qayıtmağa da çox vaxt lazım olmasın.

11. Çalışın qeyri-müəyyən iş saatları olan və tez-tez ezamiyyətə göndərilən işə girin. Eyni zamanda sizə ordakı iş yoldaşlarınız və müdürünüzlə dostlaşmaq lazım olacaq. Ehtiyac olanda sizin ezamiyyətdə olduğunuzu təsdiqləyə bilsinlər, işin çoxluğundan işdə qalmalı olduğunuzu bildirsinlər.

12. Dostlar demişkən, onlar sizin ümüd yerinizdir. Sanki sizin eviniz və ya ehtiyyata atdığınız qoruyucudur. Əgər nəsə çatışmamazlığınız olarsa, özlərindəkini istifadə etməyə verə bilirlər. Əgər həqiqətəndə onları dost kimi sınamısınızsa əlbətdəki.

13. Ad – özünü yandırmağın daha bir yolu. Yəginki, bu halı xatırlayırsınız : kişi ilə arvadı sexlə məşğul olur və məsələ yekunlaşana yaxın kişi başqa ad səsləndiri. Aləm bir-birinə dəyir və nəticədə boşanmaq. Çalışın hər iki qadını ləqəblə çağırın: “balam”, “qızım”, “dovşanım” və s.

14. İdeal variant – ətrafınızda olan qadınların hamsının adı eyni olsun. Ancaq üzdülüyünüz çatarsa ona adı sizdə qoya bilərsiniz “Mən bütün qadınları Fatma deyə çağırıram.”

15. əgər siz onuda yoldaşınızı apardığınız maşında gəzdirirsinizsə, diqqətli olun, heçnəyi maşında qalmasın. Diqqətlə yoxlayın, xırda saç rezini belə boşanmağa səbəb ola bilər.

16. Xanımınızın gündəlik gördüyü işləri, getdiyi yerlərin saatını dəqiq yadda saxlamağa çalışın. Harasa getsəniz rastlaşa bilərsiniz. Ancaq unutmayın, çox maraqlanmaq şübhələrə də səbəb ola bilər. Onun getdiyi-gəldiyi yerlərin nə qədər vaxt apardığı, iş yolunun uzaqlığı haqda özünüzdə qeydlər aparın.

17. “Kişi komandirovkadan qayıtdı” misalı əksinə də işləyə bilər. Bu səbəbdən də görüşünüzü evinizdə müəyyənləşdirməyin. Xanımınız məzuniyyətdə olsa belə, xaricdə olsa belə və bir aydan sonra qayıtmalı olsa belə. Hər şey ola bilər. Qəfildən pulun hamsını xərcləyər və ya sizdən, uşaqlardan, valideyinlərindən narahat olub tez qayıda bilər evə.

18. Yoldaşınızın qəfildən evə gəlmək ehtimalı olmasada sevgilinizi qətiyyən evə gətirməyin. Unutmayın, qonşuların da iri gözləri, uzun dilləri, tükənməyən maraqları var. Bina evlərində isə, divarlar çox nazik olur.

19. Əgər məşuqunuzu evə gətirmisinizsə, ondan sonra evə ciddi nəzər yetirib yoxlayın. Qadın saşları ən ağla gəlməz yerlərə ilişib qala bilmə xüsusiyyətinə malikdir. Yataq otağında yataqda qalan iyləri unutmayın. Hələ biz mətbəxdə qalan yemək qalıqlarını demirik. Hamsını yuyun və atılası şeyləri zibilliyə atın.

20. Sevgilinizə ev nömrənizi verməyin. Əksa halda “Kim idi zəng vuran?” sualına cavab vermək üçün başınızı sındıracaqsınız. Əgər dəstəyi yoldaşınız qaldırsa, ümumiyyətlə nələr ola bilər, bir düşünün.

21. Onun nömrəsini telefonunuzun yaddaşına yazmayın. Ondan vizit kart almayın. Onun əl yazmalarını və ya şəklini xatirə olaraq saxlamayın. Yoldaşınızın vaxt aşırı ciblərinizdə və ya maşınınızda geniş axtarış aparmaq xüsusiyyəti olur. Sonra izahat vermək qəliz olacaq.

22. Ümumiyyətlə sizin “səbəb” və “özünü təmizə çıxarma” ilə bağlı bütün bir kolleksiyanız olmalıdır. Bu variant çoxluğu sizin ailə dəyərlərinə hörmət etdiyinizi bildirməlidir. Dostların, iş yoldaşlarınızın sayının çox olduğuna inandırın. Lazımı vaxt bu sizin köməyinizə gələ bilər. Valideyinlərinizi bu oyunlara cəlb etsəniz əgər, o qədər də narahat olmağa dəyməz. Atanız sizi başa düşər, ananızı isə ailənizin dağılma təhlükəsi ilə hədələyə bilərsiniz. Həmişə ehtiyyatlı olun: gizlin evlər, otellərdə adminstratorlar, ev geyimləri və ehtiyat aksesuarları unutmayın.

23. Xanımınızın ətrafından özünüzə məşuq tapmayın. Əks halda məsələ rus mahnısındakı kimi olacaq: “Лучшая подруга, что же ты наделала? (ən yaxşı rəfiqəm sən nə etdin?)”. Bu gedişatın 100% sonluğu qəmli notlarla bitir.

24. Çalışın sizin kənarda olan sevgi məcaranız uzun müddətli olmasın. Uzun müddətli məşuqə rollu bir meddət sonra ikinci arvad roluna çevriləcək. O da sizi eyni şəkildə qısqanacaq, diqqət istəyəcək, yoracaq və mümkünsüz şeylər istəyəcək. Bu sizə lazımdır?

25. Heç vaxt günahlarınızı boynunuza almayın. Əgər sizi döyərək buna məcbur etsələrdə. “De, mən hər şeyi bağışlayaram” kəlməsinə inanmayın. Sona qədər inkar edin. Unutmayın yoldaşınız hər zaman sizin sadiq biri olduğunuza inanmaq istəyir. Ən azından ümüd yeri qoyun. Əgər o sizi məşuqunuzla yataqda belə tutarsa gözünə göründüyünü, belə bir şey olmadığını bildirin.

Advertisements