Ananas – meyvələrin tropik kralı hesab edilir. Lakin, adlandırılmaqına baxmayaraq kol bitkisidir. Quru hava şəraiti olan yerlərdə 1.5 ildən 3 ilə qədər inkişaf edir. Lakin insanlar xeyirləri barədə məlumatlandıqdan sonra onu plantasyalarda yetişdirməyi və il ərzində 3 dəfə bar götürməyi örgəndilər.

Ananasın tərkibi

Bitkidə ilk olaraq insanı cəlb edən məsələ onun sulu, xoş qoxulu və şirin tamıdır. Lakin, alimlər onun kimyəvi tərkibini araşdıran zaman yaxşı mənada təcüblənmişlər. ABŞ-ın mərkəzi nutrient bazasının verdiyi məlumatına əsasən ananas vitaminlərlə zəngindir:

  • А – 3 mkq;
  • К – 0,7 mkq;
  • С – 47,8 mq;
  • В5 – 0,21 mq;
  • В6 – 0,11 mq;
  • В9 – 18 mkq;
  • РР – 0,58 mq.

Tərkibində mikro və makro elementlər aşkar olunmuşdur:

  • Kaliumun rekord səviyyəsi – 109 mq;
  • kalsium – 13 mq;
  • maqnium – 12 mq;
  • natrium – 1 mq;
  • marqanes – 0,93 mq;
  • dəmir – 0,19 mq.

Enerji dəyəri – 50 kkal:

  • 94% ­­karbohidrat;
  • 4% zülal;
  • 2% yağlar.

Yumşaq hissəsində, içində bromelain və böyüdücü ferment olan papain mövcutdur.

100 qr-da 13.12 qr karbohidratlar var ki, bunlardan 1,4 qr qida toxumaları, 9,85 qr isə şəkərdir.

Ananasın xeyirli cəhətləri

Cənubi Amerika, Tailand və Filippin əhalisi bütün il ərzində bu təamı dada bilirlər. Nəticədə bir çox avropaya xas xəstəliklər haqqında məlumatsızdırlar: hipertoniya, atroskleroz, osteoparoz və tromboflebit.

Təzə halı

Ananas aclıq hissini öldürür və orqanizmdə olan artıq mayeni xaric edir. Antibiotiklərdən istifadə edən insanlar üçün xeyirlidir. Eyni zamanda antibiotiklərin təsirini bir neçə dəfə artıra bilir.

Ümumi

Qanda şəkərin miqdarını normada saxlayır

Şirin təam olmasına baxmayar, şəkərli diabedin səviyyəsini artırmaq qabiliyyətinə sahib deyil. Bu tərkibində xeyli miqdarda marqansla əlaqədardır. Mineral qanda şəkərin miqdarını endirir, insulinin ifrazına və hormanl proseslərin düzgün fəaliyyətinə zəmin yaradır. Şəkərli diabet zamanı təzə ananasın yeyilməsinə icazə verilir. Bu xəstəliyin növbəti stadyasına, səviyyəsinə keçməyin qarşısını alır.

Maddələr mübadiləsinə yardımçı olur

Ananasın fərqli cəhəti tərkibində rekord sayda bromelainin olmasındadır. Bu ferment ağır karbohidratları dağıdaraq yüngül hala gətirir. Məhs bormelainin sayəsində maddələr mübadiləsini sürətləndirir, mədə turşuluğuna tem həzm üçün kömək göstərir.

Meyvə idmançılara bütünlüklə zülalın həzm olmasına yardımçı olduğundan məsləhət görülür. Yaxşı yeməkdən sonra bir neçə dilim ananas yerinə düşər.

İmmuniteti gücləndirir

Tərkibindəki maddələr sayəsində immuniteti yüksəldir və orqanizmi xəstəliklərə davamlı edir: vitamin C, marqanes, B vitamin qrupu. C vitamini ilə əlaqədar ananas nir balaca apelsinə və limona uduzur. Marqanes isə dolayı yolla immunitetə təsir edir: vitaminlərin bədənə sorulmasını təmin edir, metobolizmi sürətləndirir.

Qan-damar sistemi üçün ananas

Qanın laxtalanması – bu qanla bağlı ciddi problemlərin önündə gəlir. Nəticədə tromp əmələ gəlir ki, buda qan-damar sisteminin tutulmasına, orqanların normal işləməsinə mane ola bilir. Bunun qarşısını almaq üçün qanı qıcıqlandıran ərzaqlardan istifadə etmək lazımdır. Bunlarda biri də, ananasdır. Tərkibindəki bromelayn sayəsində qan toxumalarının qatılaşmasına mane olur, trompun əmələ gəlməsinin qarşısını alır.

Ananasın qana müsbət ətsiri yalnız daimi istifadə zamanı hiss oluna bilir. Eyni zamanda yağ toxumaları ilə mübarizə apararaq, xolestrinin səviyyəsini normaya salır. Qan-damar sistemi üçün bu əvəzzis faktor hesab edilir, nəticədə damarlar təmiz şəkildə qorunur.

Ananas qan təzyiqini aşağı saldığından hipertonik insanlar üçün məsləhətlidir.

Kişilər üçün

Ananas istənilən yaşda kişi üçün potensiyanı yaxşılaşdırmağa və libidonun səviyyəsini artırmağa kömək edir. Əgəgr cinsi infeksiyalar olmazsa, endokrin sistem isə düzgün işləmirsə meyvə əvvəlki xoşbəxtçiliyi geri qaytara bilər. Tərkibindəki maddələr sayəsində testestronun ifrazı yüksəlir və bu harmonun artımı nəticəsində potensiya yüksəlir. Cinsi həvəs artır.

Bir çox hallarda cinsi münasibətlərdə uğursuzluq narahatlıqla, daimi streslə, depresyalı vəziyyətlə əlaqələndirilir. B vitaminləri və mikroelementlər sayəsində əsəb sisteminin düzgün fəaliyyəti bərpa olunur ki, yaranmış mənəvi sakitliklə də potensiya güclənir. Daimi ananasdan və ya onun şirəsindən istifadə edən kişilər öz sexsual aktivliyini uzun müddət qoruya bilirlər.

Eyni zamanda meyvə yaddaşa da müsbət təsir göstərir. Ən əsas əqli işlə məşğul olan kişilərə ananas şirəsi mütləq gərəklidir. Gündəlik yemək rasionunuza ananas əlavə etməklə zehni aktivliyi artırmış, çoxlu informasya axınını normal analiz etmək qabiliyyətini qorumuş olarsınız.

Qadınlar üçün

Osteoparozona qarşı

100 qr ananas gündəlik orqanizmin marqansa olan ehtiyacını təmin edər. Bu minerallar orqanizmdə cüzi miqdarda olsada, vacib funksiyaları yerinə yetirir. Sümük toxumalarını bərpa edir. Qadınlarda ciddi marqans çatışmamazlığı menopauza zamanı yaranır. Və məhs bu zaman osteoparoz xəstəliyi inkişaf edir. Ananas lazımı marqans ehtiyacını təmin edir, sümük toxumalarını bərpa edir.

Ananasın ziyanları və təhlükələri haqda

Təzə ananas ən keyfiyyətli olsada, onun ziyanlarıda mövcutdur. Tərkibində turşuluq yüksək olduğundan bəzi xəstəliklərdən əziyyət çəkən insanlara məsləhət görülmür.

  • qastritom;
  • mədə xorası.

Eyni zamanda ananas dişlər üçündə ziyanlı hesab edilir. O dişin emalını zədələyə bilir.

Meyvə kimidə həzm olunması olduqca rahatdır, belə ki, enerji dəyəri cəmi 50 kkal təşkil edir. Şəkərli diabed zamanı təzə ananas zərərsisdir. Lakin konserviləşdirilmiş ananasda enerji dəyəri dəyişir. Bankalarda olan ananas 80,5 kkal, qurudulmuş ananas 284 kkal olduğundan nisbətən riskli görünür.

Ananas seçimi zaman nələrə diqqət yetirmək lazımdır?

Növlərindən aslı olaraq müxtəlif rənglərə sahib olurlar: qırmızıntıl, şabalıdı, sarı. Bu səbəbdən də alış zamanı üz qabığının rənginə diqqət yetirmək önəmli deyil. Ev şəraitində saxlanılan zaman avakado və ya banan kimi qabığının rəngi dəyişilmir. Əgər kal vaxtı dərilibsə, turşməzə tam dadacaq. Dükandan dəymiş ananas almaq istəsəniz bəzi nüyanslara ciddi yanaşın:

  • Əgər qabıq tünd yaşıl rəngdədirdə demək dəyməyib. Mütləq sarı rənglər də görünməldir.

  • Dəymiş və şirin ananasın qoxusu tünd olmalıdır. Turşuluq hissiyatı olmamalıdır.

  • Dəymiş ananas toxunan zaman tam yumşaq olmasada, tam bərkdə olmur.

  • Başlığındakı yarpaqlar tünd yaşıl rəngdə olub kobud görünürsə deməli tam dəyməyib. Əksinə açıq yaşıl və ya sarıya çalan tonajdadırsa demək tam yetişib.

Advertisements