Bu gün sizinlə yağ yandırıcı vaistələr hansılardır, hansı növləri var, təsiri formaları, qəbul etmə şərtləri haqda danışacayıq. Bu mövzü həm bodybildingə yeni başlayanlar arasında, həmdə profisionallar arasında çox populyardır.

Yağ yandırıcılar – bu möcüzəvi şəkildə sizin bütün artıqlarınızı yandıran, əridən əfsanəvi vaistədir. Əslində isə bu preparatlar orqanizmdə idman və pəhrizlə birlikdə istifadə edilərək yağların əriməsini rahatladan əlavələrdir. Yəni, siz sadəcə yağ yandırıcıları alıb onları istifadə edərək arıqlaya bilməyəcəksiniz.

Sizə mütləq qaydada ənənəvi metoddan – məşqlər və az kalorili yeməklərdən istifadə etmək lazım olacaq. Bu proses zamanı preparatdan istifadə isə arıqlama prosesini sürətləndirəcək. Məqalənin gedişatında prosesin izahını təqdim edəciyik.

Adı kimyəvi alavələr kimi assosiasiya olunsada yağ yandırıcılar öz tərkibindəki təbii komponentlərə görə seçilir. Bu səbəbdən də istənilən yarışlarda icazə verilir və dopinq-kontrollardan uğurla keçir. Bir çox hallarda yağ yandırıcı əlavələrin tərkibində quarana, kofein, taurin, hitozan, yaşıl çay ekstraktı, omeqa 3 yağı və xrom pikolinatı kimi komponentlər rast gəlinir.

Yağ yandırıcıların növləri

Prinsipcə yağ yandırıcıların növləri kifayət qədər çoxdur. Bunlar yağ bloklayıcılar, karbohidrat bloklayıcılar və aclıq hissini kəsən müxtəlif preparatlar olmaqla çeşid fərqləri mövcutdur. Lakin bütün bu siyahını iki əsas hissəyə bölmək olar. Bunlar – termoqen və lipotropnik hesab edilir.

Termoqenlər – Yunan dilindən “termo” – istilik kimi tərcümə olunur. Öz təsirini insan bədəninin tempraturunu təxmini 2 dərəcə qaldırmaqla yerinə yetirir. Bu halda siz aktiv məşqlər zamanı bədənin əlavə kalori işlətməsinə vadar etmiş olursunuz. Bəs orqanizm əlavə kaloriləri hardan götürsün? Əlbətdəki, bu zaman o ehtiyyat yığımlarına müraciət edir. Nəticədə yığılıb qalan yağlar yanmağa, işlədilməyə, əriməyə başlayır. Bu orqanizm üçün ümumiyyətlə ziyansızdır. Belə ki, preparatın tərkibi tam olaraq təbii bitkilərdən hazırlanmışdır.

Lipotropnik – öz təsirini müəyyən qədər fərqli göstərir. Sizin bədəninizin tempraturu əvvəlki kimi qalır. Lopotropnikin əsas məqsədi qara ciyərdə yağın sintezini bloklaşdırmaq və yeni yağ toxumalarının yaranmasının qarşısını almaqdır. Bir spzlə onlar artıq mövcut olan yağı yandırır, yeni yağlanmanın yaranmasından sizi qoruyur.

Yağ yandırıcıların orqanizmə təsiri

Beləliklə niyə görə yağ yandırıcılar mütamadi fiziki məşqlər etməyən və pəhriz saxlamayan insanlar üçün təsirsizdir? Çünki, istənilən halda yağ yandırma prosesi orqanizm tərəfindən başlanılır. Bu müəyyən şərait yaranmaqla həyata keçirilə bilər. Uyğun şərait isə fiziki aktivlik və orqanizmin öz rezervlərindən başqa digər yerlərdən enerji götürə bilməməsi nəzərdə tutulur.

Az karbohidratlı pəhrizləri xatırlayın. Onların məğzi nədən ibarətdir? Karbohidratların sizin üçün enerji mənbəyi olduğunu bilirsiz. Və əgər orqanizmdən onlarla bağlı çatışmamazlıq olarsa, orqanizm lazımı enerjini təmin etmək üçün yağ ehtiyyatlarına müraciət edər. Bu səbəbdən də, biz zamanla asta-asta arıqlamağa başlayırıq.

Sadəcə bu cür adlandırmaqlarına baxmayaraq yağ yandırıcar özləri bu prosesi başlaya bilmir, məşqlər zamanı prosesi sürətləndirir. Bir sözlə hesab edəkki, siz arıqlamağı və ya suşka olmağı (qurumağı) məqsəd götürmüsünüz. Uyğun pəhrizi seçdiz, onu tutmağa başladınız və davamlı məşqlər edirsiniz. Məşqlər zamanı bacardıqca çox tərləməyə çalışırsınız, maksimum gücünüzü verirsiniz və nəticədə artıq kilolardan qurtulursunuz.

Lakin, əlbətdəki bu bizim orqanizmimiz üçün stres halı deməkdir. Daimi enerji çatışmamazlığı və fiziki məşqlər sizi tez zamanda yoracaq. Bunu hər adam bacarmır və başlayan zaman tez bitirməyini arzular.

Və məhs bu zaman bizə yağ yandırıcılar kömək etmiş olur. Termoqenlər rezervlər sayəsində yağ ehtiyyatlarının itirilmə prosesini sürətləndirir. Onlar vaistəsi ilə məşqlər zamanı siz daha çox arıqlayacaqsınız. Nəticədə əsəab sizteminizə təsir edən stress halları da aradan qalxmış olacaq.

Yağ yandırıcıları necə qəbul etmək lazımdır?

Yağ yandırıcıların istifadə qaydalarına gəldikdə miqdarı və qəbul vaxtlarını bağlamanın üstündən oxuya bilərsiniz. Lakin istifadə zamanı əlavə bir neçə nüyansda vardır ki, bunları nəzərə almaq gərəklidir.

Birinci – Onları vaxtaşırı olaraq istifadə etmək gərəklidir. 4 həfdə qəbul, bir həfdə istirahət. Bu sadəcə orqanizmin preparata örgənməsəmi üçün lazımlıdır. Əks halda orqanizmin örgənməsi onun təsir gücünü aşağı endirə bilər.

İkinci – Yuxudan əvvəl qəbul etmək məsləhət görülmür. Əksa halda yuxusuzluqdan əziyyət çəkə bilərsiniz. Yuxudan öncə deyərkən 5 dəqiqə deyil, 4-5 saat nəzərdə tutulur.

Üçüncü – Yağ yandırıcılarla birikdə vitaminlər və mineralların da qəbulu məsləhət görülür. Nəticədə artıq tərləmədən xilas ola bilərsiniz.

Yağ yandırıcıların təsirini gücləndirmək üçün siz nəyinki termoqen və ya lipotropin tipli preparatları ayrıca atmalısınız, eyni zamanda müəyyən qədər fərqli tərkibləri olduğu üçün eyniləşdirməkdə məsləhət görülür. Beləliklə istəyinizə daha tez çatmış olarsınız.

Hər gün onlardan istifadə məsləhət görülmür. Ən yaxşı vaxt məşq günləridir- adətən məşqdən 15-20 dəqiqə əvvəl.

Advertisements