ANADAN OLMA – 10 YAŞ

Anadan olma

İnsan övladı otururdu və heç kimə toxunmurdu. İsti və rahat idi. Və birdən buuuum. Tunelin sonunda işıq. Səni məcburi harasa dartıb aparıllar. Hətda salam əvəzinə arxana bir şillədə vurullar. Beləliklə sərgüzəştlər başlayır. Yekunda bu təcrübəni sevmədiyimizdən sonradan o anları heç yada salmaq belə istəmirik.

İlk kollektiv

Bu öz sərt qayda qanunları ilə uşaq bağçası adlandırılan yığıncaqdır. Bu səviyyədə rast gəlinən münasibətlər növbəti istənilən kollektivdə, məktəbdə, əsgərlikdə, işdə, qocalar evində  əvəz edilməz təcrübə deməkdir. Müəyyən qruplaşma və bu qruplaşmada sənin öz yerin var. Var olmaq, qalib görünmək, qadınların ürəyini ələ almaq üçün sən ya güclü, ya ağıllı, ya da bacarıqlı və sürətli şəkildə ayaqqabıvın bağını bağlamaq bacarığına malik olmalısan.

İlk dava

Mütləq kişi işidir. Yaranmış istənilən söz-söhbəti danişiqla həll etmək, qarşı tərəfi səf çıxartmaq gözəl bacarıqdır. Əsasəndə əmin olandaki, son anda qulğın dibindən yumuruq vurma üstünlüyü səndədir. Amma qəribə bir porodoks yarana bilir. Hər yaxşı davadan sonra rəqibinə qarşı simpatiyan yarana bilir. Onun sənin sonda ən yaxın dostun olacağına hazır ol. Əlbətdəki əgər sərhəddi keçib, az yaşlılar üçün cəza çəkmə müəssisəsinə göndərilməmisənsə.

İlk sevgi

Hörüklü, dama-damalı paltarda qız. Qəribə olsada o sənin xoşuna gəlir. Belə baxanda ondan heç bir xeyir yoxdur. Nə yemək olur, nə oynamaq olur, sən heç onunla doğru-düzgün danışada bilmirsən. Amma buna baxmayaraq sənə onun yanında olmaq xoşdur. Onun sənə bir nəzəri belə kifayət edir. Öz avamlığına bəlkədə sevinməlisən. Az sonra qızların niyə oğlanların xoşuna gəldiyini anlayacaqsan.

10 YAŞ – 20 YAŞ

İlk orqazm

Bu nə idi? Bu qəribə substansiyalar hardandı? Bu məsələni mütləq araşdırmaq lazımdır. Ümumilikdə götürəndə xoş hislərdir. Evdəkilər tam anlamamış izləri yığışdırmaq lazımdır. Bu kimi gigiyenik düşüncələr başlandığı andan oğlan artıq yeniyetməlik dövrünə keçir və yeni-yeni orqazm halları axtarmağa başlayır. Ən azından bu cizgi filimlərindən, dondurmalardan daha maraqlıdır. Nəticədə sonrakı 50 ilin həyat marağı müəyyən edildi.

İlk üzqırxma

İlk özünü tərəddut astanasına girmək: Mən həqiqətən kişi olacam? Ginetik qanunsuzluq yaranmazki? Birdən məndə heçnə uzanmaz və mən kişi olmaram? Və budur uraaaa. Axırki çənədə ilk tüklər. Bu günə qədər heç vaxt güzgü qabağında bu qədər uzun müddət keçirməmişdin. İlk üz qırxma mərasimi çox həyəcan vericidir. Bu minvalla növbəti 3-4 dəfədə sevincək olaraq tələsəcəksiniz, sonra isə mütləq olunmalı gedişata çevriləcək. Bundan sonra səndə üz qırxan vaistələrə pul xərcləməli olacaqsan.

İlk qadın

Nəzəri olaraq sən sex barədə hər şeyi bilirsən. İşin praktik tərəfini isə son 3-4 ildə səbirsizliklə gözləmisən. Kənardakılar hiss etməsin deyə təcrübəsizliyini ciddi cəhtlə gizlətməyə çalışırsan. Yanında sexsi dəfələrlə yaşayan dostların danışan vaxtı hiss etdirmədən diqqətlə qulaq asmağa çalışırsan. İlk təcrübənin alınmaması, imkanın düşməməsi hissi zamanla səni imtahanlardan və dərsdən daha çox stresə salmağa başlayır. Və nəhayətki. Müddəti 10 saniyə çəksə belə, heç nə başa düşə bilməsəndə bunun önəmi yoxdur. Daxilində sevincindən uçursan. Axırki məndə kişiyəm. Böyük sexsə xoş gəldim. İlk sex zamanı onun snəsi və işlətdiyi ətir ucuz olsa belə heç vaxt xatirəndən pozulmayacaq.

İlk sərxoşluq və baş ağrı

Qarşılıqlı kompensasya hissini anlamağa başlayırsan. Bu gün nə qədər yaxşıdırsa, sabah o qədərdə pis olacaq. Hər bir həzzin qiyməti var imiş. Amma səhəri gün “birdə heç vaxt” sözünü demə özünə. Sadəcə indiki vəziyyətini tam analiz et və çaxırın üstündən bir daha araq içmə. Nə qədər başın ağrısada, marağa dünən nə qədər içdiyini xatırlamağa çalışacaqsan.

İlk maşın, ilk nəqliyyat hadisəsi

İlk dəfə artıq can verən 07-nin qapsını fəxrdən açacaqsan. Nümayişcəsinə şəkildə asta asta qapını açaraq oturacaqsan. Sadəcə ətrafdakılar görsün ki, artıq sənində maşının var. Bu günə qədər sahib olduqların daşına bilən və ya harasa yığılıb bir küncə qoyulasın qədər idisə, indi daha böyük şeylərə sahibsən. İlk 10 000 km sürüşündə maşın sənə həcimli və böyük görünəcək. Yolu sürərkən bütün yolu tutmaqdan, kənarlarını yol qırağında olan maneyələrə sürtməkdən qorxursan. Gedişatda özünü daha təcrübəli hiss edirsən və sənə elə gəlir ki, hər kiçik keçiddən belə maşını ustalıqla keçirə bilərsən. Və sonluq ilk toxunma ilə yekunlaşır. Küçənin ortasında əzilmiş maşının yanında özünü çox narahat hiss edirsən.

20 YAŞ – 30 YAŞ

İlk iş

İlk başdan bu sadəcə oyuna bənzəyir və sən özlüyündə sadəcə gülürsən. Ciddi iş geyimində olan dayı sənə papka kağızı şəhərin o biri başına çatdırmağı tapşırır. Papkanı verdiyin dayıda ciddi görkəmini qoruyub saxlayır. Sanki sözləşiblər. İlk başlanğıcda iş sənə əyləncəli gələ bilər, lakin zaman keçdikcə bezməyə başlayacaqsan. Nəticədə ya razılaşıb dözməlisən, ya da sevdiyin işi axmtarmalı olacaqsan.

İlk evlilik

Bu həmin hörüklü qız deyil? Sən onunla nəyinki sexslə məşğul olmaq, eyni zamanda hər zaman yanında olmaq, hər an onu sevindirmək istəyirsən. Təcrübəyə malik eqoist biri üçün bu yeni bir hislərdir. Sən ona artıq sahib olduğun hər şeyi vermisən. Ancaq yenədə xoş gəlsin deyə toy etməyədə razısan. Sanki qışqırırsan – mənim azadlığımı alın əlimdən, onsuzda o mənə lazım deyil. Bəxtin gətirsə sonrakı ömründə heç azadlıq haqda düşünmürsən də ölüm ayırmarsa və ya kreditə aldığınız ev məsələlərində problem yaranmarsa.

İlk dazlaşmanı müşahidə etmək

Ən pis tərəfi odur ki, dazlaşmanı əllərinlə tutub saxlaya bilmirsən. Bu proses o qədər asta sürətlə baş verir ki, artıq nə zamansa olduğunu belə unudursan. Qabaqda saç olub haçansa, yoxsa heç vaxt olmuyub? Əgər ildə bir dəfədən çox güzgüyə baxsaydın bəlkədə fərqini tuta bilərdin. Zamanla başlayırsan saçını ustada daha çox kəsdirməyə. Sənə elə gəlirki tüklərin nə qədər qısa olarsa, dazlığın o qədər hiss edilməz.

İlk erektil disfunksiya

Ey siz, aşağıdakılar. Dəli olmusuz? Tam spyunmuş qadın qabağında durub və səndən hərəkət yoxdur? Nədən narazısınız? Sanki əliniz çəngəli götürməyi unudur və ya beyniniz 2+2 misalının cavabını xatırlamır. Sonradan anlayırsan ki, etinasızlıq həyəcandan və ya sadəcə yorğunluqdan ola bilər. Hal-hazırda isə sən depresyadasan.

30 YAŞ – 40 YAŞ

İlk uşaq

Ağıla gələn şeylər deyil. Yoldaşının qarnında olan canlı hardan yarana bilər? Böyüdükcə ümumiyyətlə şok yaşıyırsan. Necə yerləşə bilər? Sə dərin hislər hiss etməyə başlayırsan və səhər saat yeddidə dükana belə getməkdən ərinmirsən. Əvvəlki məsuliyyətsiz vaxtlarına bəzən paxıllıqla yanaşırsan. İndi sən yalnız özünə aid deyilsən. Şəxsi istirahətləri unutaq lazımdır.

Özündən iki dəfə gənc qadınla ilk sex

Sənin artıq 34 yaşın var. Onun isə 17. Bu o deməkdir ki, o anadan olanda sən indiki onun yaşında idin. Amma bu fikirlərə çox qapılmamağa çalış əks halda aşağı nahiyyələrində pensiyaçı qocalar kimi çalışmağa başlayar. İlk dəfədi sən qadınla kişi arasında olan fərqi bu qədər aydın hiss etməyə başlayırsan. Hələ həyatı tam olaraq dərk etməyən az yaşlı səni təcrübəsiz və axmaq kimi hiss etməyə məcbur edir. Əvvəllər sən qadınları qadın olduqları üçün anlaya bilmirdin, indi isə aranızda dövr fərqi mövcutdur. Buna baxmayaraq həzz almaqdan yorulmursan.

İlk ağarmış saçlar

Bu albinos hislər çox satqındırlar. Sənin cavan olmasada hələdə qara saçların arasından baş qaldırırlar. Həmişə cavan qalacağın haqda gizli düşüncələrin asta-asta puç olmağa başlayır. Hətda gizli olaraq rəngləmək istəyində belə olursan. Amma vaxt var idi kimlərdəsə ağarmış saçlar görəndə xoşuna gəlirdi və fikrincə fərqli harizma vermiş olurdu.

İlk boşanma

Çox maraqlıdır. 10 il boyunca eyni filimə baxırsız, eyni məsələlərlə maraqlanırsız, bir-birinizin üstə uzanırsız, hərdən sexlə məşğul olursuz, amma zaman keçdikcə necə fərqli insan olduğunuzu anlamağa başlayırsınız. İlahi bu qadınla mən yaşamışam? Boşanmadan sonra növbəti kənar görüşünə gələn zaman “Mən bunu çoxdan etməliydim.” deyə düşünürsən. Ancaq qarşı tərəfdən də başqası ilə maraqlanmağı görəndə özünə yer tapa bilmirsən. Uşaqlarına tez-tez gələcəyin, onlardan vaxt keçirəcəyin haqda söz verirsən.

40 YAŞ – 50 YAŞ

İlk ev

Yaş keçdikcə insanın beyninə qəribə fikirlər gəlir: bəlkə ağac əkim, və ya hər hansısa əl işi ilə məşğul olum. Ümumiyyətlə isə hər bir insanın öz evi olmalıdır. Başqasının evində gecələməkdən yorulursan. Ən azından evinə ağır iş günündən və ya yorucu əyləncədən sonra gəlib rahatlıqla dincələ bilərsən. Mən qocalıram? Yox. Yeni evimdə hökmən 200 vat səsgücləndiricilər və mansartda bilyard stolu olmalıdır.

İlk milyon

Sən hər zaman bir milyonum olsa nəyə xərcləyərəm deyə düşünmüsən. Və beləliklə artıq milyon var. Sadəcə o qədər əziyyətli əldə olunub ki, xərcləməyə belə əlin gəlmir. Eyni zamanda milyon pul halında deyil, əmlak və ya əşya şəklindədir. Pula çevirsən illərlə qurduğun biznes sadəcə çökər. Anlayırsan ki, milyon sənin geridə qalan 20 ilivin pulla ödənişi və bundan sonra sənə bəxş ediləcək tənhalığın haqqıdır.

İlk Nobel mükafatı

Bu yaşda bu qədər həyəcan çox zərərlidir. Amma indi hamı səni anlayar və müəyyən qədər peşman ola bilərlər. Ən əsas da sənin birinci həyat yoldaşın, vaxtında sənin kimi dahini bağışlamadığına görə. İkinci həyat yoldaşın isə ananın reseptlərinə əsasən kartoşka qızardıb kotlet bişirə bilmədiyinə görə. Səhnə, tribuna, mikrafon səni qorxuzsada nəsə deməlisən. Və budur hamıya təşəkkür bildirərək kainatı necə sevdiyini dilinə gətirirsən.

50 YAŞ – 60 YAŞ

İlk nəvə

Baş ağrısı, yorğunluq, qışqırıqlar, batmış pamperslər. Bunların hamsı bir arada. Amma indi sən sadəcə uşaqla ünsiyyətdən həzz alırsan. Uşağın problemləri ilə qoy valideyinləri məşğul olsun. Yorulana qədər oynadırsan, danışdırırsan, özünü batıranda isə anasına təqdim edirsən. Əsas odur ki, gələn dəfə sənə qədər təmiz olsun və ən əsasıda “Baba biz səni çox istiyirik.” desin.

İlk yaxta

Öz varlığını sübuta yetirmək böyük pullar tələb edir. Ev, maşın, ikinci maşın. Başqa nələr? Çətinki xeyli pulun olduqdan sonra yaxta istəməyəsən. Ən azından yaxın illər ərzində özündə yeni maraq formalaşdırarsan. Kayutu müxtəlif mebellərlə təchiz etməyi, qəlyan çəkməyi, daha böyük yaxta arzulamağı çatdırarsan.

Özündən üç dəfə gənc qadınla sex

Sağlam düşüncə tərzi ilə bəlkədə 30 il əvvəl onun tərəfə heç baxmazdında. O zamanlar indiki vaxtınla eyni yaşıd olardınız. Sadəcə ötəri olaraq gözəl və ya çirkin kimi qiymətləndirərdin. Lakin qocaldıqca gəncliyin gözəlliyini anlamağa başlayırsan. Zamanı saxlamaq üçün artıq daha çox güc gərəklidir. İndi isə qadın seçimində başlıca meyar sadəcə onun cavan olmasındadır. Onun gənc və gözəl dərisi. Hesab etməyə çalışacaqsınız ki, onu sizin pulunuz maraqlandırmır. Yaşlandıqca cavanların xırda çatışmamazlıqlarına göz yummaq lazımdır.

İlk qoyma diş

Axırki, siz diş həkiminin məsləhət gördüyü kimi dişlərinizi təmizləyə biləcəksiniz. Damaqdan dişlərin ucuna kimi. Xarici tərəfinə olduğu kimi daxili, iç tərəfinədə eyni diqqəti ayıracaqsınız. Artıq fırçanın girə bilmədiyi yerlər kimi problemləriniz olmayacaq. Artıq gülüşünüzdən çəkinməyəcəksiniz. O artıq gecələrdə sizinlədi, ağzınızda olmasada, yatağınızın yanındadır.

60 YAŞ – 70 YAŞ

İlk memuarlar

Somerset Moem 60 yaşı olarkən “yekun nəticələri çıxarərkən” adlı memuarlarını yazmağa başlamışdır. Bundan sonra 30 ildə yaşamışdır. 60 yaşı olarkən insan elə gəlirki, artıq bütün yolları keçmiş və bitirmişdir. Düşünürsən ki, arıtıq təqaüdə çıxmalı və keçmişi inventarizasya etməlisən. Zaman keçdikcə xatirələri beynində canlandırmaq sənə xoş gəlir və onu kağıza köçürmək istəyirsən.

İlk viagradan normadan artıq istifadə halı

Baş gicəllənmə, görmə zifliyi, burun tutulması. Bunlar baharın ya ilk sevginin əlamətləridir? Yox sadəcə həkimin tapşırdığı kimi sadəcə 50 mq viagra qəbul etmək lazım idi. Ürək 200 mq desədə, qulaq asmamalıidiniz. Dünən köməyə gələn qocalıq müavinəti almağa təzəcə başlayan 43 yaşlı qonşunuz sadəcə sizin əvəzinizə komunal xərcləri birlikdə ödəməyi təklif etmişdi. Sən isə sadəcə onunla flirt etmək, xoş vaxt keçirmək istəyirdin. Ən azından hər şeyin həddini bilmək lazımdır. Viagrada spirtli içki kimidir. Sonuncu həb hər zaman artıq olur.

70 YAŞ VƏ SON

İlk vəsiət

Yaşlandıqca insanlar haqqında yaxşı düçünməməyə başlayırsan. Sizin üçün adi insan münasibətləri arxasında eybəcərliklər və paxıllıqlar gizlənir. Nəvəm niyə divardakı aboya belə diqqətlə baxır? Yəqinki mən öləndən sonra evin görkəmini dəyişmək haqqında düşünür. Nə qədər irgən görünsədə, mədəniyyət artıq özündən sonra vəsiyyət yazmağa vadar edir. Lakin, ilk 3-4-cü qaralamadan sonra səni zarafatlaşmaq hissi bürüyür. Düşünürsən ki, insanlara sən olmasanda belə surprizlər etmək gərəklidir. Nəticədə ölümündən sonra səni tez-tez xatırlamağı təmin etmiş olursan.

İlk kriozmoroz

Artıq boynuna almalısan. Sizin fiziki görkəminiz çox korlanıb. Ciyərlər işdən çıxıb, ürək döyünməni yaddan çıxarır, qulaq və burun artıq əvvəlki deyil. Dərindən müalicə baha olduğundan fəsilin dəyişməsini və endirimləri gözləyirsiniz. Alimərin fikrincə təxmini 100 ildən sonra tamami ilə cavanlaşdırma prosesi həyata keçirilə bilinəcək. O zamana kimi isə gözləyə bilsən gözlə.

Advertisements