Gözəl press əzələləri hər bir kişinin və qadının arzusudur. Bu mümkün bir nəticə olsada, bir çoxları sahib olacaqlarına ümüd belə edə bilmirlər. Bir çoxları fikrincə: “bu mənlik deyil” və ya “bu artıq mənə kömək etməz”, “bu cür press əldə etmək üçün illərlə dayanmadan çalışmaq lazımdır”. Lakin bu kimi fikirlər çox yanlışdır.

Bu günki məqamləmizdə press əzələlərinin çıxarma üsullarından danışmaq istərdik. Diqqətinizə ağırlıq dərəcəsinə uyğun olaraq üç məşq proqramını təqdim etmək istərdik. Rahatlıq və tam anlaqlı olması üçün hər bir proqram videoformatda əks etdirilmişdir. Sizə yalnız videonu işlətmək və gördüyünüz hərəkətləri təkrarlamaq qalır. Ancaq, bundan öncə bir neçə vacib məlumatlar unutmayın.

Press əzələlərini tez bir zamanda necə əldə etmək olar?

Əslində hər şey göründüyü kimi qəliz deyil. Press əzələlərinin məşqi bir neçə il gərəkləndirmir. Əlbətdə ki, əgər siz gözəl press istəyindəsinizsə, onu qorumaq üçün, formada saxlamaq üçün uzun müddət məşqləri davam etdirməlisiniz. Ancaq ilk başlanğıcda görünməsi üçün az zaman lazımdır.

Bədəninizin digər əzələlərindən fərqli olaraq press əzələlərini hər gün də məşq etdirə bilərsiniz. Onların bərpa olunma bacarığı olduqca yuxarıdır. Ancaq əgər ümumiyyətlə təcrübəniz yoxdursa, o zaman həfdədə 2-3 məşq sayı daha məsləhətlidir.

Press əzələlərinin bölgüləri görünməlidir!

Nə qədər özünü əziyyətə verib press əzələlərinə işləsəndə əgər qarın bölgənizdə yağ təbəqəsi çoxluq təşkil edirsə, tam olaraq 6 bölgünü görə bilməyəcəksiniz. Bu səbəbdən də yalnız məşqlər yetərsizdir. Əziyyət çəkərək siz həmin bölgüləri əldə edəcəksiniz. Ancaq onun tam görünməsi üçün üzərində olan yağ qatını aradan qaldırmaq lazımdır.

Bu məsələni problem kimi qəbul etməyin. Sadəcə aşağıdakıları diqqətdə saxlayın:

  • birinci – özünüzü yağlı, şirin, yüksək kalorili yeməklərdən çəkindirməyə çalışın.

  • ikincisi – öz yemək rasionunuza diqqət yetirin və az miqdarlarla tez-tez yeməyə çalışın. Təxmini gün ərzində 5-6 dəfə.

  • üçüncü – həfdə ərzində 2-3 dəfə olmaqla aerobika idmanı ilə məşğul olun. Bu qaçış, tullanış da ola bilər. Bir sözlə özünüzü tərlətməyə çalışın.

Gün ərzində 8 dəqiqə vaxt ayıraraq necə press əzələləri çıxarmaq olar? Məşq proqramı

Məşq proqramı ağırlıq dərəcəsinə uyğun olaraq üç hissəyə ayrılmışdır. İndiki hazırlıq səviyyəsindən aslı olmayaraq, birinci proqramdan başlamanız daha məsləhətli seçim olardı. Əgər sizə asan gələrsə ikinci proqrama, onada örgəşsəniz üçüncü proqrama keçid edə bilərsiniz.

Məşqi bir qayda olaraq yeməkdən bir saat sonra icra etmək lazımdır. Çalışın videoda göstərilən çəkildə düzgün icra edin. Düzgün texnikaya diqqət göstərin.

Bir məşq səviyyəsindən digərinə keçməyə tələsməyin. Hesab edək ki, sizə birinci mərhələ artıq asan gəlir. Ancaq siz yenədə bu mərhələ üzrə 2-3 dəfə məşqlərinizi davam etdirin. Bundan sonra ikinci mərhələyə keçid alın.

Artıq kalorilərinizi yandırın və onların yağ formasına çevrilərək qarın bölgənizə yığılmasına mane olun. Və inanın gün ərzində 10-15 dəqiqə press işləyən insanların təcrübəsi sübut olunmuşdur. Hər halda gün ərzində 10 dəqiqə sərf etmək sizə problem yaratmaz.

Advertisements