Qarın bölgəsində piylənmə kişi bədən formasını çox pozur. Eyni zamanda bu orqanizmdə yaran biləcək problemlərin öncədən siqnalı kimidə qiymətləndirilə bilər. Sadəcə həyat tərzinizi dəyişin. İdmanla məşğul olun. Sağlamlığınızı bərpa edin. Beləliklə, gəlin əvvəlcə artıq yağlanmanın hansı səbəbdən formalaşdığını incəliyək.

Dəri altında yağların yaranma səbəbləri

Bildiyimiz kimi yağlanma dəri altı və daxili yağlanma ola bilıir. Birincisi bir mənalı olaraq dəri altında yerləşir və gözlə görülə bilir. Digəri isə daxili orqanlara yaxın məsafədə mövcut olur. Hər iki yağlanma forması orqanizm üçün vacibdir və onlar ehtiyyat rolu kimi digər funksuiyaları təmin edirlər. Lakin, dəri altı yağları azaldan zaman o həm bədənin ümumi görünüşünü yaxşılaşdırır, eyni zamanda ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, bir çox xəstəliklərin yaranma riskini azaltmış olur.

Kişilərdə dəri altı yağların mövcud olma səbəbi tamai ilə aydın məsələdir. Bu yemək zamanı yüklənmədən, ziyanlı ərzaqlardan istifadədədn, spirtli içki qəbulundan, gündəlik həyatda fiziki aktivliyin aşağı olmasından yarana bilir. Nəzərə almaq lazımdır ki, təbiətin ən gözəl hədiyyəsi olaraq, kişi orqanizmində yağ miqdarı qadın orqanizminə baxanda kifayət qədər azdır. Bu səbəbdən də, onu aradan qaldırmaq daha asan, əzələ kütləsini artırmaq daha rahat olur.

Yağ kütləsini azaltmaq aşağıda deyildiyi kimi ağır proses deyil. Sadəcə yaranmış problemə kompleks yanaşma gərəklidir. Kompleks deyərkən düzgün qidalanma, fiziki aktivlik, kardio məşqlər, ehtiyac olarsa yağ yandırıcı əlavələr nəzərdə tutulur.

Qarın bölgəsində yaranan yağlara qarşı düzgün qidalanma

Əgər bir kişi qarın bölgəsində dəri altı yağlardan qurtulmaq istəyirsə, düzgün qidalanma məsələlərinə diqqətlə yanaşmalıdır. Əks halda heç bir məşq proqramları nəticə verməz. Piylənmə altında qalan əzələləri məşq etdirmək nəticə verməz və gözlə görünməz. Düzgün qidalanma həyat tərzinə çevrilməlidir.

Ən vacib qayda normadan artıq yeməməkdir. Yəni tam doymamaq. Gün ərzində 5-6 dəfə kiçik hissələrə bölmək şərti ilə qidalanmaq ideal seçimdir. Bir çoxlarının gün ərzində 1-2 dəfə böyük həcimdə yedikləri yemək heç bir effekt verməz və piylənmə ilə yekunlaşar. Eyni zamanda mütləq səhər yeməyi yeyin və yuxudan bir neçə saat öncə qidalanmağı unudun.

Düzgün qidalanma zamanı istifadə edilən ərzaqlar çox önəmlidir. Onların bəziləri yağ yandırma effekti versədə, bəziləri əksinə bədəndə yağ miqdarını çoxalda bilir. Arıqlamaq üçün lifli ərzaqlara üstünlük verin. O maddələr mübadiləsi prosesini yüksəldir, orqanizmi toksinlərdən, əlavə mayedən təmizləyir. Lifli ərzaqların əsas mənbəyi isə meyvələr və tərəvəzlər hesab edilir.

Lakin, yemək rasionunuzu müəyyən edərkən yalnız bitki mənşəli yeməklərə üstünlük verməyin. Belə ki, kişilər üçün zülal çox önəmlidir. Zülal üçün gözəl mənbə isə, az yağlı ətlər, balıq növləri və süd məhsulları hesab edilir.

Artıq çəkidən və gərəksiz yağlardan azad olmaq istəyirsinizsə yağlı yeməklərdən də uzaq durun. Qızardılmış ərzaqları para verilmiş, suda bişirilmiş yeəklərlə əvəz etmək məsləhətlidir. Bu zaman onun kalori dəyəri aşağı düşür, xeyirli təsirləri artır.

Daha bir önəmli məsələ. Kifayət qədər çox su qəbul edin. Gün ərzində 1,5 litrdən az olmayaraq su içmək gərəklidir. Bu halda digər meyələr deyil, məhs su nəzərdə tutulur. Digər içkilərdən isə yaşıl və bitkilərlə çay xeyirli hesab edilir. Gün ərzində istifadə etdiyiniz kofeni isə şəkərsiz halda için. Paketlənmiş şirələr, qazlı içkilər, şirniyyatlar, çörək məmulatları, fas-fodlar haqqında isə ümumiyyətlə unudun.

Şəkərdən ümumən imtina etmək, duzu isə azaltmaq gərəklidir. Ədviyyatlardan isə bibər daha məsləhətlidir. Yağ yandırma keyfiyyətinə sahibdir.

Həyatında bir dəfədə belə olsa pəhriz saxlayan insanlar əks kalorili ərzaqlar barədə eşitmiş olarlar. Bunlar hansı ərzaqlardır? İlk öncə bildirəkki, əks kalorili ərzaqlar müəyyən qədər qeyri-müəyyən anlayışdır. Bu məhsulların kalori dəyəri mövcutdur. Lakin bu miqdar olduqca kiçikdir. Eyni zamanda orqanizm onların həzmi zamanı daha çoxx kalori istifadə etmiş olur. Bu səbəbdən də istifadə zamanı kalori azalması əldə etmək mümkün olur. Bu kimi məhsullardan yemək arası atışdırma zamanı və axşam yeməklərində istifadə edilə bilər. Dəri altı yağı yandırmaq istəyən kişilər üçün önəmli köməkci vaistə hesab edilir.

Bu kimi ərzaqlar kifayət qədər çoxdur. Bəzi meyvələri misal göstərmək olar: ananas, alma, papiya, qreyfrut, portağal, limon, manqo, malina, çiyələk və s. Eyni zamanda tərəvəz və göyərtilər arasında: çili bibəri, badımcan, kələm, sarımsaq və s.

Deməli, düzgün qidalanmaqla siz fiziki formanızı saxlayaraq, dəri altı yağları asanlıqla yandıra, əridə bilərsiniz. Lakin, önəmli vaistələrdən biri olan fiziki məşqləri də unutmayın.

Fiziki məşqlər

Qarın bölgəsində dəri altı yağları aradan qaldırmaq üçün fiziki aktivliyin həyatınızın sonuna qədər sizin yol yoldaşınız olacağı fikrini qəbul etmək lazımdır. İlk öncə kardio məşqlər çox önəmlidir. Belə ki, məhs onlar dəri altı yağların yandırılmasında başlıca rol oynayırlar. Qaçmaq, üzmək, velosiped sürmək və ya digər kardio məşqləri seçə bilərsiniz. Ən əsası çalışın sevdiyiniz hərəkət olsun.

Məşqləri ev şəraitində və ya idman zallarında həyata keçirmək mümkündür. Hərəkətlər mütlək qarının press əzələlərinə yönəlməlidir. Bu səbəbdən də aşağıdakı hərəkətləri məşq qrafikinizə əlavə edə bilərsiniz:

    • Uzanaraq fırlanma. Hərəkətin effektiv alınması üçün əllərinizi boyun ardına qoya bilərsiniz.

    • Turnikdə və ya bruslarda sallanaraq ayaqları qaldırma. Bu hərəkət də bir növ fırlanma hesab edilə bilər, lakin burada əsas diqqət qaının aşağı əzələ qruplarına yönəlir.

    • Oturaraq yanlara əyilmə. Hərəkətin icrası zamanı çalışın əlləriniz (barmaqlarınız) ayaq barmaqlarınıza qədər toxuna bilsin.

    • Qantellə yanlara doğru əyilmə.

    • Turnikdə və ya bruslarda sallanar ayaqları yana doğru qaldırma.

    • Sallanaraq dairəvi hərək etməklə dizləri qaldırmaq.

Əgər sizin idman zallarında məşq etmək imkanınız varsa, bu gözəl imkandır. Siz orda müxtəlif idman alətlərindən və vaistələrindən istifadə edə biərsiniz. Qirlər, qantellər, şatanqlar, trenajorlar – bunların hamsı yağ yandırmağa kömək edir, bədənin ümumi görünüşünü yaxşılaşdırır.

Dəri altı yağların əridilməsi üçün yağ yandıran idman qidaları

Yağ yandırmağın effektiv üsullarından biridə idman əlavələri hesab edilir. Onlar bir neçə əsas qruplara bölünür.

Birincisi – idman yağ yandıranlar. Onlar aktiv fikiki məşqlər zamanı bədən tempraturunun qalxması nəticəsində toxumalarda maddələr mübadiləsinin sürətlənməsini təmin edir. Bu əlavələr eyni zamanda yemək istəyinin azalmasında və dəri altı yağ qalıqlarının dağılmasına müsbət təsir göstərir. Nəticədə orqanizm enerji mənbəyi kimi qlikoqendən deyil, yağ turşularından istifadə edərək dözümlülüyü artırır.

Lakin, yağ yandırıcılar və digər idman qidaları yalnız mütamadi olaraq idman məşğələlərinə gedənlər üçün nəzərdə tutulmuşdur. Digər halda isə onların sadəcə mənası yoxdur. Seçim zamanı mütəxəsislərin fikirlərini örgənməyə çalışın.

Bir çox hallarda idmançılar adətən L-karnitindən istifadə edirlər. Onun əsas məqsədi yağ toxumalarını əzələ toxumalarına çevirməkdir. Mübadilə prosesi sürətlənir, dözümlülük artır, nəticədə məşqlərin səmərəliliyi yüksəlir. Lakin, L-karnitin yalnız aktiv məşqlər zamanı keçərlidir.

İdmanla məşğul olanlar üçün digər əlavə protein, daha doğrusu zülal hesab edilir. Onu bəzən bədənin tkinti materialıda adlandırırlar. Eyni zamanda amino turşular kompleksi olan BCAA-dan da istifadə etmək mümkündür. Amma əlavələrə çox aludə olmağa çalışmayın. Əks təsirləri ola bilər.

Maddələr mübadiləsini sürətləndirmək və dəri altı yağları azaltmaq üçün bəzən müxtəlif masajlardan da istifadə edilir. Adətən əllə, suda, balla və s. kimi masajlardan istifadə edilir.

Advertisements