Hər bir bürcün özünə uyğun xarakterik keyfiyyətləri mövcutdur. Bəs heç düşünmüsünüzmü, hər bir bürc fərqli qorxulu hərəkətlər etməyə meyilli ola bilirlər?

Ehtiyyatlı olmağa çalışın. Sınanılmış faktlardan qaşmaq olmur.

1. Qoç – öldürmək

Qoçlar çox səbirsizdirlər. Onlar sizin boş-boş söhbətlərinizə qulaq asmağa vaxtları və istəkləri yoxdur. Ümumiyyətlə onların fikrincə bir başa onlarla əlaqədər olmayan bütün mövzular boş-boş söhbətlərdir. Sizi öldürmək qulaq asmaqdan daha rahat olar qoçlar üçün. Gündəlik həyatda tez-tez təcrübədən keçirməsələr də inanın, beyinlərində mütləq buna uyğun senarilər artıq mövcutdur.

2. Buğa – intiqam

İntiqamın şirin olmasını buğa yalnız eşitdiklərinə əsaslanaraq bilmir. Əgər yaranmış məsələlərə ədalətlilik istəyidə qoşularsa, o zaman ən yaxşısı buğaların intiqamından qaçmaq üçün ən yaxşısı onlardan gizlənin.

3. Əkizlər – riyakarlıq

Onlara uğuru burda və bu dəqiqə bəxş et. Bu yanaşma nəticəsində onlar heç zaman zəiflərin yanında olmur, güclülərin və xeyir gətirən insanların əhatəsində olmağa çalışırlar. Bu səbəbdən də ehtiyyatlı olun və onlara aldanmayın.

4. Xərçəng – acgözlük

Siz gecəni xəbərsiz və rahat yata bilərsiniz. Səhər ayılanda isə soyuducunun boşalmış halı ilə rastlaşmış ola bilərsiniz. Bu keyfiyyətlərə baxmayaraq, onların fikrincə hər şey nəzarət altındadır və narahat olmağa ehtiyyac yoxdur.

5. Şir – şəhvət

Şirlər haqqında nəsə bilmək istəyirsinizsə, mütləq yadda saxlayın onlar sevishmə hisləri yaşamasalar dura bilməzlər. Öz sevgiliniz şirlə küsülüsünüzsə peşman olmağa dəyər. Onlar ayrılığa dözməyib kənarda özlərinə əyləncə tapa bilərlər.

6. Qız – acgözlük

“Yox gəl bu şirəni alaq. Bu digərlərinə nisbətən 10 qəpik ucuzdur. Nə olsunki, dadı yaxşı deyil. Amma uuzdur” Qız bürcünü tanıya bildiniz? Təssüfki, qızlar hər şeylə bağlı simiclik etdiklərindən bir çox hallarda uduzurlar. Pul yığmağı sevdiklərindən heç vaxt sizin əvəzinizə kofenin pulunu ödəməz. Ödəsədə, gələndəfə artıqlaması ilə əvəzini çıxacağına əmin olun.

7. Tərəzi – vəfasızlıq

Təzəilər ağıllı və mədənidirlər. Yaxından tanımasanız onları çox sevərsiniz. Ancaq beyinlərində nə baş verdiyini və kimi düşündüklərini bilməsəz yaxşıdır. Bəzən bu keyfiyyətlər çox pis təsir edir qarşıdakılara.

8. Əqrəb – aldatmaq

Əqrəblər çox qapalı insanlardır. Onlar sadəcə kimisə öz əhatələrinə buraxmağı və onun qeydinə qalmağı sevmirlər. Onlar insafsızcasına yalan danışırlar. Bir çox hallarda bu kiçik və ziyansız yalanlar olur. Ancaq yalan yənədə yalandır.

9. Oxatan – manipulyasiya

Oxatanlar yaraşıqlı və ağıllı olduqlarını bilirlər. Bir çox hallarda ağıl və yaraşıqlıq kimi üstünlüklərini qarşıya qoyduqları məqsədlərə nail olmaq üçün istifadə edirlər. Onların təsirinə düşməməyə çalışın.

10. Oğlaq – tənbəllik

Oğlaqlar yalnız özlərinə köklənərlər. Sizin başınıza gələnlər onları maraqlandırmaz. Çətinki dostunuz oğlaq arxasını divandan qaldıraraq sizə yardım etməyə çalışa. Tənbəllik onları addım-addım izləyir. Bir çox hallarda eqoizm hissi də bu çatışmamazlığa əlavə olunur.

11. Dolça – qəzəb

Dolçalar sadə insanlardır. Onları nəsə qane etməyən kimi qışqırırlar. Bəzən söyüşədə keçə bilərlər. Bu bürcün nümayəndələri yalana nifrət edərlər, fikrilərini və sözlərini bir başa olaraq çatdırarlar. Ətrafındakı dostlarıda onları məhs bu keyfiyyətlərinə görə sevərlər. Heç kim sənə acı həqiqəti söyləməsə də dolça əminlikıə bildirər.

12. Balıqlar – kin saxlama

Balıqlar incə, zərif qəlbə sahib olduqlarından onları istənilən bəhanələrlə inandırmaq mümkündür. Ancaq yaddaşları həqiqətəndə güclüdür. Sizə rahatlıqla uşaqlıqda baxçada necə kanfetini əlindən aldığınızı yadınıza sala bilər.

Advertisements