Belə alınıb ki, kontrasepsiya ilə qadınlar maraqlanır və bu onların sahəsi hesab olunur. Oral kontraseptlər qəbul edirlər, spiral əlavə etdirillər, bir sözlə hamiləliklə bağlı məsələlərə ehtiyatla yanaşaraq, riski azaltmağa çalışırlar.

Lakin, qadın sağlamlığına kontraseptik vaistələr o qədərdə müsbət təsir göstərmir: onlar çəki almağa başlayır, dəridə və saçda problemlərlə rastlaşır, tez-tez tərləmə halları ilə rastlaşırlar. Bir sözlə xeyri çox cuzidir. Kişilər isə əksinə ciddi cəhtlə prezervativdən imtina etməyə, sex zamanı daha çox həzz yaşamağa çalışırlar. Xöşbəxtlikdən amerikalı alimlər problemdən çıxış yolunu tapmışlar. Onlar kişilər üçün hormonal kontraseptlər kəşf etmişlər.

Bu məsələ üzrə araşdırmalar 10 il boyu davam etdirilmişdir. Hal hazırda isə mütəxəsislər kişi kontraseptlərini klinik sınaqlardan keçirməyə çalışırlar.

Bu gel kişi spermatozoidlərinin ifrazının qarşısını alır.

Yeni icadın sınaqları tam olaraq aprel ayında başlamış 4 il müddətində davam edəcəkdir. Sınaqda ABŞ-dan, Böyük Britanyadan, Avropadan, Kenyadan və Çilidən 400 cütlük iştirak edəcək.

4 ay ərzində iştirakçılar yeni geli qadın kontraseptsiyalarla birlikdə istifadə edəcəklər. Alimlərin məqsədi isə proses zamanı spermatozoidlərin səviyyəsini müəyyən edib, qeydiyyatı aparmaqdır. Məqsəd spermatozoidlərin səviyyəni hamiləlik ehtimalını qaldıracaq səviyyədə aşağı endirməkdir.

Spermatozouidlərin səviyyəsi enə zaman cütlük qadın kontraseptik vaistələrdən bir il boyunca imtina edəcəklər. Yalnız gel istifadə ediləcək. Qeyd etməliyik ki, bu dünyadə yegəanə və ilk kişilər üçün kontroseptik sınaq hesab edilmir.

Belə ki, 2008-i ildən 2012-ci ilə qədər dərmanın test olunmuş variantı sınaqdan keçirilmişdir. İki ay ərzində dərman sınaqda iştirak edənlər arasında daxilə qəbul edilmişdir. Onlar hamiləliyin qarşısını həqiqətəndə alsada, əks təsirləri də müəyyyən edilirdi: çox hissiyyatlılıq, qıcıq olma, baş ağrıları, tərləmə və s. Yeni dərmanda isə əsasən iki əsas hormon nəzərə alınmışdır: proqestin və testestron.

Proqestin spermatozidlərin ifarzı üçün gərəkli testestron yaranmasının qarşısını alır. Testestron isə kişi orqanizmində hormonal disbalansı normallaşdırır. Yeni kontraseptin ən maraqlı tərəfi isə onun cinsi orqana sürtərək istifadə edilməməsindədir.

Gel çiyinlərə çəkilir. Təsiri 72 saata bəs edir. Bu isə unutqan kişilərə belə qorunmağa imkan yaradır. Bu üsul effektiv hesab edilirmi? Alimlər nəaliyyətə böyük ümüd edirlər. Tam olaraq kişilərlə aparılan istənilən təcrübədə onların portnyorları hamilə qalmamışlar.

Əvvəllər gel iki ayrıca gel kimi istehsal edilmişdir. Hər bir geli bədənin müxtəlif yerlərinə çəkmək gərəkli idi. Hal hazırda isə kontraseptiv inkişaf etdirilərək bir gel halına gətirilmişdir. Nəticədə gel dəriyə nüfuz edərək qana daha rahat keçid alır.

Yalnız bir sual açıq qalır. Həqiqətənmi kişilər bu yenilikdən istifadə edəcəklərmi? Kişilərin bir çoxu hormanal preparat sözü eşidən kimi narahat olurlar və əks təsirlərindən çəkinirlər. Eyni zamanda hamilə qalan və doğuşa gedən qadınlardır və bu səbəbdən də məhs onlar qorunmağın yolları haqda narahat olmalı və düşünməlidirlər.

Digər tərəfdən isə müəyyən səbəblərə və inanclara görə hamiləliyə qarşı həblər qəbul edə bilməyən və spiral quraşdıra bilməyən qadınlar üçün əla çıxış yolu hesab edilir.

Advertisements