35 yaşdan sonra əzələləri necə böyütmək olar?

Adəti üzrə əzələlərin böyüməsi və ideal bədən yığma bacarığının gənc yaşlarda mümkün olması hesab edilir. Bir çox kişilər inanırlar ki, 30 yaşdan sonra onların metobolizmi zəifləyir. Məhs bu səbəbdəndə qarının böyüməsi və bədənin ümumi piylənməsi baş verir.

Lakin, 35 yaşdan sonrada bodybildinglə məşğul olmaq mümkündür. Araşdırmalar sübut etmişdir ki, maddələr mübadiləsi və ümumən orqanizmin hormonol fonu 35 yaşdakı insanla 25 yaşdakı insan arasında sadəcə 5% fərq mövcutdur. Gözəl bədən əldə etmək, əzələləri inkişaf etdirmək, relyefli görünüşə nail olmaq hər yaşda mümkündür.

Metobolizmə təsir edən faktorlar

30-35 yaşdan sonra hər bir kişi hər il əzələ kütləsini 1-2% itirir. Və bu enmə sürəti DNK proqramı ilə bağlı deyil. metabalizmin enməsinə ən əsas səbəblər xarici təsirlər, həyat tərzi, qidalanmanın keyfiyyəti hesab edilir.

Öz-özlüyündə yaş faktoru metobolizmin enməsində heç bir rola malik deyil. Lakin, maddələr mübadiləsi 3 əsas ünsürlə sıx əlaqəlidir: insanın doğulan zaman əldə etdiyi hormonların səviyyəsi, yəni genetika, mövcut əzələ kütləsi, maddələr mübadiləsinin sürəti.

Testesronun səviyyəsinin enməsi başlayır

Testesron kişi üçün mühüm hormon olmağına baxmayaraq, o həqiqətəndə bir çoxlarının bildiyi kimi yaş keçdikcə enməyə başlayır. 30-35 yaş arası testesronun səviyyəsi yetkinlik yaşına çatmadakı olan maksumum səviyyədən 3-7% arası aşağı enir.

Lakin, əzələlərin inkişafı üçün vacib hormonun enməsinin nəzərə çarpacaq dərəcədə olması 40 yaşdan sonra sürətlənir. Belə ki, hər 5 ildən bir 10% azalır. 50 yaşdan sonra bir çox kişilərdə testesron səviyyəsi 25 yaş səviyyəsinə nisbətən 60% səviyyəsində olur.

30 yaşdan sonra qarının böyüməsinin səbəbi?

Bədənin dəyişməsinin, kökəlmənin və qocalmanın səbəbi həyat tərzindən çox aslıdır. Ziyanlı vərdişlər və qidalanmada buraxılan səhvlər bir başa olaraq səbəb ola bilir. 30 yaşına çatan kişilər çox qidalanmağa və az hərəkət etməyə başlayır, yaranmış stress hallarından isə spirtli içki və siqaret vaistəsi ilə mübarizə aparırlar.

Düzgün qidalanmaya və normal yuxunun təmin edilməsinə xroniki zaman çatışmamazlığı özünü tez göstərir. Çörək, müxtəlif kolbasalar, fasfutlar orqanizmin qarın bölgəsində yağların yaranmasına səbəb olur. Davamlı olan yuxusuz gecələr isə kortizolun səviyyəsini artırır ki, bu da səhərlər idmanla məşğul olmaq həvəsini öldürür.

Ən böyük səhv

Müəyyən vaxtdan sonra hər bir kişi nəyinsə düz getmədiyini anlayır. Bədən quruluşu tamami ilə pozulur, qarın sallanmağa başlayaraq önə doğru əyilməyə mane olur, piləkənlərlə ikinci mərtəbəyə qalxmaq tənginəfəslik yaradır. Bu zaman bir çoxları özlərini ələ alaraq, istənilən vəclə istəklərinə, normal görüntüyə sahib olmağa çalışırlar.

Bu zamandan sonra ağıla gəlməz pəhrizlər başlanılır. Kardio məşqlər güc məşqləri ilə eyniləşdirilərək idman zallarında kifayət qədər çox vaxt keçirməyə başlayırlar. Bu halda bədən daha çox zərər görməyə başlayır və metobolizm zəifləyir.

30-35 yaşdan sonra möhkəm və əzələli bədən: əsas qaydalar

  1. Qidalanmaq – uğurun ən başlıca yolu. Gündəlik qida rasionu nəyinki testestronun səviyyəsinə (nəticədə yağlar əriyir, əzələlərin inkişafı təmin edilir) təsir edir, eyni zamanda ümumi sağlamlığı təmin edir.

  2. Məşq ritmlərinin uyğunlaşdırılması. 30 yaşlı insana ən pis məsəhətlərdən biri idman zalında ağır baza hərəkətlərindən çox istifadə etmək olar. Nəticə əzələ artımı deyil, oynaqlarda ağrılarla yekunlaşa bilər. Məşqləri daimi zamana bölmək, səliqəli işləmək, düzgün texnikaya fikri verərək əzələlərin işləməsini hiss etmək lazımdır.

  3. Stress halları ilə düzgün mübarizə. Xroniki stress halları və kortizolun yuxarı səviyyəsi orqanizmi tez yora bilir. Metobolizm pozulur. Nəticədə qarın bölgəsində piylənmə halları çoxalır. Stress halları ilə düzgün mübarizə aparmağa çalışın. Axşam saatlarında çaxır və ya viski əvəzinə üzməyə və ya meditasya ilə məşğul olmağa çalışın.

  4. Qısa yollar axtarmayın. Bədəninizin tez həcimli olması üçün qısa yollar axtarmağı unudun. Bunun üçün əlavə testesron və ya yağ yandırıcı vaistələrə ehtiyac yoxdur. Daimi və qamətli bədəni mütamadi məşqlərlə əldə etmək mümkündür.

30 yaşdan sonra edilən məşqlərdə buraxılan ən böyük səf sürətli nəticə əldə etmək istəyidir. Nəticə əldə edə bilmədikləri zaman bir çoxları bunu metobalizmin zəifləməsi, hormonların səviyyəsinin enməsi ilə əlaqələndirirlər. Lakin, 30-35 yaşdan sonra kişi orqanizmində baş verə biləcək dəyişiklər çox minimal həddə müəyyənləşdirilmişdir.

Advertisements