Sex və hamiləlik. Bunlar ilk baxışdan bir-biri ilə əlaqəli şeylərdir. Lakin, birincinin həmişə ikinciyə səbəb ola biləcəyini düşünmək insanların sexsa qarşı qorxusunun yaranmasına səbəb ola bilər. Eyni zamanda hamiləlik vəziyyətinin də sexlə bağlı qadağa anlamı olmaz. Bir çox insanlar tam sağlam hamiləlik zamanı özlərini tam məlumatlı olmadıqları səbəbindən sexdən imtina edirlər. Səbəbini isə hər iki tərəf dəqiq olaraq açıqlaya bilmir.

Bəzi hallarda isə, birinci doğulmuş uşağın altı ayı olmamış belə ana yenidən hamiləlik yaşaya bilir. Sadəcə bezi sosial təbəqəyə aid gənc ailələrin fikrincə südlə uşaq əmizdirilən zaman yenidən uşağa qalma ehtimalı sıfıra bərabər olur. Əlbətdəki, bu da yanlış bir fikirdir.

Beləliklə aşağıdakı məqalədə hamiləlik dövründə sexsual həyatla bağlı yaranmış 11 mifi diqqətinizə çatdırmaq istərdik.

1. “Hamilə qadınlar sex istəmirlər. Onlar yalnız turş tam verən dondurma istəyirlər. Heç vaxt sexsə razı olmazlar.”

Bir çox qadınların əksinə hamiləliyin ikinci, üçüncü ayından sonuncu ayına qədər sex istəkləri artır. Sanki nimfoman qadına çevrilirlər. Onlar müxtəlif porno filmlər izləyir, masturbasya edir, istənilən vəziyyətdən istifadə edərək ərlərinin üstünə atılırlar.

Beləliklə qadınlar üçün “hamiləsənsə olmaz” qaydası mövcut deyil. Elmi araşdırmalara inansaq, 35-90% qadınlar hamiləlik zamanı libido hormonunun enməsi ilə qarşılaşırlar. Bu satatistik rəqəmlər dini baxışdan, yaşdan, sosial statusdan çox aslıdır. Lakin orta hesabla 20% qadınlar nimfoman qadına çevrilir, 80% qadınlar isə sadəcə soyuyur.

Hamiləlik vaxti bir çox hormonların səviyyəsi artır. Bu artım isə adətən libidonun səviyyəsinə əks təsir göstərir: oksitosin və estroqen onu artırır, proqestron və prolaktin isə əksinə azaldır. Hormonal dəyişiklik hamiləliyin müxtəlif dövrlərində dəyişir. İlk üç ayda qadınlar digər aylara nisbədət daha az sex istəyirlər.

2. “Bizim hər ikimiz istəsək belə, ən yaxşısı bütün doqquz ayı özümüzü saxlamalıyıq.”

Əgər gələcək ana bütün dövrü yataq vəziyyətində və ya sakitçilikdə keçirməlidirsə, bu haqda onu müayinə edən həkim hökmən bildirəcək. Lakin əgər həkim bu haqda susursa və valideyinlər soruşmağa sadəcə utanırlarsa sex üçün heç bir maneə olmamış kimi qəbul edin. Bütün hamiləlik boyu sakitliyin olması və hər şeyin normal qiymətləndirilməsindən sonra birdən sexlə məşğul olunduğu üçün problemlərin yaranma halları ola bilməz. Bu mümkün deyil.

3. “Hamiləliyin ilk üç ayı ərzində ümumiyyətlə sexlə məşğul olmaq olmaz. Əks halda uşaq düşürülə bilər.”

İlk üç ay həqiqətəndə valideyinlər üçün təhlükəli aylardır. Əsasəndə təcrübəsi olmayan insanlar üçün. Digər tərəfdən isə, həqiqətəndə ilk 12 həfdə hamiləliyin 50%-i hesab edilir. Buna baxmayaraq, valideyinlərin cinsi istəklərinə qadağa qoymayaraq sexlə məşğul olması uşaq düşüşünə səbəb olmaz. Əgər anada qanaxma və ya güclü ağrılar yoxdursa, müayinə edən həkim tərəfindən ciddi qadağalar qoyulmayıbsa ilk üç ay sex üçün qadağa sayıla bilməz.

4. “Mənim cinsi orqanım çox böyükdür (yoldaşımda belə düşünür). Hamilə yoldaşımla sexlə məşğul olan zaman uşağa zədə yetirə bilərəm”

Təbiət sənə nə qədər böyük cinsi orqan bəxş etsədə, bu heç bir halda mümkün deyil! Uşaq xüsusi maye ilə dolu təbəqənin içərisində yerləşir və bunun üçün məsafə çox uzaqdır.

5. “Kunnilinqus və anal sex haqqında əyləncələri dəqiq unutmaq lazımdır.”

Kunnilinqusu unutmaq gərəkli deyil. Britanya tibb dərgisininin məsləhətlərinə əsasən qadının uşaqlıq yoluna möhkəm üfürmək lazım deyil. Bu emboli riskinə əsasəndir. Lakin bu kimi klinik hadisə hələki rast gəlinməyib. Eyni zamanda anal sexdə yol veriləndir. Lakin, müəyyən qədər ehtiyyatlı olmaq gərəklidir. Hamiləlik zamanı babasilin yaranma riski yüksək olur. Nəticədə anal sex zamanı narahatlığın yaranma riski çoxalmış olur. Eyni zamanda bağırsaq mikroblarının sonradan uşaqlıq yoluna düşməsi halları mövcut ola bilər. Yəni, anal sex zamanı qoruyuculardan, prezervativlərdən istifadə etmək, ənənəvi sexə keçiddə isə, prezervativi çıxartmaq və ya dəyişmək gərəklidir.

6. “Eşitdiyimə görə sex zamanı təhlükəli duruş qaydaları mövcutdur. Hamiləlik zamanı bu formalardan qaçmaq lazımdır.”

Əlbətdəki belə formalar mövcut deyil. İstənilən formada, istənilən duruşda, istənilən yerdə sexlə məşğul olmaq olar. Təki portnyora rahat olsun. Sadəcə hamiləliyin son aylarında qadınlara beli üstə uzanmaq, portnyorun ağırlığını üzərində hiss etmək rahat deyil. Bu səbəbdən də, bu aylarda əsasən arxadan yaxınlaşma kimi sex formalarına, duruşlarına üstünlük verilir (yanı üstə, doggy-style, ayaqüstü və s.).

7. “Bəzən elə hallar olur ki, hamilə qadınlara sexsə icazə verilir, lakin orqazm yaşamağa yox. Orqazm uşaq üçün böyük sirkələnmə olduğundan icazə verilmir.”

Belə bir hal mövcut deyil. Əgər bu narazılığı qadın bildirirsə, əsassızdır. Əgər sən bildirirsənsə, demək sadəcə uydurursan. Məsləhət verən həkimində savadsızlığının baris nümunəsidir. Orqazm zamanı oksitosin maddə ifraz edilir. Nəticədə qadında əzələ sıxılmaları baş verə bilər ki, bu da doğuş sancılarına bənzəyə bilər. Əvvəllər bu cür halların vaxtından qabaq doğuşa səbəb olacağı haqda düşüncələr mövcut idi. Bu səbəbdən də, qadının orqazm yaşamaması ilə bağlı məsləhətlər verilir.

8. “Onun doğuşdan sonra libidosu həmin an oyanacaq.”

Orta statistikaya əsasən doğum evindən buraxılandan sonra 6-8 həfdə fasilədən sonra əvvəlki ehtirasla sexlə məşğul olmaq olar. Lakin, yeni doğuş etmiş qadının “bacararam” ifadəsi heçdə “istiyirəm” mənasına gəlməz. Doğuşdan sonra libidonun enməsi tam normal prosesdir. Psixiemosyanal vəziyyət, yorğunluq, öz bədən quruluşundan qeyri məmnunluq az rol oynamır. Lakin, doğuşdan sonra libidonun səviyyəsinə prolaktinin normadan artıq miqdarıda təsir edir.

Prinsipcə süd verən və süd verməyən anaları ayırsaq o zaman, süd vermiyən qadınlarda hormonal fonun 6-8 həfdəyə bərpa edildiyi hiss edilir. Bu müddət ərzində vagina toxumalarının bərpa prosesi tam yekunlaşır. Əgər yekunlaşmayıbsa, həkimə müraciət etmək mütləqdir. Süd verən analarda isə, prolaktin və oksitosin bütün laktasiya boyu yüksək miqdarda olur. Prolaktin libidonu azaldır, oksitosin isə sevgi harmonunu artırır. Nəticədə qadınlar saatlarca sizin yanınızda uzanaraq, başlarını sinənizə qoyaraq sevdikləri filimə baxmaq istəyərlər. Lakin, sex istəyi yaranmaz.

9. “O məni istədiyini deyir. Ancaq mənə elə gəlir ki, istəmir. Sex zamanı klitırı sulanmır.”

Librikasiya ümumiyyətlə qadının sizi istəyib istəməməsi anlamına gəlməz. Ancaq bu halda smazkanız az olması estroqenin kasad olması ilə bağlıdır. Beləliklə, əgər quruluq sizin uçun əngəl yaradırsa, lubrikant kremlərdən istifadə edə bilərsiniz.

10. “Deyilənlərə görə uşağın dünyaya gəlməsindən sonra onun vaginal orqazm yaşamaq bacarığı oyanır.”

Müasir dövrlərdə yaranmış fikirlərə görə orqazm bütünlüklə vaginadan qaynaqlanır. Onu yalnız klitırı stimulyasya etməklə əldə etmək mümkündür. Bəzi fikirlərə görə qadın uşaq doğduqdan sonra hər hansı həvəsləndirmələr olmadan adi sex zamanı orqazma çata bilər. Lakin bu fikrin araşdırmalar və elmi təcrübələrlə sübutu olmamışdır.

11. “O uşağa təbii yolla (döşlə) süd verirsə, yenindən hamilə qalmağı qadağandır.”

Bu məsələ doğru olsaydı bəlkədə heç vaxt çox uşaqlı ailələr olmazdı. Ana uşaqğını döşü ilə gecə-gündüz (bu zaman yedizdirmə arasında fasilə 3 saatda çox olmamaq şərti ilə) əmizdirən zaman (yalnız döşlə) və menstruasiya bərpa edilməyibsə yeni hamiləlikdən qorunma halı 99%-ə çatmış olur. Lakin, əmizdirmə arasında məsafələr çoxaldıqca uşağa qalma ehtimalı çoxalır. Ana səfən düşünür ki, o hələdə hamiləlikdən təbii yolla qorunur. İlk menstruasyadan sonra yumurtalıqların aktiv fəaliyyəti onun yenidən hamilə qalmağına səbəb ola bilər.

Advertisements