Əsirlər boyu insanlar özlərini tam anlamaq və ətrafları ilə anlayış şəraitində yaşamaq üçün burclərdən istifadə etmişlər. Astrologiya ilə maraqlanan insanlar ilk görüşdən insanları tanımağa çalışır, necə rahat ünsiyyət qura biləcəkləri haqda düşünürlər. Lakin, ulduzlar bizlər haqqında daha çox məlumat verə bilər. Bürclər vaistəsi ilə hansı xəstəliyə tutulma şansımızın böyük olduğu barədə məlumat ala bilərik.

1. Qoç. Qoç bürücü altında anadan olan insanlar yenilikci və fikirlərinin üzərində dayanan olurlar. Onlar yaranmış problemlərə bütün fikirləri ilə özlərini verirlər. əgər onlar öz enerjilərini tam olaraq istifadə edə bilmədiklərini düşünərlərsə, miqren və çənə bölgəsində narahatlıqlarla üzləşərlər.

 

2. Buğa. Buğa material dünyada durğunluqla rastlaşanda, o özünü tələdə hiss etməyə başlayır. Adətən boyun ətrafı bölgələrdə ağrılar və narahatşılıqlar hiss edərlər.

 

3. Əkizlər. Astroloqların fikrincə bu bürcün istənilən nümayəndəsinin istəyi və cəhti – ünsüyyət, hər zaman inkişaf edən beyinin yeni idealarının insanlara çatdırılması rolunda çıxış etməsidir. Bu səbəbdən də digər bürclərdən fərqli olaraq, adətən barmaqlarda sümük ağrılarından əziyyət çəkirlər.

 

4. Xərçəng. Xərçənglər su ünsürlü bürclərə aid olduğundan çox hissiyyatlı olurlar. bu bürcün nümayəndələri çox qapalı olduqlarından öz həqiqi hislərini hər kəsə hiss etdirməzlər. Nəticədə orqanizmdə mayenin süzülməsi prosesi gecikər və xərçəng şişlərinin yaranma halları artar və gündəlik həyat enerjisi aşağı düşər.

 

5. Şir. Şirləri günəş idarə edir. Bu səbəbdən də onlar öz kreativ fikirləri və lider keyfiyyətləri ilə dünyanı işıqlandırmaq istəyindədirlər. Əgər bürcün nümayəndəsi insanları öz dalınca apara biləcək gücü özündə hiss edirsə, o zaman sinəsini qabağa verir, çiyinlərini arxaya. Bu disbalans kürəyin yuxarı hissələrində ağrılara səbəb ola bilər.

 

6. Qız. Qız bürcünün nümayəndələrinin ən böyük problemləri həzm prosesi zamanı yarana biləcək problemlərdir. Onların mədələrinin vəziyyəti ətraf reallığı necə anlamaları ilə bağlı geniş məlumat verə bilər.

 

7. Tərəzi. Tərəzilər çox altruistik insanlardır və onlar digərlərinin fikirlərini öz düşüncələrindən üstün tuturlar. Onlar bu səbəbdən dəridən-qabıqdan çıxmağa belə hazırdırlar. Bu səbəbdən də, belin aşağı nahiyyəsində ağrılarla üzləşə bilərlər. Onlar sadəcə özlərinə və ailələrinə, yaxınlarına zaman ayırmağı bacarmırlar.

 

8. Əqrəb. əqrəblər sevgidən aslı insanlardır. Bu səbəbdən də onlara bəzən keçmiş münasibətləri unutmaq və ondan əl çəkmək çox çətin olur.

 

9. Oxatan. Astrologiya elminə əsasən oxatanlar kentavr hesab edilir. Yarı insan, yarı at. Bu birləşmə adətən baldır nahiyyələrdə hiss edilir. Ağrılar əsasən bu nahiyyələrdə baş verir. Əsəb xəstəliklərindən əziyyət çəkirlər.

 

10. Oğlaq. Oğlaqlar qətiyyətli insanlardır. Əgər öz qarşısına məqsəd qoyubsa, bu nəaliyyətə çatmaq üçün onu heç bir şey dayandıra bilməz. Lakin, məsuliyyətli və mqəsədli bürc olmasına baxmayaraq, onlar üzərilərinə çox yük ala bilərlər. Bu səbəbdən də ayaq nahiyyələrində ağrılar yarana bilir.

 

11. Dolça. Bir çox dolçalar öz individuallıqlarına çox ciddi yanaşırlar. Adətən daban və topuq nahiyyəsindən zədələnmə halları tez-tez baş verir.

 

12. Balıqlar. Onlar özlərinin geniş dünya görüşləri və kreativ yanaşma tərzləri ilə seçilirlər. Sanki bu dünyanın insanları deyilmişlər kimi təsürat yaradırlar. Balıqlar mənəvi və material balansı tərənnüm etdiklərindən, balans pozulan zaman dabanlarında ağrı ilə üzləşirlər.

 

Advertisements