Şirələr həqiqətənmi xeyirlidir?

Adətəi üzrə paketlərdə satılan şirələr kimyavi ziyanlaşdırılmış məhlul qəbul edilir. Əksinə olaraq təbii sıxılmış şirələr isə pəhriz məhsulu, vitaminlər və minerallarla zəngin qida hesab edilir. Təssüfki, bütün şirələri xeyirli adlandırmaq çətindir. Belə ki, onların ziyanları xeyirlərini üstələyə bilər.

Şirələrin tərkibində yüksək miqdarda C vitamininin olmasına baxmayaraq (paketlənmiş şirələrdə bu vitamin adətən süni şəkildə əlavə edilir), bəzi hallarda meyvə şirələrinin tərkibindəki şəkər formasında olan karbohidratların səviyyəsi qazlı şirələrin tərkibindəkindən artıq olur. Hətda Coca-Coladan belə.

Şəkərin ziyanı bildiyimiz kimi yalnız yüksək kalorili olması və kariesin yaranma səbəbkarı kimi bilinmir.

Şirələrdə olan şəkərin miqdarı haqında cədvəl

Aşağıdakı cədvəldə müxtəlif şirələrin tərkibindəki şəkər miqdarları əks etdirilmişdir. Nəzərə alın ki, ən çox şəkər miqdarı üzüm şirəsində müşahidə edilir. Adi standart stəkan şirədə 8 qaşıq şəkər olur ki, buda yarım dəfə Coca-Colanın tərkibindəkindən artıqdır. Ən az şəkər tamat şirəsində – təxmini standart sətkana 2 qaşıq rast gəlinir.

Şirənin növü 100 ml-də mövcud olan şəkər miqdarı (250 ml) stəkana düşən şəkər qaşıqla
Üzüm şirəsi 14-15 q 8 qaşıq
Alma şirəsi 10-12 q 6 qaşıq
Ərik şirəsi 12-13 q 6 qaşıq
Armud şirəsi 11-12 q 6 qaşıq
Portağal şirəsi 8-10 q 5 qaşıq
Vişnə şirəsi 7-8 q 4 qaşıq
Nar şirəsi 7-8 q 4 qaşıq
Kök şirəsi 4-5 q 2.5 qaşıq
Tamat şirəsi 3-4 q 2 qaşıq
Mqayisə üçün: Coca-Cola 10 q 5 qaşıq

Bəs vitaminlər?

Diqqət yetirsəniz şirə istehsalçıları heç vaxt vitaminlərin şirə bağlamasında necə yarandığı və onların sizə nə üçün gərəkli olması haqda məlumat vermirlər. Gündəlik izlədiyimiz reklamlarda bu vitaminlərin təbiətdən gəldiyi və insan sağlamlığının qorunması üçün gərəkli olduğu nəzərdə tututlur. Lakin nəzərdə tutulur, tam olaraq açıqlanmır.

Təssüfki, paketlənmiş şirələrdə olan vitaminlərin bir çoxunda vitaminlər kimyavi əlavələr kimi daxil edilir. Şirələrdə nə qədər çox vitamin olduğu bildirilərsə, siz o qədər diqqətli olmalı və bağlamanın üzərindəki yazıları oxumalısınız. Nəzərə alın ki, hətda ev şəraitində hazırlanan tam təbii şirələrdə yalnız 1-2 vitamin mövcut olur.

Şirələrdə olan vitaminlərin tərkibi

100 ml portağal şirəsində həqiqətəndə gündəlik gərəkli Vitain C normasının 80%-i, Vitamin A normasının isə 4%-i mövcutdur( digər vitaminlərin miqdarı azlıq təşkil edir). Lakin, adətən çox az adam gün ərzində 100 ml şirə qəbul edir. Çox vaxt insanlar böyük stəkanlarda istifadə edərək daha çox qəbula şərait yaradırlar.

Qeyd etmək lazımdır ki, C vitamininin (yəni sinqin) çatışmamazlığı az rast gəlinən haldır. Bu hal hətda az karbohidrat əlavə edilmiş, şirniyyatlarsız və meyvələrsiz pəhrizlərdə belə rast gəlinmir. Eyni zamanda normadan əlavə C vitaminin qəbulunun imuniteti gücləndirməsi kimi fikirlər sadəcə bir nağıldır.

Paketlənmiş şirələri necə hazırlayırlar?

Hal-hazırda bazarda satılan 90% şirələr süni yolla hazılanan şirələr hesab edilir. Bu kimi şirələr su, şəkər, limon sirkəsi, C vitamini, müxtəlif şirə konservatlarından və ikinci emaldan keçmiş şirələrin qarışığı nəticəsində istehsal edilir.

Eyni zamanda ikinci dəfə emal prosesinə məruz qalan şirələr pulp-wash texnalogiyası ilə hazırlanır. Proses nədən ibarətdir?: Birbaşa sıxılaraq şirəsi çıxarılmış portağal və alma qalıqları ilk olaraq yuyulur, daha sonra suyu çəkilir və yenidən sıxılır.

Şirələr nəyə görə zərərlidir?

Meyvə şirələrinin vitaminlərlə (əsasən C vitamini ilə) zəngin olmasına baxmayaraq tərkibində yüksək miqdarda şəkərin olması gözlənilən xeyri tamami ilə zərərə çevirə bilir. Qeyd edək ki, tez-tez şəkərlə zəngin, sürətli karbohidratlı qidaların qəbulu metobolizmi zəiflədir və artq çəki əldə etməyi qarantiyə almış olur.

Unutmayın ki, sizin orqanizminiz üçün şəkərin ağ rafinə edilmiş halda və ya təbii meyvələrdən alınmış şəkildə qəbulu heç bir fərq etmir. Sonuncu hal əksinə maddələr mübadiləsi üçün daha zərərli hesab edilir. Meyvələrdə əldə edilən şəkər fruktoza hesab edildiyindən bir başa yağ ehtiyatına çevrilə bilir.

Bəs niyə görə meyvələr xeyirli hesab edilir?

Meyvələrin qəbulu zamanı ən xeyirli tərəf tərkibindəki vitaminlər deyil, qida lifləri (toxumaları) hesab edilir. Şirə alınan zaman bu kimi keyfiyyətlər tamami ilə itirilir. Siz bütöv meyvəni yeyən zaman toxumalar sanki şəkərin mənfi təsirini azaldır.

Eyni zamanda, siz adətən onlarla portağalı bir dəfiyə qəbul etmirsiniz. Tarix boyu şirin meyvələr adətən az qəbul edilən şirniyyat kimi qəbul edilib, hər gün istifadədən qaçmağa çalışılıb.

Advertisements