Amerikalı araşdırmaçılar təxmini 50 araşdırma halları zamanı kişilərin prezervativ istifadəsində ən çox buraxdıqları səhvləri müəyyən etməyə çalışmışlar. Amerikanlılara gülə bilərsiniz. Lakin əgər sizində bu kimi səhvləriniz olursa, aradan qaldırmağa çalışın.

1. Gec geyinirlər

Müxtəlif araşdırmaların nəticəsinə əsasən 17% dan 51,1% arası rəyi soruşulan şəxslər qadınla yaxınlıq prosesinin kifayət qədər uzanmasından sonra geyindiklərini boyunlarına almışlar. Əlbətdə bu istənilməyən hamimiləlikdən qorunmada yardımçı olsada, keçici xəstəliklərdən qorunmaqdan xilas etmir.

2. İstifadə etməzdən əvvəl, geyinməkdən öncə tam açırlar

Bu bacarıqlarını 2,1% dən 25,3% dək rəyi örgənilənlər bildirmişlər. Tamami ilə düz başa düşdünş Onlar istifadədən əvvəl prezervativi tam açırlar sonra geyinirlər. Bəlkədə bu tərz onlara xüsusi zövq verir.

3. İçində hava kütləsi saxlayırlar

Demək olar hamı uşaqlıqdan bilir ki, prezervativin (qandonun) başlığını boş saxlamaq lazımdır. Bu zaman onun ucluğu barmaqlarla sıxılır ki, orda hava kütləsi qalmasın. Əks halda yığılmalı maddə ora yığıla bilməz. Lakin, 24,3% dən 41.6%-ə qədər kişilər sonuncu sex zamanı bunu nəzərə almadıqlarını boyunlarına almışlar.

4. Gec çıxardırlar

31% faiz kişilər eyakulyasiyadan (qurtardiqdan) sonra prezervativi çıxartmağa tələsmirlər. Beləliklədə prezervativin germetik konstruksiyasını pozmuş olurlar. Cinsi orqan kiçilir, nəticədə torbalanma əmələ gəlir.

5. Kəsici alətlərlə bağlamanı açırlar

İstifadə edəcəkləri prezervativin bağlamasını kəsici alətlərlə açmağa cəhd göstərən ağıllıların sayı 2,1% dən 11,2%-ə qədər kişilərdir. Bu o qədərdə yüksək göstərici deyil. Lakin, sadəcə anlamaq lazımdır, əgər bıçaq bağlamanı deşərək aça bilirsə, deməli içindəkinidə zədələyə bilər.

6. İstifadədən öncə ətraflı baxmırlar

Yox burda söhbət işığa tutaraq deşiklərini yoxlamaqdan getmir. İstifadə tarixinə, bağlamanın zədələnməməsinə, prezervativin zədələnməməsinə diqqət yetirmək vacibdir. 74,5% kişilər buna ümumiyyətlə fikir vermirlər.

7. Düzgün saxlamırlar

İstənilən əşyanın düzgün saxlanılması və istifadə qaydaları mövcutdur. Beləliklə, prezervativ bir başa günəş işığının təsirini sevmir. Eyni zamanda onu portmanenin gözündədə saxlamağa dəyməz. Bu zaman tez zədələnə bilər. 3,3% dən 19,1% kişilər bu qaydaları bilmir.

8. Tərs geyinmə

4% dən 30,4% dək kişilər bəzən prezervativin tərsinə geyindiklərini boyunlarına alırlar. Daha sonra onu düzünə çevirərək geyinirlər. Problem ondadır ki, tərsinə geyinən zaman sperma izləri qala bilərki, sonra düzünə geyindikdə spermanın xaricə nüfuz etməsi şəraiti yarana bilir.

9. Əlavə kremlərdən (smazkalardan) istifadə etmirlər

Tezbazar sex sevənlərə bu önəmli deyil. Lakin, sexdən bacardıqca uzun müddətli həzz almağı sevən kişilər bilməlidilər ki, tərkibindəki yağ (krem) çox qısa zamana bəs edir. Bu səbəbdən də əlavə latekslə zəngin lubrikant kremlərə ehtiyac vardır. 16% dan 25,8% dək kişilər üçün bu məlumat yenilikdir.

10. Təkrar istifadə

Həəəə. Simic və qabağa düşmək istəyində olna kişilərin sayları ümumilikdə 1.4-dən 3.3 % arasında dəyişir. Siz ümumiyyətlə anlayırsınız bunun nə demək olduğunu?!

Advertisements