Genetika – tamami ilə qəribə, eyni zamanda maraqlı mövzudur. Valideyinlərin genlərinin uşağa eyni səviyyədə təsir etməsinə baxmayaraq, bir çox hallarda atadan gələn izlər çoxluq təşkil edir. Bu həm xarakterdə, həm də xarici görünüşdə özünü göstərir.

Diqqətinizə atadan alınan oxşarlığı əks etdirən 15 xüsusiyyəti diqqətinizə çatdırmaq istərdik.

Gözlərin rəngi

Şabalıdı və qara rəngli gözlər üstünlüyə sahibdirlər. Açıq rənglər isə, misal olaraq boz, mavi, yaşıl adətən dəyişkən olurlar. Bir qayda olaraq əgər valideyinlərin birinin göz rəngi şabalıdıdırsa, digəri isə açıq rəngdədirsə, o zaman uşağın gözlərinin rəngi mütlək tünd olacaqdır (ilk zamanlarda açıq olsalarda zamanla tündləşir).

Ancaq fərqli hallarda mümkün olur. Əgər açıq rəngli gözlər ataya aitdirsə, ananın göz rəngi tünd olmasına baxmayaraq körpənin yaşıl və göy gözlərə sahib olmaq şansı yüksəkdir.

Üz cizgilərinin simmetriyası

Təccüblü olsada, üz cizgilərinin simmetriyası genetikadan çox aslıdır. Əgər atanın çənəsi qabağadırsa, qaşları qalındırsa, burunuda əyrilik varsa, çox güman ki, uşaqda da bu hallar müşahidə olunur. Eyni zamanda uyğunluq qulaqlarda da çox hiss edilir.

Yanaqlarda batıqlar

Bu xoş xüsusiyyət üz cizgilərinin əzələ formalaşmasından aslıdır. Bu səbəbdən də, əgər atada dərin yanaq batıqları varsa, uşaqda da bu hal mövcut ola bilər. Ehtimal böyükdür.

Dişlər

Dişlərin forması və keyfiyyəti genetikadan çox aslıdır. Əgər atanın ağız boşluğu ilə bağlı problemləri olursa, dişlər arasında böyük məsafə, zədələnmə halları yaranırsa çox güman ki, uşaqda eyni çətinliklərlə üzləşəcək. Xöşbəxtlikdən müasir stomatalogiya böyük uğurlar əldə etdiyindən uşaq yaşlarından bir çox narahatçılıqlara son qoymaq mümkün olur.

Saçlar

Saçın rəngi, onların strukturu, quruluğu – genetikadan aslıdır. Eyni zamanda kişi tərəfdən alopesiya nəticəsində keçəlləşmə, tez dazlaşma uşağa keçir. Əgər atanın saçı buruqvaridirsə uşaqda düz olma şansı çox azdır.

İntellekt səviyyəsi

Əlbətdə, insan ömrü boyu inkişafdadır. Amma intellektin özünə uyğun potensiyalı mövcutdur. Bu səviyyəni keçmək çox çətindir. Alimlər əmindilər ki, bu potensial genetikadan, əsasəndə atanın genindən çox aslıdır. Əgər kişi çox ağıllıdırsa uşağında bəxdi gətirmiş olur. Ola bilər ki, dünyaya gələn uşaq dahi hesab edilə bilər.

Barmaq izləri

Əlbətdə, hər bir insanda barmaq izləri fərqlidir. Lakin, bir çox hallarda uşaqlarla valideyinlərin baramaq izləri çox oxşar olur. Ovucun içindəki xətlər atalarla övladlarında eyni ola bilir.

Dodaqlar

Uşaqğınızın dodaqlarının nazik və ya böyük olmasına genin böyük təsiri var. Əgər atada dodaqlar həcimlidirsə, çox gümanki, uşaqda da bu cür olacaq.

Boy

Gələcəkdə anadan olacaq uşağın boyuna hər iki valideyinin boyu təsir etmiş olur. Əgər ailədə ata hündür boylu və qamətlidirsə, övladlarda hündür boylu olacaqlar. Ananın boyunun aşağı olması isə hündürlüyü qısalda bilir.

Hətda, gələcək uşağın boyunu hesablamaq üçün düstur belə mövcutdur. əgər sizdə oğlan övladıdırsa, valideyinlərin boyunun ölçülərini cəmləyin və ikiyə bölün. Sonra isə alınmış rəqəmin üzərinə 5 sm əlavə edin. Lakin qız övladıdırsa, əksinə 5 sm çıxın.

Çəki

Boy kimi çəki və bədən quruluşu da genetikadan çox aslıdır. Əgər ata kökəlməyə meyillidirsə, o zaman uşaqlarda, əsasən qız övladları çox gümanki kğkəlməyə meyilli olacaqlar.

İdmançı görünüşlü və klassik forma sayılan, üçbucaq vari formada olan ataların övladları adətən arıq və qamətli olurlar.

Yumor hissi

Yumor hissi zamanla qazanılan bir məsələdir. Lakin, çevik düşünmə, iti zəka genetikadan çox aslıdır. Bu keçid daha çox atalardan keçmiş olur. Övladınızın yüksək yumor hissi ilə böyüməsini istəyirsinizsə, ailədə şən və zarafatcıl olmağa çaılışın.

Yatış forması

Bir çox hallarda sosial şəbəkələrdə uşaqların atalar kimi eyni yatış formasında yatdığını göstərən şəkillərə rast gəlmək olur. Oğlan övladının xarakteri həqiqətən də ata genetikasından aslıdır. Eyni zamanda əgər ata gec oyanmağı sevirsə və ya əksinə tez oyanandırsa, övlatda ele olur.

 

Gündə asqırma

Siz günəşin aktiv vaxtlarında asqırırsınız? Bu cür hal çox rahatlıqla övladınıza keçə bilir.

Risqlərə və mərc oyunlara sevgi

Risq etmələrə və azart, şirnikləndirici, mərc oyunlara olan sevgi genetik olaraq keçmə qabiliyyətinə malikdir. Əgər atanın riskə, adrenalinə həvəsi varsa uşaqda mütlək bunlar hiss ediləcəkdir.

Advertisements