Artur Aron – 20 il əvvəl heyrətamiz eksperiment keçirən psixoloq. O üz labaratoryasına daha öncə tanımadığı kişi və qadınları dəvət edərək 36 suala cavab verməyi təklif etmişdir.

İnsanlar səmimi danışaraq, bir-birlərini əvəz etməliydilər. Sualların müzakirəsindən sonra cütlüklər 4 dəqiqə ərzində bir-birlərinin gözlərinə baxırdılar. Sonrakı gedişat isə təccübləndirməyə bilmirdi. Yarım ildən sonra həmin insanlar evlənməyi qərarlaşdırırdılar.

Bu təcrübənn sirri insanların suallara cavab verdikdən sonra daha əlçatan və səmimi olmalarındadır. Ümumi səmimilik insanları yaxınlaşdırır. Diqqətlə qulaq asaraq sizə yad adamla bu cür söhbətlər sürətli şəkildə inam qazanmağa imkan yaradır. Eyni zamanda, bu sualları münasibətlərin terapiyasında da istifadə etmək olar.

Bir-birindən soyumuş cütlüklər tez bir zamanda yenidən qarşılıqlı inamı yaradaraq münasibətləri bərpa edə bilər. Bu qeyri adi sualları sizə təqdim edirik.

Sevməyə kömək edən suallar:

1. Dünyada nahar yeməyinə qonaq çağıra biləcəyin insanı seçsən kimi seçərdin?

2. Məşhur olmaq istərdinmi? Nə ilə məşhurlaşmaq istərdin?

3. Kiməsə telefon zəngi etməmişdən əvvəl özlüyündə nə deyəcəyinlə bağlı məşq edirsənmi? Niyə?

4. İdeal gün sənin üçün necə bir gündür?

5. Son vaxt nə zaman özün üçün mahnı oxumusan? Bəs başqaları üçün?

6. Sən nəyi seçərdin? 60 yaşında 30 yaşındakı ağlını saxlayardın ya bədənini?

7. Sənin öləcəyin haqda gizli hislərin var?

8. Özünün və portnyorunun 3 ümumi cəhətlərini ifadə et.

9. Həyatında nəyə görə minnatdarlıq hissi yaşayırsan?

10. Öz tərbiyənlə bağlı nəyisə dəyişmək ixtitarında olsaydın nəyi dəyişərdin?

11. 4 dəqiqə ərzində portnyoruna həyatını ətraflı danışmağa çalış.

12. Əgər sabah xüsusi bacarıqlara sahib olmaq şərti ilə oyana bilsən nələri seçərdin?

13. Əgər sehirli şar sənin həyatın haqda bütün doğruları söyləyə bilsəydi, gələcəklə bağlı nələri örgənmək istərdin?

14. Uzun müddət ərzində etmək istədiyin nəsə olub? Bunu niyə edə bilməmisən?

15. Həyatında baş vermiş ən böyük nəaliyyət nədir?

16. Dostluqda ən çox qiymətləndirdiyin keyfiyyət nədən ibarətdir?

17. Ən yadda qalan xatirən hansıdır?

18. Ən qorxulu xatirən hansıdır?

19. Əgər bilsəydin ki, bir il ərzində öləcəksən, öz həyatında nələrisə dəyişərdinmi? Niyə?

20. Sənin üçün dostluq nə deməkdir?

21. Sevgi və bağlılıq sənin həyatında nə kimi rol oynayır?

22. Öz partnyorunun təxmini 5müsbət xarakterini səsləndir.

23. Ailə üzvlərin nə dərəcədə yaxındır? Sənin fikrincə sənin uşaqlığını digər insanlara nibətən xöşbəxt uşaqlıq saymaq olarmı?

24. Ananla olan münasibətlərin haqda nə düşünürsən?

25. “Biz” ifadəsi ilə başlayan üç inandırıcı hekayə. Misal olaraq: “Biz ikimizdə sənin otağında …… haqda düşünürük “.

26. İfadəni tamamla: “Mən kiminləsə ….. bölüşmək istərdim”.

27. Yaxın dostluq münasibəti qurmaq istədiyin insan sənin haqqında nələri bilməlidir?

28. Portnyorunda olan, sənə xoş olan şeyləri danış. Tam səmimi olmağa çalış.

29. Həyatında baş vermiş ən xoşa gəlməz anı portnyorunla bölüş.

30. Sonuncu dəfə nə vaxt və nəyə görə ağladığını xatırla.

31. Sənin fikrinci hansı mövzu o qədər ciddidir ki, o haqda zarafat etmək olmaz?

32. Əgəgr bu axşam ölməli olsaydın kimə nələri deyərdin?

33. Sənin evin bütün əşyalarınla birlikdə yanır. Yaxınlarını xilas etdikdən sonra yenidən evə qayıdaraq hər hansı əşyanı çıxartmaq şansın var. Bu hansı əşyadır və niyə görə məhs bu əşyanı seşdin?

34. Ailə üzvlərindən kimin ölümü səni dha çox sarsıdardı? Səbəbi?

35. Şəxsi problemini bölüş və portnyorundan məsləhət verməsini xahiş et.

36. Öz ilk sevgin haqqında danış.

“Sevgi incəsənəti” adlı kitabında Erix Fromm təkidlə bildirdiyi kimi – sevgi tez əldə olunan və təsadüfü olmur. Bu böyük dünyada təkliyini anlayaraq insanlar digər insanlarla anlayış və diqqət qazanmaq üçün yaxın olmağa çalışırlar.

Bu suallar bir-birinə bənzəməyən insanları belə yaxınlaşdıra bilir. Həyatda baş verən ciddi nüyansları birlikdə düşünmək insanları yaxın edir.

Advertisements