Hər birimiz ömrümüzün sonuna qədər bir yerdə ola biləcəyimiz yarımızı axtarırıq. Lakin, bir çoxları bunu gənc yaşlarından düşünməyə başlayır. Buna baxmayaraq, astroloqlar bürcünüzə ailə qurmaq üçün ideal yaş aralığını müəyyən etməyə çalışıblar.

Qoç: Qoçlar çox səbirsizdirlər. Əlavə olaraq bir dəqiqə belə gözləyərlərsə əsəbləşərlər. Məhs bu səbəbdən də, onlar bir neçə ay münasibətdən sonra ömürlərini biriləri ilə bağlamağa tələsərlər. Lakin, ulduzlar səbirli olmağa, hislərinin doğru olub olmadığını dəqiqləşdirməyi məsləhət görürlər.

Buğa: Buğalar isə əksinə cox astagəl və ölçüb-biçən olurlar. Eyni zamanda onlar həmişəlik sevgiyə inanırlar və ideal portnyoru uzun müddət axtara, gözləyə bilərlər. Onlar üçün ailə qurmaq üçün yaş həddi təxmini 30 yaş hesab edilir.

Əkizlər: Bu bürcün nümayəndələri öz portnyorlarını sevsələrdə, özlərini onlardan çox sevirlər. Onlar darıxmağı sevmirlər və əgər sevdikləri insan yeniliklərə hazır deyilsə, şən biri olaraq fərqli günlər keçirmək istəyində olmurlarsa aralarındakı münasibət tez sönə bilər. Məhs bu səbəbdən də, əkizlər bir neçə dəfə ailə qurmalı olurlar. Lakin, əgər bir dəfəlik ömürlük ailə qurmaq fikrindəsinizsə, o zaman 36 yaşınıza qədər gözləməyiniz daha məqsədə müvafiq olar.

Xərçəng: Ailə yəyatı xərcənglər üçün müqəddəsdir. Onlar çox gənc yaşlarından bu haqda düşünərlər. Digər tərəfdən isə, ata evindən ayrılmaq onlara çətin olduğundan üzülürlər. Bu bürcün nümayəndələri üçün optimal ailə qurma yaşı 23-25 hesab edilir.

Şir: Əgər şirlərlə bir şah, kral kimi rəfdar etsəniz, onlar münasibətləri rəsmiləşdirmək haqda tez düşünərlər. Lakin, bu cür ideal portnyorun axtarışı uzun zaman tələb edir. Məhs bu səbəbdən də, onlar üçün ailə qurma yaşı adətən 38-41 arası hesab edilir.

Qız: Qızlar üçün koryera vacib məsələdir. Lakin, bəzi hallarda onlar ailə qurmaq üçün həyatlarının sonuna qədər gərəkli portnyoru tez tapa bilirlər. Əgər gözləmək qərarına gələrlərsə, onlar üçün hər şey etmək istəyində olarsınız. Ailə qurmaq üçün ideal yaş aralığı 21-24 və 27-29 hesab edilir.

Tərəzi: Bir çox hallarda tərəzilər 20 yaşları olmamış ailə qurullar. Və ona görədə tez boşanırlar. Adətən üçüncü dəfə qurduqları ailə daha uğurlu olur.

Əqrəb: Bu bürcün nümayəndələri həddindən artıq emosyanaldırlar. Bu səbəbdən də, tez bir zamanda sevə və ya əksinə soyuya bilirlər. Bir çox hallarda uğursuz evliliklərlə rastlaşırlar. Ancaq, insafla desək hər birini uzun ömürlü və dayanıqlı edə bilərlər.

Oxatan: Oxatanlar ən çox azadlığı sevirlər. Bu səbəbdən də, adətən 35 yaşdan sonra ailə qururlar. Qarşılıqlı razılaşma ilə qurulan ailə həyatının uğurlu olması üçün əllərindən gələni edərlər.

Oğlaq: Bürcün nümayəndələri münasibətlərini tez rəsmiləşdirir və tez valideyin olmağı bacarırlar. Onlar üçün ailələri haqqında kənar fikir çox önəmlidir. Yaxınlarının və sevdiklərinin arasında özlərini daha yaxşı hiss edirlər.

Dolça: Dolçalar ümumiyyətlə ailə qurmaya bilərlər. Amma bu o demək deyil ki, onlar bundan özlərini bədbəxt hiss edərlər. Adətən 40 yaş aralığında evlənmə haqqında fikirləşərlər.

Balıqlar: Balıqların daxili dünyaları çox zəngindir. Amma hər kəs onların qəliz seçimləri ilə uyğunlaşa bilməz. Ulduzların deməyinə əsasən 27 yaşına qədər ailə qurmaları daha yaxşı olardı. Öz hissinizə güvənin və hər şey yaxşı olacaq.

Advertisements