Qarpızın xeyri və ziyanı məsələsi fərqli qəbul olunmalıdır. Daha dəqiq desək, qarpızın xeyri və o qədərdə yaxşı olmayan cəhətləri. Amma tam olaraq qadağa məsələsi nəzərdə tutulmur. Hamı xeyri və lazımlı tərəfləri haqda məlumatlıdır. Bəs tam olaraq bu cəhətlər nədən ibarətdir? Bu məsələyə bir az geniş şəkildə diqqət yetirmək istərdik.

Qarpız – meyvədir ya giləmeyvə?

Qarpız dəqiq meyvə deyil. O ağacda yetişmir, giləmeyvə kimi torpaqda yetişir. Əgər ona giləmeyvə kimi yanaşsaq, biraz fərqli yanaşmaq lazımdır. Səbəb onun toxumlarının və qabığının olması ilə bağlıdır. Lakin, onun qabıqlı, üzüm kimi birlikdə yeyilə bilinmir. Məhs bu fərq onu yalançı giləmeyvə edir.

Qarpızın vətəni

Qarpız sözünün mənası “yaş, nəm” və “xiyar” kimi tərcümə olunur ki, buda onun fərqli olması mənasını verir. Vətəni Misir və Cənubi Afrika hesab edilir. Hələ 4000 min il əvvəl qırmızı rəngli, su verə bilən qarpız haqqında qeydlər əks edilmişdir. Kalaxari yarımsəhrasında yabanı bitki hesab edilirdi. Yəhudilər isə onu quraqlıq simvolu adlandırırdılar.  Qərbi avropada qarpız 12ci əsirdən etibarən yayıldı.

Qarpızın xeyri

Bir çoxları qarpızın yaxşı sidikqovucu xüsusiyyəti haqda, şirin və tamlı olması haqda, heç vaxt kökəltmədiyi barədə fikir söyləyirlər. Bəs müxtəlif araşdırmalar aparan alimlər bu haqda nələr düşünür?

Qarpız likopinlə zəngindir

Likopin adətən çiy pomidorlarla assosyasya edilir. Lakin, növlərindən aslı olaraq qırmızıya çalan qarpızın tərkibində pomidora nisbətən daha çox likopin və digər mineral maddələr müşahidə edilir.

Araşdırmlar zamanı likopinin unsult profilaktikasında, ürək tutmalarında, bəzi xərçəng xəstəliklərində yardımçı olduğu müəyyən edilmişdir. Qarpızından müxtəlif cür təamlar hazırlanmasına baxmayaraq, ən çox likopin miqdarı çiy halda rəst gəlinir.

Qarpız arıqlamaqda kömək edə bilər

Qarpız diet saxlayan zaman gözəl məhsul hesab edilir. Tərkibində ümumiyyətlə yağın olmaması, az karbohidratlara sahib olması və tərkibin xeyli hissəsinin suda ibarət olması onu əvəz edilməz edir. Arıqlamaq üçün bir çox diet proqramları olmasına baxmayaraq, gün ərzində xeyli həcimdə su qəbulu daha üstün variant hesab edilir. Qarpız vaistəsi ilə qəbul etdiyiniz maye miqdarı çəki atmada böyük rola sahibdir.

Qarpız böyrəklərin fəaliyyətini yaxşılaşdıra bilər

Artıq deyildiyi kimi, qarpız sidik qovucu xüsusiyyətinə malikdir. Bu isə öz növbəsində orqanizmdən müxtəlif toksinlərin xarix olunmasında yardımçı olur. Nəticədə, böyrəklərin üzərinə düşən yük azalır və fəaliyyəti yaxşılaşır. Eyni zamanda, bu işdə, kaliumun da böyük önəmi vardır. Böyrəklərdə qalıqlar təmizlənir, qarpızda olan bir çox antioksidantlar böyrəklərin sağlam işləməsini təmin edir.

Qarpız ürək-damar xəstəliklərində yardımçı ola bilər

Yüksək qan təzyiqi və ürək-damar xəstəlikləri bir çoxlarının rastlaşdığı problemlərdəndir. Qarpızın tərkibindəki yüksək miqdarda kalium qan təzyiqini aşağı salmaqda yardımçı olur. Kalium damarları genişləndirmək bacarığı olduğundan arteryal təzyiqi aşağı salır ki, bu da öz növbəsində ürək-damar sistemində digər damarların yüklənməsini aradan qaldırır.

Qarpız əzələ ağrılarını aradan qaldıraraq, soyuqdəyməni götürə bilər

Son araşdırmalara əsasən qarpızdan müntəzəm istifadə, əsasən şirəsini içmək idman məçqlərindən sonra əzələ ağrılarını aradan qaldıra bilir.

Qarpızda və digər bir çox məhsullarda rast gəlinən Citrulline – aminturşusunun ağır məşqlərdən sonra 24 saat ərzində ağrı və dartınma problemlərinin aradan qaldırılmasında başlıca rol oynadığı sübut edilmişdir.

Qarpız eyni zamanda, bir çox soyuqdəymə ilə mübarizədə gərəkli olan elementləri özündə birləşdirir. Nəticədə məşqlər zamanı da öz müsbət təsirini göstərmiş olur.

Qarpızın qabığı və tumları da yeyilir

Bir çox insanlar səfən qarpızın qabığının yeyiləsi olmadığını düşünür və onu atır. Əslində isə, qabığını yemək olar və demək olar ki, içi kimi üstünlüklərə malikdir. Sadəcə qabığı yeməmişdən qabaq termik olaraq təmizləmək gərəklidir. Onun tumları idmançılar üçün xeyirli, qabığı isə nitratlarla zəngindir.

Qarpız asma xəstəlikləri zamanı kömək edə bilər

Qarpız foto-qida maddələri ilə zəngindir. Onlar bütünlüklə orqanizmlə birgə işləyərək antioksidantların istifadəsində yardımçı olurlar. Bu isə öz növbəsində azad radikalların xaric olmasına imkan yaradır. Müntəzəm qəbul zamanı holestrinin miqdarı düşür, asmanın inkişafının qarşısını alaraq, təsirini azaltmış olur.

Lakin istənilən ciddi xəstəliklər zamanı yalnız qida rasionunuzla, əsasəndə yalnız qarpızla kifayətlənməyin. Bu sadəcə müəyyən qarşısı alınma üçün gərəkli vaistələrdən biridir.

Qarpız və A – C vitaminləri

Bu vitaminlərin xeyli miqdarda qəbulunun bir çox üstünlüklərinin olmasına baxmayaraq, ən başlıca üstünlüyü xəstəliklərin proflaktikasıdır. Eyni zamanda, C vitamini yaraların sağalmasında çox önəmlidir. A vitamini isə, görmə zifliyini aradan qaldırır, katarakta yaranmasının qarşısını alır, kişilərdə sperma artımına şərait yaradır, qadınlarda ay başı dönəmlərdə rahatlıq gətirir, ən əsası isə, sağlam dərini təmin edir.

Qarpızın tərkibində xeyli miqdarda təbii şəkər olduğundan digər xeyirli meyvələr, tərəvəzlər, ət məhsulları ilə paralel istifadə edilməlidir.

Qarpızda hansı vitaminlər mövcutdur?

Qarpız orqanizm üçün vacib olan bir çox vitaminlərə sahibdir. Misal olaraq daxilində aşağıdakı komponentlər mövcutdur:

  • Fosfor;
  • Kalsium;
  • Folivey turşusu;
  • Qlikoza;
  • Fruktoza;
  • Saxaroza;
  • Askorbin turşusu.

Vitaminlər

  • A
  • C
  • B1
  • B2
  • PP
  • B6
  • B9
  • E

Minerallar

  • Kalium
  • Maqnium
  • Kalsium
  • Dəmir
  • Fosfor
  • Natrium

Qeyd edək ki, 100 q qarpızın tərkibində 22 mq maqnium mövcutdur. Bu isə, digər məhsullarla müqayisədə rekord hesab edilir.

Qarpızda nə qədər su mövcutdur?

Qarpız 90% sudan ibarət ola bilər. Nəzərə alın ki, ortalama dəymiş qarpız 5-7 kq gələ bilir. Bəs bunu litr hesabına necə çevirmək olar? Çox sadə. 2008-ci ildə ruslar tərəfindən bu sahədə aparılan araşdırmalar zamanı MA 150 – nəmliyi ölçən analizator kəşf edilmişdir. Nəticədə yetişdirilmiş məhsulların tərkibindəki suyun miqdarını müəyyən etmək mümkün olmuşdur. Qeyd edəkki, haqqına danışılan analizator sadəcə ölçən cihaz deyil. O qarpızı sıxaraq, bütün suyu özünə yığır, beləliklədə, bir qarpızın neçə faiz sudan ibarət olduğu müəyyənləşir.

Araşdırma aparılan zaman 7.7 kq çəkidə qarpız götürülmüş və ondan 7.04 L su sxılmışdır. Beləliklə nəmliq səviyyə 91%-ə çatmışdır. Bir müddət sonra bu cür çəkilər geniş sayda müxtəlif laboratoryalar üçün hazırlanmağa başlanıldı.

Niyə bəzən qarpızdan çoxları pis olur?

Nəyinki alergiyası olan adamlar, hətda adi adamların belə verdiyi adi bir sual. Narahatlığın kökü qastroenterologiyada gizlənir. Qarpızın içində olan nektarlar sağlam adamda belə mədə turşusuna mənfi təsir göstərə bilər. Nəzər alın ki, bəzi qarpızların yetişdirilməsində tez böyüməyi üçün müxtəlif anabolik əlavələrdən istifadə edilir. Eyni zamanda, qabığında bəzi mikroblar mövcutdur ki, yaxşı yuyulmayanda orqanizmə mənfi təsir göstərə bilər. Marketoloqların ən böyük səflərindən biri də, qarpızların marketlərdə salafan paketlərdə satışıdır. Bu zaman doğranmış qarpızın suyu qabığı ilə birləşərək, müxtəlif bakteryaların çoxalmasına səbəb ola bilir. Ehtiyyatlı olmaq zəruridir.

Qarpıza qarşı alergiya

Qarpızın bəzi təhlükəli təsirləri ola bilər. Bəzi qida məhsullarına alergiyası olan insanlar qarpızdan istifadə zamanıda naraht ola bilərlər. Alergik reaksiyanız varsa, hər dilimini yedikdə o sizin dilinizdə və boğazınızda narahatlıq yarada bilər. Bir neçə alergiya formaları var ki, onlar aşağıdakı kimi özünü biruzə verir:

  • Ağızda qıcqırma hissi;
  • Gözlərin ayışması;
  • Dodaqların şişməsi;
  • Boğazın sonluğunun qaşınması;
  • Arteriolun tutulması;
  • Ekzema.

Bir çox insanlar bu kimi problemlərlə qəbuldan bir neçə saniyyə sonra rastlaşırlar. Bəzən bu simptomlar oral alergiya simptomunada çevrilə bilər.

Qarpızı yeni ilə qədər necə saxlamalı?

Əgər qış vaxtı yaşadığınız əraziyə yaxın marketlərdə qarpız satılmırsa, o zaman saxlama texnikasına fikir vermək gərəklidir. Ən azından yeni il stolunda qarpız görmək çoxlarını təcübləndirər.

Təxmini o qədərdə böyük olmayan, təxmini 4-5 kiloqramlıq qarpız seçilir.

Onları qışa qədər saxlamaq daha asan olur.

Seçilmiş qarpızın qabığı qalın, zədəsiz və cızıqsız olmalıdır.

Saxlanma yeri qaranlıq, 3 dərəcəyə qədər sərin və havalı olmalıdır.

Nəmişliyin 80%-dən az olmamalıdır.

Şəxsi evlərdə qarpız adətən hamam otağında, evin damında, zirzəmisində, eyvanda saxlanılır. Bağlı yerlərdə asılır, bağ evlərində otların arasında qoyuur, eyvanda qumluğa qoyulur, hamam otağında isə adətən suda saxlanılır.

Qarpız 4-5 ay ərzində tamının itirilməməsi qorxusu ilə saxlanıla bilər. Saxlanılma vaxtı onlar bir-birinə toxunmamalıdırlar. İstənilən anda altına yumşaq nəsə sərmək lazımdır. Bərk yerə qoyulmamalıdır. Həfdə ərzində bir neçə dəfə çevrilməlidir.

Pankreatit zamanı qarpız

Ağır pankreatit zamanı təzə giləmeyvələr və meyvələr yemək olmaz. Qida toxumaları ciddi qaz əmələ gəlmə problemləri yarada bilər. Xroniki xəstəlik zamanı nadir hallarda yemək siyahısına qarpız daxil ola bilər. Amma bu çox nadir hallarda baş verir.

Qarpızın kişilər üçün xeyri

Güclü cinsin nümayəndələri üçün bu zolaqlı neymətin qiyməti onun orqanizmə “Viagra” kimi tısirə sahib olmasıdır.

Məsələ bundadır ki, tərkibindəki likopin və sitrulin sayəsində damarlar genişlənir ki, bu da potensiyaya böyük təsir göstərir. Nəticəni aydın şəkildə hiss etmək üçün 5-6 dilim qarpız yemək kifayətdir.

Kişilərə digər xeyirləri barədə:

  1. Tərkibinə aminturşuları daxildir. Orqanizimdə arqinin sintezi baş verir. Nətcədə bədənin boşalmağı və rahatlaşması mümkün olur. Beləliklə, qarpız stress hallarından sonra ən gözəl qida hesab edilir.

  2. Eyni zamanda, ürək-damar sisteminə müsbət təsir edən, ziyanlı holestrinin azalmasına, ürək xəstəliklərinin yaranma riskini azalmasına tərkibindəki maddələr imkan yaradır.

  3. Kişi orqanizminə qarpızın önəmli xeyri sidikqovucu olmasıdır. Qarpız yeyərkən böyrəklərdə daş yaranmasının qarşısı alınır. Bu səbəbdən də ən yaxşısı həfdəd bir dəfə çoxlu qarpız yemək lazımdır.

  4. Qarpız həzm sistemini yaxşılaşdırır. Tərkibində olan xeyli sayda toxumalar sayəsində bağırsaqları toksinlərdən təmizləyir.

  5. Kişilər üçün digər xeyri nakoloji xəstəliklərin qarşısını almasındadır. Tərkibində xeyli sayda antioksidantlar mövcutdur.

  6. Hipertonik xəstəliklərdən əziyyət çəkənlərə çox məsləhətlidir. Sidikqovucu xüsusiyyətinə görə orqanizimdən artıq mayeni çıxararaq təzyiqi normallaşdırır.

Advertisements