İnsanın siqarteə aludəçiliyi xeyli zamandır ki, gündəmdədir. Bu cür aludəçiliyin ağır fəsadları ola bilir. Dünya üzrə siqaret nəticəsində ölüm halları artır. Buna baxmayaraq, istifadə edənlərin sayı durmadan artır. Yeni qoşulanlar arasında artıq qadınlar və yeniyetmələr çoxluq təşkil edir. Alimlər isə fəsadları müəyyən etmək və ictimayətə çatdırmaq üçün araşdırmalarını artırırlar.

Təhlükəli həqiqət

Xeyli sayda aparılan araşdırmalara əsasən dünyada vaxtından əvvəl ölüm hallarının cəmi iki faktoru mövcutdur; HİV infeksiyası və tütün məhsullarından istifadə. Siqaret istehsalçıları olan şirkətlər bir çox faktları gizlətməyə çalışırlar. Müxtəlif aromatizorlardan, rəngi bağlamalardan istifadə edərək müxtəlif marketinq addımları planlayırlar.

Siqaret çəkməyin ziyanlarını alamaq üçün aşağıdakı faktları bildirmək daha doğru olar;

  • İstehsalçılar vaxtaşırı olaraq siqaretin tərkibindəki Levulin turşusunun, ammiakın, teobrominin səviyyəsini artırı ki, buda asıllıq səviyyəsini artırmağa xidmət edir;

  • Siqaretin yanması zamanı tam dəyişməsinə xidmət edən aramatizatorlar ziyanlı teratogenlərə çevrilir;

  • Mentolun köməkliyi ilə istehsalçılar siqaret tüstüsünün yaratdığı xoşa gəlməz təsirləri aradan qaldırır;

  • Adi siqaretin tərkibinə kley, aseton, selitra daxildir ki, buda onun yanmasını sürətləndirir;

  • Siqaret məhsullarının tərkibinə nitrozamin daxildir. Bu da kanserogen təsirə malik olduğundan xərçəngin yaranmasına şərait yaradır.

Siqaret çəkməklə bağlı 25 maraqlı fakt

  1. Siqaret çəkmək 90% hallarda ağ ciyərin xərçənginə səbəb olur.

  2. Siqaret çəkən digərlərinə nisbətən düzgün qidalanmamağın, spirtli içkinin, ekoloji vəziyyətin mənfi təsirlərindən daha çox əziyyət çəkir.

  3. Siqaret çəkənlərin bu vərdişə qalib gəlmələri çox çətin olur. Siqaretdən tam imtina adətən insult və ya miokard infaktdan sonra baş verir.

  4. Nikatinin Alsgeymer xəstəliyinin yaranmasının qarşısının alması məsələsi yalandır. Bu uydurma siqaret maqnatları tərəfindən yaranıb.

  5. Bir çox siqaret çəkənlər siqaret çəkməyi tərgizməyin çətinliyinə görə bu addımı atmırlar. Bu sadəcə bir mifdir. Siqareti atanların 65%-nin fikrncə əgər onlar bu qədər asan olduğunu əvvəlcədən bilsəydilər, çoxdan trəgizərdilər.

  6. Bir dəqiqə ərzində bütün dünyada təxmini 10 milyon siqaret alınır.

  7. 5 siqaretin tərkibində insanı pldürmək gücündə olan nikatin miqdarı var.

  8. Orta əsirlərdə siqaretdən siflisin terapiyası zamanı istifadə edirdilər.

  9. Siqaretin tamini və iyini dəyişmək üçün ona moçevin maddəsi qatırlar.

  10. Siqaret tüstüsünün tərkibinə 45 təhlükəli konsentrat daxildir.

  11. 1/4 bütün yetkinlik yaşına çatmayan siqaret çəkənlər 10 yaşı olmamış çəkməyə başlayıblar.

  12. Bütün dünyanın uşaqlarının 1/2-i passiv siqaret çəkən hesab edilir. Nəticədə uşaq yaşında bronxial asma xəstəliyinə tutulurlar.

  13. Siqaret çəkən insanla yaşamaqla passiv siqaret çəkən olursunuz. Nəticədə ciyər xərçənginə tutulma riski 23% artmış olur.

  14. Gün ərzində dünyada 15 milyard siqaret çəkilir.

  15. 10% siqaret çəkənlər müxtəlif ankaloji xəstəlikdən vaxtından əvvəl ölürlər.

  16. Miokard infaktı siqaret çəkənlərdə 8 dəfə daha çox rast gəlinir.

  17. Evdə məişət şəraitində yaranan yanğın hallarının 1/4-i siqaretin tam söndürməməkdən yaranır.

  18. Siqaret tüstüsünü daxilə çəkən zaman nikatin beyin hüceyrələrinə 10 saniyəyə çatır.

  19. Dünyada həyatını itirən hər 5-ci insan siqaretdən ölür.

  20. Hər il siqaretdən 400 000 insan ölür.

  21. Dünyada ciyər xərçəngindən hər dəqiqədə 2 nəfər ölür.

  22. Məşhur siqaret Marlboro-nun reklamında çəkilə aktyorlar ciyər xərçəngindən ölmüşlər. Bu hadisələrdə sonra şirkətin reklamını xalq arasında “Kovboyların canisi” adlandırmışlar.

  23. Hər yetkinlik yaşına çatmış dünya əhaləsinin üşdə biri nikotin asıllığı olan şəxs sayılır.

  24. Mentol dadlı siqaretlər ürək-damar sisteminə mənfi təsir göstərir. Qısa zaman ərzində impotensiya problemləri yaradır.

  25. Bir və ya hər iki tərəf siqaret çəkən cütlüklərdə uşağa qalma problemləri yaranır. Sağlam uşağın doğulmasını istəyirsinizsə üstündən 4 il keçməlidir.

Siqaretin qadın orqanizminə də ziyanlı təsirləri haqda xeyli sayda sübutlar və faktlar mövcutdur. Artıq 25 yaşda olan xanım qaralmış, qırışmış, sızanaqlı üz dərisinə sahib olacaq. Hamilə qadının siqaret çəkməsi vaxtından qabaq doğuşlara, uşaqda isə müxtəlif xəstəliklərə və anomalya hallarına səbəb olacaq. Bütün faktlar siqaret çəkməyin heç kimə xeyir vermədiyini süput etmişdir.

Advertisements