Bəzi şeylər var ki, 30 yaşına çatmış qadın heç bir halda öz fikirlərini dəyişərək etməz.

Sən əlbətdəki, ciddi kişisən, amma romantik komedyaların qəhrəmanları kimi düşünmə. Yəni sənə doğurdanda elə gəlir ki, bir balaca diqqət göstərməklə o xöşbəxtliklə sənə baxaraq kipriklərini bir-birinə çırpar, tələsik saç düzümünü dəyişər, həyat tərzini sənin onun üçün ideal hesab etdiyin tərzə dəyişər?

Təəssüf. Amma elə şeylər var ki, otuz yaşına çatmış qadın bəzi şeyləri heç vaxt beynində dəyişməz. Hətda sizin birlikdə yaşadığınız əvəzedilməz ehtiraslı günlərə görə belə.

O heç vaxt öz rəfiqələrindən imtina etməz

Əzizim sən əlbətdəki çox şirinsən, amma onlar səni demək olarki, heç tanımırlar. Amma mən onlarla birlikdə az oturmamışam. Məhs onlar mənim çətin anımda köməyə gəliblər, pis gündə yanımda olublar. Məhs onlardan mən evin təmirindən tutmuş, ağır bazarlıqlara qədər işlərdə yardım görmüşəm. Onlarla hər zaman hər şeyi rahatlıqla müzakirə etmişəm. Beləliklə zaman keçdikcə qadınınızın rəfiqələrindən qurtula bilməyəcəyinizi anlayacaqsınız.

O heç vaxt bərbad, bezdirici saç düzümündən imtina etməz

Sən əlbətdəki anlıyırsan ki, adi ev qızından bir gecənin içində ən azından Skarlet Yoxansonı və ya başqa sevdiyin Hollivud aktrisasını yaratmaq qəliz məsələdir, amma qadınının heç olmasa arzularıvın müəyyən hissəsini həyata keçirməyini istərdin. Birincisi özünü yandırma. Əgər o sənin başqa qadından azda olsa xoşlandığını bilsə münasibətləriniz başqa yön ala bilər.

İkincisi isə, hal-hazırda mövcut olan saç düzümü çox gümanki, xeyli müddət davam edən eksperimentlərdən sonra formalaşıb. Sonda qəliz seçim qarşısında qalaraq bu düzümü seçib. Sən isə ona saçını kare kəsdirməyi təklif edərək onu depresyaya salırsan. Axı o hər güzgünün qabağına keçəndə burnunu və ya üzünün hansısa cizgilərini fərqli görməyə başlayacaq.

O heç vaxt öz hobbisindən imtina etməz

Evin hər yerində onun əl işlərinin dolu olmasına baxmayaraq, hər şeydə öz zövqunu diqtə etmək həvəsinin olmağına baxmayaraq, və ya bütün günü şerlər, əsərlər oxumağına, klassik və ya elektro musiqiyə qulaq asmağına baxmayaraq, bunlar sizə mənasız gəlməməlidir. Əgər 30 yaşında belə bunları davam etdirirsə, deməli bu onda artıq hobbidir. Ən yaxşısı sakitləşin və sizdə özünüzə bir hobbi tapın. Həm darıxmaqdan həmdə, bezməkdən sizi qurtarar.

Heç vaxt sənə görə karyerasından imtina etməz

Əlbətdəki, əgər bu sadəcə dolanmaq üçün gəlir mənbəyi deyil, əsl karyeradırsa. Karyerasında müxtəlif poroyektləri təfil verərək irəliləyə bilirsə. Əgər sadəcə onunla birlikdə çox vaxt keçirmək, standart cütlük münasibətlərində yaşamaq kimi istəklərin varsa, əmin ol illər boyu qurduğu, bütünlüklə özünü verdiyi, fikirlərini yalnız ona yönəltdiyi karyerasını sadəcə sənin istəklərinə qurban verməz. Bu şəkildə fikirlərin belə ona xoş gəlməz.

Heç vaxt sənə görə siqareti atmaz

Birinci heçkim (demək olarki heçkim) siqaret çəkməni tərgizməs. Nikatin asllıqla bağlı ən güclü leqallaşdırılmış narkotik vaistə hesab edilir. İkincisi isə tərgizməyə cəht etsən də çətinki, sonra yaranan istəklərdən əl çəkə biləsən. Əgər sən xanımın tərgitmək istəyi yaranan zaman onun yanında olmasan, o ümumiyyətlə səni bağışlamaz. Sadəcə düşünər ki, o sənə yalnız xoş zamanlar üçün lazımdır.

Heç vaxt sənə görə xalatından və rahat ev geyimindən imtina etməz

Sənin fikrincə sırf sən istiyirsən deyə 24 saat ərzində o makiyajda və ya hümndür daban ayaqqabıda gəzəcək? Yoxsa ev geyimlərini belə sənin zövqünlə seçəcək? Yox, bu onun üçün rahat deyil. Hər gün makiyajdan istifadə üz cizgilərində problemlə yarada bilər, gündəlik geyimlərdəki narahatçılıq isə onu bezdirə bilər. Bu ona xoş deyil. Birdəki güya sən hər gün üz qırxaraq “lakirovunnu” ayaqqabıda gəzirsənki?

Heç vaxt qohumlarından imtina etməz

Sən onların xoşuna gəlməsən belə, bunu etməz. Sənin tatoun və ya musiqi tərzin, geyim tərzin onların xoşuna gəlməsə belə bu qohumluqdan silinmə demək deyil. Hər zaman onları qonaq çağırmaq və ya onlara getmək istiyər. Bunu ən azından vacib və göstərilməli bir diqqət hesab edər.

Heç vaxt pişiyindən imtina etməz

Ona görəki – pişik müqəddəsdir. “Oğlanımın pişiyə alergiyası var” kimi fikirlərin yeri yoxdur. O sona qədər sizinlə yaşayacaq. bununla barışmalısan.

Heç vaxt sənin anan kimi sup və ya xəngəl bişirməyə cəht göstərməz

Əlbətdə kəndlərdə xanımın yemək bişirə bilmə qabiliyyətinə böyük önəm verilirdi. Ər evinə köçəndə belə, qaynana gəlinini oğlunun sevdiyi yeməkləri bişirməsini örgədərdi. Amma o zamanlar qızlarda heç 30 yaşında ərə getmirdilər. Müasir dövürdə isə xanımlar otuz yaşına qədər yalnız buterbrodlar və biznes-lançlar yeyərək gəlib çatırlar. Anan kimi bişirmək üçün isə sənin anan var. Ona görədə onun yanında olarkən yaxşı yemək üçün gərək valideyinlərini də unutmayasan.

Heç vaxt romantik gözləntilərindən imtina etməz

Onun otuz yaşı var, o təcrübəlidir, özünü sevir və həyatla bağlı kifayət qədər çox şeylər bilir. Sadəcə zaman keçdikcə romantik gözləntiləri bir balaca dəyişir. Əl-ələ tutaraq, şirniyyat hədiyyə edərək parkı gəzməkdənsə, bahalı restaranda gözəl şam yeməyi daha uyğun olar.

Advertisements