Eqzotik meyvə olan banan xeyli vaxtdır ki, hamı üçün əl çatan hesab edilir. Bu gün bütün marketlərdə, satış məntəqələrində almaq mümkündür. Məhsul yalnız dadlı və tutumlu deyil, eyni zamanda çox xeyirlidir. Elvatora yaxın olan isti ölkələrdə yerli sakinlərin əsas qida mənbəyi hesab edilir. Onlar həmdə məhsulun eksportundan da kifayət qədər gəlir əldə edə bilirlər. Mütəxəsislərin fikrincə banan kişi orqanizmi üçün çox xeyirlidir. Bu məsələləri detallı şəkildə məqaləmizdən tanış ola bilərsiniz.

Bananın zəngin tərkibi

Sarı rəngdə qabığa sahib bananları vitaminlərin, mineralların və mikroelementlərin əsas mənbəyi hesab etmək olar. İlk növbədə qeyd etmək lazımdır ki, meyçə çox kalorili hesab edilir. Tərkibindəki yüksək miqdar karbohidratlar sayəsində 100 qram bananda 100 kkal mövcutdur. Bu səbəbdəndə qida sayına diqqət yetirmək lazımdır. Eyni zamanda bananın tərkibində zülal və az miqdarda yağ da mövcutdur.

Məhsulun tərkibində kifayət qədər qida toxumaları, su, orqanik turşular, yağ turşuları, kraxmal və şəkər müəyyən edilmişdir. Ən əsas xeyirli tərəfi tərkibində vitamin komponentlərinin çox olmasıdır. Beləki, bananın tərkibində B vitamin qrupu – B1 (0,05 mq), B2 (0,05 mq), B5 (0,4 mq), B6 (0,5 mq), B10 (11 mkq) zəngindir. Digər vitaminlərdən isə, A, A1, K, E, C, PP, holin, betakarotini göstərmək olar.

Tərkibində xeyli sayda mikroelementlər və minerallar mövcutdur. Onlardan ən çox çəkiyə malik olanlar bunlardır: (hər 100 q bananda)

Zəngin tərkib sayəsində banan orqanizmin hər bir orqanına ayrıca müsbət təsir göstərmək imkanındadır. Məhsul kişilərə olduğu kimi, qadınlara və uşaqlarada çox xeyirli hesab edilir. Tərkibində böyük ölçüdə kalium mövcutdur. Gün ərzində 3 banan orqanizmin bu barədə ehtiyacını tam olaraq ödəyə bilər.

Məhsulun ümumi xeyri

Banan tez həzm olunduğundan yemək arası istifadə etmək daha məsləhətli hesab edilir. Beləliklə aclığın qarşısı uzun müddətli alınmış, bədən bütün lazımı minerallar və vitaminlərlə təmin edilmiş olar. Eyni zamanda məhsulun əhval-ruhiyyəni qaldırması da sirr deyil. Banan qəbulu zamanı qanda serotinin səviyyəsi qalxır ki, bu da öz növbəsində xöşbəxtlik hormonu hesab edilir. Bu səbəbdə də, banan təbii antidepresant hesab edilir. Stresdən və dipresyadan azad olmaq üçün gün ərzində bir banan yemək kifayət edər.

Spirtli içki qəbulunun səhəri günü yaranan baş ağrılarını aradan qaldırır. Banan orqanizimdən spirt qalıqlarının sürətli xaric olmasına şərait yaradır. Ən önəmli xeyri ürək-damar sisteminə və əsəb sisteminə müsbət təsiridir. Beləki, yüksək miqdarda kaliyum damarların divarlarını möhkəmləndirir. Eyni zamanda, qanda xolestirinin miqdarını aşağı salır, ateroskleroz xəstəliyinin qarşısını alır.

B vitamin qrupu mərkəzi əsəb sisteminin işini normallaşdırır. Daimi məhsulun qəbulu yuxunu bərpa edir, dözümlülüyü artırır, stress hallarının təsirlərini aradan qaldırır. Eyni zamanda araşdırmalar yaddaşında güclənməsini sübut etmişdir. Mədə xorası xəstəliklərindən əziyyət çəkən insanlara banan yemək çox məsləhət bilinir.

Ümumilikdə banan həzm sisteminin bütün xəstəlikləri zamanı xeyirli hesab edilir. Ən önəmli hesab edilənləri isə aşağıdakılardır:

  • Qəbizliyə kömək edir;

  • Diareyanın qarşısını alır;

  • İtirilmiş enerjini bərpa edir;

  • Meteorizma ilə, köp halları ilə mübarizə aparır;

  • Hormonal fonu yaxşılaşdırır;

  • Hemoqlabinin səviyyəsini artırır;

  • Təbii immunostimulyator hesab edilir.

Kişi orqanizmi üçün bananın xeyri

Bananın kişi orqanizminə təqzib edilməs xeyrləri vardır. İlk olaraq tərkibindəki kaliumu xüsusi vurğulamaq lazımdır. Məhs damarların vəziyyətinin yaxşılaşmasından erektil funksiya bərpa olunur. Məsələ orasındadır ki, tam həcimli ereksiya yalnız cinsiyyət orqanına qan axını zamanı baş verir. Əgər damarlar pis vəziyyətdə olarlarsa, qanın dövranı zəifləmiş olar. Bu cür hallarda ereksiya halları qəlizləşmiş olur.

Kişilər bir qayda olaraq qadınlardan daha çox insult, infakt, ürək problemləri ilə üzləşirlər. Banan bir başa olaraq ürək fəaliyyətinə kömək edir, arterial təzyiqi normallaşdırır. Bu isə, bütün bədən uçun gözəl qabaqlayıcı tədbir hesab edilir. Sexsual aktivlik bir çox hallarda aşağıdakı psixaloji problemlər səbəbindən zəifləyə bilər:

  • Depresya;

  • Yuxusuzluq;

  • Stress;

  • Konfilik yaradan hallar;

  • Fiziki və psixaloji yorğunluqlar;

  • Halsızlığın artımı.

Bu kimi problemlərin öhdəsindən banan tam olaraq gəlir. Gün ərzində yalnız bir banan qəbulu potensiyanı gücləndirər, əhvalı yaxşılaşdırar, dözümlülüyü artırar. Eyni zamanda fiziki işlə və ya idmanla məşğul olan kişilərə məsləhət görülür. Tərkibindəki yüksək miqdarda protein sayəsində əzələlərin inkişafına kömək edir, massa artımına şərait yaradır.

Tərkibindəki kalium sayəsində siqareti tərkidən zaman abstinent sindiromu aradan qalxmış olur. Alimlər sübut etmişlər ki, siqareti tərgizən zaman bədənin nikatinə olan ehtiyacını banan ödəyə bilir. Banan orqanizmin qoruma funksiyasını artırır. Yaxşı imunitet isə bütün sistemin gözəl işləməsinin təminatıdır.

Banan və potensiya

Yuxarda deyildiyi kimi kaliumun sayəsində cinsi orqana qan axını sürətlənir. Mütamadi banan qəbulu müəyyən müddət sonra prostat vəzinin fəaliyyətini yaxşılaşdırır. Beləliklə, prostat vəzinin soyuqdəymə halları aradan qalxmış olur. Banan yemək libido səviyyəsini artırır ki, nəticədə sexsual aktivlik artır. Gündəlik qəbul ereksiya funksiyasını qorumağa xidmət edir.

Eyni zamanda bananın tərkibində sink və selen elementleri mövcutdur. Bu elementlər kişi orqanizmi üçün çox vacib hesab edilir. Onların lazımı səviyyədə olması kişi hormonu hesab edilən testestronun hazırlanmasında başlıca rol oynayır. Araşdırmalar nəticəsində gündəlik yemək rasionuna banan əlavə etməklə spermanın səviyyəsini artırmaq mümkün olur. Spermanın keyfiyyətinin artımı isə sağlam uşaq sahibi olmaq üçün mütləq şərtdir.

Banan necə və nə vaxt yeyilməlidir?

Məhsulun tam xeyri bir başa onun qəbul miqdarından, qəbul saatından və düzgün seçimdən aslıdır. Bananı almamışdan öncə diqqətlə xarici görünüşünə baxmaq lazımdır. Keyfiyyəti və dəymiş banan sarı qabığa sahibdir. Yaşıla çalan üz qabğı isə, onun hələ tam yetişməməsinə işarədir. Bu zaman 2-3 gün gözləmək tələb olunur. Əgər siz qabığın üzərində qaralma, tündləşmə hiss etsəniz, bu zaman onun düzgün saxlanmamasına, daşınmamasına, qablaşdırılmamasına işarədir. Bu cür məsullardan yan qaçmaq məsləhətlidir.

Banan karbohidrat (enerji) mənbəyi hesab edilir. Bu səbəbdən də onun qəbul saatı ciddi nəzarətdə saxlanılmalıdır. Meyvəni orqanizmin fiziki gərginliyə məruz qalmadığı vaxtlarda yemək lazımdır. Banan və süd tərkibli kokteylləri idman məşqlərindən sonra içmək daha yaxşı olardı. Eyni zamanda qidalanma yuxudan əvvəldə mümkündür. Məsələ orasındadır ki, banan yuxuda belə baş verən maddələr mübadiləsini sürətləndirir. Lakin, tərkibindəki kalium sidik qovuçu təsirə malik ola bilər. Nəticədə, yuxu pozular. Potensiya göstəricisini normada saxlamaq üçün gün ərzində 3 banan yemək kifayət edər. Əgər qəbul sayını artırsaz, şəkərli diabed xəstəliyinə, kökəlməyə, qanda laxtalanma hallarına səbəb ola bilər. Bütün normalar gözlənilsə, gənc orqanizm lazımı bütün faydalı nəticələri əldə etmiş olar.

Advertisements