Kişilər adətən geyim tərzində hansı səhfləri edirlər? Hansı incəlikləri bir çox vaxt unudullar? Bu cür elementar nüyansları hətda dəblə bağlı bloglarda belə yaddan çıxarıllar. Hər-halda siz zövqlüsünüz və bir çox şeyləri aird edə bilirsiniz. Buna baxmayaraq, günbə-gün biz geyim qaydalarının baza hissələrində ağıla gəlməz səhflərlə rastlaşırıq.

Beləliklə, bu məqalə sizlə yanaşı, risk etməyən kallqalarınıza, tineyjer qardaşınıza, yaşlanmış dayınıza, bir sözlə yaxşı və yaraşıqlı görünmək istəyən hər kəsə aitdir. Rahatlıqla fikirlərimzi onlarla bölüşə bilərsiniz.

14 yaşdan yuxarı, geyimdə ciddi səhflər buraxmaq istəməyənlər üçün 25 həyatı vacib prinsipləri sizə təqdim edirik. Bu prinsipləri sizə uyğun yerdə qeyd etməyi unutmayın. Hər zaman lazım olacaq.

  • Pencəyin sonuncu düyməsini bağlamayın. Sonuncu düymə bağlanmaq üçün nəzərdə tutulmayıb.

  • Eyni məsələ jiletlər üçündə keçərlidir. Diqqətli olun.

  • Kostyumun geyinməmişdən öncə qollarındakı etiketi mütləq çıxarın.

  • Yeni pencəyin çox vaxt çiyinlərində ağ sap işarələnmiş olur. Geyinməzdən öncə onu çıxarmağı unutmayın.

  • Pencəyin cibləri açıq olmalıdır. Bərkidilmiş tikişləri açın.

  • Pencəyin baölanması üçün 3 düymədən artıq düymə sayı məsləhətli görünmür.

  • 3 düyməli pencəklərdə yuxarı düyməni bağlamaq vacib deyil. Bir çox müasir pencək modellərində ümumiyyətli yuxarı düymə yalnız dekor üçün nəzərdə tutulub. Başqa sözlə desək, əgər yuxarı düyməni bağladıqda sizə elə gəlirsə, nəsə düzgün deyil, o zaman bağlamayın.

  • Şabalıdı rəngli ayaqqabı – şabalıdı rəngli kəmər. Qara rəngli ayaqqabı – qara rəngli kəmər. Bu qayda adətən lkassik tərzə şamil olunur.

  • Ya kəmər, yada aşırma. Heç bir halda ikisini birlikdə istifadə etməyin.

  • Köynəyin manjetini bir balaca pencəyin qolundan çıxarmaq lazımdır. Təxmini 1-2 sm.

  • Şalvarın əyində duruşu zamanı qırılma və qatlanmasının çox olmamasına diqqət yetirin. Yalnız qabaqdan bir qırılma halının olması kifayətdir. Əgər arxadan qabaqdan əyilmələr çox hiss etsəniz və ya yanlardan tam əyninizə oturmasa, deməli şalvar sizin üçün böyük ölçüdədir.

  • Geyindiyiniz palto tam olaraq əyninizə oturmalıdır. Siz rahatlıqla sürüşdüərək əlinizi cibinizə sala biləsiniz. Əgər cibə bütünlüklə yumuruğunuz belə girə bilirsə, deməli palto sizə böyükdür.

  • Əgər özünüzə kostyum alırsınızsa, dərzi yanında bədən formanıza uyğunlaşdırmaq daha məsləhətli olardı.

  • Qalstukunuzun uzunıuğu taxtığınız kəmərə qədər düşməidir. Bu ölçüdən nə uzun, nə də qısa olmamalıdır.

  • Qalstuk bağlanan zaman kişiq bir çala, çökəklik yaranmalıdır.

  • Kişi pencəyi sizin paltonuzdan və ya gödəkcənizdən uzun olmamalı, kənara çıxmamalıdır.

  • Qara rəngli geyimləri yalnız keşişlər geyinmək məcburiyyətindədir. Hər gün qara rəngli pencəklərdən istifadə etmək məcburiyyətində deyilsiniz.

  • Kəmərdən telefon qabı və ya rabura asmaq bu sadəcə qorxulu görkəm deməkdir.

  • Eyni istənilməyən görüntü qabağı kvadrat görkəmlərdə olan qış ayaqqabılarınada aitdir.

  • Heç vaxt şortiklə uzun boğazlı corab geyinməyin.

  • Sandallarla corabıda sanamayın.

  • Əgər köynəyi cinsin içinə salırsınızsa, mütləq kəmər taxın. (əlavə pencək geyinirsinizsə, aşırmalardan da istifadə edə bilərsiniz.)

  • Rezin şəpitlər (şəp-şəp) yalnız dəniz kənarında və hovuzun ətrafında uğurlu seçimdir.

  • Uzun qalstuk smokinklə uyğunlaşmır.

  • Poliester geyimləri heç vaxt idmanda məşq zamanı və xüsusi bunun üçün nəzərdə tutulan gecələrdən başqa heç harda geyinməyin.

Advertisements