Bir çox qızlar idman zalına bədən quruluşunu korrektə etmək üçün gedirlər. Bəziləri isə o qədər aludə olurlar ki, artıq kişilərə bənzəyirlər. Bəziləri tam yeni obraza uyğunlaşaraq əzələlərini şişirdillər, bəziləri isə ümumiyyətlə qadınlıqları ilə mübarizə aparırlar. Bu günki məqalamizdə Arnold Şvasneqirlə bəhsə girən, hətda ona meydan oxumaq istəyən qadınlar haqda danışacağıq.

Anna Turayeva

Rus idmançısı Anna Turayeva Avroasiyanın tam çempionu olmuşdur. Məşğul olduğu idman özündə ştanqla oturmaq (prisidanya), sinəyə ştanq qaldırma kimi hərəkətləri birləşdirir.

Turayevanın tanışlarının sözlərinə görə əvvəllər o uzun saçlara sahib olaraq, incə, zərif qadın olub. Bir müddət sonra cavan oğlana aşiq olub. Lakin, sevgisi qarşılıqsız qalıb. Nəticədə uğursuz təcrübədən sonra imicini dəyişmiş və saçını qısaldmış, idman geyimləri geyinməyə başlamışdır. Bütün fikirləri ilə özünü idmana vermişdir. Beləliklə, idman zalı onu zərif xanımdan möhkəm, əzələli kişiyə çevirmişdir.

İlk vaxtlarda Anna kultrizmlə məşğul olurdu. Lakin, belində olan zədələr səbəbindən kvalifikasyasını pauerliftingə dəyişmişdir.

“Zədəm ciddi idi. 3 ay ərzində ayağa qalxıb hərəkət edə bilmirdim. Yazlnız uzanaraq ştanqla sinəyə işləməyi bacarırdım. Özümü saxlaya bilmirdim. Ağrılara baxmayaraq yenədə asta-asta idman zalına gedərək məşq edirdim.”

Adəti üzrə pauerlifting kişi idman növü hesab edilir. Uzun müddətli və fasiləsiz məşqlərdən sonra Annanın bədən formaları bu idman növünə xas şəkildə inkişaf etməyə başladı.

Annanın sözlərinə görə:

“Deyirlər pauerlifting qadın idman növü deyil. İnsanlar məni görən zaman bir növ şok yaşayırlar. Lakin, ünsiyyətimiz alınan zaman əsl qadın olduğumu hiss edə bilirlər. Xarici görünüşə gəldikdə isə, mən özümü belə görürəm. Və heç kimə heçnəyi sübut etməyə borclu deyiləm.”

Natalya Oqrızko

Pauerlifting üzrə Sank-Peterburq çempionu. Bodybilding üzrə dəfələrlə Sank-Peterburq  çempionu, Rusya mükafatçısı Natalya Orqızko artıq 15 ildən artıqdır ki, idmanla məşuldur. Karyerasının başlanğıcında xanım bu şəkildə görünürdü:

Lakin, məşq illəri ərzində kifayət dərəcədə dəyişildi. Kosmetikatan ümumiyyətlə imtina etdi, saçlarını kəsdirdi, yalnız kişi geyimləri geyinməyə başladı.

Nəticədə ümumiyyətlə qadın olduğunu təxmin etmək mümkün deyil. Sosial şəbəkələrdə bu görüntü kifayət qədər tənqid edilir.

Yuliya Vins

Bu gözəli isə kişilərə bənzəməkdə günahlandırmaq olmaz. Yuliya Vins “Barbi üzlü, cəngavər bədənli qız hesab etmək olar”.

Yuliyanın idmana olan sevgisi 15 yaşından başlayıb. idmaçının dediklərinə görə özünəinam hissini təmin etmək üçün bodybildunglə məşğul olmağa başlayıb. O əvvəllər heç vaxt özünə güvənməyib. Bu gün isə xanım beynəlxalq səviyyədə pauerlifting üzrrə master klas tituluna sahibdir. Gəncliyindəki səifliyindən əsər-əlamət belə qalmayıb.

Dəmirlərlə ağır iş qızın bədəninə kobudluq gətirməyə bilməzdi. 165 boya, 65 kiloqram çəkiyə sahib xanımın bisepsinin ölçüsü 40,5 sm-dir. Çempionatların birində Yuliya jim lojada 100 kiloqram, oturaraq ştanq qaldırmada isə 175 kiloqram çəki qaldırmışdır.

Bu gün Yuliyanın 21 yaşı var. Xanım Enqelsdə yaşayır. Sosial şəbəkələrdə aktiv iştirak edir, it saxlayır, məşqlərdən qalmır. Onun unstagram səhifəsini 707 min insan izləyir.

Aleksandra Rudenko

Aleksandra Rudenko Novosibirsk şəhərində yaşayır, 2011-ci ildən məşqlərə başlayıb. Məşhurluğu ona haqqında olan Daily Mail britanya jurnalındakı məqalə qazandırıb. Məqalədə deyilirdi:

“24 yaşlı Novosibirsk sakini Aleksandra Rudenko kulturizmlə məşğul olduqdan sonra tamami ilə keçəlləşdi.”

Əslində isə müsahibə zamanı çəkilişlərdə çəkilən fotolar zamanı düzgün işıqlandırma təmin edilməmişdir.

2015-ci ildə Norveçdə keçirilən yarışda Women’s Physique kateqoryası üzrə çempion olduqdan sonra xanım məşqləri azaltdı. Lakin, tamami ilə idmandan imtina etməyi bacarmadı.

Hal hazırda qida məsləhətləri verərək, yeni başlayanlar üçün onların məşqlərinə nəzarət edir.

Anna Kurkurina

Anna Kurkurina Ukraynalı idmançıdır. Pouerlifting üzrə tam çempiondur. 14 rekord sahibi və “Planetin ən güclü qadını” tituluna sahibdir.

Hal-hazırda onun artıq 51 yaşı var. Buna baxmayaraq, Aktiv şəkildə məşq edir və qızları hazırlayır:

“Mən tam ürəklə hər bir tələbəmin (qızlarımız) gözəl görünməyini istəyirəm. Məhs buna görədə onlar mənim məşqlərimə gəlirlər. Tələbələrimin bir çoxları özünə baxmırlar. Belələrini mən uçurumdan çıxardıram. Nəyini əllərini-ayaqlarını qaldırmağı örgədir, həmdə psixaloji durumları üzərindədə işləyirəm.”

Anna “Maskovskiy komsomolsi” qəzetinə müsahibəsi zamanı uşaqlıqda idmançı olmağı planlaşdırmadığını boynuna almışdır. İdman zalına sadəcə bədən quruluşunu normallaşdırmaq üçün getdiyini bildirmişdir. Xanımın ayaqları əyri, çiyinləri isə qısa idi.

“Mən özümü cox gözəl sayacaq qədər dəli deyiləm. Amma, öz xarici görünüşümdən razıyam.”

Annanın sözlərinə görə onu çox vaxt kişilərlə səf salırlar. Ancaq o bu kimi şeylərə məhəl qoymur:

“İctimai nəqliyyatda mənə “xanıma oturmaq üçün yol verin” deyəndə, mən sakitcə duraraq yol verirəm. İzah etməyə nə ehtiyac varki? Mənim üçün bunların bir önəmi yoxdur. Mən bunlara heç bir reaksiya bildirmirəm. Bir şeyi anlaya bilmirəm: orta statistik qadının məndən nə fərqi var? Məndən nə ilə üstündür? Niyə görə məni fərqli qəbul edirlər? O qədər özünə baxmayan və qadına bənzəməyənlər var axı. Mən isə hər zaman gözəllik salonlarında saçımı rəngəlib, özümə əl gəzdirirəm”.

Anna öz həyatında nələrisə dəyişdirmək fikrində deyil. İndiki vəziyyətindən tamami ilə razıdır.

Nataliya Kuznesova

26 yaşlı Nataliya Kusnesova Çitada yaşayır. Qadın bodybildinginin kifayət qədər məşhur nümayəndəsi hesab edilir. Güc idman növünə 14 yaşında olarkən başlamışdır. İlk illərdə məqsədi sağlamlığını möhkəmləndirmək, gücünü artırmaq olub. O illərdə çəkisi 40 kiloqram təşkil edirdi.

Arıq bədən quruluşuna sahib olmağına baxmayaraq, sürətlə çəki artırmağa və əzələ kütləsi yığmağa başladı. Artıq 16 yaşında olarkan Zabaykal vilayətinin bodybilding üzrə çempionu ola bildi. 2009-cu ildə ailəsi ilə Maskvaya köçmüşdür. Hal hazırda instagram səhifəsində 250 min nəfər izləyici var.

Nataliyanın etdiyi maksimal jim -165 kiloqram, yerdən qaldırma – 240 kq-dır. 168 boyu olmasına baxmayaraq, çəkisi 90 kiloqram, qolunun eni – 47 sm, baldırı – 72 sm, beli -76 sm təşkil edir.

“Yadplanetlilərə görünmədən keçmək daha asandır, nəyinki 168 sm boyunda, 90 kq çəkidə, gözəgəlimli bədən quruluşlu qıza. İlin fəsillərindən aslı olmayaraq hər zaman diqqət mərkəzindəyəm. Ona görədə hər zaman formada olmağa çalışıram. İnsanlar yanımdan keçən kimi hər zaman çönüb baxırlar. Yay aylarında onlarla insan yaxınlaşaraq mənimlə şəkil çəkdirmək istəyirlər. Bədən quluruşumu gizlətmək heç ağlıma belə gəlmir. Nədənsə bizim ölkədə artıq çəkiyə sahib olmaq, əzələli bədənə sahib olmaqdan daha normal qəbul edilir”.

Natalyanın sözlərinə görə – Anabolik sterouitlərdən istifadəni gizlətməyən az sayda idmançı qadınlardan biridir. Amma istifadə az ölçülərdə və yalnız yarışlardan öncə istifadə edilir.

Hal-hazırda xanım Moskvada yaşayır. Sərbəst güləş üzrə idman məşqçisində ərdədir.

Advertisements