Bir çoxları aludəçiliyi hər hansısa konkret əşyalarla bağlasalarda, insanda yeməkdə daxil olmaqla, bir çox şeylərə qarşı aludə yarana bilər. Bu aludəçiliyə internet, münasibətlər, içki, yemək və s. daxil ola bilər. Heç düşünmüsünüzmü, nəyə görə bəziləri spirtli içkidən, bəziləri isə sosial şəbəkələrdən əl çəkə bilmir? Bəlkədə səbəblər doğulduğunuz bürclə bağlıdır? Xarakterinizdəki nüyanslardan gələcək dövürlər yaran biləcək aludəçiliklə bağlı danışmaq istərdik. Beləliklə, bürclərə görə ən çox yayılmış aludəçilik halları aşağıdakılardır:

Qoç: kofe və sürət

Qoç – bürclər arasında ən aktiv bürc hesab edilir. Onlar hər zaman ayaqüstə olurlar. Məhs bu səbəbdən də, onlar çox vaxt kofe sevən olurlar. Hər zaman özlərini yüksək tonusda saxlamaq üçün işdə, evdə, ümumiyyətlə olduqları hər yerdə kofe içə bilərlər. Təki enerjiləri itməsin.

Gərgin gün rejimi istirahətə vaxt qoymur. Həmişə qaç-qovda olurlar.

Eyni zamanda qoçları həyəcan verici hislər yaşamağı sevənlər kimi də qəbul edirlər. Hündür binanın damına çıxmaq, ağaca dırmaşmaq istəklərini dilə gətirəndə təccüblənməyin.

Buğa: yemək

Buğalar dadlı yemək aşıqləridirlər. İcdahlarına isə hamının paxıllığı tuta bilər. Həm məclisdə, həmdə təklikdə yeməkdən tam həzz ala bilirlər.

Əgər görüş zamanı qarşınızda oturan insanın ədvalardan, yemək tamlarından, şirniyyat reseplərindən geniş məlumatlı olduğunu görürsüzsə, çox gumanki həmin insan buğa bürcündəndir.

Çox təssüf ki, bəzən bu sevgini kontrolda saxlamaya bilirlər. Həm bayramlarda, həm adi günlərdə, əsasəndə münasibətlər pozulandan sonra şirniyyat stolunda küskün şəkildə onlarla rastlaşa bilərsiniz.

Əkizlər: sosial şəbəkələr

Bu bürcün nümayəndələri hər zaman zehni düşüncə çatışmamazlığı hiss etdiklərindən sosial şəbəkələrdə saatlarla ola bilərlər.

İnternet şəbəkələrində xeyli insanlarla müxtəlif mövzularda müzakirə apara, yaranmış müzakirə mövzusunu istənilən yönə yönəldə bilərlər.

Əkizlər təbiətcə ünsüyyətcil və dostluq sevəndirlər. Eyni zamanda daimiliklə uyğunlaşa bilmədiklərindən internet çox vaxt onların asıllıq mənbəyinə çevrilir.

Xərçəng: ağrıkəsici vaistələr

Xərçənglər çox hissiyyatlı olurlar. Bu səbəbədən də əhval-ruhiyyə enməsi ilə tez-tez rastlaşırlar. Onalr başqalaranın dərdinə şərik çıxmağı bacarır, onlarla eyni şəkildə problemi yaşayır, eyni zamanda, ünvanlarına deyilmiş istənilən tənqidi aqressiv qarşılayırlar.

Bir çox sadalanan hallar baş ağrıları ilə yekunlaşır. Narahatlıq hiss edən kimi, eve gedərək, ağrını kəsmək üçün istənilən vaistədən istifadə etməyə çalışarlar. Əgər yaxınlıqda onu sakitləşdir biləcək adam olmassa, təsginliyi ağrıkəsici vaistələrdə taparlar.

Şir: şoping

Şirlər özlərini mükafatlandırmağı çox sevərlər. Özünü mükafatlandırma isə ilk növbədə şopinglə, gözəl yeni geyimlər almaqla başlar.

Şirlərdə özünü sevmə hissi çox olduğundan, bahalı və qiymətli alış-verişi çox sevərlər Bu onlara çoxluğun içindən seçilməyə imkan yaradar. Lazımı anda onları saxlamasaz bütünlüklə pul kisəsini boşalda bilərlər.

Qız: qanunauyğunluq

Qızlar başdan ayağa kimi perfeksionist olurlar. Öz yerində olmayan əşyalar görəndə çox qıcıq olurlar.

Əgər otağa girərkən zibil və qarışıqlıq görəndə, təmizlik aparmasalar ürəkləri sıxılar. Hər bir əşyanı öz yerinə qoymasalar narahat olarlar.

Bu cür aludəçilik qorxulu olmasada, onlar özləri hiss etmədən belə təmizliyə çox vaxt ayıra bilərlər.

Tərəzi: münasibətlər

Tərəzilər maksimum dərəcədə romantiklərdir. Yanlarında portnyorun olması onlar üçün çox vacibdir.

Bəzən ilk addım atmaq üçün dəqiq seçim edə bilməyərək, çox götür-qoy edə bilərlər. Lakin, sevgi mərkəzlərini tapandan sonra, onunla harmonyalı sevgi münasibətləri qurmaq üçün çox şeyə əl atmağa hazırdırlar.

Bəzən əvvəlki həzzi və məmnunluğu verməsədə, yenədə münasibəti davam etdirə bilirlər. Təki tək qalmasınlar. Bu cür münasibətlərdən asıllıq sonda yaxşı nəticələnməyə bilər. Digərlərinə olduğu kimi, özlərinə də hörməti artırmalıdırlar.

Əqrəb: böyüklər üçün kinolara baxmaq

Əqrəblə ehtiraslı tərzləri ilə seçilirlər. Bir çox hallarda fiziki asıllıqları yarana bilir. Yataqda sevişməyə böyük rəğbətlərinin olduğunu nəzərə alaraq, erotikaya baxmağın niyə belə asıllıq yarada biləcəyi haqda heç düşünmə dəyməz.

Asıllıq nəticəsində filmlərə baxışı adətən tək, hamıdan kənar olduqda edərlər. Nəticədə həvəzdən uzaqlaşmaq çətin olur. Eyni zamanda nəzərə alın ki, film seçimləri son zamanlar daha da artıb.

Oxatan: qumar oyunları

Avantyuraya və ünsüyyətə sahib oxatanlar pulla oyunlar oynamağa meyilli olurlar. Çox vaxt yalnız bir həyat prinsipləri olur: “yalnız bir dəfə yaşayırıq”. Nəticədə özlərini yüksək qiymətləndirmiş olurlar.

Oyun onların yaşam tərzləridir. Nə olur-olsun adəti üzrə udmalıdırlar. Bu səbəbdəndə həyatlarında çox şyi mərcə qoya bilərlər.

Həddindən artıq aktiv olduqlarından təhlükələrə qarşı sevgiləri mövcutdur.

Oğlaq: iş

Bir çox oğlaqlar üçün iş birinci yerdə durur. Onlar öz vaxtlarını boş şeylərə sərf etməyi sevmirlər və adətən işpərəst olurlar.

Qarşılarına məqsəd qoyaraq, məqsədə doğru irəliləməyi düşünürlər. İş xarakterlərini formalaşdıra, münasibətlərini müəyyənləşdirə bilir. Çox aludəçilik yaxın insanları, sevdiklərini unutdura bilər.

Bir çox hallarda stress atmağı, rahatlaşmağı unutmamalıdırlar. Sağlıqları haqda düşünməlidirlər.

Dolça: video oyunlar və kitablar

Dolçalar dostcanlıdırlar. Dünyaya hrə zaman müasir baxışlarla yanaşmağa çalışırlar. Bu səbəbdən də video oyunlar bir çox hallarda onların asıllığına çevrilir. Virtual reallıq onlara fantazyalarına qərq olmağa, bütün emosyalarını rahatlıqla hiss etdirməyə imkan verir.

Kitab və ya video oyunlara aludə olaraq real həyatı unuda və özlərinə diqqət etməyə bilərlər. İlk baxışdan bu cür asıllıq sizə zərərsiz görünə bilər, amma dolçanı real həyata qaytarmaq çox çətin ola bilər.

Balıq: spirtli içki

Xeyalpərəst və hissiyatlı balıqlar bürclər arasında ən emosyanal bürc hesab edilir. Onların ən zəif cəhətləri digərlərinin fikirlərinə çox önəm verməklərindədir.

Onlar hislərə qapılan zaman spirtli içkilərə çox meyilli olurlar. Bəzən bu aludəçilik kontroldan belə çıxa bilər.

Yaxşı olardı ki, balıqlar hislərini daha sağlam yönə yönəltsinlər. Bütün narazılıqlarını içkidən çıxartmaqdansa incəsənətə yönələ bilərsiniz.

Advertisements