Diqqətinizə “Avtomobillərlə bağlı maraqlı faktlar” haqda topladığımız məlumatları çatdırmaq istərdik. Bəzən təəcüblənə və bəzəndə həvəslənə bilərsiniz. Beləliklə, tanış olun.

1. İki amerikalı -Çarlz kreyton və Ceyms Harqis 1930-cu ildə rekord nəticəyə imza atıblar. Beləki, onlar Nyu-Yorkdan Los-Angelsə qədər 11 min kilometr məsafəni arxa-arxaya sürərək qət etmişlər.

2. Avstralyada koala ölümünün qarşısını almaq üçün avtomobilin təkərlərinə bərkidilən xüsusi kanatlardan istifadə edilir. Yolun hər iki tərəfində evkalipt ağacı basdırıldığından koalalar rahatliqla əmələ gələn körpüdən istifadə edərək yolu keçə bilirlər.

3. Böyük həcimli maşınlar arasında ən sürətlidi “Qavaya qartalı” (Hawaiian Eagle) adlı yanğın söndürən maşın hesab olunur. Əslən Amerikadan olan Şenon Seydel 3 il müddətində əziyyət çəkmişdir. Tam olaraq 1998-ci ildə yekunlaşmış və 655 km/saat sürət yığa bildiyini sübut etmişdir. Hawaiian Eagle Qavaya yanğın söndürmə departamentində yaradılmış və hal-hazırda da orda qorunur. Xarici görünüşündən adi yanğın söndürən maşına bənzəsə də, faktiki iki turbodizel Rolls Royce Bristol Viper mühərrikə sahibdir.  Qeyd edilən sürəti yığan zaman dayanmaq çətin olduğundan, avtomobilə hətda paraşut belə quraşdırılmışdır.

4. Liebherr T 282B alman özüboşaldan yük maşını – bu gün dünyanın ən böyük maşını hesab edilir. 222 ton çəkiyə sahibdir. Sürücü yerinə daxil olmaq üçün 16 piləkən çıxmaq lazımdır. Kuzovunda rahatlıqla böyük bağ evi daşımaq mümkündür. Liebherr T282B-in 363 ton yük götürmə qabiliyyəti var.

5. Ən kiçik avtomobil sayılan PeelP50 1962-ci ildə İngiltərədə buraxılmağa başlanıldı. Uzunluğu 134 santımetr, eni isə 99 sm təşkil edirdi. Aydın olduğu kimi, maşına yalnız sürücü əyləşə və saatda 64 km sürət yığa bilirdi. Maraqlısı isə, avtomoblini yalnız qabağa sürmək mümkün olduğu, arxaya gedişi olmadığı idi. Lakin, maşının çəkisinin 59 kiloqram (kuzovun şüşədən yığıldığını) nəzərə alsaq böyük problem yaratmadığını anlamaq olar. Sadəcə, bamperin bir tərəfindən tutaraq qaldırıb, istiqamətini dəyişmək mümkün idi.

6. “Победа” avtomobilin istehsalı zamanı maşının adının “Родина (Vətən)” olması planlaşdırılırdı. Lakin, Stalin bu haqda məlumatlanan kimi, ironyalı şəkildə soruşdu: “Və, beləliklə neçiyə olacaq Vətən bizdə?”. Bu səbəbdən də, adı “Победа” olaraq dəyişdirdilər.

7. Təəcüblü olsada, saatda 100 km sürət həddini aşan ilk avtomobil elektromobil hesab edilir. Onu, 1899-cu ildə Belçikadan olan avtomobil sürücüsü Kamill Jenatsi yığmışdır.

8. İlk serialı avtomobil istehsalı 1908-1927- cil illər aralığında Ford Model T avtomobili olmuşdur. O vaxta qədər isə avtomobillər usta briqadaları tərəfindən tək sayda və çox baha qiymətə hazırlanırdı. 1924-cü ildə Ford avtomobili isə sadəcə 265 dollara satılırdı.

9. Yuriy Qaqarinə məşhur uçuşundan sonra 12-04 ЮАГ nömrəsi ilə “Volqa” markalı maşın hədiyyə etmişdilər. Avtomobilin nömrəsi uçuşun tarixi və adının insiallarını ifadə edirdi. Digər kosmonaftlara hədiyyə edilən maşınların nömrələrində də  tarix uçuşun tarixini bildirsədə, ЮАГ indeksi artıq Moskva oblastının ulduz şəhərciyi mənasını tərənnüm etməyə başladı.

10. Mitsubishi Pajero avtomobili İspanya bazarında Mitsubishi Montero kimi təqdim edilmişdir. Belə ki, “pajero” ifadəsi ispan jarqonunda “onanist” kimi anlaşılır.

11. Bugatti Veyron –  dünyanın ən bahalı seria avtomobili hesab edilir. Qiyməti 1,7 milyon dolları aşır. Dünyada ən ucuz avtomobil isə Hindistan istehsalı olan Tata Nano hesab edilir. Qiyməti cəmi 2,5 min dollar təşkil edir.

12. Birqayda olaraq Porsche avtomobillərində mühərrikin yandırılma açarı rolun sol tərəfində olur. Bu nüyans solaxaylar üçün deyil, ilk avtomobil yarışlarının sürücülərinin rahatlığı üçün nəzərdə tutulmuşdur. İlk maşın yarışları Le-Manda sürücü hamıdan birinci maşınına qaçaraq gəlməli və mühərriki işə salmalı idi. Əlbətdəki, bu cür dizayn sürücüyə vaxt baxımından çox sərfəli olur.

13. Ferruçço Lamborgini ilk biznesini traktor istehsalı ilə başlamışdır. Maşınlara böyük həvəsi olduğundan, şəxsi qarajında Ferrari 250GT olmaqla bir neçə maşına sahib idi. Bir gün, Lamborgini Enso Ferrarinin yanına gələrək, onun maşınının zibil olduğunu bildirmişdir. Ferrari isə cavabında: “Sənin traktorlarla bağlı məsələlərdən başın çıxsada, idman maçınlarından heçnə anlamarsan” deyə bildirmişdir. Nəticədə Lamborgini öz avtomobilini düzəltməyə qərar verdi. Sahib olduğu Ferrarini öz işçiləri ilə birlikdə sökərək, komplektasyasını dahada püxtələşdirdi.

14. 1865-ci ildə İngiltərədə köhnə avtomobillərdə daxil olmaqla, yığılmış maşınların sürət həddi məhdudiyyəti ilə bağlı qanun qəbul edildi. Qanuna əsasən şəhər içi sürət 3 km/saat, şəhər kənarı isə 6 km/saat olmalıdır. Sərnişinlərin sayı 3 nəfərdən ibarət olmalıdır və bu 3 nəfərdən biri maşından qabaq piyada gedərək əlində qırmızı dəsmal, gecələr isə qırmızı işıq tutmalıdır.

15. Siz heç vaxt köhnə avtompbil şəkilləri görməmisiniz? Görmüsünüzsə, yəqinki maçınların təkərlərinin oval formada olduğunu hiss edərsiniz. Bu sadəcə o vaxtkı, fotokameraların sürətli hərəkət anında yaratdığı effektlə bağlıdır. O vaxtkı fikirlərə görə bu cür şəkillər maçının sürətini əks etdirməyə tam idealdır. Getdikcə bu tendensiya komikslərin müəlifləri və cinzi filimlərinin çəkilişi zamanı da istifadə edilməyə başlanıldı.

16.  Dünyanın ən uzun avtomobili 30,5 metr uzunluğunda lumizin hesab edilir. Bir-birindən əksa istiqamətində hərəkət rahatlığı üçün nəzərdə tutulmuş iki sürücü bölməsi ilə təsis edilmişdir. Çox funksiyanallı nəqliyyat vaistəsi 26 təkərə, iki matora, on iki oxa sahibdir. Maşın adətən sərgilər və kino çəkilişləri zamanı stifadə edilir.

17. İlk olaraq BMW şirkəti təyyarə mühərriki hazırmağa başlamışdır. Şirkətin loqotipi daha əvvəllər fəaliyyət göstərən RappMotorenwerke kompanyasından qalmışdır. Bu şirkətin istehsalı Bavaryada həyata keçirildiyindən, dairənin hissələri ağ və göy rəngə boyanmışdır. Yalnız 10 ildən sonra BMW avtomobil istehsalına başladı.

18. 69 yaşlı Cənubi Koreyadan olan Çxa Sa Sun 2010-cu ildə sürücülük vəsiqəsi almışdır. İlk imtahandan keçmək cəhdini 2005-ci ildə etsədə, uğursuz alınmışdır. Bu zamandan etibarən, demək olarki hər gün imtahan verməli oldu. Nəticədə 950-ci dəfədə istəyinə nail oldu. İmtahan prosesi zamanı təxmini imtahanın praktik tərəfinə 10 cəht etmiş oldu. Xarakterində təslim olmamaq onu milli qəhrəman səviyyəsinə qaldırdı. Hyundai şirkəti bu zəfərdən sonra xanıma avtomobil hədiyyə etdi.

19. İsveç şirkəti SAAB 1937-ci ildə təsis edilmişdir. İlk illərində şirkət yalnız hərbi təyyarələr istehsal etməyə başladı.İkinci dünya müharibəsindən sonra avtomobil bazarına çıxmağı və istehsalını genişləndirməyi məqsəd götürdü. İstehsalın ilk prototipi 16 injiner tərəfindən hazırlanaraq, Ursaab olaraq adlandırıldı. 16 nəfərdə heç biri əvvəl avtomobil proekti hazırlamamışdır və yalnız ikisinin sürücülük vəsiqəsi var idi.

20. Land Cruiser Toyota avtomobillərində Land sözü digər kompanyanın Land Roverin adından götürülmüşdür. O vaxta qədər isə, Land Cruiser Toyota Jeep kimi adlandırılırdı. Yaponların fikrincə jeep avtomobil tipidir. Əslində isə Jeep markası Chrysler kompanyasına məxsusdur.

21. Malazyalı tələbə 20 yaşında Qinnesin rekordlar kitabına ən uzun məsafəli sürüş göstəricisinə görə düşə bilmişdir. O, rol arxasında yuxusuz və fasiləsiz 100 saat keçirmişdir.

22. Sürücü rol arxasında nə işlə məşğul olur? Statistikaya əsasən 66% sürücülər rol arxasında musiqiyə qulaq asırlar, 53% sərnişinlərlə söhbətləşirlər, 27% mobil telefonla danışırlar, 9% yemək və içməkdən çəkinmirlər, 2% isə, üz qırxır və ya kosmetikadan istifadə edirlər. Taksi sürücülərində isə bu statistika daha mürəkkəb hala gəlib. Onlar, yol pulunu almaq, xırdanı qaytarmaq, telefonla danişmaq, sərnişinlərlə söhbətləşmək və bir çoxunu eyni vaxta belə bacara bilirlər.

23. Minik ovtompbillərdə sərnişin rekordu Skoda Octavia-ya məxsuzdur. O qədər böyük olmayan bu avtamabilə 32 nəfər yerləşə bilib.

24. Rusiyada avtomobil nömrə işarələnməsində yalnız həm kiril, həm də latın dilində olan həriflərdən istifadə edilir. Bu cür həriflərin sayı 12-dir – А, В, Е, К, М, Н, О, Р, С, Т, У, Х ( У hərfi şərti olaraq Y hərfinin əvəzinə qəbul edilmişdir).

25. Ən çox maşın sayına sahib insan Bruney sultanı hesab edilir. 1 kv kilometr sahəyə malik yeraltı qarajında 5 min avtomobil mövcutdur.

26. Bu günkü gündə dünyanın ən çox avtombil istehsal edən şirkəti Toyota hesab edilir. İkinci yeri General Motors, üçüncü yeri isə, Volkswagen bölüşdürür.

27. Ən kiçik bronlaşdırılmış nəqliyyat vaistəsi “PAV1 Badger” hesab edilir. Bu avtomobil “Howe and Howe Technologies” şirkəti tərəfindən hazırlanmışdır. Eni bir metr təşkil etdiyindən, onu hətda “ən balaca tank” kimi adlandırırdılar.

28. Formula 1 yarışmasında qadınlarda kişilər kimi bərabər hüquqlu iştirak edə bilərlər. Lakin, yarışmanın tarixində cəmi beş qadın iştirakçısı olmuşdur. Onlardan yalnız ikisi kvalifikasiya mərhələsini keçə bilmişdir. 1975-ci ildə iştirakçılardan biri, əslən İtalyalı olan Lella Lombardi qran-pri mərhələsində xal toplaya bilmişdir. Daha sonra bu nəticəni təkrarlaya bilən qadın olmamışdır.

29. 2007-ci ildə İngiltərədə kənd palçığı ilə dolu balonlar satışa çıxarılmağa başlanıldı. Yolsuzluq avtomobil sahibləri bu balonları sevərək alırdılar. Onlar şəhərdən heç vaxt çıxmasalar da, maşınlarının əsas məqsədini təsdiqləmək istəyində olurdular.

30. 1896 cı ildə Nijniy Novqrtda keçirilən ümumi Rusya istehsal sərgisində xeyli insan “atsız ekipaja” baxmaq istəyində idi. Bu məhs ilk rusya istehsalı olan avtomobil idi. 2 at gücündə birsilindir mühərrikli maşın Peterburqda istehsal edilmişdir.

31. Aston Martin Vantage avtomobilinin forsaj nəticəsində 7 000 dövrə sahib mühərrikin boğuq səsi 6 km-dən eşidilir.

32. Yolsuzluq avtomobili sayılan Volkswagen Touaregə görə daha bir nəaliyyət rekordlar kitabına düşə bilmişdir. Bu avtomobil öz sürüşü ilə Ojos del Salado vulkanına qalxa bilmişdir. Bu sönmüş vulkan Argentina ilə Çilinin sərhəddində yerləşir. Hündürlüyü 6 880 m (ölkənin ikinci ən hündür zirvəsi) təşkil edir. 5 000 m-dən sonra isə daimi qar örtüyü ilə örtülü olur.

33. Ən sürətli ambiya olaraq WaterCar şirkətinin hazırladığı “Python” hesab edilir. Kaloforniya injinerləri V8 mühərrikini dünyaca məşhur superraket  Chevrolet Corvettedən götürmüşlər. İstehsalçıların sözlərinə görə 1 725 kq ağırlığında olar supercar-amfibiya su üzərində 160 km/saat sürət yığa bilir. WaterCar Python ilk yüzü startdan 4,5 saniyyədən sonra yığa bilir.

34. Rusyada istehsal edilən Lada Kalina avtomobili Finlandiyada Lada 119 adı altında satışa çıxarıldı. Sadəcə Kalina adı fin dilində çat, sökülən, köhnə mənasını verir.

35. Avropa ölkələri ərazisində “Jiquli” avtomobilləri “Lada” brendi ilə satılırdı. Sadəcə avropalılar tərəfindən “Jiqalo” ifadəsi ilə qarışdırılacağından çəkinirdilər.

36. Xulio İqlesias cavanlığında “Real” komandasında futbol qapıçısı idi. Lakin 20 yaçında olarkən, avtomobil qəzasına düşdüyündən futboll karyerası başa çatdı. 3 il müddətində xəstəxanada qalmalı oldu. Bütün bədənindən yalnız əlləri hiss etmə qabiliyyətinə malik idi. Nəticədə bu müddət ərzində gitara çalmağı örgənərək, tanınmış musiqiçi oldu.

37. Kairdə 2008-ci ilin mayında aparılan hesablamalar görə 18 milyondan çox insan yaşayır, lakin, cəmi 9 işıqfor mövcutdur.

38. Avtomobillərdə radarı kəşf edən fizik Robert Uotson-Uott bir dəfə sürət həddini keçdiyinə görə onu saxlamış polis əməkdaşına qışqırdı: “Əgər mən bilsəydim ki, siz bunu nə məqsədlə istifadə edəcəksiniz, heç vaxt icad etməzdim.”.

39. Ən sürətli avtomobil Thrust SSC hesab edilir. 1997-ci ilin 15 oktyabr tarixində Blek-Rok (ABŞ, Nevada) səhrasında xüsusi hazırlanmış 21 km-lik yolda sınaqdan keçirilmişdir. Avtomobili qırıcı pilotu Endi Qrin idarə etmişdir. İlk dəfə olaraq yerüstü hərəkət zamanı səs baryeri aradan qıldırılmışdır. 1 228 km/saat sürət müəəynləşdirilmişdir.

40. Cənubi Afrika Respublikasının qanunvericiliyi həyata və ya əmlaka zərər vurma ilə bağlı təhlükə yaranarsa, istənilən özünümüdafiyə səviyyələrinə icazə verir. Maşınların oğurluğunun qarşısını almaq üçün bu ölkədə tələlər, güllə atan vaistələr, elektroşokerlər çox populyardır.

41. QAZ-21 avtomobilinin çoxlu modifikasya olunmuş formaları mövcut idi. Hətda, 1965-ci ildə QAZ- 21P sağ rola malik eksport modeli belə istehsal edilmişdir. Eyni zamanda, həmin ildə QAZ-21PE modelinin istehsalına başlanıldı. Bu modeldə həm rol sağda yerləşirdi, həm də avtomat ötürücü qutusu quraşdırılmışdır.

42. Bi çoxlarına artıq məlumdur ki, Mercedes avtomobillərin adı yaradıcısının qızının adı ilə bağlıdır. Qızın adı Mersedes idi. Lain, 1909-cü ildə yaradılan simvol, quruda, suda və havada uğur mənasını verir. Avtomobillərdən başqa markanın sahibi olan Daymler kompanyası avtomobillərlə yanaşı, təyyarələr üçün də mühərriklər istehsal etmişdir.

43. Finlandiyada yol hərəkəti ilə bağlı cərimələr sürücünün gəlirlərindən aslıdır. Misal olaraq illik gəliri 7 milyon avroya çatan sürücü, 170 min avro cəzalandırılmışdır.

44. Birləşmiş Ərəb Əmirliyində qadınların avtomobil idarə edilməsi qadağandır. 300 dollar miqdarında cərimə və bir həfdəlik həbslə nəticələnə bilər.

45. Dünyada ən məşhur avtomobil Volkswagen Juk hesab edilir. İstehsal tarixindən bəri dünya üzrə 22 milyon maşın satılmışdır. Maraqlısı ondadır ki, maşın heç vaxt Juk adlandrılmamışdır – Volkswagen 1200 (daha sonra Volkswagen 1600).

46. Parijdə avtobus ən sürətli nəqliyyat vaistəsi hesab edilir. Orda avtobuslar tıxaclardan yan qaçaraq, digər maçınlar üçün qadağan olunmuş xüsusi ayrılmış zolaqlarla hərəkət edirlər.

47. Bir çox ölkələrdə alkaqol təsiri altında avtomobil idarə etmək qadağandır və ciddi nəzarətdədir. Uruqvayda isə bu vəziyyətdə avtomobil idarə etmək hadisə baş verdikdə yüngülləşdirici hal hesab edilir.

48. Dünyada benzinlə işləyən ilk avtomobil 1885-ci ildə Karl Bens tərəfindən icad edilmişdir. Maraqlısı ondadır ki, işi yekunlaşdıran kimi avtomobil yoldaşı və oğlanları tərəfində oğurlanmışdır.

49. Dünyanın ən yüklənmiş yolları Lüksemburqa aitdir. Burda hər 1000 nəfərə 570 avtomobil düşür.

50. İnsanın avtomobil idarə etməsi nəticəsində yaranan ən uzun yol tıxacı Niderlantda müəyyən edilmişdir. Səbəb yolların buz bağlaması nəticəsində olmuş, uzunluğu 975 km təşkil etmişdir.

Advertisements