1 Sizə ağrı verir

Sex zamanı fiziki ağrılar həm kişilərdə, hə də qadınlarda yarana bilir. Qadınlarda bu hal dispareun vəziyyət adlandırılır. Bəzən bu diskomfort uyğun duruşda (pozada) olmamaqdan və ya doğuşdan sonra bir müddət narahatlıq anlarında baş verə bilir. Əgər ağrı halıları tez-tez baş verirsə, səbəbini müəyyən edə bilmirsinizsə, həkimə müraciət etməyiniz gərəklidir.

Ağrı və sexslə məşğul ola bilməmək qadınlarda vaginanın sıxılması nəticəsində də yarana bilər. Bir çox hallarda bu hallar zorakılıqdan sonra və ya sex zamanı kobudluqdan yaran bilir. Yox əgər ağrı sadəcə pozaların rahat olmaması ilə bağlıdırsı, portnyorunuza bildirərək narahatlığı aradan qaldıra bilərsiniz.

2 Sizə xoş deyil

Sexlə bağlı yaranan riskləri (istənilməyən hamiləlik, infeksion xəstəliklər), bu risklərdən qorunmaq üçün qabaqlayıcı tədbirləri nəzərə alsaq, hələ üstəlik bunlara əlavə olaraq sexdən həzz almamağı təsəvvür etsək dözülməz narahatlıqla üzləşmiş olarıq. Bu səbəbdəndə bir mənalı olaraq tərəf müqabilinizə yazığınız gəldiyindən və ya “ailə öhdəliyi” anlayışı səbəbindən sexlə məşğul olmaq heç də gərəkli deyil. Əslində sizin heç kimə heç bir borcunuz yoxdur.

Unutmayın, məsələ sağlam vəziyyətdə sexsual həvəsin həmin an rəğbətlə qarşılanmağında deyil. Normal hallarda sadəcə yorğunluq və həvəssizliyin yaranması tam təbii proses hesab edilə bilər. Əsas məsələ bəzi hallarda tam həzz verməyən məsələlərə özünü məcbur etməməkdir. Buna ehtiyac yoxdur sadəcə.

3 Qorxunuz var

Toksik qorxu hissi bir çox şeylərdən yarana bilər. Nəticədə, həm sexsual həyatı həmdə ümumiyyətlə ömrünüzü zəhərləyə bilər. Əlbətdəki, problemin həlli birinci növbədə səbəbin araşdırılmasından başlayır. Hamiləlikdən qorxu müasir yüksək keyfiyyətli qoruyucu vaistələrin istifadəsi nəticəsində aradan qalxa bilər. Əgər qorxu fiziki və ya zorakılıq hərəkətləri ilə bağlıdırsa, bu zaman portnyorunuza və ya psixoloqa müraciətlə həll edilməsi mümkündür.

Unutmayın zorakılıq yalnız fiziki güc tədbiq etmək deyil, eyni zamanda alçaltmaq, manipulyatsiya etmək, hədələmək və s. zorakılıq halları hesab edilir və buna dözmək heçdə düzgün yanaşma deyil.

4 “Yox” deyə bilmirsiniz

Bu səbəb bir növ yuxarda sadalanan səbəbi xatırladır. Sadəcə bir məsələni bilmək lazımdır, bəzən “yox” deyə bilməmək heç də zorakılıq ifadəsini verməz. Bəzən sadəcə insan razı olmadığını bildirə bilmir, portnyorunun narazı qalacağından çəkinir. Birdən qarşındakı onun maraqlı olmadığını düşünər. Lakin, məsələ səmimi söhbətə gəldikdə sanki çiyinlərdən yük götürülür, “yox” deməkdə qəliz heçnə olmadığı müəyyənləşir.

Sağlam sex-xöşbəxtlik hissi bəxş etməlidir. Əgər beyniniz qarışıqdırsa, istəyiniz yoxdursa, yorğunsunuzsa buna məcbur deyilsiniz. Bəlkədə sizə sadəcə toxunmaq və oxşamaq daha çox lazımdır.

5 İmtina qəbul etmirsiniz

Əlbətdə ki, istənilən halda “yox” cavabına hörmətlə yanaşmaq lazımdır. Portnyoruzun istəyinin olmamasına, cinsi əlaqə üçün uyğun həvəsdə olmaması sizin əsəbləşməməyiniz üçün səbəb deyil. Buna əsəbləşmək düzgün deyil. Sizin kimi qarşınızdakı insanın da hisləri və yoğun iş qrafiki ola biləcəyini unutmayın. Gündəlik işlərin çoxluğu, başın cari problemlərlə qarışması istəkləri azalda bilir.

İmtina heçdə sizi sevmədiyi və ya istəmədiyi anlamına gəlməz. Üst-üstə düşməyən istəklərə önəm vermək gərəkli deyil. Lakin, birinizdə ümumiyyətlə sexsə maraq azalmışdırsa, o zaman həkimə müraciət etməyiniz daha məsləhətli olardı. Yaranan maraqsızlıq yaşla və ya hormonal problemlərlə bağlı ola bilər.

6 Sexsin miqdarı sizi təmin etmir

Sexsin sayı və “norma” anlayışının konkret ölçüsü və səviyyəsi mövcut deyil. Bu göstərici adama görə dəyişir. Araşdırmalara görə həfdəlik sex ailəli şəxslərə uyğun hesab edilir. Lakin, aramızda daha çox və ya əksinə daha az sexsə ehtiyac duyanlar az deyil. İstəklər individual hesab edildiyindən onun çoxalması və azalması bir çox faktorlardan aslıdır.

Əgər siz hər zaman azlıq hiss edirsinizsə- bu barədə partnyorunuzu günahlandırmayın. Ən azından hər bir insanın “yox” demək hüququnun olduğunu unutmayın. Lakin, istəkləriniz tez-tez kritik həddə çatırsa, bu zaman mütəxəsisə müraciət etməyiniz yaxşı olardı. Eyni zamanda sizə masturbasiya da kömək ola bilər. Yuxudan əvvəl rahat yuxunu təmin etmiş olarsınız.

7 Sexsin müzakirəsindən çəkinirsiniz

Söhbətlərdə səmimi olmaq sağlam münasibətlərin əsas şərtlərindən biridir. Səmimi söhbətlər deyərkən əlbətdəki bura birlikdə yaşadığınız sexlə bağlı mövzularda daxildir. Portnyorunuzun intiutsiyasına çoxda güvənməyin. Qarşıdakı insanın nə istədiyini hər zaman müəyyən etmək o qədərdə asan deyil. Ən rahatı sual verib cavab alıb, gedişatı ona uyğun planlamaqdır.

Dilimizdə sexdəki hərəkətlər və istəklərlə bağlı söz məhdudiyyəti bir çox hallardı kobud səslənər deyə bəzi çəkincəkliklər yarada bilir. Buna baxmayaraq, sexslə bağlı istəklərinizi bildirməkdən çəkinməyin. Qarşılıqlı inam və anlayış yaxınlığın önəmli açarı hesab edilir.

8 İnfeksion xəstəliklər məsələsi tam həll olmuyub

Dünya təcrübəsinə görə HİV virusuna yoluxma halları hetrosexsual münasibətlər zamanı yaranır. Təssüfki, bir çoxları yoluxma barədə yalnız məcburi testlər keçməli olduqları zaman anlayırlar. Adətən hər hansısa tibbi əməliyyat və ya hamiləlik zamanı üzə çıxır. Bu səbəbdən də mütamadi olaraq HİV-lə bağlı analizləri vermək, müəyyən yoxlanışlardan keçmək hər bir insanın etməli olduğu şərtlərdən birincisidir. Portnorunuzdan əminliyiniz yoxdursa, daimi münasibətdə deyilsinizsə mütləq qoruyuculardan istifadə edin.

Sex zamanı bu kimi narahaçılıqlarla üzləşməmək üçün sadəcə üç tədbiri nəzərdə tutmaq lazımdır: mütamadi HİV-lə bağlı analizlərdən keçmək; sex zamanı qondonlardan (qoruyuculardan) istifadə etmək; daimi portnyorla olan münasibətlərə üstünlük vermək. Unutmayın, həkim yoxlanışı zamanı mütləq sex münasibətində olduğunuz insanların sayını və bu məzmunda məsələləri mütləq bildirməlisiniz. Eyni zamanda da bu kimi sualları eşitməyi tam normal olaraq qəbul etməlisiniz.

9 Siz bədəninizi sevmirsiniz

Texas universitetinin araşdırmalarına əsasən öz bədənlərini sevməyi bacaran insanlar digərlərinə nisbətən sexdən daha çox həzz almağı bacarırlar. Özündən narazı olmaq və bu yönümdə kompleksə sahib olmaq sexsual istəkləri azaldır, rahatlığı pozur, bədən quruluşunudan məmnun olmaq isə əksinə komfort və xoşlanma hislərini artırır.

Məhs fiziki aktivlik sizə özünə inam hissini yarada bilər. Burda söhbət arıqlamaqdan və ya formaya düşməkdən deyil, Sadəcə bədəninizin nələrə qadir olduğunu görüb onunla fəxr etməkdən gedir. Eyni zamanda portnyorunuzla söhbət əsanasında onu xarici görünüşünə görə deyil, bundan da önəmli, xarakterinə və sizə dəyərli olan şeylərə görə onu sevdiyinizi deməyi unutmayın.

Advertisements