Böyük təcrübəyə sahib azarkeşlər demişkən, müasir futbol artıq əvvəlki kimi deyil. 50 il əvvəl əsl kişi oyunu sayılan futbol artıq sanki bahalı klublara sahib milyonçular arasında prestijli yarışa bənzəyir. Hələ oyun zamanı aktyorluğu demirik. Rəqibin oyunçusuna yüngülcə toxunuş zamanı tez yerə yıxılaraq sankı ölümcül hal alır, özünü ağır zədə almış kimi göstərir, hələ üstəlik cərimə xalıda tələb edirlər. Meydançada oynalınan rollar artıq sizi bezdirib? O zaman bir təyyarə bileti alın və Florentinə uçaraq, Florentin futbolunu izləyin.

Tarixi Florentin futbolu (Calcio Fiorentino) eyni zamanda Florentin kalçosu kimidə tanınır. Livrdə futbol və ya kostyumlarda futbol komanda oyunudur. Öz tarixini qədim zamanlardan götürüb desək yanılmarıq. Daha doğrusu latın dilində “florentinum harpastum” adlandırılan tarixi futbolu 14-cü əsrdə İtalyada oynamağa başlamışdılar. Oyun xüsusi ölçülərə malik qum meydançasında, fərqli böyüklükdə olan, keçi yunu doldurulmuş topla oynalınır. Müasir dövrdə belə oyunçular standart geyimlərlə deyil, tarixi adətlərə uyğun olaraq müxtəlif rəngli kostyumlarda meydançaya çıxırlar.

Əgər Florentin futbolunu qısaca xarakterizə etsək, müasir futbolla boks  və əlbəyaxa döyüşün elementləri ilə zəngin reqbinin qarışığı hesab etmək olar.

Trixi Florentin futbolunun tarixi barədə

Əzələli və güclü insanların meydançanı döyüş səhnəsinə çevirərək futbol adlandırdıqları bu idman növünu demək olarki bir çox qədim mədəniyyət silsilələrində müşahidə etmək mümkündür.

Eyni oyun növü qədim yununlılar tərəfindən “Sferomachia” adı altında, daha sonra isə misirlilər tərəfindən adı dəyişdirilərək “Harpastum” (zor gücünə alma) kimi oynanılırdı.

“Harpastum” oynu oval formada olan dəri topla oynanılırdı. Topun içi müxtəlif heyvanların tükləri ilə doldurulur, bərabər sayda oyunçular tərəfindən qumlu meydanda nümayiş etdirilirdi.

Oyun tam kişi xarakterinə xas şəkildə, sonda topa sahib çıxmaq üçün oynalınırdı. Bu səbəbdən də legionerlər arasıında “Harpastum” böyük məşhurluğa sahib idi. Nəticədə tez bir zamanda bütün misir ərazisinə yayıla bilmişdir.

Tarixi mənbələrə əsasən Florentin futbolu məhs misirdəki oyunun davamı hesab edilir.

15-ci əsrin ikinci yarsından etibarən bu futbol növünü demək olar ki, hər bir məhlədə və qəsəbədə oynamağa başladılar. Zaman keçdikcə isə, yaranan maraq höküməti şəhərin əsas meydançalarında oynamaq, izləyicilər üçün daha üstün şərait yaratmağa məcbur etmiş oldu. Komandanı formalaşdıran oyunçular isə 18-45 yaş arası (gələcək papalar daxil olmaqla) yüksək ranglı şəxsləri özünə cəlb etməyə başlamışdır.

Oyunlar bir qayda olaraq kornaval vaxtı təşkil edilir. Ən populyar oyun isə V Karlın imperya qoşunlarına qarşı çıxaraq Santa- Kroçe meydanında 17 fevral 1530-cu ildə təşkil edilən oyun hesab edilir.

Məşhurluq 17-ci əsrə qədər pik həddində saxlanılmasına baxmayaraq, növbəti yüz illikdə tədricən sönməyə başladı. Nəticədə hakim nümayəndələr tərəfində düzənlənən daimi oyunlar təxirə salınmağa və laqeyitliklə qarşılanmağa başlandı. Növbəti 200 ildə isə Florentin futbolu yalnız Florentinlərin xəyallarında xoş xatirə kimi qalmalı oldu.

Oyunlara növbəti qayıdış XX əsrdə 1930-cu ildə başladı və daimilik əldə etdi. Nəticədə ikinci dünya müharibəsindən sonra Florensiyanın 4 tarixi rayonundan formalaşmış komandaları arasında keçirilən yarış həvəslə izlənildi: Santa-Spiritodan “Ağlar” , Santa-Kroçedən “Göy-mavilər”, Santa-Mariyadan “Qırmızılar” və San-Jovanidən “Yaşıllar”.

Hal-hazırda üç oyun (iki seçim oyunları və final) Santa-Kroçe meydanında iyun aylarında böyük bayram tən-tənəsi ilə keçirilməkdədir. Lakin, xüsusi səbələr yaranan zaman bu oyunlar digər şəhərlərdə də keçirilə bilir. Misal olaraq 1960-cı ilin 28 avqustunda Misirdə, 1976-cı ilin 12 oktyabrnda “Kolunb günü” tədbiri ilə əlaqədar Nyu-Yorkda.

Florentin calciosunun qaydaları

Florentin futbolunda 27 nəfər oyunçu oynayır. Meydançada forfardlar çoxluq təşkil edir. Sayları adətən 15 nəfər olur və Calcioda onları “innasi” adlandırırlar. Eyni zamanda adi futbolda olduğu kimi “skonçiatore” adlandırılan 5 nəfərdən ibarət yarımmüdafiyəçilər və “datori”-lər, yəni yarımmüdafiyəçilərin köməkçiləri iştirak edirlər. “Datori”-lər özləri “datori innansi” və “datore aderte” olmaqla (4+3 oyunçu) iki hissəyə bölünürlər.

İndiki dövrdə oyunu XIV əsrdəki qaydalara uyğunlaşdırmağa çalışırlar.

Oyun 50 dəqiqə davam edir. Oyun qumla örtülmüş düzbucaqlı dördbucaq meydanda  aparılır. Ortadan çəkilmiş ağ xətt meydançanı bərabər iki kvadrat hissəyə ayırır. Kvadratların aşağı hissəsində isə qapı rolunu oynayan asmalar asılır. Oyunun mərkəzində Kapitanin və Alferenin oturması üçün xüsusi yer ayrılır. Onların əsas məqsədi oyun zamanı qızışmış və aqressivləşmiş oyunçuları ölüm həddinə çatmaması üçün ayırmaqdan ibarətdir. Komandaların görüşünü referlər (Giudice Arbitro) təşkil edir. Onlara yan künclərdən altı arbitor (Segnalinee), və komisar (Giudice Commissario) yardım edir. Lakin, ən əsas refer Maestro di Campo hesab edilir. o həm oyunu idarə edir, həm də ehtiyac olarsa müdaxilə edir, müəyyən qədər sakitliyi təmin etməyə, davaları azaltmağa çalışır.

Oyun topun mərkəzə daxil edilməsi ilə başlayır. Bu mötəbər işi “Pallaio” icra etdikdən sonra qədim silah olan kulevrindən havaya atəş açılır. Nəticədə oyun açıq elan edilir və oyunçular hər cəhtlə topa sahib çixmağa çalışırlar. Oyunun əsas məqsədi yekunda rəqib kamandanın qapsına qol “caccia” vurmaqdan ibrətdir. Oyun əsnasında topa sahib olmayan komanda tərəfindən rəqib komandanın üzvlərinə qarşı güc tətbiq edilməsinə, əlbəyaxa, yumuruq və bu kimi döyüş hərəkətlərinə icazə verilir. Lakin, qol vuran zaman diqqətli olmaq lazımdır. Belə ki, əgər top setkanın üzərində ilişib qalarsa, bu yarımçıq qol (mezza caccia) hesab edilər və xal hesabı rəqib komandaya sayılmış olar. Hər bir qoldan sonra komandalar meydançada tutduqları küncləri dəyişirlər. Oyunun qalibi 50 dəqiqə ərzində ən çox qol vurmuş komanda olur.

Müasir əlavələrdən biri meydançaya həkimlərin buraxılmasıdır. Oyun dayandırılmadan meydançada ilk tibbi yardım göstərə bilərlər. Oyunçu tibbi yardımdan sonra yenidən oyunu davam etdirməlidir.

Hədiyyə- “Chianina” cinsindən olan buzov

Ən maraqlısı isə qalib komandaya təqdim edilən hədiyyədir. Musiqiçilər qələbə himnini ifa edən zaman əsas refer Maestro di Campo “Chianina” cinsindən olan buzovu qalib komandaya təqdim edir.

Məşhur oyunçular

  • Kozumonun dahi knyazı I Mediçi
  • Pero II Mediçi
  • Lorenso Mediçi, Urbinonun hersoku
  • Aleksandr Mediçi, Toskans hersoku

  • Kozimo I Mediçi, Toskans hersoku
  • Françesko I Mediçı, Toskans hersoku
  • Vinçenso Honzaqa, Mantui hersoku
  • Kazimo II Mediçi, Toskans hersoku
  • Lorenso və Françesko, knyaz Ferdinando I Mediçinin oğlanları
  • Enriko, Konde şahzadəsi
  • Covan Karlo və Mattia, knyaz Kozimo II-nin oğlanları

  • Culio Mediçi, Papa Kliment VII
  • Alessandro Mediçi, Papa Lev XI
  • Maffeo Barberini, Papa Urban VIII
Advertisements