Təcrübə göstərir ki, səliqəli və baxımlı xaricə görünüşə malik kişilər biznesdə və koryerada daha nəaliyyətli, qabaqcıl olurlar. Lakin, çox ciddi cəhdlə gözəl və qüsursuz geyinən biri əgər üz görünüşünə diqqət yetirmərsə, nəticədə yorğun və solmuş üzlü işçini heç bir müdür və kollektiv rəğbətlə qarşılamaz.

Aydın məsələdir ki, bu cür prespektivlər kimisə məmnun edə bilməz. Ona görədə, kişilərin üzə qulluq üsuallarının sirlərindən geniş danışmaq istərdik. Göstərilən məsləhətlər asan, praktik və ən əsasıda az zaman alan variantlardır. Eyni zamanda istifadə üçün salonlara vaxt ayırmaq gərəkli deyil. Birdəki, onsuzda kişilərin salona getməklə arası olmur.

Kişi dərisi və onun xüsusiyyətləri

Əgər kişi dərisinin qadın dərisindən az fərqləndiyini düşünürsünüzsə, o zaman yanılırsınız. Onlar arasında uyğunluq yalnız bir məsələdədir – hər ikisi ciddi qulluğa ehtiyac duyur. Digər məsələlərdə isə fərq kifayət qədər böyükdür.

Kişi dərisinin əsas təməl quruluşu əsas hormon sayılan testestronun səviyyəsindən aslıdır. Məhs testestron dərinin xüsusiyyətləri ilə bağlı bir çox məsələləri müəyyənləşdirir. Kişi dərisinin turşu-qələvi balansı (pH) 5.4-ə bərabərdir. Qadınlarda isə bu göstərici 5.7 civarındadır. Kişi dərisi qadın dərisinə baxanda təxmini 15-25%, bəzən isə dahada qalındır. Eyni zamanda kişi dərisində qan dövranı, tünd rəngli tonaj (melanin peqmentinin ifrazının yüksək olması nəticəsində dərinin rəngi tündləşir), kollaqen toxumalarının çoxluğu müəyyən edilmişdir. Bütün bu keyfiyyətlər kişi dərisinin keyfiyyətini və durumunu müəyyən edir. Keyfiyyətli dəridə isə qırışlanma, ləkə düşmə halları az rast gəlinir.

Lakin, kişi dərisinin problemli tərəfləridə az deyil. Fikirimizcə bu məsələlər də önə çəkilməlidir:

  • Zəif kapilyar sistemi. Məhs bu səbəbdən kişi dərisi bəzən qırmızı- bənövşəyi rəng alaraq qeyri-sağlam görünür.

  • Piy və tər vəzlərinin çox olması. Üzdə çox sayda tük folekulları olduğundan onlar sızanaqlara, qırışlara, qızartılara eyni zamanda normadan yuxarı tərləmə və hiss ediləcək yağlı parıltı effektinə səbəb ola bilər.

  • Həddindən artıq quruluq və həssaslıq. Quru və həssas dəri sahibindən öncə qocala bilər. Bu hal əsasən 35-40 yaşından sonra baş verir.

  • Tüklərin tez böyüməsi. Kişilər tez-tez üzlərini qırxmağa məcbur olurlar ki, bu da qoruyucu funksiyanı zəiflədir. Onun üst qatı korlanır, dəri kənar təsirlərə tez reaksiya verir. Nəticədə müxtəlif soyuqdəymə halları baş vere bilir.

Normal, yağlı və quru dəri

Gündəlik üzə qulluq prosedurlarından öncə sahib olduğunuz dərinin növü haqqında məlumatlı olmalısınız. Bunsuz istənilən cəhtləriniz nəticəsiz olacaq. Bəs bunu necə müəyyənləşdirmək olar?

Vizual baxış. Dərinin gözlə analizi mənasını ifadə edir. Dəri xarakteristikası dəqiqliyə yaxın olsun deyə, mütəxəsislər bəzən böyüdücü şüşələrdən istifadə edirlər. Araşdırmaların nəticələrinə əsasən: təmiz, ipək və elastik dəri – normal dəri; zəif, solmuş, qırışlı dəri – quru dəri; qalın, sızanaqlı, ləkəli dəri – yağlı dəri; yanaqlar quru, alın və burun isə yağlı dəri – kombinələşmiş dəri hesab edilir.

Yağlılıqla bağlı sınaq. Kosmetik salfetlə üzünüzü, alın nahiyyənizi, yanaqlarınızı, boğaz altı hissəni silin. Sınağı gecə yuxusundan sonra etsəniz daha yaxşı olar. Nəticə tərəfi: bütün salfetdə yağlı ləkə varsa – yağlı dəri, yağlı ləkə yalnız salfetin mərkəzindədirsə – kombiniləşmiş dəri, ümumiyyətlə ləkə yoxdursa dəri ya normaldır, yada quru.

Üzün təmizlənməsində xalq sınaqları

Yuxarda deyildiyi kimi, kişi dərisi yağlanmaya, səpkiyə, sızanaqlara meyillidir. Xalq təbabəti  təmizlik vaistəsi üçün üçrəngli bənövşə və papatyadan ibarət məlhəmi məsləhət görür. Məlhəmi hazırlamaq üçün hər iki komponentdən bir çay qaşığı götürülür, üzərinə 1 litir otaq tempuraturunda su əlavə edilir. Gecə boyunca saxlanılır. Daha sonra isə üz yuyulan zaman istifadə edilir.

Hər bir kişi tez-tez üz qırxmaq məcburiyyətində qalır. Bəzən isə tələskənlikdə təraş zamanı dəri kəsilir. Nəticədə yaranan yaralar gec sağala və dərinləşə bilir. Bərpa prosesini alaqanqal bitkisinin gülü və yarpaqları tezləşdirə bilər. Həmin bitkinin üyüdülmüş tozunu yaranın və zədələnmiş yerlərin üzərinə tökə bilərsiniz.

Dəridə yaranmış problemlər kənar təsirlərdən başqa dəri xəstəlikləri zamanı da yarana bilər. Eyni ilə bu halda da alaqanqal bitkisi sizə yardımçı ola bilər. Yarpaqları və gülləri ayrıldıqdan sonra 3 qaçıq qurudulmuş bitkinin üzərində qaynar su əlavə edilərək möhkəm şəkildə parça ilə üzəri bağlanır. Soyuyana qədər gözlənilir. Alınmış məlhəm gün ərzində içilir. Nəticədə müalicə kursu tam sağalma müddətinə qədər davam etdirilir.

Xalq təbabətinin biliciləri qara sabunu (дегтярное мыло) məsləhət görürlər. Hər gün, səhər və axşam bu sabunla üz yumaq üz dərisini təmizləyir. Lakin yalnız isti sudan istifadə edin. Yumadan sonra üzünüzü silin və ev şəraitində rahat hazırlanan kremdən istifadə edin. Krem üçün sadəcə 3 tərkib lazım olacaq: zeytun yağı, tozağacı qətranı, solidol (hər birindən xörək qaşığı ölçüsündə istifadə edilir). Tam şəkildə qarışdırdıqdan sonra üzünüzü kremləyin. Lakin, çox sıxmadan bərabər masaj hərəkətləri ilə istifadə edin. Gedişat 10 dəqiqədən yarım saata qədər uzana bilər. Zədəli və narahat bölgələrə daha çox diqqət yetirin.

Ev şəraitində təbii maskalar

Müasir kişi çox sürətli templə yaşıyır. Vaxt ayırıb özünə baxmaq üçün salonlara getmək onun üçün problemdir. Kişi imicinin əsas stili, üzə qulluq məsələlərini unutmaq və səhlənkar yanaşmaq düzgündürmü? Əlbətdə yox. Üzə qulluğu tam rahatlıqla ev şəraitində belə etmək mümkündür. Bunun üçün sadəcə təbii əsaslı maskalar yetərlidir. Onları həm hazırlamaq, həm də istifadə etmək olduqca rahatdır. Bu hazırlıqda sizə xanımınız və ya qız dostunuzda yardım edə bilər. Nəticəni tez hiss edəcəksiniz, bərpa prosesi sürətlə gedəcək. Və düşünmüyün ki, bu iş kişi işi olmadığından sizlik deyil. Təcrübədən keçirin.

İlk olaraq üzdə yorğunluğu aradan qaldırmaq lazımdır. Bunun üçün püre (əzilmiş) halina salınmış bananla ananası, çiyələyi qarışdıraraq dərinizə sürtmək gərəklidir. Təxmini 10 dəqiqə saxlayın. Nəticədə dəri hiss ediləcək dərəcədə yumşalacaq, düzləşəcək və rahatlaşacaq.

Dügər üç maska sehirli şəkildə yorğunluğu götürür, dərini rahatladır, cavanlaşdırır və müxtəlif ləkələrdən təmizləyir:

  • 1 xörək qaşığı keyfiyyətli balı 2 xörək qaşığı yoqurtla qarışdırın. Alınan qarışığı bir banan püresinə əlavə edin.

  • Suda gili həll edin (çəhrayı, qırmızı və ya ağ – kaolin). Alınmış qarışığa aloye şirəsi, bir yumurtanın sarısı və bal əlavə edin. Üzə çəkilərək, 10-15 dəqiqə saxlanılır.

  • İki xörək qaşığı balla, iki xörək qaşığı südü qarışdırın. Üzə çəkin və 10 dəqiqədən sonra üzünüzü yuyun.

Bu qarışığı isə quru dəriyə sahib olan kişilər üçün məsləhət görürük. Bir yumurta götürün və onu badam yağı ilə qarışdırın (1 xörək qaşığı). 10 dəqiqə müddətində üzünüzə çəkərək saxlayın. Yekunda sərin su ilə yuyun.

Yağlı dəriyə sahib kişilər üçün aşağıda sadalanacaq qulluq vaistələri daha uyğun hesab edilir. Nəticədə dəriniz dartılacaq, toksinlərdən təmizlənəcək və soyuqdəymə halları aradan qaldırılacaq:

  • 1-2 o qədərdə böyük olmayan pomidorlardan püre hazırlayın. Bir xörək qaşığı yulaf əzməsi, çay qaşığı limon şirəsi əlavə edin. Alınmış qarışığı ehmalca üzünüzə sürtün. Sonda soyuq su ilə yuyun.

  • Ağ gili mayeliyi çox olan balla, südlə qatı hala gələnə qədər qarışdırın. Alınmış qarışığı üzə təmizlənməsi məqsədi ilə sürtün. 10-15 dəqiqədən sonra isti su ilə yuyun.

  • 1 yumurtanın sarısını qarışdırdıqdan sonra 3 çay qaşığı xama və bir çay qaşığı mineral su əlavə edin. Maskanı təmiz dəriyə nazik qalınlıqda ehmalca sürtün. Göz ətrafına toxunmamağa çalışın. 15 dəqiqədən sonra isti su ilə yuyun.

Əgər sizə həddindən artıq quru dəri diskomfort hissi yaradırsa qeyd etdiyimiz effektiv maska sizə xoşa gəlməz hislərdən yaxa qutarmağa imkan yaradar. Taxıl dənələrindən və suda ibarət qarışıq hazırlayın. Tərkib qatı olmalıdır. Üzünüzə çəkin, 15 dəqiqə saxladıqdan sonra sərin su ilə yuyun.

Postscript. Yəqinki sadalanan maskaların tərkibinə diqqət yetirdikdə təbii və təzə meyvələrlə zəngin olduğunu hiss etdiniz. Bu yolla kişinin üzü nəyinki ilk baxışda görünən təbiilik, dartınmış, enerjili görünür, eyni zamanda lazımlı qıdalanma da təmin edilir. Hər bir meyvə vitaminlər və mikroelementlərlə zəngindir. Bu səbəbdən də hər bir güclü cinsin nümayəndəsinə üz qullğuna diqqət ayırması vacibdir. Əmin olun əziyyətinizin qarşılığını mütləq görəcəksiniz. İş görüşmələrində qüsursuzluq, xanımların gözündə yaraşıqlılıq, yaşınızdan kifayət qədər gənc görüntü sizin üçün təmin olunacaq.

Advertisements