Səhər saatlarında baş verən ereksiya həm qadınları, həmdə kişiləri düşündürür. Bu haqda bir çox nəzəriyyələr mövcutdur. Lakin çox illik araşdırmalar yalnız birini təsdiqləməkdədir. Bu barədə hələdə alimlər yetkin fikirə gəlməsələrdə, bir çoxlarının fikrincə səhər saatlarında, yəni yuxudan oyanan zaman baş verən ereksiya yuxu prosesinin fizioloji xüsusiyyətlərinə aitdir. Beləliklə, kişilərdə səhər saatlarında ereksiya yaşanmasını bir balaca geniş araşdıraq.

Yuxunun təbiəti.

Yuxunun təbiətini tam olaraq anlamaq üçün insan orqanizmində baş verən prosesləri bilmək gərəklidir. Somnoloqiya (yuxu haqqında elm belə adlanır) elminə əsasən yuxunun iki fazası, mərhələsi mövcutdur. Sürətli və asta olmaqla gecə boyu bu fazalar bir-birlərini əvəz edirlər.

Yuxunun asta fazasında beyin bütün fiziki prosesləri gecikdirir: ürəkdöyüntüsü, nəfəsalma, qan dövranı, sinir sistemin aktivliyi, əzələlərin boşalması və s. Daha sonra isə sürətli fazaya keçid baş verir. İnsan yüngül oyanma rejiminə keçir, gözlərin qarası yuxudakı hərəkətlərə uyğun olaraq tərpənir, ürək döyüntüsü və nəfəsalma tezləşir. Məhs yuxunun sürətli fazasında oyanma baş verir. Alimlərin fikrincə bu fazada beyin orqanizmin bütün orqanlarını sanki testdən keçirərək aktivliyini yoxlayır. Araşdırmaçıların fikrincə məhs bu proses səhər saatlarındakı ereksiya hallarını təmin edir.

Sürətli yuxunun müddəti yuxudan oyanma vaxtina qədər uzanır. Bəzi fikirlərə görə bütün sürətli keçidlər zamanı kişi ereksiya halını yaşamış olur.

Səhər ereksiyasının səbəbinin digər fərziyyələri

Ereksiyanın yaranmasının yuxu fazasından aslı olmağından başqa bir neçə əlavə fikirlərdə mövçutdur:

  1. Sutka ərzində hormonal fonun dəyişməsi. Təxmini səhər saat 5-dən 8-ə qədər qanda testestronun miqdarı maksimum səviyyəyə qalxmış olur. Bu saat aralığında yuxudan oyanan kişi böyük ehtimalla ereksiyanı mütləq hiss edəcək.

  2. Erotik məzmunlu yuxu görmələr. Bu fikir əsas olmasada amma səbəblərin biri kimi qəbul edilir. Sutka ərzində cinsiyyət orqanı bir neçə dəfə qanla zənginləşir ki, bu da öz nüvbəsində kişi reproduktiv sisteminin fizioloji xüsusiyyətlərindən xəbər verir.

  3. Erotik məzmunlu yuxu ehtiraslandıra bilər, amma hər gün baş verən ereksiya yalnız xoş yuxu görmələrlə əlaqələndirilə bilməz.

  4. Eyni zamanda ehtimal olunur ki, səhərə yaxın dolan sidik kisəsi bu təbii prosesin yaranmasına səbəbdir. Prostat vəzinin nisbətən sıxılması nəticəsində ereksiya halları yarana bilər.

  5. Bəzi alimlərin fikrincə, gecə vaxtı beyin orqanizmin bütün işlək orqanlarını test edərək fəaliyyətini yoxlayır. Heç kimin bilmədiyi səbəbdən cinsi orqanın yoxlanışı isə səhər saatlarına təsadüf edir. Bu səbəbdəndə ehtiraslanma halları baş verir.

  6. Eyni zamanda səsləndirilən fikirlərdən biri də, beyinin bu yolla cinsi orqanı hipeksiyadan qoruduğu ehtimalıdır. Digər orqanlarda olduğu kimi, cinsi orqanın da oksigenə ehtiyacı var ki, buda qanla birlikdə daxil olur. Nəticədə beyin qan çatışmamazlığını aradan qaldırmaq üçün həmin orqnınıza gecə saatlarında qan axınını təmin edir.

  7. Yuxunun sürətli fazasında beyinin aktivliyi yaranır ki, buda nəticədə ereksiya halının yaranmasına səbəb olur.

Səhər ehtiraslanması tam normal hal hesab edilir və istənilən sağlam kişidə mövcud olmalı fiziki prosesdir. Əgər hər hansısa səbəbdən səhər saatlarında ereksiya halları baş vermirsə, orqanizmin hansısa orqanının düzgün işləməməsindən şübhələnməyə əas ola bilər.

Sexsual gərginliyi necə aradan qaldırmaq olar?

Səhərki qalxımı aradan qaldırmaq üçün ilk ağıla gələn məntiqli çıxış yolu yanınızdakı yataq yoldaşınızla intim əlaqədə olmaqdır. Adi vəziyyətdə sexlə məşğul olmaq o qədərdə rahat və həvəsləndirici görünmür, ancaq bunun üçün əsaslı səbəbəbiniz artıq yaranıb. Niyədə cütlüyünüzə və özünüzə xoş hislər bəxş etməyəsiniz.

Lakin bəzi hallarda xanımınızın bu kimi fiziki məşqlərə istəyi omur, yada belə şeylərə zaman olmur. Bu zamanda sizə yardım etməyin müxtəlif yollarının olduğunu sizdə bilirsiz, sizlə tanış olduğundan, o da kifayət qədər məlumatlıdır: pettinq, masturbasiya, oral sex, bir sözlə nə oldu. Əsas odur ki, hər ikiniz səhər toxunuşlarından zövq və enerji alasınız.

Əgər hal-hazırda kişinin portnyoru yoxdursa, öz təminatını əl hərəkətləri ilə təmin edə bilər. Masturbasiya mövzusu müasir cəmiyyətdə müsbət qarşılanmasada sexsoloqların bir mənalı fikrincə özünü təmin etmə prosesi tam normal haldır və istənilən insanın sexsual həyatının tam təbii prosesidir. Bundan əlavə uzun müddətli sexsin olmaması kişi orqanizmi üçün neqativ təsirə malikdir. Sexsual aktivliyi aşağı sala və ya əlaqə zamanı tez boşalma hallarına səbəb ola bilər. Bu səbəbdən də, səhər saatlarında tələbat varsa masturbasyadan çəkinməyə ehtiyac yoxdur. Bu cür həzz alma yollarından uzun müddət sex portnyorları olan kişilər belə istifadə edir.

Ereksiya vəziyyətinə sidik qovmanın səbəb olduğu hesab edilir. Lakin, ereksiya halında bu prosesin həyata keçirilməsi çətin baş verir. Deməli, bu yol o qədərdə effektiv deyil.

Əgər sahər həzzinə vaxtınız yoxdursa, düşdüyünüz vəziyyətdən ən gözəl çıxış yolu kontras duş (isti-soyuq) hesab edilə bilər. Eyni zamanda isti su ilə soyuq suyun əvəzləməsi sizə gümrahlıq, qan dövranı sisteminizə müsbət təsiri, təzyiqin normallaşmasını, imunitetin möhkəmlənməsini bəxş edər.

Ereiksiyaya səbəb olan erotik yuxu ağlınızdan çıxmırsa, başınızı qarışdırmağa çalışın. Misal olaraq, xəbərləri gözdən keçirin, gün ərzində işlərinizi planlaşdırın axşam bazarlığı üçün alacaqlarınızı siyahılaşdırın və s.

Lakin, əgər tək yaşamırsınızsa və evdəkilərin yanında qalxmış ereksiyalı orqanınızla gəzmək istəmirsinizsə əynınızə boş olan geyim geyinməyiniz düşdüyünüz vəziyyətdə sizə yardım etmiş və hiss etdirməmiş olar. Boş şalvarlar, gecə geyimi, uzun futbolkalar ehtiraslanmağınızı gizlətmiş olar. Adətən ereksiya halı 10-20 dəqiqə ərzində keçir. Əgər bu müddət uzun olursa və ya keçmirsə həkimə müraciət etməlisiniz. Bu hal heçdə norma hesab edilmir və ürək açmayan problemlərə gətirib çıxara bilər.

Səhər ereksiyasının olmaması

Kişi reprodiktiv sisteminə təsir edəcək bir çox faktorlar mövcutdur. Bəzi hallarda səhər yuxudan oyanan zaman ereksiya halları baş vermiyə bilər. Bu tam normal hal kimi qəbul edilir və heç bir narahatçılıq yaratmamalıdır. Lakin, əgəgr bu hal gün keçdikcə və həfdlərcə davam edirsə, demək bu orqanizmdə problemlərin yaranması barədə siqnaldır. Bu zaman həkimə müraciət etmək gərəklidir.

Səhər ereksiya hallarının yaranmaması səbəbləri arasında ən çox rast gəlinən hallar aşağıdakılardır:

  1. Fiziki yorğunluq, gərginlik. Ağır fiziki iş, idman zalında yorucu məşqlər, kifayət qədər yuxunun olmaması, bədənin tam istirahət halında olmaması yüklənməyə və gərginliyə səbəb ola bilər. Yorğunluq özünü nəyinki cinsi zəifləmədə, eyni zamanda ümumi həyat aktivliyinin sönməsində də göstərir. Bu zaman həyat tərzinizi diqqətlə nəzarətdə saxlamaq, istirahətə çox zaman ayırmaq, keyfiyyətli yuxunu təmin etmək mütləqdir.

  2. Müntəzəm stress. İndiki zamanda həyat ritmi öncəki vaxtlara nisbətən çox yuxarıdır. İşdə, tıxac zamanı maşında, hətda ailə ilə evdə belə insanlar kiçik və o qədərdə yuxarı emosyanal vəziyyət sayılmayan stress yaşayırlar. Stress müntəzəm olaraq yığılır, həyat sistemini çökdürür, cinsi fəallığı zəiflədir. Emosyanal gərginlik hətda psixoloji erektil disfunksiyaya belə səbəb ola bilər.

  3. Reprodiktiv sistemin xəstəlikləri. Prostat vəzi xəstəliklərinin, vərəm xəstəlikləri səhər saatlarında baş verən ereksiya halına kifayə qədər böyük təsirə malikdir. Bu kimi problemlərdən yan qaçmaq üçün mütləq həkimə müraciət edilməlidir.

  4. Həyat tərzi. Zərərli vərdişlər, düzgün qida vərdişlərinin olmaması, televizor qarşısında passiv istirahət, fiziki hərəkələrin olmaması səhər ereksiyasının yaranmamasına səbəb ola bilər. Nəticədə yaranan həvəzsizlik daimi idmanla, qaçışla, müxtəlif fiziki hərəkətlərlə və düzgün qidalanma ilə bərpa oluna bilər.

Özünü müalicə ilə məşğul olub, həkim qəbuluna yazılmaq əvəzinə potensiyanı artıran dərmanlardan istifadə etmək yol verilməzdir. Ən yaxşı seçim həkim məsləhətidir. Heç bir şeydən çəkinmədən həkimə problemlərinizi açıq bildirin. Eyni zamanda ona tam olaraq həyat tərziniz haqda məlumat verin: işinizin məğzi, spirtli içki qəbul edib-etmədiyinizi, qəbul etdiyiniz qidanın keyfiyyəti, işdə və evdə münasibətləriniz və s.

Ehtiyac olarsa səbəbi örgənmək üçün həkim sizə aləvə analizlər təyin edəcək. Bəli, ola bilər müalicə kursu alasınız. Lakin, səhər ereksiyasının disfunksiyası streslə əlaqədardırsa, psixoterapevtin qəbulu daha məqsədə uyğundur.

Əgər həvəslənmə halları azalmışdırsa, ehtimal var ki, kişi öz orqanizmindən daha tez oyanmışdır. Bu hal adətən tam yuxu normasını yatmayanlara və yuxusuzluqdan əziyyət çəkən insanlara şamil edilir. Eyni zamanda, unutmayın ki, yaş keçdikcə ereksiya zəifləyə bilər ki, müəyyən yaşdan sonra bu hal normal hesab edilə bilər. 50 yaşdan sonra cinsi orqana qan axını gücünü itirir, 70-də sonra isə ümumiyyətlə fəaliyyətini dayandıra bilər. Bu təbii bir proses hesab edilir və buna özünə dərd edərək, həyəcana qapılmağa dəyməz.

Ereksiya disfunksiyasının müalicəsi

Kişilərdə səhər saatlarında ereksiya hallarının yaranma səbəblərini müzakirə etdik. Bəs müalicəyə ehtiyac olarsa nə etməli? Bir çox hallarda kişilər mütəxəsisə müraciət etməkdə çəkinirlər. Bu halda özünü müalicə daha ağır fəsadlara yol aça bilər. Beləliklə, əgər reproduktiv sistemin işində müəyyən kənarlaşmalar yaranmışdırsa, mütləq həkimə müraciət edin. Lazım olan dərmanları və müalicə metodikasını sizə lazımı formada izah edə biləcək.

Düzgün, bol çeşidli qida, keyfiyyətli yuxu, daimi idmanla məşğul olmaq, stressin səviyyəsinin aşağı salınması – bunların hamsı tibbi əlavələrlə birlikdə müalicə kursunu daha təsirli edərək cinsi həvəsi və cinsi həzzi təmin edə bilər. Nəticədə tam, dolğun, özünə inamlı həyatınızı yaşamağa davam edə biləcəksiniz.

Advertisements