Yulaf bu sadəcə xeyirli yarma deyil. Ondan hazırlanan sıyıq düzgün hazırlanarsa və qəbul edilərsə əsl müalicə üsulu kimi qiymətləndirilə bilər. Hazırlanma reseptləri isə çox müxtəlifdir. Bacarıqlı əllərlə kifayət qədər dadlı yeməyə çevrilə bilər. Demək olarki, ziyanlı tərəfləri mövcud deyil. Orqanizmə müsbət təsir göstərir, mədə-bağırsaq sistemini təmizlətyir, dəriyə sağlamlıq və parlaqlıq verir.

Həkimlər və alimlər yulafa layiq olduğu dəyəri onun tərkibini araşdırdıqdan sonra müəyyən etmişlər. Sovet analitik-kimyaçısı Skurixin İ.M və RAMNN akademiki Tutelyan V.A-ın kimyavi tərkib haqqında cədvəlinə əsasən 100 qram yulafda kifayət qədər zəngin xeyirli makro və mikro elementlər mövcutdur:

  • kalium – 330 mq;
  • maqnium – 129 mq;
  • kalsium – 52 mq;
  • yod – 6 mkq;
  • kükürd– 88 mq;
  • fosfor – 328 mq;
  • ftor – 45 mkq;
  • dəmir – 3,6 mq;
  • linolev turşusu – 2,28 q;
  • əvəzedilməz aminturşular – arqinin, valin, triptofan b lizin.

Yulaf əzməsinin tərkibi

Yağda və suda həll olunan vitaminlər:

  • Е – 1,6 mq;
  • В1 – 0,45 mq;
  • В9 – 23 mkq;
  • В2 – 0,1 mq;
  • РР – 4,6 mq;
  • Н – 20 mkq.

Sovet mütəxəsisləri yulaf əzməsinin tərkibini araşdırarkən keyfiyyətli, ekoloji təmiz, əlavə qatqısız məhsulu təcrübədən keçirdirdilər. Lakin, 2016-cı ilin araşdırmalarında müəyyən edilmişdir ki, bəzin insafsız istehsalçılar tərəfindən satışa çıxarılan əzmənin tərkibinə əlavə komponentlər mövcutdur:

  • metal hissəcikləri;
  • kif;
  • pestisidlər;
  • orqanik əlavələr: digər bitkilərin əlavələri, dənələri.

Əlavə qatqılar yulafın istehsalı zamanı diqqətsizlikdən və ya toxumun düzgün texnalogiya ilə işlənilməməsindən, saxlanma qaydalarına riayət edilmədiyindən yarana bilər.

Yulaf sıyığının orqanizmə müsbət təsiri barədə

Keyfiyyətli əzmə aldıqdan sonra sağlam həyat tərzinə başlamaq olar. Səhərlər bir qab yulaf sıyığı həyatınızı dəyişdirəcək, sağlamlığınıza çox müsbət təsir göstərəcək.

  • Emosyanal vəziyyəti yaxşılaşdırır. Mənfi əhval-ruhiyə ilə mübarizə aparır. Narahatçılıq, yuxusuzluğu aradan qaldırır. Səhər saatlarında yarma əzməsinin qəbulu əsəb gərginliklərinə son qoyar. Yarma sıyığının bu kimi xeyri tərkibindəki B6 və pirodoksin sayəsində baş verir. B6 vitamini beyin toxumalarında qlukozanın səviyyəsinin normallaşdırır

  • Beyinin fəaliyyətini yaxşılaşdırır. Tərkibindəki B6 vitamini beyinə və əsəb sistemləri üçün çox vacibdir. Prodiksin aminturşularının və qidalandırıcı maddələrin beyin toxumaları tərəfindən mənizmsənilməsinə imkan yaradır. Bu səbəbdən də uşaqlar, tələbələr, zehni işlə məşğul olan şəxslər üçün səhər yeməklərində yulaş əzməsindən istifadə çox xeyirli olar. B vitamin qrupu sayəsində orta yaşlı insanlardada yaddaş güclənir, aydın düşüncə inkişaf edir.

  • Toxumaları toksinlərdən və ağır metallardan qoruyur. İnsanın mədəsinə düşən zaman ağır metaların duzları və toksinlər üçün süzgəc rolunu oynayır. İlk olaraq orqanizm üçün ziyanlı olan qurğuşunu özünə cəlb edir. Qurğuşun daxili orqanlara məişətdə istifadə etdiyimiz qablar, məişət texnikası, müxtəlif oyuncaqlar, atmasferdən və sudan keçir. Həcminin çox olması əsəb sisteminin pozulması və zehni fəaliyyətdə geriləmə ilə müşahət olunur. Uşaqlarda normadan artıq göstərici isə digər pozuntu hallarına yol aça bilər. Müasir ekoloji vəziyyətdə elementdən rastlaşmamaq mümkünsüz hala çevrilmişdir. Beləliklə, dəyərli qida orqanizmdən ağır metalların toplanmasında və orqanizmdən çıxarılmasında başlıca rola sahibdir.

  • Mədənin sekilliliyini qoruyur. Yulaf sıyığı mədə xorası və qastrit xəstəlikləri zamanı məsləhət görülən qidalar siyahısına daxildir. Xəstəlik zamanı sıyıq soyuqdəyməni aradan qaldırıb, ağrı hislərini azaldır. Yüngül həzm edilir və mədənin selikli qişasını normallaşdırır. Daimi istifadə zamanı ümumi həzm prosesini stabilləşdirir, disbakterioz problemləri aradan qalxır.

  • Qanda şəkərin səviyyəsini normallaşdırmağa kömək edir. Diabet xəstəliyindən əziyyət çəkənlər üçün çox xeyirli hesab edilir. Nişasta normasını və yeməkdən sonra glesimik səviyyəni qorumaq üçün istifadə edilən dietlərə mütləq əlavə edilməlidir.

  • Proteinlə zəngindir. Yulaf əzməsində səkkiz növ aminturşusu mövcutdur. Bu da onu çox vacib bioloji dəyərə malik protein mənbəyinə çevrilməyə imkan yaradır.

  • Anti-kanseroindir. Amerika Birləşmi Ştatlarında yulafın bir çox ölkələrdə geniş yayılmış xərçəng xəstəliyində qoruyucu funksiyaya sahib olma səviyyəsi araşdırılmışdır. Tərkibindəki fotokimyavi elementlər sayəsində xəstəliklə mübarizədə müsbət təsirə sahibdir. Hər gün yulaf sıyığından istifadə 10% xərçəng riski göstəricisi azalır.

  • Ürəyin fəaliyyətini yaxşılaşdırı. Tərkibində çox miqdarda Omega 3 yağının və linoleik asitlərin sayəsində xolestrolun miqdarı (LDL) azalır ki, bu da ürəyin fəaliyyətinə müsbət təsir göstərmiş olur.

  • Osteoporozun (sümük zəifləməsi) qarşısını alar. Kalsiumun bol olması səbəbindən demineralizasyanın gecikdirər.

  • Arıqlamağa kömək edir. Tərkibi vitaminlərlə, minerallarla, qida lifləri ilə zəngin olan sıyığın kalori dəyəri 88 kkal təşkil edir.  Yulaf orqanizmdə təxmini 3 saat ərzində həzm olunur. Eyni zamanda həzm prosesi nəticəsində enerji sərfiyyatı yaranır. Nəticədə 3-4 saat ərzində toxluq hissi yaranır. Lakin bu hall hamıda belə olmur. Belə ki, bəzilərində bir qab yulaş sıyığının qəbulundan sonra daha böyük aclıq hissi də yarana bilər. Bu cür effekt akademik Uqolev A.M-in “Adekvat qida nəzəriyyəsi” əsərində izah edilmişdir. Bir çox sıyıqlar həzm prosesi üçün xeyli feqmentlərə sahibdirlər. Lakin, satışda olan və müəyyən istehsal prosesi keçmiş bəzi sıyıqlarda fermentlərin pozuntu halları mümkün olur. Nəticədə mədəyə düşən sıyıq tez həzm edilmə qabiliyyətinə malik olmur və ağır həzm prosesi üçün xeyli enerji sərf edilir. Bu isə, onun dəyərinin təxmini yarısına bərabərdir.

Arıqlmaqla bağlı yulafın əsas xüsusiyyətləri.

  • Şirniyyat istəklərini azaldır;
  • Kifayət qədər çox yayılmış, tez tapılan, ucuz qida növüdür;
  • Digər əlavələrlə gözəl uyğunluq təşkil edir. Nəticədə hər gün qəbuldan yorulmayacaqsınız.;
  • Hazırlanması üçün çox vaxt tələb edilmir;
  • Dərinin yığılmasında böyük önəmə sahibdir ki, buda arıqlama prosesində çox vacibdir.

Yulaf əzməsi ilə arıqlamaq üçün monodietalarda istifadə edilir. Düzgün qidalanma günləri müəyyənləşdirilir. Monodieatalar əvvəlcədən düşünülmüş menyular, müxtəlif yemək növləri tələb etmir. Sadəcə minimal məhsullar: su və yulaf. Zövqə görə sıyığınıza bibər, əncir əlavə etmək mümkündür. Pəhrizin ağır tərəfi ona dözməyin çətin olmasıdır. Bir həfədə ərzində eyni yeməyin qəbulu hər insanın iradəsinə görə deyil. Digər monodietlər kimi buradada itirilmiş çəki yenidən sürətlə bərpa olunur.

Ən yaxşı seçim sıyığı gündəlik səhər yeməklərində qəbul etməkdir. Bal və meyvələrlə qarışdırsaz daha xeyirli təsiri hiss etmiş olarsınız. Orqanizmin təmizlənməsində, artıq mayenin xaric olunmasınmasında, nəticədə 400-800 qram çəkinin azalmasında yardımçı olar.

Xeyirli sıyığı necə hazırlamaq olar?

Yulafdan hazırlanmış sıyıq həmişə qatı və sürüşkən alınır. Soyuyan zaman isə nisbətən möhkəmlənir. Yulaf sıyığının hazırlanması üçün əsas qaydalar aşağıdakılardır.

  • Sıyıq süddə və ya suda hazırlanır. Dənələri qaynıyan maddəyə əlavə edin.

  • Sıyıqın hazırlanması üçün 50 qram yulaf dənələrinə 150 ml su və ya süd nəzərdə tutun.

  • Əgər hazırlanan yeməyi arıqlamaq və orqanizmi təmizləmək məqsədi ilə hazırlamırsınızsa, dadının yaxşılaşması üçün duz əlavə edin.

  • Əlavə edəcəyiniz şəkər tozunu quru meyvələrlə, balla, giləmeyvələrlə əvəz edə bilərsiniz.

  • Əlavə etdiyiniz yağ yeməyin kalori dəyərini həddindən artıq artıracaq. Yağ əlavəsinin normasında diqqətli olun.

  • Əgər yemək əvvəlcədən hazırlanırsa, o zaman yulaf dənələri 3 dəfə azalır.

Qidanın maksimum xeyirli keyfiyyətini qorumaq üçün termik istehsala buraxmayın. Sadəcə termusa dənələri əlavə edərək, üzərinə qaynayan su və ya süd əlavə etsəz kifayət edər. 3 saat ərzində özünü tutandan sonra səhər yeməyi hazırdır.

Ziyanları və az qəbulu normaları barədə.

Sıyıq toksinləri və ağır metalları orqanizimdən çıxarmaqla yanaşı xeyirli minerallarıda xaric edir: kalsium, sink, maqnium və dəmir. Suda və ya az yağlı süddə hazırlanmış yulaf bədən görünüşü üçün ziyanlı deyil. Lakin, sıyığı yağlı südlə hazırlayıb yağ və ya şəkər əlavə etsəniz o zaman incə belin əldə edilməsi üçün problem ola biləcək.

Yulaf çelyak xəsətələrinə məsləhət görülmür. Bu xəstəliyə sahib insanlarda orqanizm qlyutenə reaksiyası fərqli olur. Mədə potologiyası zamanı qlyuten sayılan qidalara həssaslıq artır. Nəticədə yulafdan istifadə diariya və mədə ağrıları yarada bilər.

Advertisements