İnsan bədənində əzələlər kifaət qədər çoxdur. Onlar istifadə funksiyalarına görə bir-birlərindən fərqlənirlər. Lakin, onların strukturu oxşardır. Əzələlərin ən çox hissəsi sudan (70-80%) və aminokislotlardan (10-20%) ibarətdir.

BCAA birmənalı olaraq əzələ formalaşdıran bütün aminoturşu növlərinin 35%-ni təşkil edir. Əgər hesablamaya yalnız mütləq sayılacaq aminoturşuları daxil edsək onda bu nisbəti 42% kimi qiymətləndirmək olar. Bu kifayət qədər böyük göstəricidir. Məşqlərdə iyirmi beş faiz enerji məhs BCAA vaistəsi ilə əldə olunur. Zülalla zəngin qida qəbulu zamanı qana məhs bu aminoturşular daxil olur.

BCAA-nin abbreviturası (açıqlaması) “Branched-chain amino acids” mənasını verir. Hərfi mənada isə “parçalanma xüsusiyyətli aminoturşuları” deməkdir. Digər “amino”-lardan fərqi orqanizmin özgücünə onu sintez edə bilməməsindədir. Bu səbəbdəndə BCAA əvəzsiz sayılır və orqanizm bununla kifayət qədər təmin edilməlidir. Əsasən təminata böyük fiziki məşqlər zamanı xüsusi diqqət yetirilməlidir.

Proteinin parçalanma elementi hesab edilir. Özündə valin, leysinom eyni zamanda izoleysinom birləşdirir. Bu o dəməkdir ki, orqanizmin onları həzm etmək üçün vaxt sərf etməyinə ehtiyac yoxdur. Adi zülal qəbulundan fərqli olaraq bu proses tez biz zamanda baş verir. Əsasən BCAA qəbulu bədəni qurudan zaman istifadə edilir. Belə ki, tez həzm olunan zülal mənbəyi kimi orqanizm rahat şəkildə enerji və digər bədən üçün lazım olan tikinti materialarını əldə edə bilər.

Aminoturşularının əsas rolu barədə:

Leysin – bütün zülalların əsas tərkibidir. Protein sintezini tənzimləyir. Azot balansı və s.

 

 

Valin – toxumaların sintezinin əsas komponentidir. Əzələlərdə enerji mənbəyi rolunu oynayır.

 

 

İzoleysin – leysinin metobalizmi üçün vacibdir. Himoqlamin sintez edilməsinə cavabdehdir. Qanda şəkəri və enerjini kontrolda saxlayır.

 

Digər sözlərlə ifadə etsək, BCAA olmasa əzələlər aclığa başlayarlar. Ağır atletika və pauerlifitinqlə daimi məşğul olmaq əzələlərdə ciddi zülal çatışmamazlıqları yaradır. Bu zaman məhs gərəkli protein qəbulunu təmin etmək lazımdır.

BCAA əzələ yorğunluqlarını aradan qaldırır. Orqanizmdə mövcud olan digər aminoturşularaının itirilməsinin qarşısını alır. Əgər məşq öncəsi qəbul etsəniz dözümlülük artacaq, yorğunluq isə əksinə aradan qalxacaq.

Məşq bitdikdən həmən sonra qəbul etsəniz kortizolun səviyyəsi aşağı enəcək digər aminoturşuların ehtiyyatı artacaq. Lakin nəzərə alın, bu hal yenidən enerji bərpasına çevrilməyəcək.

Nəzərə almaq lazımdır ki, BCAA-nın əvəzləyicisi kimi protein koktellər yaxşı seçim deyil.

Bu sadəcə sərf etmir. Siz bir koktel işərkən 40-50 qram zülal qəbul edirsiniz. Digər aminturşularının qəbulu zamanı isə bu nəticə 2-3 dəfə aşağı olur. Əlbətdə  BCAA-nın orqanizmə mübadiləs şansı yuxarıdır, ancaq maddi baxımdan daha bahalıdır. Buna görədə bu hədiyyəni adətən özlərinə pul xərcləməkdən çəkinməyən bodybuilderlər edirlər.  Lakin digər hallarda isə BCAA-dan əsasən bədəni qurudan zaman istifadə edirlər. Bu zaman karbohidrat qəbulundan uzaq duraraq onun yağa çevrilməməsinə diqqət edirlər. Enerji qorunmasında və əzələ kütləsinin qorunmasında aminoturşuların effekdi kifayət qədər böyükdür. Orqanizmin piy toxumalarının inkişafının qarşısını alır.

Əsas funksiyaları.

  1. Əvəz edilməz aminoturşular zülalların parçalanmasında böyük rola malikdir və orqanizmin tikinti materialı kimi çox vacibdir.

  2. Orqanizmin normal inkişafı üçün gərəkli digər aminoturşularının formalaşmasında böyük rol oynayır. Digər sözlərlə o sadə elementlərdən daha qəliz protein elementləri düzəltməkdə yardımçı olur.

  3. İnsulin ifrazında müsbət təsirə malikdir. İnsulin öz növbəsində qanda şəkərin miqdarını tənzimləyərək əzələ toxumalarında enerjini təmin edir.

  4. Aminturşuları kartizol və testestron hormonlarını dəstəkləyir, zülaların sintezini sürətləndirir, böyümə hormonunu stimullaşdırır. Nəticədə əzələ toxumalarında zədələnmələrin qarşısını alır. Bunlar aşağı kalorili dieatalarda çox vacib şərtlərdəndir.

Araşdırmalar

Təcrübə sübut etmişdir ki, əzələ toxumalarının zərərçəkməsinin qarşısını almaq üçün kifayət qədər əvəzedilməz aminturşusunun qəbulu vacibdir. Eyni zamanda müəyyən edilmişdirki ağır güc məşqlərindən sonra idmançıda əzələ bərpası aşaöıdaki iki mərhələdə baş verir.

İlk olaraq katabalizm, daha sonra isə anabolizm- əzələ toxomasının böyüməsi baş verir. Əgər ikinci proses birincidən uzun müddət çəkirsə o zaman əzələ kütləsinin böyüməsi sürətlə baş verir. Əksinə əgər katabalizm uzun müddətli baş verirsə onda hadisələr tərsinə gedişat alır. Deməli katabalizm müddətini azaltmağa nail ola bilsək böyüməni sürətləndirmiş olarıq. Məhs bu cür azalmalarda BCAA-nın böyük rolu olur.

Lakin, ən yaxşı nəticəni aminoturşularını məşqdən sonra tez həzm olunan karbohidratlarla birlikdə qəbul etməklə əldə etmək mümkündür. Nəticədə əzələlər əlavə enerji ilə təmin ediləcək və insulin ifrazı aktivləşəcək. Belə bir koktyeli hazırlamaq çətin məsələ deyil. 25 qram karbohidratı on qram parçalanan zülalla qarışdırmaq yetərli olar. Qida sizin doyumluluğunuza, BCAA- isə katabalizm vaxtını azaldaraq məşqdən əldə effektivliliyi artıra bilər.

Əks təsirləri.

Bir çoxları bu aminoturşu kompleksini yüksək qiymətləndirmirlər. Bəzilərinin fikrincə qəbulu təhlükəlidir. Bu əsasların orqanizmin iş prosesi barədə məlumatın olmamasından irəli gəldiyini desək yanılmarıq yəginki. BCAA- yemək qəbulu zamanı tərkibindəki aminoturşulardan ibarətdir. Misal olaraq süd, ət və s. Ona görədə əsas məsələ hansı keyfiyyətdə məhsullardan istifadə etməyinizdir.

Necə qəbul etməli?

Çoxlarına uyğun olan müəyyən edilmiş hədd vardır. Bu hədd bir qəbul üçün dörddən səkkiz qram arasındadır. Qeyd edilən ölçü həm əzələ kütləsi əldə etmək üçün, həmdə yağ yandırmaq istəyənlər üçün uyğundur. Aminoturşularının qəbulu sutka ərzində üç dəfəni keçməməlidir. Əlbətdəki az miqdarda qəbulda mümkündür. Lakin, orqanizmin ehtiyyatlarının ödənilməsi üçün bu azlıq edəcək. Bəzi istehsalçılar bir çox istehlakçıların xırda nüyanslarını bilmədiklərindən məlumatlı olduqları üçün onları aldatmağa çalışırlar.

Əsasən az miqdarda olan aminturşuları istehsal olunur. Buna baxmayaraq qiymət heşdə az deyil. Aldanmamaq və əlavə xərcə düşməmək üçün alış zamanı məhsulun ölçüsünə və qəbul normasının hədlərinə fikir verin. Qəbul zamanı fasilələrə ehtiyyac yoxdur.

Yüksək nəticələrə sahib olmaq üçün BCAA-nı digər aminoturşularından ayrı qəbul etmək gərəklidir. Bu halda onlar orqanizmə daha tez daxil olur. İnsulimin yuxarı həddində aminturşuları daha sürətli həzm olnduğundan, onları yeməklə qəbulu daha məsləhətlidir. Məşqdən yarım saat əvvəl və sonra. Bu müddət ərzində bədənin bərpa prosesi aktivləşər və anabalizm üçün uyğun şərait yaranmış olar.

Təbii yemək (qida) bəs edərmi?

Adi, təbii yeməklərdəndə kifayət qədər dərəcədə BCAA əldə etmək mümkündür. Lakin böyük əzələ kütləsinə sahib olmaq istəyən və bunun üçün durmadan çalışan, ağır məşqlər edən idmançının gün ərzində qida ratsionunda bu qədər ət həcmini qaldırması qarın bölgəsinin şişməsinə və çənəsinin ağrımağına səbəb olar. Misal olaraq BCAA-nın gün ərzində özündə cəmlədiyi qida siyahısını sizə təqdim edirik.

Əlavələrin reytinqi

Bir neçə aminoturşu kompleksləri mövcutdur. Onlarda ən məşhurları:

  • Xtend от SciVation;
  • Intra Fuel от SAN;
  • Best BCAA от BPI Sports;
  • BCAA 3:1:2 от MusclePharm.

Orta hesabla gün ərzində 12-32 q BCAA qəbulu daha məsləhətlidir.

Advertisements