Sevgi sərgüzəştləri onlar üçün əsl kabusa çevrilib. Bəzliəri fəxr hissi ilə asıllıqlarını boyunlarına alır, bəziləri isə əksinə ciddi cəhtlə bunu gizlətməyə çalışırlar. Onu həm xəstəlik kimi qəbul edir, həmdə dəişilmək üçün hüç bir cəht göstərə bilmirlər.

Bu məşhurlar artıq həkim məsləhəti alaraq, müalicə kursu keçiblər. Aludəçilikləri ilə bağlı artıq ütün dünya danışır, bəzilərinin artıq ailələri dağılıb.

Maykl Duqlas

Öz asıllığı ilə bağlı Maykl tam məlumatlı idi. Lakin, ilk həyat yoldaşı olan Diandra Lukası bununla bağlı məlumatlandırmaq istəmədi. O zamanlar 33 yaşlı Duqlas gənc 19 yaşlı qızla ailə qurdu. Ailə həyatının ilk ayları hər şey çox ideal görsənirdi. Mayklda öz növbəsində arzulanan həyat yoldaşı rolunu layiqincə oynaya bilirdi. Lakin, tez bir zamanda gənc qızdan yorulan aktyor yeni sevgi istəkləri və sex həyəcanı axtarışına başladı. Avstrya diplomatının yüksək tərbiyəli qızı isə uzun müddət ərzində məşhur ərinin gəzintilərini gizlətməyə ciddi cəhtlə çalışdı. O, ümüd edirdi ki, təzə doğulmuş oğlan uşağı Mayklı yenidən ailəyə bağlayar və kənarda olan sərgüzəştləri dayandırar. Boş xəyallarla yaşayan Diandra beləliklə 23 il ailəni qorumağa çalışdı. 2000-ci ildə boşanmaq üçün müraciət etdi. Nəticədə Mayklın kənarda olan sevgi tarixcəsi mediaya rəsmi olaraq bəyan edildi. Məşhur aktyor irəli sürülən iddihamlardan qaçmayaraq əksinə, xəstəliyi olan sexsamaniyadan bir neçə dəfə müalicə aldığını belə ifadə etdi. Lakin, müalicənin bir xeyri görülmədi. “Subay kişi” statusu Mayklda uzun müddət çəkmədi. Boşanma ilində aktyor indiki həyat yoldaşı Ketrin Zeta – Jonsla rastlaşdı. Məhs bu xanım öz yoldaşını səs-küylü intim münasibətlərdən uzaqlaşdırmağa nail oldu.  O, həmişəlik digər qadınlardan sadəcə olaraq unutdu. Səbəb isə, dəlicəsinə məhəbbət deyildi. Qəribə səslənsədə, səbəb nigah müqaviləsində olan şərtlərdən biri idi. Yəni, hər xəyanətə görə Duqlas bir neçə milyon cərimə ödəməli idi. 10 ildən sonra cütlük çox ciddi çətinliklərdən keçməli oldular. Mayklda xərçəng xəstəliyi aşkarlanan zaman Ketrin var gücü ilə yoldaşına dəstək olub, xəstəliyə qalib gəlməyə çalışdılar. Bu mübarizə nəticəsində az qala Ketrin özü belə xəstəxanada yatmalı olacaqdı. Stress, narahatlıq, aktrisaya əsəbi hallar yaşadığından bir neçə həfdə psixoloji klinikada müalicə almağına səbəb oldu. Gedişat az qala ailənin dağılması ilə nəticələnə bilərdi. KİV-də hətda Mayklın çətin vaxtlarda xanımına dəstək olmadığı barədə yazılar görünürdü. Xəstəlikdən sonra 73 yaşlı Maykla yenidən sexsuallıq asıllığı geri qayıtdı və öz xanımını gənc qızlara dəyişməyə başladı. Lakin, gəzən söz-söhbətlərə baxmayaraq cütlük hələdə (artıq 17 ildir) birlikdədirlər.

Cek Nikolson

Hətda indi də 80 yaşlı qoca olmağına baxmayaraq Cek vəhşi cazibəsi və ovsunlamaq bacarığı ilə fəxr edə bilər. Vaxtı ilə bu bacarıq çox qadınları valeh etmişdir. Çox qadınları deyərkən öz hesablamalarına inansaq, təxmini 2000-ə yaxın qadın nəzərdə tutmaq olar.

Bü cür həyat tərzinə baxmayaraq Cek yalnız bir dəfə rəsmi nigaha daxil olmuşdur. Lakin, 4 fərqli qadından 5 uşaq atasıdır. Öz yeganə və böyük sevgisini isə yalnız aktrisa Anjelika Hyustonu hesab edir. Aktrisa əsasən “Addams ailəsi” filimində Mortişi rolu ilə məşhurlaşıb. Xanım həyatda da filimdəki kimi soyuqqanlığı və qəddarlığı ilə seçilib. Buna baxmayaraq, 17 il boyunca Ceki yanında saxlaya bilib. O yoldaşının kənarda sevgi məcaralarının olmasını, gənc təcrübə keçən modellərlə əyləndiyini yaxşı bilirdi. Lakin, öz soyuqqanlığı və etinasızlığı ilə təəcübləndirməyə davam edirdi. Bir müddətdən sonra etinasızlığın heçdə səmimi olmadığı məlum oldu. Model Rebekki Brussardan qanunsuz qızı olduğunu örgənən kimi demək olarki, yoldaşını qovdu.

Cek isə həddindən artıq kədərlənərək, öz xanımını necə sevdiyini aşkar şəkildə bildirdi. Çox çəkmədən digər bir yatağa meyl salaraq unutqanlığa başladı. Cek Nikolson səs-küylü avtobioqrafiyasında “dahi tovlayıcı” ləqəbini artıq almışdır. Müsahibələrinin birində öz bacarıqlarını 18 yaşından inkişaf etdirdiyini açıqlamışdır. Onun istəyi sadəcə özü dediyi kimi bütün qadınları yoldan çıxartmaqdır. Bir vaxtlar hətda Britni Spirsidə yatağa aparmağı istədiyini bildirmişdir. Nəticədə alınıb-alınmadığı haqda isə heç kim məlumatlı deyil.

David Duchovny

“Məxfi materiallar” serialının ulduzu asıllığı boynuna alan ilk insanlardandır. Təəcüblüdür, ancaq məhs “Buludlu Koliforniya” serialında sexsoloq Mudadakı Henk rolu ona çox saylı kino mükafatlarını təmin etdi. Mediyaya açıqlamasında “filimdə sanki özüm özümü oynayırdım” ifadəsini bəyan etmişdir.

David yaxınlarının çoxunun onun problemləri, asıllığı ilə bağlı məlumatı var idi. Bu səbəbdəndə həyat yoldaşı Tea Leoniyə çox təssüflənirdilər. Qız ərinə və uşaqlarına görə yüksələn koryerasından imtina edərək özünü ailəsinə qurban vermişdir. Duchovny isə əksinə günlərini əyləncə məkanlarında, gənc aktrisa və modellərin arasında keçirərək ya evə gec gəlir, yada ümumiyyətlə gəlmirdi. Tezliklə o öz aldatmalarını gizlətməməyə başladı. və Teo ilə boşanmalı oldular.

Nəticədə öz ailə imicini və kənarda olan hörmətini itirəcəyindən qorxaraq, sexsamaniya xəstəliyindən əziyyət çəkdiyini bəyan etdi və klinikaların birində müalicəyə başladı. Müalicə kursundan sonra Tea və David 2 il müddətində birlikdə yaşamağa davam etdilər. Lakin, inciklik və qıcıqlanma halları Teanı boşanmağa sövq etdi. 57 yaşlı aktyor hələdə təssüf hissi iə hipersexsuallığa nifrət etdiyini bildirir, öz istəklərinə sahib çıxa bilmədiyini boynuna alır.

Vaynona Rayder

Kleptomaniya (oğurluq həvəsi) ilə yanaşı Vaynona eyni zamanda sexsomaniyadanda əziyyət çəkir. Böyük həcimli oğurluğa görə (6 min dollara yaxın) və 500 saat məcburi ictimai işlərə cəlb edildikdən sonra həyat tərzini ümumiyyətlə dəyişik yaşamağa başladı. Artıq 15 ildir ki, Vaynona filimlərə çəkilmir, tədbirlərdə nadir hallarda görünür, haqqında şayələrin və söz-söhbətlərin yayılmasına şərait yaratmır. Eyni zamanda aktrisanın boyfriend siyahısı da böyük deyil. Conni Depin böyük məhəbbəti olmuş, daha sonra isə Mett Deymonla 2 il müddətində görüşmüşdür. Əslində isə Vaynonanın sevgi qalibiyyətləri rənga-rəng və uzun müddətli olur. Heçdə bütün məşuqlarını şoubiznes nümayəndələrindən seçmir. Bir çox gənc kişilərlə onu sadəcə bir gecə görüş maraqlandırır. Əvvəlki münasibətdə olduğu şəxslərdən biri mediyaya açıqlamasında Vaynonanın çox temperamentli qadın olduğunu və kişiləri işıq sürəti ilə dəyişdiyini açıqlamışdır.

Keyt Moss

Xanım heç vaxt Hollivudun əxlaqlı qızı tituluna ümüd etmiyib. Əksinə onun diqqət mərkəzində olan həyat tərzi uğurlu koryerasını dağılmaq təhlükəsi ilə üzbə-üz qoyub. Xarici KİV-lərin üz səhifələrinə Keytin ağ tozla şəkilləri görünən zaman, onunla bütün məşhur brendlər müqavilələri ləğv etdilər.

“Rəğbətə layiq” olan həyat tərzində o özünü yox, üzərinə çökmüş məşhurluğu ittiham edir. Gənc model vaxtlarında ilk milyonları qazanan zaman, gəlirlərini səs-küylü yığıncaqlar təşkil edərək, fərqli əyləncələrə xərcləməyə başladı. Qadağa edilmiş maddələrdən istifadə edərək, yaddaşını itirənə qədər içir, kifayət qədər siqaret çəkirdi. Bu səbəbdən də, təəcüblü deyil ki, indi 43 yaşında makiyajsız yaşlı nənə obrazını ifadə edir.

Keytin şəxsi həyatı da çox aktiv keçib. Xüsusi incəliklə yada saldığı münasibət yalnız Coni Deplə olan münasibətidir. Onlar bir neçə il görüşmüşlər. Lakin, Coni sonda Keytin davalarına, qısqanclıqlarına dözməyib Keyti atmalı oldu. Nəticədə incimiş Keyt daha da enərək içkiyə, qadağan olunmuş dərmanlara, sayı-hesabı bilinməyən sexlə məşğuliyyətə başladı.

Müəyyən bir müddət Keyt hətda ağıllanmağa cəht etdi. Öz biznesini yaratdı, ailə quraraq qız uşağı dünyaya gətirdi. Lakin, nümunə olacaq ana və ailə xanımı olmaq onda yenədə alınmadı. Boşanmadan sonra yenidən əvvəlki həyatına qayıtdı.

Charlie Sheen

Keçin il Charlie öz səmimiyyəti ilə insanları təcübləndirdi. Artıq neçə illərdir ki, ciddi xəstəliklə mübarizə apardığını bildirdi. Bəlkədə o susmağa davam edəcəkdi, lakin haqqında yayılan söz-söhbətlər onu boynuna almağa vadar etdi. İllər ərzində oktyor susmaqla bağlı şantajlara 10 milyon dollar ödəməli olub.

Amma vaxt var idi Charlie öz “Chalie maşını” ləqəbi ilə fəxr edirdi. Bu ləqəbi onun yatağında olan xeyli sayda qadınlar müəyyən etmişdirlər. Aktyor sexlə bağlı o qədər aludə olmuşdur ki, hətda ailəli olduğunu belə unutmuşdu. İlk həyat yoldaşı Donna Pillə ailə həyatı cəmi bir il sürmüşdü. Deniz Richard isə dörd il dözdükdən sonra qızları ilə birlikdə ərindən uzaqlaşdı. Aktrisa Bruk Myullerlə olan evlilik isə ona iki oğlan uşağı hədiyyə etdi. Amma Charliyə övladlarının gözündə necə ata obrazı kimi görünəcəyi heçdə maraqlı deyildi. Brukla boşandıqdan sonra iki qadınla eyni anda evliliyi düşündü. Pornoaktrisa Bri Olson və model Natali Kenli. Qəribəlik hətda qızları şoka saldı. Charlienin evini ciddi münasibət istədiyini bəyan edən zaman tərk etdilər. Nəticədə hal-hazırda aktyorun 52 yaşı, kifayət qədər məhkəmə çəkişmələri, köhnə sevgililərindən şikayətləri var.

Lindsi Loxan

31 yaşlı aktrisa kütləni hərəkətləri ilə təəcübləndirməkdən yorulmur. İçki aludəçiliyi, qadağan edilmiş preparatlar, içkili vəziyyətdə avtombil idarə etmə, oğlanı ilə davalar və s. onu axırda həbsə gətirib çıxartdı. Sonradan həbs reobilitasiya mərkəzində məcburi müalicə ilə əvəz edildi. Həkimlərin müdaxiləsi qızı təmin etmədiyindən öz asıllıqları ilə özü mücadilə etmək qərarına gəldi. Və bütün asıllıqlardan yalnız sexsual asıllığı seçdi. Onun köməyi ilə xanim gözəlliyini əlindən alan çirkinliklərdən qurtulmağa çalışır. Məşuqlarından biri mediyaya müsahibə verərək “uzun müddətli yataqda vaxt keçirmək və sexsual-marafonlar ona içkiyə olan aludəçiliyi unutdurur” fikirlərini işlətmişdir.

Lakin Lindsi sanki ocağa benzin tökür. Belə ki, yaxınlarda saytların birinə onun sevgililərinin sihayısı çatıb. Hətda jurnalistlər belə siyahıda adları olan insanların adını nəşr etməkdən çəkiniblər. Restoran solfetkasında Loxanın əlyazması ilə yazılan siyahıda çox məşhur insanların adları qeyd edilmişdir. Evli kişilər belə olan siyahının bir hissəsi yenədə mediyaya buraxilmadı – Ceyms Franko, Hoakin Feniks, Jastin Timbirleyk, Kalon Farrell və s.

Tiger Woods

Məşhur qolf ustası cilovlaya bilmədiyi sexsual aludəçiliyə görə ağır bədəllər ödəməli olub. Həyat yoldaşı Elin Nordeqrendən ciddi cəhdlə kənardakı münasibətlərini gizlətməyə çalışıb. Lakin, bir gün yoldaşı evə tez qayıtdığından Tigeri digər xanımın qolları arasında yaxalaya bilib. Məlum olub ki, sevgi xidmətlərindən Tiger tez-tez istifadə edirmiş. Elin yoldaşının ödənişləri ilə bağlı hesablarını yoxlamaq istəyərkən bu qənaətə gəlib. Nəticədə xidmətlərlə bağlı 18 ödəniş müəyyən olunub. Daha sonra isə qolf oyunçusu xəyanət hallarının 100-ə çatdığını boynuna alıb. Elin əsəbindən yoldaşını qolf taxtası ilə döyərək, koryerasına və həyatına son qoyacağı ilə hədələyib. Və nəticədə istəyinə nail olub. Belə ki, boşanmadan sonra 750 milyon dollar təzminat ala bilmişdir. Eyni zamanda bütün idman brendləri Tiger Woodsla olan reklam müqavilələrini ləğv etmişlər. Hal-hazırda idmançı itirilmiş inamı və hörməti geri qaytarmağa çalışır.

Eric Bene

O, Hollivudun ən gözəl qadınlarından sayılan Helii Berri ilə ailə qurduqdan sonra məşhurlaşıb. Təəcüblüdür ki, gəlini bəyin toyun əvvəlində iki başqa qadınla münasibətləri maraqlandımırdı. Sadəcə Eric onları ehtiyyatda saxlamaq qərarına gəlmişdi. Xanımın təkidi ilə sexsual asıllıqdan qutarmaq üçün müalicə götürmüş, lakin bir önəmi olmamışdır. Nəticədə Helli sadiqlik göstərməyən ərinə vaxt itirmək istəməyərək boşandı və karyerasında daha çox uğur əldə etməyə başladı.

Advertisements