Hər bir ölkənin aşırmanın yaranması ilə bağlı öz tarixi mövcutdur. Əlbətdə ilkin olaraq ilk dəfə Avropada – Fransada XIV Lyudovikin zamanında yaranmışdır. İlk olaraq qılınc qınlarının asılması üçün nəzərdə tutulmuşdur. Daha sonra isə şalvarın beldə saxlanması üçün gözəl vaistə olduğu sınanmışdır. O zamanlar aşırmalar dəridən, eyni zamanda qalın parçalardan tikilirdi. Zaman keçdikcə bacarıqlı əllərlə parça nazikləşdi, hətda toxunma variantlarıda istifadəyə verildi. Aşırmaların düyməli variantları isə 1894-cü ildə amerikadan olan Devid Rotun dəmir başlıqları kəşf etdiyindən sonra demək olar ki, az istifadə edildi.

XX-cı əsrin ortalarında aksesuar tekstil sənayesini inkişafı ilə əlaqədar olaraq nisbətən kölgədə qaldı. Yeni parçalar sayəsində şalvarlar əyinə gözəl oturdu və əlavə vaistələrə ehtiyac qalmadı. Nəticədə məşhurluğu bir çox pencəklərə uyğun gəldiyinə görə kəmərlər ələ aldı. Buna baxmayaraq, aşırmalar müxtəlif fabriklərin işçiləri, ustalar, fəhlələr tərəfindən istifadə edilirdi. O zamanlarda iş şəraiti üçün aşırma ən gözəl variant hesab olunurdu.

Beldə şalvarı saxlamağız əsasən üç növü müvcutdur: birinci –  toqqa (kəmər) taxmaq; ikinci – aşırmalardan istifadə etmək; üçüncü isə – ümumiyyətlə heç bir variantdan istifadə etməmək. “Bu nece ola bilər” deyə bəziləriniz təəcüblə soruşa bilərsiniz. “Şalvar kəmərsiz? Çox pis görünər, həmdə zövqsüz adlandırılar. Belə hal mümkündürki? “. Həm hə, həmdə yox. Bu məsələdə bəzi nüyanslar var. Əgər sizin geyindiyiniz şalvarda (əsasən cinsdə) kəmər üçün xüsusi yerlər, qarmaqlar varsa, ən yaxşısı kəmərdən istifadə edin. Əks halda görünüşünüz səliqəsiz və yersiz görünə bilər.

Ümumiyyətlə kişi kəmərsiz keçinə bilərmi? Cavab – bəli. İdeal variantda bu kəmər yerləri, qarmaqları nəzərdə tutulmayan şalvarlardır. Onlar tam olaraq bədən qruluşuna uyğun tikilərək baldır nahiyyədən tam olaraq əyinə oturmalıdır. Eyni zamanda iç tərəfdən, yandan ölçüsü yığılıb açılan şarvarlarda rast gəlinir. Bu cür üstünlüklər adətən bahalı geyim dükanlarında təqdim edilir. Lakin, sizdə şalvarı dərzidə tikdirirsinizsə, belə bir vairanta müraciət edə bilərsiniz.

Cins şalvarları isə əksinə kəmərlə geyinmək daha yaxşı olardı. Cins həm kəmərlə vizual olaraq gözəl görünür, həmdə digər aksesuarlar və ayaqqabı ilə rəng tutumunda çox yardımçı olur.

Kişi şalvarı üçün aşırma — anarxronizm və ya vaxtsız klassika?

Zaman keçir, dəb dəyişir, eyni zamanda kişi kostyumlarıda tam təbii yolla inkişaf keçərək formalarını yeniləyir, yeni forma və kəsimlər əldə edir. Pantalonlar zamanla şalvarlara, boğaz dəsmalı qolstuka keçid almışdır. Geyimlərdə ətrafımızdakı bir çox şeylər kimi zamanla dəyişilməli, tələbatlara cavab verməli, müasir insanın etiyyaclarını ödəməlidir. Hal-hazırda dünya rahatlığa və sürətə doğru axın edir. Nəticədə köynək alt paltarı anlayışından çıxmış, üçlük kostyumlar isə nadir hala çevrilirlər. Ayaqqabı bağlarını əyilərək bağlamaq yorucu hala gəldiyindən artıq rezin iplərdən istifadəyə üstünlük verilir. Eyni zamanda gündəlik geyim kimi şalvar çox diqqət tələb etdiyindən cinsə üstünlük verilir.

Kişi açırmalarıda zamanın, müasirliyin, sürətin qurbanına çevrilmişdir. Səhər işə tələsən zaman kəmərdən istifadə aşırmaya ayırdığımız zamandan daha az vaxtıızı alır. Eyni zamanda aşırma müəyyən qədər alt geyimi kimi hesab edildiyindən üzərindən pencək və ya jilet geyinməyi tələb edir.

Məhs bu cür nüyanslar aşırmanı geyim elementlərindənsə daha çox aksesuarlara aid etdi. Nəticədə anaxronizm halını alaraq az sayda sevənləri tərəfindən istifadə edilir. Lakin bu tərzin tam olaraq itməsini düşünmək fikrimizcə düz olmazdı. Aşırma müasir geyim tərzində istifadədə az sayda olsada, kifayət qədər yerini mohkəmləndirmiş aksesuardır.

Bu günki mövzu ilə bağlı aşırmanın xeyrinə bir neçə əsas gətirmək istərdik.

  • Geyinmə zamanı narahatlıqlara baxmayaraq aşırma şalvarı əyində gözəl saxlayır. Gün ərzində necə hərəkət etməyinizdən aslı olmadan əmin ola bilərsinizki, şalvarın druşu dəyişilməyəcək. Bir çox kişilərdən soruşulmuş fikirlərə görə qarına sahib insanlara aşırma geyinmək komfort hissi bəxş edir, kəmərdən daha rahatdır.

  • Aşırmalar kəmərdən fərqli olaraq beli sıxmır. Nəticədə orqanizimdə qanın dövriyyəsi təbii yolla həyata keçirilir.

  • Aşırma istifadə zamanı köynəyin şalvardan çıxma narahatlığından qurtulmuş olursunuz.

  • Aşırmalar bədənin şaquli duruşunu təmin edirki, buda boydan hündür olmayan insanlara çox əlverişlidir. Bildiyimiz kimi geyimde olan bütün horizontal xətlər, cızqılar vizual olaraq insanı hündür göstərmir.

Aşırmaları necə geyinmək gərəklidir.

Beləliklə, siz qarderobunuza aşırma kimi aksesuarı əlavə edərək ondan istifadə etmək qərarındasınız. Bu zaman müasir dövrdə aktual olan bir neçə qanuna uyğunluqları bilməyiniz gərəklidir.

İlk olaraq “ən qorxulu” halı, səhfi nəzərinizə çatdırmaq istərdik. Bu kəmərlə (toqqa) aşırmanın eyni anda geyinilməsidir.

Bu köklü yanlışlıqdır. Normanı keçmək isə heçdə yaxşı görsənmir. Ya kəmər, yada aşırmanı seçməlisiniz. Əks halda dabl versiya ortaya çıxmış olar ki, Bu da sizin imicinizə sunilik artırmış olar. Reputatsiyanızı qorumaq üçün təkidlə bir seçimdə dayanın.

İkinci vurğulamaq istədiyimiz məsələ, düyməli və ya dəmir bərkidici başlıqla olan aşırmalar haqdadır. İngilis dilində iki ifadə var. Lakin bizim dildə hər ikisi eyni tərcümə olunur(aşırma kimi): bracessuspenders. Bəzi insanlar hər iki deyimi eyni söz hesab edərək sadəcə ingilis və amerikan varinatı kimi qəbul edirlər. Bu heçdə belə deyil. Birinci variant (braces ) düyməli aşırma mənasını verir. İkinci variant isə ucluğu, şalvara bərkidiləcək hissəsinin dəmirdən olmasıdır (clip-on). bu fikrimizcə kifayət qədər böyük fərqdir.

Dəb mütəxəsisləri tərəfindən ciddi cəhdlə göstərilən məsləhətlər arasında aşırma ilə bağlı fikrin üzrəində dayanmaq fikrimizcə yaxşı vairant olardı. Beləki onların fikrincə düyməli aşırma dəmir başlıqlı aşırmadan daha məqsədə müvafiqdir. Eyni zamanda ikinci variant mevoton sayılaraq centilmenə yaraşmır. Heçdə əsassız yanaşma deyil fikrimizcə. Beləki dəmir başlıqlı aşırmada başlıqlar üzdə olur və aydın şəkildə görünür və qeyri ciddi, uşaqcasına effekt verir. Sanki bağlanmağa ehtiyacı olmayan kəbənək qalstuk effekti verir. Lakin içəridən bağlanan və adətən bağlanan hissəsi dəridən olan birinci variant isə çox eleqant və gözəl görünür. Eyni zamanda nəzərə alın ki, ikinci variant daha klassik forma hesab edilir. Sərbəst stildə isə daxili bağlanmalı aşırmalar rahat şəkildə istifadə edilə bilər.

Yox əgər siz daxili bağlanma üçün şalvarın iç tərəfinə düymə tikdirmək istəmirsinizsə, yəni ikinci variantın üstündə dayanırsınızsa, o zaman alış zamanı aşırmanın enli və möhkəm başlıqlı olmasına fikir verin.

Aşırma ilə cinslər.

Əgər siz cins şalvarla aşırma geyinmək istəyindəsinizsə, ilk növbədə qərarlaşdırmaq lazımdır. Siz aşırmanı şalvarın iç tərəfindən bərkitmək istəyindəsiniz ya çöl tərəfindən? Hər iki variant keçərlidir və istifadə edilir. Birinci hal daha çox istifadə edilən, üstünlük verilən, ikinci hal isə daha ekstravaqant seçimdir. Aşağıdakı şəkildə hər iki variant misal olaraq göstərilmişdir. Seçim sizindir.

Aşırmanı nə ilə geyinirlər – koynəklə, t-shortlə, futbolka ilə, və ya digər vairantlarla? Əgər köynəklə geyinməyi nəzərdə tutmusunuzsa bu zaman ümumumi tərzinizdə uyğunluq və klassiklik hiss ediləcək. Futbolka və t-short isə əksinə biraz tərəddütlü yanaşmadır. Məsələ orasındadır ki, bunlar qarışıq tərzlərdir və çox böyük ehtiyyat tələb edir. Gedəcəyiniz məkandan və xarakterinizdən çox şey aslıdır. Bu birnöv iş kostyumunu idman əyaqqabsı ilə geyinmək kimi bir məsələdir. Çox riskli kombinasiya hesab edilir.

Sonda sizə bir neçə uyğun dəsti misal gətirmək istərdik. Siz rahat şəkildə bu cür seçimlərdən istifadə edə bilərsiniz.

 

Advertisements