İlk dəfə 850-ci ildə Efyopyalı monarxlar kofenin əsrarəngiz dadı ilə tanış olmuşlar. Onlar dualar zamanı daha enerjili olmaqları üçün kofe ağacının gövdəsini dəmləyərək qəbul edirdilər. Dünya miqyasında isə kofe 1475- ci ildə qəbul edildi. İlk kofe evi İstanbulda açılmışdır. Qonşuluqda, yəni Rusyada, Sank-Peterburgda 1703-cü ildə kofe mədəniyyəti inkişaf etməyə başladı.

Efyopyada ən gözəl növ sayılan “Arabika” növüyetişdirilir. İxrac rekorduna isə Brazilya hesab edilir. Kolumbiya kofesi keyfiyyəti və brazilya kofesinin növ çeşidlərinin fərqlilikləri ilə seçilir. Yaxşı kofe ilə Kosta-Rika, Qvatemala, Meksika, türküyə və İndoneziya öyünə bilir.

Növləri.

Hər bir kofe ölkəsi öz xüsusi kofe növləri ilə seçilir. Bu növlər dadı, qoxusu, tündlüyü ilə bir birindən seçilirlər. Dünya kofe bazarında əsasən 3 növ kofe liderlik edir. Tərkibindəki kofein miqdarına görə bir-birlərindən fərqlənirlər.

  • Arabika – 0,6-1,5%;
  • Robusta – 1,5-3%;
  • Liberika – 1,2-1,5%.

Arabika kofe növünün dadı yüngül və birazda turşuldur. Robust tünd, arabikadan fərqli olaraq qoxusuzdur. Liberika növü Afrikada, İndoneziyada, Filippin və Şri-Lankada yetişir. Qoxusu arabikaya nisbətən çox tünd, tamı isə daha zəifdir.

Bazarda olan növlərdən biridə ekselsa. Lakin onu becərmək çətinlik yaratdığından bazarda o qədərdə məşhur deyil. O öz tamı və canlandırıcı qoxusu ilə çox fərqlənir.

Kofenin tərkibi.

Efyoyada kofeni çiy dənələri əmləməklə hazırlayırdılar. Daha sonra onları qovurmağa və üyütməyə başladılar. Eyni növ kofe fərqli qoxu və dad verə bilər. Bu birbaşa olaraq kofe dənələrinin qovrulmağından aslıdır.

Üyüdülmə növləri:

  • incə – tamı 4 dəqiqəyə əldə etmək olur;
  • orta – tamı 4-6 dəqiqəyə əldə etmək olur;
  • kobud – tamı 8-9 dəqiqəyə əldə etmək olur.

Dəmlənmədən sonra həin dəqiqə hazır olan kofe suda həll olunan kofedir. müalicəvi məlhəm şəkilində tamlı kofe əldə edilməsi üçün kofe dənələri bir neçə mərhələ istehsal prosesindən keçməlidir.

  1. Dənlər qovrulur, xırdalanır və su ilə dəmələnir.
  2. Toz halına gələnə kimi əzilir və qurudulur.

Qovrulmuş

100 qr-da mövcud olan vitaminlər:

  • B1 – 0,07 mq;
  • B2 – 0,2 mq;
  • E –  2,7 mq;
  • PP – 19,7 mq;
  • niasin – 17 mq.

Tərkibi zəngindir:

  • kalium – 2010 mq;
  • kalsium – 147 mq;
  • maqnium – 200 mq;
  • natrium – 40 mq;
  • fosfor – 198 mq;
  • dəmir – 5,3 mq.

Kofenin tünt dadı triqonnelin sayəsində yaranır. Kofe yüksək xlorogen turşusu ilə seçilir. 1 litirlik hazır içkidə 500 – 800 mq.

Suda həll olan kofe.

Suda həll olunan kofe termotik istehsal prosesində E və B1 vitaminlərini itirir. Lakin B2  və PP vitaminləri artır:

  • B2 – 1 mq;
  • PP – 26,49 mq;
  • niasin – 24 mq.

Bir cox mikro və makro elementlər dağılır. lakin aşağıdakı elementlər isə toxunulmaz qalır:

  • kalsium – 100 mq;
  • natrium – 3 mq;
  • fosfor – 250 mq;
  • dəmir – 6, 1 mq.

Kofenin xeyri barədə.

Kofenin kimyəvi tərkibinə nəzər salsaq dənələri əzilərək hazırlanan kofe suda həll olunan kofedən daha xeyirli olduğu aydın şəkildə görünür. Beləki həll olunan kofe daha az kofeinə, zıif qoxuya, tünd acılığa sahib olmağına baxmayaraq digər kofedən daha uzun müddət saxlanıla bilir.

Gümrahlandırır.

Kofenin tonus vericilik qabiliyyəti haqqında ilk dəfə rus alimi İvan Petroviç Pavlov yazmışdır. Kofenin orqanizmə xeyri və müalicəvi təsiri nəticəsində beyin fəaliyyəti aktivləşir. Bu aktivlik kofein sayəsində baş verir.  İş qabiliyyətini yüksəldir, diqqəti cəmələməyə yardımçı olur, beyinin fəaliyyətini surətləndirir. Kofein beyin hüceyrələrinin dayanmasının və zəifləməsinin qarşısını alır.

İnsan beyni adenazinin təsiri altında yorğun və halsız ola bilər. Kofein adenazinin əksinə gedərək, adenozin reseptorlarını bloklaşdırır, gümrahlıq halına mane olmağa mane olur. Kofe eyni zamanda yorğunlğuda aradan qaldırır. Belə ki, kofe qan dövranını tezləşdirir, damarları bir tərəfdən sıxır, digər tərəfdən genişləndirir. Kofenin verdiyi gümrahlıq 3 saat davam edə bilər.

Baş ağrısını aradan qaldırır.

Rus çarı Aleksey Mixayloviç saray həkimlərinin məsləhəti ilə baş ağrılarının və soyuqdəymənin əlacı kimi kofedən istifadə etməyə başladı. Miqren hallarının davam etməsi zamanı səhəti yaxşılaşdırır və xəstəliyin simptomplarını aradan qaldırır. Miqren halı qan təzyiqi aşağı olan insanlarda müşahidə olunur.

Həzmi sürətləndirir.

Səhər saatlarında qəbul edilən kofe həzm prosesinə müsbət təsir göstərir. Kofein mədə şirəsinin ifrazını artırır ki, buda maddələr mübadiləsini surətləndirir. Yüngül keyitmə təsirinə malikdir və oqanizmə qastrin və holositokinin ifrazına yardımçı olur.

Qastrin – bu hormon mədə turşuluğunun artımına şərait yaradaraq həzm prosesinin surətlənməyinə təkan verir.

Aclığı yatızıdırır.

Xolesistokini toxluq hislərinə cavab verən əsəbləri stimullaşdırır, nəticədə aclıq hissi kölgədə qalır.

Qara ciyəri qoruyur

İtalyan alimləri 2013-cü ildə kofenin qara ciyərə mənfi təsiri ilə bağlı bütün fikirlərin yanlış olduğunu bəyan etdilər. Araşdırma qrupu ciyər xərşəngi ilə bağlı 3000 xəstəlik tarixçəsini araşdıraraq kofenin xərçəng riskinin 40% azaltdığı qənaətinə gəliblər.

ABŞ alimləridə eyni zamanda qara ciyərində problem olan xəstələrin xəstəlik vəziyyətini araşdıraraq İtalyan həmkərlarının gəldikləri nəticələri təsdiqləyiblər. İçkinin gündəlik qəbulu zamanı, sağlam qidalanma və sağlam həyat tərzinə fikir verilərsə qara ciyər potologiyası aradan qalxmış olar. Kofenin müalicəvi effekti onun acı olmasındadır. Belə ki, acılıq qara ciyrin hücüyrələrinin funksiyalarına qoruma təmin edir.

Qadınlar üçün.

Kofe içki kimi xeyirli olmaqla yanaşı həm də müxtəlif skrablar, maskalar üçün kosmotik komponentdir. Dənlərin tozu vaistəsi ilə dəridə olan ölmüş hüceyrələr təmizlənərək yeni hücüyrələin inkişafına imkan yaradır. Kofə ələvələri ilə olan masaj kremləri vaistəsi ilə maddələr mübadiləsi sürətlənir, dərini günəş şüalarının mənfi təsirlərindən qoruyur, rahatlaşdırır və cavanlaşdırır.

Kişilər üçün.

1674-cü ilə qədər kofiteryalar yalnız kişilər üçün məkan hesab edilirdi. Orda kofedən həzz alaraq, orqanizmlərinin qeydinə qalırdılar. Kofenin kişilər üçün xeyri onların gümrah saxlamasındadır. Bu gümrahlıq həm ümumi halda, həmdə spermazoitlərin hərəkətli olmasında özünü güstərir. Bu səbəbdən də nəsil artırma şansını artırmış olur.

Kofein afrodiziak olaraq sexsual istəyi və dözümlülüyü artırır.

50 yaşdan sonra.

Madrid və Harvard alimləri ürəyin fəaliyyətinin normal halında 2-3 fincan kofe içkisinin qəbulunun norma olduğunu və ürək-damar sistemi xəstəliklərinin riskini 24% azaltdığını müəyyən etmişlər.

Avropa kordioloji ictimai birliyi 1980-1990-cı illərdə ürəyin işemik xəstəliyi, hipertaniya və hipertenziya xəstəliklərinin kofe ilə əlaqəsi olmadığını təsdiq etmişdir. Əgər ürək-dmar sistemlərinin fəaliyyəti normaldırsa 50 yaşdan sonra belə xeyirliliyini təmin edir. Həyat tonusunu artırır, beyin qan dövranını artırır.

Hipertaniya, aritmiya, ürək çatışmamazlığı xəstəlikləri olan zaman içkiyə ehtiyyatla yanaşaq gərəklidir. Ümumiyyətli imtina edə bilmirsinizsə, miqdarı bir fincana çatdırmaq lazımdır. Kofein nisbətən təhlükəli həzz olduğundan ürək potologiyaları zamanı öldürücü belə ola bilər.

Hipertaniya zamanı kofe hipertonik gərginlik yarada, takikordiya zamanı ürək tutmasına səbəb ola bilər.

Arıqlama zamanı kofe.

Kofe artıq çəki ilə mübarizədə yardımçı olur. Acılıq tamı aclığı yatırdır. Orqanizmdə “aclıq” hormonu olan xolesistokinin yaranmasının qarşısını alır.

Qara kofenin tərkibində xloroqen turşusu mövcutdur. Glukozanın ifrazını gecikdirir, karbohidratların orqanizmə sorulmasını gecikdirir. Nəticədə bədən ilk olaraq korbohidratlardan enerji əldə edir, daha sonra isə karbohidrotlar yekunlaşan zaman bədən piylərinə keçid alır. Lakin bu proseslər səhər saatları baş verir. Xloroqen turşusu orqanizmi əksinə çalışmağa vadar edir. İlk olaraq piylərədn, daha sonra isə karbohidratlardan enerji alır.

İnsan arıqlamağı öz qarşısında məqsəd qoyan kimi aldadıcı aclıq hissi ilə qarşılaşır. Bu hiss qanda şəkərin miqdarının azalması nəticəsində yaranır. Lakin kofein şəkər miqdarını təbii yolla artırdığından beyinə və şəkərin səviyyəsinə qlikoqen yönəldir. Nəticədə aclıq hissi ortadan qalxır.

Arıqlama zamanı kofedən istifadə qanda xolestrinin səviyyəsini azaldır, qan dövranını surətləndirir.

Kofe və qan təzyiqi.

Əgər qan təzyiqiniz aşağı enmişsə, kofe qəbulu zamanı normallaşar. Beləliklə hiportaniyadan əziyyət çəkən insanlara tamami ilə uyğundur. Yüksək qan təzyiqində isə onu yüksəltməsədə, aşağıda salmağa yardımçı olmaz. Normal təzyi zamanı ciddi təzyiq artımı yaratmadan rahat şəkildən daddan xoş tam almağa şərait yaradacaq. Təzyiqin normllaşdırılması qan damarlarının genişlənməsi nəticəsində baş verir.

Nəzərə alın ki, kofe asıllıq yarada bilir. Bu səbəbdəndə zamanla təzyiqin səviyyəsinə təsiri azalır və səviyyəsinin dəişməsində rol oynamır.

Gün ərzində kofe qəbulunun norması.

Kofe tərkibində kofein miqdarı nəzərə alınmaqla gün ərzində qəbul normasını keçməmək şərti ilə xeyirlidir. İnsan orqanizmi uçün sutka ərzində maksimal kofein qəbulu 300-500 mq hesabıdır. Hamilə xaımlar üçün isə bu ölçü 300 mq-ı keçməməlidir. Nəzərə alın ki, bir fincan 80-120 mq kofe ölçüsündədir. Bu hesablamaya əsasən Beynəlxalq  səhiyyə təşkilatı gün ərzində 3-4 fincan kofe qəbulunu məsləhət görmür. Lakin bu  limitə digər kofein tərkibli qidaların qəbulu daxil deyil. Yəni 3-4 fincan kofe qəbul etsəniz gün ərzində, şkolad və çay istifadə etməməlisiniz.

Kofenin ziyanı və məsləhət görülməyən xüsusiyyətləri.

Əgər qəbul normasını keçsəniz ziyanını tez bir zamanda hiss etməyə başlayacaqsınız. Ürək döyünməniz artacaq, əsəbilik, gərginlik yaranacaq, yuxusuzluq qıcıqlanmalar narahat edəcək. Gün ərzində içki 15 fincanda çox olarsa baş gicələnmələri, ürək bulanma, qollyusinasiya halları yaranacaq.

Kofenin seçimində nəyə diqqət yetirilməlidir?

Kofe sevənlər hamsı bir mənalı olaraq həll olan kofenin əsl kofe ilə əlaqəsinin olmadığını bildirərlər. Müəyyən qədər bu həqiqətəndə belədir. Həll olan kofe tərkibi və dadı ilə digər kofedən fərlənir və orqanizm üçün böyük təsirə sahib deyil. Lakin istənilən halda kofe seçimi zamanı diqqətli və ehtiyyatlı olmalısınız. Əks halda aldığınız kofenin hansından olmasından aslı olmayaraq bir xeyri olmaz. Aşağıdakılarla bağlı diqqətli olun:

  1. Dad. Arabika növündə tərkibindəki yağlar hesabına (18% -dən 9%-ə qədər) dad daha tünd və zəngindir. Robust növü isə tərkibindəki çox miqdarda kofein sayəsində arabikaya nəzarən daha acıdır.

  2. Dənələrin xarici görünüşü. Arabika növünün dənələri robust növünün dənələrindən fərqlənirlər. Arabika növündə dənələr uzunvari olub, dalğavari ön kəsiyə sahibdir. Robust növündə isə dənələr dairəvi formada düz xətli yarıqla olur.

  3. Qiyməti. Bazarda kofenin ərəb növü ilə robus növünün qarışığına rast gəlinir. Bu cür kofe ən ücüz kofe hesab edilir. əgər əlinizdə belə bir kofe bağlaması varsa, üzərini oxuyaraq ərəb və robus qarışığının miqdarına diqqət yetirin. Robusun dənələrini yetişdirmək və qulluq asan olduğundan o daha ucuz növ hesab edilir.

  4. Qovrulma dərəcəsi. 4 cür qovrulma səviyyəsi mövcutdur. Skandinavyasayağı, macarsayağı, fransızsayağı və italyansayağı. Ən yüngül dərəcə skandinavyasayağı qovrulmadır. İncə qoxulu və incə tamlı olur. Macarsayağı qovrulma zamanı nisbətən şirin kofe, fransızsayağı qovrulmada nisbətən acı tamlı, italyansayağı qovrulmada isə tam acı içki əldə edilir.

  5. Üyüdülməsi. Üyüdülmə incə, orta, kobud və un halında ola bilər. Üyüdülmənin ölçüsünün dada, qoxuya, dəmləmə vaxtına birbaşa təsiri mövcutdur. Kobud üyüdülmüş kofe 8-9 dəqiqəyə, orta 6-dəqiqəyə, incə 4 dəqiqəyə, un halında üyüdülmə isə 1-2 dəqiqə hazır vəziyyətə salınır.

  6. Qoxusu. Kofe tərkibindəki uçan efir yağları hesabına gözəl qoxuya sahibdir. Kofe alarkən istifadə tarixinə diqqət yetirin. Dənələr ilk 4 həfdə ərzində gözəl qoxuya sahib olurlar.

Kofenin saxlanılması

İçki saxlanma ilə bağlı çox həssasdır. Nəmişliyi sevməz, işığı, istini qəbul etməz. Bu səbəbdəndə sərin və qaranlıq yerdə saxlamağınız daha məqsədə uyğun olardı.

Ən ləziz kofe təzə dənələrdən hazırlanmış kofe hesab edilir. Əgər kofei dənəli alsanız, bir həfdədən sonra xarab olma təhlükəsinin yarana biləcəyin barədə diqqətli olun.

Advertisements