Bu günkü gündə 3/4-dən artıq ərzaq məhsullarının tərkibində şəkər mövcutdur. Bəzi mütəxəsislərin fikrincə şəkər biznesi dünya iqtisadiyyatını idarə edir və narkaloji effekt bəxş edir. Nəticədə biz insanlara daha çox ərzaq, qida almağa vadar edir. Planetin Ümümdünya sağlamlıq təşkilatının məlumatlarına əsasən dünyada aclıqdan əziyyət çəkən insanlara nisbətən  25 faiz çox insan kökəlmənin fəsadlarını yaşayırlar. 5 faiz dünya əhalisi isə şəkər xəstəliyinə tutulmuşdur. Yüksələn inkişaf tendensiyası gələcəyə dövrü xoş olmayan narahatlıqlar yaratmaqdadır. Nəticədə kök insanların sayı dahada artacaq. Bəs nəyə görə bizlər şirniyyatı bu qədər çox sevirik və bu sevgi nə kimi çətinliklərə yol aça bilər? Məhs bu məqaləmizdə şəkərlə bağlı geniş məlumat vermək istərdik.

Qədim zamanlardan bu günə qədər şəkər

Qida əlavələri kimi şəkər yalnız 17-18 əsrdən etibarən istifadə edilməyə başlanmışdır. Bu zamana qədər isə şəkər elit ərzaq məhsulu hesab edilərək yalnız seçilmiş insanlar üçün tədim edilirdi. Lakin məlumdur ki, 4000 il öncədən Hindistanda şəkər çuğundurunun premitiv emalı vaistəsi ilə şəkər əldə edirdilər. Şəkər istifadəsinin yayılmasından öncə, yəni əvvəlki dövürlərdə şirniyyatların istifadəsi və satışı çox nadir hallarda rast gəlinirdi. Satışda rast gəldiyimiz həvəsləndirici şirniyyat növləri və çeşidləri müasir zamanda yaranmış, tərkibi müəyyən edilmişdir. Təbiətdə şirniyyatın əldə edilməsi kifayət qədər çətin proses idi. Aydın məsələdirki, müasir meyvə növlrindən fərqli olaraq cır növ meyvələrin tərkibində şəkərin miqdarı kifayət qədər aşağıdır. Bu səbədəndə əsas mənbə kimi arı balı esab edilirdi.

Qədim zamanlarda insanlıq çox az miqdarda şəkər qəbul edirdi. Tapdığı şəkəri isə tez bir zamanda qəbul edirdi. İnsanlar sadəcə xeyli miqdarda və ya təminatları ödəniləcək miqdarda şəkər tapa bilmirdilər. Hələ ondan necə gəldi istifadə o tərəfdə qalsın. Düşünün insan gün ərzində istəsə belə bir neçə qaşıqdan artıq istəsə belə bal yeyə bilməz.

Niyə şirniyyat istəyirik?

Yəqinki bir çoxlarımız şirniyyatın yaxşı çalışması üçün bizim beynimizə lazım olduğu haqda çox eşitmişik.  “Beyninizi aktivləşdirin” — bu sloqan altında məşhur, müxtəlif brend altında şiriniyyat bağlamaları bizə təqdim edilir. Reklamlara görə: həzz, əvəz edilməz dad, enerji mənbəyi kimi yalanlarla hər gün rastlaşırıq. Nəticədə şirniyyat qəbulunu günü-gündən artırırıq. Bunlar əbəs yerə deyil. O həqiqətəndə bizə həzz hissi bəxş edir. Lakin bu həzz onun dadı ilə bağlı deyil. Beləki, bir çox dadlı və xeyirli yeməklər var. Amma heç biri bizdə kekslər, konfetlər, kremli pçenyalar kimi, tərkibi kraxmaldan ibarət free kartof kimi eyfariya hissi yaratmır.Məsələ orasındadır ki, yalnız şəkər bizim beynimizə fərqli tərzdə təsir edə bilir. Qəbul zamanı biz sexlə məşğul olduğumuz zaman və ya alkaqollu içkilərin qəbulu zamanı aldığımız həzz alırıq. Bir sözlə narkoloji təsirə malikdir. Lakin narkoloji təsirə malik preparatlar bildiyimiz kimi qanunvericiliyə əsaslanaraq reklam edilmir. Şəkər tozu və şəkərin səviyyəsi çox olan qida məhsullarında isə əksinə, reklama kifayət qədər  vəsait xərclənir.

Şirniyyat və bizim sağlamlığımız.

İndiki zamanda şəkər bir çox un məmulatlarının hazırlanmasında istifadə edilir. Şəkər eyni zamanda konservant rolunu oynayır. Qida sənayesində şəkərdən istifadə durmadan artmaqdadır. İnsanlar aktiv şəkildə dadlı şirniyyat məhsullarını almağa davam edirlər. Son 40 il ərzində insanlar şəkər qəbulunu 3 dəfə artırmışlar. Təcüblü deyil ki, şəkərli diabet və ürək-damar sistemi xəstəliklərinin yayınma riski normadan artıq şəkər istifadə edən ölkələr arasında daha çox yayılmışdır.

Misal olaraq şəkər diabet xəstəliklərinin çox yayılmış ölkələr arasında Birləşmiş Ərəb Əmirliyi (BƏƏ), Qatar, Ərəb Əmirliyini göstərmək olar. Bu ölkələrdə statistik olaraq xəstəliklərin miqdarı nəyə görə yuxarıdır? Səbəb kifayət qədər sadədir. İsti hava şəraiti, içkinin qadağan edilməsi, qazlı şirin içkilərdən çox istifadə.

Biz şirin ərzaq yeyərkən nələr baş verir?

Hesab edəkki, bir konfet yediniz. Nəticədə şəkərin qana çəkilməyi prosesi başlayır. Qanda şəkərin miqdarı 4.5  – 5 mml-dən 8 – 10-a qədər yüksəlir. Həzm zülaları, karbohidratlar və yağlar ifraz edən mədəaltı vəz insulin adlı qarmon ifraz edir. İnsulinin əsas məqsədi qanda şəkərin miqdarını normallaşdırmaqdır. Biz nə qdədər çox un məmulatları və şirniyyat çeşidləri çox istifadə etsək o qədərdə çox mədəaltı vəzimiz qanda şəkərin miqdarını azaldmaq üçün insulin ifraz etməli və çox çalışmalıdır.

İndi isə təsəvvür edin, gün ərzində normadan artıq insulin miqdarının yaranması nə deməkdir. Mədə altı vəzimiz dəişətli dərəcədə çalışmalı olur. Bəzən isə iş prosesində yayınma olaraq fəaliyyətini zəiflədə bilər. Zəifləmə nəticəsində bir çox hormonal xəstəliklər yaranır ki, buda durmadan çəki almağa, piy vəzlərinin çoxalmağına, daxili piylənməyə səbəb olur.

Biz ola biləcək nəticələri, yarana biləcək fəsadları öncədən anlamalı və qanda şəkərin miqdarının göstəricilərinin dəyişməsinin qarşısını almağa çalışmalıyıq.  Əks halda kişilərdə impotensiya xəstəliklərinin riski artar, bədən əzələləri boşalar, sallanmalar yaranar, insan dərisinin vəziyyəti pisləşər, görmə qabiliyyəti pisləşər. Siz həm cavanlığınızı həmdə həyat enerjinizi itirmiş olacaqsınız.

Şəkər və onun əvəzləyiciləri.

Fruktoza

Şirinlik tamını yalnız ağ kristallardan ibarət saxaroza vermir. Bir çox maddələrdən bu tamı əldə etmək mümkündür. Misal olaraq fruktoza və ya üzüm şirəsində şirinlik tamını əldə etmək mümkündür. Eyni tamı özündə fruktoza cəmləyən balda da bu hiss edilir. Fruktozada olan şirninin miqdarı saxarozadan iki dəfə çoxdur. Bu nə deməkdir? Yəni siz çay və ya kofenizə əlavə etdiyiniz bal miqdarını iki dəfə şəkər tozuna nisbətən az əlavə edə, tam baxımından isə iki dəfə çox şirni tamı əldə edə bilərsiniz. Nəticədə sizin orqanizminizdə nəzarət sistemi, müqavimətin səviyyəsi yüksələcək və əlavə fruktozanın tələbatı aradan qaldırılacaq.

Sukraloz

Daxilimizdə şirniyyata qarşı kantrol olmadığından və bizi ona maqnit kimi çəkdiyindən asıllığı aradan qaldırmaq üçün şəkər əvəzləyiciləri kəşf edilmişdir. Əsasən şəkər əvəzləyiciləri saxaroza adlanan maddədən hazırlanır. Saxarin – orqanik maddə olduğundan insan orqanizmi üçün təhlükəsis və mübadilə olunmayandır. Şəkər əvəzləyiciləri üçün digər variant isə sukralozdur. Kifayət qədər yayılmış əvəzləyicidir. Keyfiyyətli idman qida əlavələrində suklarozdan geniş istifadə edilir. Şəkəri tamami ilə əvəz edir, saxarozadan 100 dəfə, saxarindən isə iki dəfə daha şirindir.

Şəkər – bioloji aktiv maddədir. Birbaşa olaraq maddələr mübadiləsində iştirak edir. Şəkər əvəzləyicilər isə əksinə aktiv maddə hesab edilmədiyindən maddələr mübadiləsində istifadə etmir. Lakin orqanizmdən xaric olunması üçün böyrəklərin, ciyərin müəyyən aktiv fəaliyyəti tələb olunur. Şəkər əvəzləyicisi, sukroloz sıfır kalori olduğundan orqanizm tərəfindən tam həzm olunmur və bu səbəbdəndə şəkər əvəzləyicisi kimi ideal hesab edilir. Əgər psixoloji baxımdan heç cür şəkərdən və şirniyyatdan imtina edə bilmirsinizsə əvəzləyicilərə müraciət etmək ən gözəl variantdır. Ən maraqlı hal ondan ibarətdir ki, əvəzləyicilərdən istifadə zamanı, müəyyən müddət sonra orqanizminizin şəkərdən fərqli olaraq əvəzləyiciyə olan istəyi azaldığından bu məhsulun qəbulunu istımədən azaltmış olacaqsınız.

Şəkərdən imtina etmək çətindirsə nə etməli?

Bu zaman ən gözəl alternativ kimi az kalorili şəkərsiz desertlər hesab edilə bilər: protein pudunqləri, peçenyalar və ya vaflilər. Bu disertlər proteinlə zəngin olduğundan həm gündəlik protein normasını təmin edər, həmdə dad baxımından sizə çox xoş gələr.

Şirniyyatın beyin üçün xeyri ilə bağlı inanclar isə sadəcə planlı şəkildə yeridilmiş yalan və reklam hiylələridir. Bunu sübut edə biləcək artıq kifayət qədər araşdırma mövcutdur. Bəli, şirniyyat bizdə məmnunluq hissini artırır, ancaq normadan artıq istifadə orqanizmə kifayət qədər zərər vurmuş olur. Az kalorili disertlərin, meyvələrin, balın və sukralozların hesabına şəkər qəbulunu minimuma salmağa çalışın. Şəkərin yeganə xeyri istehsalçının mənfəətidir. Özünüzü aldatmağa imkan verməyin.

Advertisements