Məşhur italyan dizayneri Giorgio Armani geyimlərini bütün dünya üzrə milyonlarla insana sevdirməyi bacarmışdır. Bir çox idman, kino, musiqi ulduzları onun kolleksiyasının dəb-dəbəsi və keyfiyyətinə valehdir. Məşhur siyasətçiləri və biznesmenləridə şık görünüşlü Armani kostyumlarında görəmək mümkündür. Bu seçim artıq hamı tərəfindən norma kimi qəbul edilir. Siz “Armani” adını eşidən kimi ilk ağlınıza nə gəlir? Bir çox insanların fikrində bir mənalı olaraq 30 yaşlı, klassikqara rəngli kostyumda, bahalı və keyfiyyətli ayaqqabıda, zövqlü və dəbə uyğun qalstukda və köynəkdə kişi obrazı yaranır.

Biz sizinlə bu yazımızda kişilərin zövqlü və dəblə düzgün geyinməsi haqda danışacıyıq. Artıq təxmin etdiyiniz kimi, məsləhətlər məhs məşhur dizayner Giorgio Armaninin fikirlərinə uyğun olaraq əks etdiriləcək.

  1. Çox cəht etməyin. Giorgio Armaninin fikrincə son dəbə uyğun görünmək üçün çoxda cəht göstərməyin. Diqqətlə fikir versəniz ən dəbli insanlar öz geyimlərini seçərkən sanki heç bir əziyyət çəkməmiş kimi görünürlər. Əlbətdə Armani nəgəldi geyinməyinizi, xarici görünüçünüzə baxmamağınızı nəzərdə tutmur. Əksinə, onun fikrincə bəzi insanlar ölçünü və sərhədləri bilmədən daha çox ideal görünməyə çalışırlar. Buna uyğun olaraq gözəl deyimdə var: “Qədərdən artıq-məntiqə uyğun deyil”. Ona görədə düşünmüyün ki, əyninizə nəqədər çox brend geyinsəniz o qədər yaraşıqlı görünəcəksiniz.

  2. Düzgün rənglər seçin. Geyimdə ciddi, əlvan olmayan rənglərə üstünlük verin. Bunlara qara və tünd göy rəngi misal gətirmək olar. İlk növbədə qeyd edək ki,  bu rənglər kişini qamətli, ciddi və zövqlü göstərir. Eyni zamanda neytral rənglər hesab edilərək qarışıqlıq effekti vermir. Bir çox iş, biznes kostyumları məhs qara və tünd göy rəngdə olması əbəs yerə deyil.

  3. Keyfiyyətli geyim alın. Bəzi streotiplər var ki, bahalı geyimlərə pul xərcləməyə ehtiyac yoxdur və qənaətə önəm vermək gərəklidir. Lakin, kişi bahalı əşyalara mütləq sahib olmalıdır. Bu onda özünə inamı möhkəmləndirir. Əgər sizin yaxşı qol saatınız, bahalı kostyumunuz, zövqlü qalstukunuz olsa sizə gün ərzində bir çox problemlər önəmsiz görünəcək və asan həlli yolunu daha tez müəyyən etməyə stimul verəcək. Kişilərdən fərqli olaraq qadınlar bu qanuna daha çox əməl edirlər. istənilən xanımdan soruşsanız heç kimin görmədiyi alt paltarının belə özünə əminlik, xoşagəlimlilik, konfortluq və sexsuallıq hissini necə bəxş etdiyini sizə açıqlayar. Kişilərdə də demək olarki, eynidir. Lakin onların çoxu sözün həqiqi mənasında bahalı və keyfiyyətli geyim almayana qədər bunu tam anlaya bilmirlər.

  4. Geyimlərinizi sifarişlə tikdirin. Bəzən elə hallar olurki, siz öz ölçülərinizə uyğun geyim tapa bilmirsiniz. Bu hallarla əsasən idmançılar, əzələlərini məşq etdirən kişilər rastlaşırlar. Standart ölçülər və tikilişlər onlara uyğun gəlmir. Düşünməyə ehtiyac yoxdur. Dərziyə müraciət edin və geyiminizi sifarişlə tikdirin. Unutmayın, geyiminizin istənilən elementi sizin əyninizə komfortlu oturmalı, əminlik və rahatlıq hissi bəxş etməlidir.

  5. Sexsual görünün. Əgər siz sexsual görünsəz bu artıq qətt etmək istədiyiniz yolun yarsı deməkdir. İnsanı geyimlə qarşılıyırlar deyimində əsas hissəni unutmaq olmaz. Cəmiyyət gözəl, yaraşıqlı və sexsual kişiləri sevir. Eyni zamanda siz həddi aşmamalı, çox çılğın, özünüzü biruzə verən görünməməlisiniz. Əksinə inam, güvən və sexsual görünüş yaratmalısınız. İnanın bu tərz sizin xeyrinizə işləyəcək.

  6. Pencək – kişi qarderobunun əsas elementidir. Pencək istənilən kişinin qarderobunda olmalı olan əsas elementlərdəndir. Əgər yoxunuzdursa bu çatışmamazlığı tezliklə aradan qaldırmağa çalışın. Oturuşuna, sıxmamağına, sallanmamağınavə ümumiyyətlə sizə diskomfort hissini vermədiyinə hər zaman diqqət yetirin. Pencək seçimləriniz müxtəlif olmalıdır: klassik, club, digər şalvarlarla uyğunlaşan.

  7. Ayaqqabılar bahalı olmalıdır. Ayaqqabıları unutmayın. Bir çoxları böyük səhfə yol verərək ayaqqabılara böyük diqqət yetirməyərək önəmsəmirlər. Bu böyük bir yanlışlıqdır. Bahalı, zövqlü və yaxşı görünüşlü olmalıdır. Qarderobun digər elementlərindən fərqli olaraq ayaqqabıda ümumiyyətlə ucuzluğa getmək olmaz. Bir çox araşdırmalar artıq ilk görüşdə ayaqqabıların verdiyi önəmi, qiyməti,nəticədə insana qarşı yaranan müsbət rəğbəti sübut etmişlər. Pencək, köynək, qalstuk ideal görünsə beləayaqqabıların pis görünüşü bütün vəhdəti poza bilər. Ayaqqabı seçimində mütləq bu haqda düşünün.

  8. Eleqant görünüş- nəaliyyətin açarı. Müasir dövrdə insanların diqqəti əlvan rəngli geyimlərə qeyri adi hərəkətlərə və qərarlara cəmlənmişdir. Hamı eleqant görünüşü unutmağa başlayır. Lakin, bu belə deyil. İnanın əgər küçədə eleqant, səliqəli, sakit, görkəmli, özünəinamlı kişi peyda olarsa çoxları həmin an diqqət göstərər və maraqlanmağa başlayar. Eleqant görkəm hər zaman dəbdə olub, dəbdədir və dəbdə olacaqdır. Sadəcə biz unutqanlığa varırıq bəzən.

  9. Neytral rəng çalarları. Giorgio Armani hər kəsə qarderobunda olan diqtə edici əlvan rənglərdən, nəzərə çarpacaq parlaqlıqlardan uzaqlaşaraq neytral rəng tonlarından istifadə etməyi məsləhət görür. Əsl kişi ciddi, xarizmatik, birazda sirli və müəmmalı görünməlidir.

  10. Bəyaz köynək, qara kostyum, qara qolstuk. Dünya dizaynerləri kişiləri isdədikləri şəkildə geyindirə bilərlər. Lakin ciddi görkəm yaradan bəyaz köynək, qara kostyum və qara qalstuk hər zaman dəbdə olacaq. Bu cür klassika illər keçsədə dəbdəki mövqeyini dəyişməyəcək. İnanın məhs bu seçimlə hər bir kişi özü üçün tərz müəyyənləşdirməyə əziyyət çəkmədən yaraşıqlı görünə bilər.

Advertisements